Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7676/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakları ilə, Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsin i, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-887/2019) iddia qismən təmin edilmiş, Cavabdeh1 10000 (on min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (məruzəçi), E.Şamayev, M.Məmmədov, iş № 2(103)9248/2018) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 28 yanvar 2019-cu il tarixli qətnaməs i dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı və Cavabdeh1 izahatları dinlənilməmişdir. Digər şəxslər məhkəm ə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yo xlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin qismən təmin edilməsi və Cavabdeh1 10000 (on min) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi barədə birinci instansiyası məhkəməsinin 28 yanvar 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlaya rkən ona istinad etmişdir ki, iddiaçının şikayəti əsasında Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılmış, X4 izahatında 2014-ci ilin noyabr ayında iddiaçı işlədiyi mağazaya gələrək cehizlik mallarının olduğunu və satmaq istədiyini bildirmiş, o, İddiaçıdan bir neçə dəfə həmin mallardan özü və ailəsi üçün götürüb pulunu qaytarmış, həmin vaxtlarda İlahə ona həmin malları satmaqda kömək etməsini xahiş etmişdir. O, da İddiaçıya demişdir ki, alverlə məşğul olan X1 adlı şəxsin olduğunu bildirmiş, razılaşmışlar ki, malları X1 satsın. İlahə həmin malları onun işlədiyi yerə qoyurmuş X1 isə həmin malları götürürmüş. Daha sonra İddiaçı onunla hesab apararaq təxminən 10000 manatlıq malın X1 olması məlum olmuşdur. Lakin X1 həmin pulu İddiaçıya verməmişdir. Sonradan həmin malın 3050 manatını İlahay ə özü vermişdir. Qalan pulu X1dən götürməsini bildirmişdir. İlahə isə malı deyil, pulu istəmişdir. Binəqədi Rayon Polis İdarəsinin 29.01.2016-cı il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəlləyə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçi rilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsində işə bax ılarkən sübutların araşdırılması ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində Binəqədi rayon Polis İdarəsinin 29.01.2016-cı il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsini qeyd etsə də, bu həqiqəti əks etdirmir. Belə ki, mülki işdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qərarı 31 iyul 2015-ci il tarixlidir. Həmin qərar isə Binəqədi rayon prokurorunun 29 yanvar 2016-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə yoxlama aparılması haqqında” qərarı ilə ləğv edilərək material əlavə yoxlanılması üçün göndərilmişdir. Yoxlamadan sonra hansı qərarın qəbul edilməsi iş materialları ilə müəyyən edilmir. Cavabdeh1 apelyasiya şikayətində qeyd etmişdir ki, “qeyd etmək istərdim ki, işin faktiki halları düzgün araşdırmamış və iş üzrə sübut qismində qəbul edilmiş Binəqədi RPİdə verilmiş izahatda da bildirmişəm ki, İddiaçı cehiz əşyalarını X1 adlı şəxsə vermiş və cehiz əşyaları ondadır. Mənə satmaq üçün yəni cehiz O əşyalarının verilməməsini bildirsəmdə, hakim çəkişmə prinsipini pozmuş, bu halları məhkəmədə iddiaçı tərəf sübut edə bilmədiyi halda mənə qarşı ədalətsiz qərarın verilmişdir.” Lakin apelyasiya şikayətinin həmin dəlili məhkəmə tərəfindən araşdırılmamış, tərəfin ədalətli məhkəmə baxışı (əsaslandırılmış qərar almaq hüququ) pozulmuşdur. Azərbaycan Respublikası tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiya sının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə b axışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Avropa Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. Bundan əlavə Nəsimi rayon məhkəməsi tərəfindən İddiaçı şikayəti əsasında toplanmış HK-1/418 saylı material tələb olunmuş və məhkəmənin 17 noyabr 2016-cı il tarixli protokolunda (iş vərəqə 51)materialın proses iştirakçıları tərəfindən araşdırılması qeyd olunmuşdur. Lakin materialda nəyin müəyyən edilib edilməməsi protokolda öz əksini tapmamışdır. Bu isə yenə də sübutların araşdırılmasının prosessual qaydalarının pozulmasıdır. “Məhkəmə iclas protokolu prosesin bütün gedişini əks etdirməli, prosesin gedişində məhkəmənin, hakimin, həmçinin prosesdə iştiak edən hər bir şəxsin prosesin gedişindəki fəaliyyəti protokolda öz əksini tapmalıdır. Yuxarı instnsiya məhkəməsində işə baxılarkən məhkəmə prosesi gedişində yaranan suallara cavab tapmaq üçün, bir qayda olaraq məhkəmə iclas protokoluna müraciət olunur. Mülki Prosessual Məcəllənin 270-ci maddəsinə əsasən məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayr ıca prosessual hərəkət barədə protokol tərtib edilir. Həmin Məcəllənin 271.1-ci maddəsi müəyyən edir ki, məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Məcəllənin 272.2-ci maddəsində isə protokolda hansı məsələlərin öz əksini tapması konkret olaraq göstərilmişdir. Bu məsələlər sırasında işdə iştirak edən şəxslərin və nümayəndələrin ərizələri, vəsatətləri və izahatları (271.2.9), şahidlərin ifadələri, ekspertlərin öz rəyi barədə şifahi izahatları, mütəxəssislərin izahatları (271.2.10), yazılı sübutların elan edilməsinə dair məlumatlar, maddi sübutların müayinəsinə, səs yazılarının dinlənməsinə, vidio yazılara baxılmasına dair məlumatlar (271.2.11) da nəzərdə tutulmuşdur. Məh kəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirən prosessual sənəddir. Yuxarı instansiya məhkəməsi aşağı instansiya məhkəməsinin qətnamə və qərardadlarından verilmiş şikayətlərə baxarkən aşağı instansiya məhkəmələrinin mülki məhkəmə icraatı zamanı tərtib olunmuş protokolları əsasında bir sıra məsələrlə bağlı qanunun tələblərinin necə yerinə yetirilməsi barədə mövqeyini formalaşdırır. İşdə iştirak edən şəxslərin və nümayəndələrinin, şahidlərin ifadələrinin protokolda əks etdirilməsi barədə tələb gələcəkdə qətnamə tərtib olunarkən həmin şəxslərin ifadə və izahatlarının qətnamədə düzgün göstərilməsi üçün zəmin yaradır. Məhkəmə həmin şəxslərin ifadə və izahatlarını qətnamədə qeyd edərkən p rotokolda öz əksini tapmamış halları qətnamədə göstərə bilməz. Hər bir halda qətnamədə tərəfin, şahidin və prosesin digər iştirakçılarının adından yazılan ifadəsi və yaxud izahatı protokolda yazılandan geniş ola bilməz. Protokolda qeyd olunmayan məsələlərin sonradan qətnamədə göstərilməsi və yaxud protokoldakı qeydlərlə qətnamədə göstərilənlərin biri - birindən fərqlənməsi məhkəmə icraatı zamanı prosessual qaydaların tələblərinə riayət olunmamasına dəlalət edir. Belə olan halda, verilən şikayətlərə baxılarkən həqiqətin müəyyən edilməsi mümkün olmur. Aşağı instansiya məhkəməsi tərəfindən eyni şəxsin adından məhkəmə iclas protokolu və qətnqamədə müxtəlif məzmunlu ifadə və izahatların yazılması, həmin məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilməsi barədə nəticəyə gəlm əyə imkan vermir. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarının 3.2-ci bəndində qeyd olunur ki, ”qətnamədə Azərbaycan Respublikası MPM-də göstərilən qaydalarda araşdırılmayan məlumatlara istinad edilməsinə yol verilmir”.” Bundan əlavə hakim X.Mərdanova tərəfindən iş üzrə qəbul edilmiş 17 noyabr 2016-cı il tarixli “qiyabi qətnamə” hakim N.Tağıyevanın 15 oktyabr 2018-ci il tarixli qərardadı ilə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclas protokollarından məlum olur ki, cinayət işinin başlanılmasının rədd edilməsi barədə material hakim N.Tağıyeva tərəfindən məhkəmədə araşdırılmamışdır. Qeyd olunduğu kimi əvvəlki məhkəmə prosesində hakim X.Mərdanova həmin materialı tədqiq etdiyini protokolda qeyd etsə də nəyi müəyyən etdiyini protokola yazmamışdır. Buna baxma yaraq hakim N.Tağıyeva tərəfindən qəbul olunmuş qətnamə əsas sübut kimi Binəqədi RPİ-dən tələb olunmuş materialın məhkəmədə tədqiq olunmasına istinad olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd olunanlara hüquqi qiymət verməyərək birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi barədə tələblərini pozmuşdur. Bu pozuntular düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düz gün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya inst ansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7676/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7676/2019
19.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver