Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7672/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Firmasının nümayəndəsi və vəkili V1 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2019-cu il tarixli, 2(107)-6826/2019 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Firması tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ET Dİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim R.Mürsəlov) 07.05.2018-ci il tarixli, 2(002)-1419/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh Firmasına qarşı “daşınmaz əmlakın qanunsuz sahiblik və istifadədən tələb edilməsi, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi, mənəvi zərərə görə pul” tələbinə dair ilk iddiasının təmin edilməməsi, Cavabdeh Firmasının cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, icarə haqqının tutulması” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh Firması arasında bağlanmış 05.05.2007-ci il tarixli 1183 saylı “Birgə fəaliyyət haqqında” müqavilənin ləğv edilməsi, İddiaçı tərəfindən ticarət obyektinin tikintisi üçün ödədiyi 10000 manat məbləğində pulun Cavabdeh F irmasından alınaraq İddiaçı ödənilməsi, İddiaçı qanunsuz icarəyə verməklə əldə etdiyi 28000 manat məbləğində pulun tutularaq Cavabdeh Firmasına ödənilməsi və hər iki ödənişlərin eyni vaxtda icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, X.Cəmilova, İ.Xəlilov) 17.09.2018-ci il tarixli, 2(103)-8149/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07.05.2018ci il tarixli, 2(002)-1419/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddianın qismən təmin edilərək, “Birgə fəaliyyət haqqında”05.05.2007-ci il tarixli 1183 saylı müqaviləyə əsasən Cavabdeh Ticarət Mərkəzində sıra 10, korpus 4, yer 97-də 50 kv.m sahəsi olan mağa za binasının İddiaçı sahiblik və istifadəsinə qaytarılması, həmin əmlakdan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin Cavabdeh Firmasına qadağan edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Qoldman, Ə.Mirzəliyev, G.Quliyev) 28.02.2019-cu il tarixli, 2(102)-1175/2019 saylı qərarı ilə Cavabdeh Firması tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.09.2018-ci il tarixli, 2(103)-8149/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n (hakimlər T.Səmədov, İ.Şirinov, E.Kazımov) 11.07.2019-cu il tarixli, 2(107)-6826/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07.05.2018-ci il tarixli, 2(002)-1419/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddianın qismən təmin edilərək, Cavabdeh Firması ilə İddiaçı arasında bağlanmış “Birgə fəaliyyət haqqında”05.05.2007-ci il tarixli 1183 saylı müqaviləyə əsasən Cavabdeh Ticarət Mərkəzində sıra 10, korpus 4, yer 97-də yerləşən 50 kv.m sahəsi olan mağaza binasının İddiaçı sahiblik və istifadəsinə qaytarılması, həmin əmlakdan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin Cavabdeh Firmasına qadağan edilməsi, ilkin iddianın q alan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Firması iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh Firmasına qarşı “daşınmaz əmlakın qanunsuz sahiblik və istifadədən tələb edilməsi, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi, mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.05.2007-ci il tarixli “Birgə fəaliyyət haqqında” 1183 saylı müqaviləyə əsasən aldığı sıra 10, korpus 4, yer 97-də yerləşən 50 kv.m sahəsi olan mağaza binasının cavabdehin qanunsuz sahiblik və istifadəsindən geri alınaraq onun sahiblik və istifadəsinə qaytarılması, daşınmaz əmlakdan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi, 01.10.2017-ci il tarixdən əldən çıxmış fayda olaraq cavabdehdən məhkəmə qətnaməsi icra edilən günədək hər ay 300 manatın alınaraq ona verilməsi, istehlakçı kimi ona vurduğu mənəvi zərərə görə cavabdehdən kompensasiya kimi 10000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Firması cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, icarə haqqının tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, Cavabdeh Firması ilə İddiaçı arasında bağlanmış 05.05.2007-ci il tarixli 1183 saylı “Birgə fəaliyyət haqqında” müqaviləni ləğv etməklə 1-ci ərazi 10cu sıra, 4-cü korpusda yerləşən 97 nömrəli, 50 kv.m ticarət obyektinə görə ödəmədiyi aylıq icarə haqları üzrə 57600 manat borcun cavabdehdən tutularaq Cavabdeh Firmasının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 05.05.2007-ci il tarixli “Birgə fəaliyyət haqqında” 1183 saylı müqaviləyə əsasən aldığı sıra 10, korpus 4, yer 97-də yerləşən 50 kv.m sahəsi olan mağaza binasının cavabdehin qanunsuz sahiblik və istifadəsindən geri alınaraq onun sahiblik və istifadəsinə qaytarılması, daşınmaz əmlakdan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi, 01.10.201 7-ci il tarixdən əldən çıxmış fayda olaraq cavabdehdən məhkəmə qətnaməsi icra edilən günədək hər ay 300 manatın alınaraq ona verilməsi, istehlakçı kimi ona vurduğu mənəvi zərərə görə cavabdehdən kompensasiya kimi 10000 manat məbləğində pulun alınaraq ona verilməsi, 01.04.2014-cü il tarixdən hal-hazıradək 50 kv.m-lik obyektdən icarə haqqı adı ilə X1 aldığı cəmi 45500 manat pulun cavabdehin əsassız varlanmasına səbəb olduğundan alınaraq ona verilməsi və 18.11.2017-ci il tarixli 197 saylı tələbin mülkiyyət hüququnu pozduğuna və qanunla müəyyən edilmiş qaydada tərtib edilmədiyinə görə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh Firmasının nü mayəndəsi və vəkili V1 oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış 05.05.2017-ci il tarixli, 1183 saylı müqavilənin 7.3-cü bəndinə əsasən müqavilə üzrə öhdəliklər və hüquqlar vərəsəlik halları istisna olmaqla Cavabdeh Firmasının yazılı razılığı olmadan digər üsulla hər hansı bir üçüncü şəxsə verilə bilməz. Lakin buna baxmayaraq İddiaçı müqavilə şərtlərini pozaraq firmanın razılığı olmadan ticarət obyektini üçüncü şəxs olan X2 icarəyə vermişdir. Məhkəmə kollegiyası tərəfindən mülki iş obyektiv araşdırılsa idi, həmin müqavilənin şərtlərində ticarət obyektinin 3-cü şəxslərə icarəyə verilə bilməsi ilə bağlı hər hansı müddəanın olmadığı təsdiq edilərdi. Məhkəmə kollegiyası qətnamənin mətnində işin faktiki hallarına və mahiyyətinə uyğun olmayan cümlələrdən istifadə etməklə cavabdeh tərəfindən iddiaçının ticarət obyektindən istifadə etməsinə maneələr yaradılmasını qeyd edərək öz qətnaməsini əsaslandırmağa çalışmışdır. Məhkəmə əsaslı araşdırma aparmadan, işdə olan sübutlara əsaslanmadan və tərəflər arasında mövcud müqavilənin şərtlərini nəzərə almadan ilkin iddia üzrə cavabdehin guya iddiaçıdan yeni müqavilə bağlamağı tələb etməsinə istinad etmişdir. Lakin bu faktları sübut edəcək hər hansı dəlilin məhkəməyə təqdim edilməsi qətnamədə öz əksini tapmamışdır. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2019-cu il tarixli, 2(103)-6826/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Firmasının nümayəndəsi və vəkili V1 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni ləğv edərək ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra - Mülki Məcəllə) müqavilə növləri sırasında birgə fəaliyyət haqqında müqavilə növü nəzərdə tutulmasa da, Məcəlləyə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1). Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb e tdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Birgə fəaliyyət müqaviləsinin heç bir müddəası həmin əqdin icarə müqaviləsi olduğu barədə qənatə gəlmək üçün əsas vermir. Belə ki, müqavilədən aydın görünür ki, tərəflər ticarət mərkəzinin inşası ilə bağlı öz vəsaitlərini birləşdirmək qərarına gəlmiş və mübahisəli obyek t iddiaçının vəsaiti hesabına inşa edilmişdir. Müqavilənin cavabdehin istinad etdiyi 7.3-cü bəndində hətta gələcəkdə iddiaçının mübahisəli obyektə mülkiyyət hüququ əldə edə bilməsi imkanı da nəzərdə tutulmuşdur. Apellyasiya kollegiya qeyd etmişdir ki, müqavilənin 1.6 və 2.2 “D” bəndlərində nəzərdə tutulan iddiaçının gələcəkdə aylıq ödənişlər edəcəyi şərti də icarə haqqı kimi qəbul oluna bilməz. Əvvəla tərəflər özləri həmin ödənişi “icarə haqqı” deyil, “aylıq ödəniş” adlandırmışlar. Digər tərəfdən müqavilənin 2.2 “q” bəndinə əsasən cavabdeh tikinti zamanı və tikinti başa çatdıqdan sonra ərazinin və mərkəzin mühafizəsi xidmətini təmin etməyi öhdəsinə götürmüşdür və həmin xidmətin qarşılığında cavabdehin mağaza sahiblərindən, o cümlədən İddiaçı aylıq ödəniş alması inandırıcıdır. Müqavilənin 2.2v bəndindən görünür ki, mağaza, anbar və ya digər obyektin tikintisi başa çatdıqdan sonra tikintiyə sərf olunan xərclər tərəflər arasında hesablanacaq və sərf olunan xərclərdə fərq olarsa, tərəflər (qarşılıqlı surətdə) həmin fərqi ödəyir, sonra sahibkar mağaza, anbar və ya digər obyekti aktla qəbul edir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında icarə hüquq münasibətləri yaranmamış, tərəflər arasında müqavilədə icarə ilə bağlı şərtlər, icarə haqqı müəyyən olunmamışdır, əksinə birgə fəaliyyət haqqında müqavilə əsasında iddiaçının mübahisəli obyekt üzərində sahiblik və istifadə hüququnun olması müəyyən edilmişdir. Eyni zamanda, Birgə fəaliyyət müqaviləsində iddiaçının öz qanuni sahibliyində olan qeyri-yaşayış sahəsini üçüncü şəxslərə icarəyə (müvəqqə ti istifadəyə, işlətməyə) vermək hüququna qadağan qoyan müddəalar tərəflər arasında müəyyən olunmamışdır. Bu baxımdan iddiaçının mübahisəli mağazanı üçüncü şəxslərə icarəyə verməsi müqavilənin ləğvinə əsas verən pozuntu kimi qəbul edilə bilməz. İş üzrə iddiaçının birgə fəaliyyət müqaviləsindən irəli gələn hüquqlarını hər hansı üçüncü şəxs verməsi müəyyən edilmir. Kollegiya həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçıdan mübahisəli obyektə görə ödəmədiyi aylıq icarə haqqları üzrə 57600 manat borcun qaytarılmasını tələb etsə də, yuxarıda qeyd olunduğu kimi tərəflər arasında icarə hüquq münasibətləri yaranmamışdır. Həmçinin müqavilədə aylıq ödənişin məbləğinin ayrıca razılaşdırılacağı əksini tapmışdır (bənd 1.6). Cavabdeh aylıq ödənişin razılaşdırılmış həcmi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan qarşılıqlı iddia pul tələbi hissəində də əsassızdır və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, müqavilədə tərəflər arasında icarə haqqı məbləği müəyyənləşdirilməmişdir ki, bu hal bir daha onlar arasında icarə münasibətlərinin olmadığını təsdiq edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliy i həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-cü maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkət lərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin vəkili tərəflər arasında bağlanmış “Birgə fəaliyyət haqqında” müqavilənin 7.3-cü bəndinə istinad edərək, iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulmasını bildirsə də, iş materiallarından və apellyasiya kollegiyasının araşdırımasının nəticəsində müəyyən edilmişdir ki, tərəflər aralarında bağlanmış müqavilə əsasında vəsaitlərini birləşdirərək ticarət obyektini inşa etmişlər. Həmin müqavilə üzrə isə tərəflər arasında icarə müqaviləsi bağlanması halı müəyyən edilməmişdir. Apellyasiya kollegiyası da mübahisəyə bu prizmadan yanaşmış və maddi və prosessual hüquq normalarını dü zgün tətbiq etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya yoxlaması zamanı apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 4 19, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Firması tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2019-cu il tarixli, 2(103)6826/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7672/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7672/2019
16.12.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver