Məhkəmə qərarları › İş №2(102)-768/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-768/2020

03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-768/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Xələfov İlqar Rəhim oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin vəkili X7 və Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsindən İddiaçı Sığorta Şirkəti ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İ.Əliyev) xx.xx.2019-cu il tarixli, 2(001)****/2019 saylı qətnaməsi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası təmin edilərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən az ağır dərəcəli xəsarətlərə, ölümə və “Chevrolet Niva” markalı, **-****-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 10500 manat sığorta ödənişinin və 30,4 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Şamayev, M.Məmmədov, Ş.Məhərrəmova) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şi kayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(001)-****/2018 saylı qətnaməsinin dəyişdirilməsi və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən az ağır dərəcəli xəsarətlərə, ölümə və “Chevrolet Niva” markalı, **-****-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə subroqasiya qaydasından tutulan vəsaitinin 7608 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC və Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbi nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən az ağır dərəcəli xəsarətlərə, ölümə və “Chevrolet Niva” markalı, **-****-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 10500 manat sığorta ödənişinin və 30,40 manat məbləğində dövlət rüsumunun, cəmi 10530,40 manatın Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı Sığorta Şirkəti ASC-nin vəkili X7 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində Bakı Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə istinad ou naraq “Chevrolet Niva” minik markalı **-****-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanı təxminən 1108 manat məbləğində qəbul etmişdir. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü yalnız hadisənin olması faktı ilə və cavabdehin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Çünki qeyd edilən cinayət işində iddiaçı tərəf kimi iştirak etmədiyindən öz hüquqlarını da müdafiə edə bilməzdi. Həmçinin qətnamədə qeyd olunduğu kimi dəymiş ziyan dəqiq göstərilmədiyindən təxmini rəqəmlə qeyd edilmişdir. Bu da öz növbəsində bu hala istinad edilmə faktın qeyri-dəqiqliyindən məlumat vermiş olur. Məhkəmənin istinad etdiyi sübut dəymiş ziyan məbləğini təxmini dəyərlə müəyyən etdiyindən birbaşa sübutun mötəbərliyini şübhə altına qoymuş olur. İş materia llarından görünür ki, iddiaçı ümumilikdə 10500 manat sığorta ödənişi həyata keçirmişdir. Bununla da iddiaçı mövcud qanunvericiliyə əsasən həyata keçirdiyi sığorta ödənişini geri tələb etmək hüququna malikdir. Lakin apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı ASC-nin tələblərinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli hökmün surətindən görünür ki, hadisə vaxtı sürücü C1 avtomobili sərxoş vəziyyətdə idarə e tmiş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hökmdən həmçinin görünür ki, iş üzrə zərərçəkmiş şəxs və ölmüş şəxsin hüquqi varisi məhkəmə iclasında verdikləri ifadələrdə cavabdehə qarşı şikayət və tələbləri olmadığını bildirmişlər. Lakin işə baxmış məhkəmələr bu halları nəzərə almamış və iddia tələbini əsassız təmin etmişlər. Ona görə də zərərçəkmiş şəxslərə dəymiş ziyan yol-nəqliyyat hadisəsində iştirak etmiş hər iki avtomobilin sürücüsü tərəfindən müştərək qaydada ödənilməlidir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti ASC-nin vəkili X7 vermiş olduğu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilməsi qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində toplanmış sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh xx xxxx 2014cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Opel Vectra” markalı, ******** dövlət qeydiyyat nişanlı avtomobillə *********** şösesinin 12-ci kilometrliyində ****** şəhəri istiqamətində hərəkətdə olarkən, yol hərəkəti qaydalarını pozması nəticəsində “Chevrolet Niva” markalı, **-* ***-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sərnişin X1 az ağır dərəcəli xəsarətlər almasına, X2 vəfat etməsinə səbəb olmuşdur. Müəyyən olunmuşdur ki, cavabdeh avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Bu əməlinə görə Cavabdeh Bakı Hərbi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 1(093)-****/2015 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Chevrolet Niva” markalı, **-****-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4000 manat məbləğində qiymətləndirilmiş, eyn i zamanda X3 aldığı xəsarətlə bağlı 1500 manat və X2 ölümü ilə əlaqədar 5000 manat sığorta ödənişi verilmişdir. Birinci instansiya məhkəməsi İddiaçı Sığorta Şirkəti ASC-nin xx xxxxxxx 2015-ci il tarixli sığorta aktına istinad edərək müəyyən etmişdir ki, “Chevrolet Niva” markalı, **-****-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 4000 manat məbləğində ziyan dəymişdir. Lakin iş materiallarında olan Bakı Hərbi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmünün məzmunundan müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-in 263-1.3cü maddəsi ilə istintaq olunmuş cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspertin xx xxxxxx 2014-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, tədqiq olunan 2005-ci il buraxılışlı “Chevrolet Niva minik” markalı, **-**** -*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən, yol-nəqliyyat hadisələri ekspertizalarının tədqiqat hissəsinin məlumatları və 10 il istismar müddəti nəzərə alınaraq, zərər çəkmişə dəymiş maddi ziyanın məbləği, təmir-bərpa işlərinin dəyəri təxminən 1108 manat, o cümlədən ehtiyat hissələri – 788 manat, təmir işləri – 320 manat müəyyən edilir. Məhkəmə kollegiyası yol-nəqliyyat hadisəsinə uğramış avtomobilə vurulmuş ziyanın dəyərini müəyyən edərkən ekspert rəyini mötəbər sübut qismində qiymətləndirmiş və hesab etmişdir ki, “xxxx” MMC-yə vurulmuş ziyanı məhz 1108 manat məbləğində müəyyən olunmalıdır. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin qanuna-zidd hərəkətləri nəticəsində vurulmuş ümumi zərər 7608 (5000+1500+1108) manat müəyyən olunmalı və məhz həmin pul v əsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birb aşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərər in əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarın ın müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasə n icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvaf iq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 14.2.1 və 14.3.3-cü maddələrinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz; İİİ qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə – 40 faiz. Ka ssasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı ödəmiş olduqları sığorta ödənişinin cavabdehdən tutulmalı olduğuna istinad edərək, cavabdehdən 10500 sığorta ödənişinin subroqasiya qaydasında tutulmasını tələb etsə də, apellyasiya kollegiyası iddia tələbini sığorta məbləği ilə bağlı hissədə dəyişdirməklə qüvvədə olan məhkəmə hökmü ilə müəyyən edilmiş faktlara istinad etmiş və mövqeyində haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə a idiyyəti hissəsində məcburidir. İddiaçının kassasiya şikayəti əsasında kassasiya yoxlaması aparılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, iddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən yol verilmiş hər hansı pozuntuya istinad edə bilməmiş, formal dəlillərlə şikayətini əsaslandırmağa çalışmışdır. Belə ki, cavabdeh işə mahiyyəti üzrə baxan apellyasiya instansiya məhkəməsində istinad etmədiyi halları hazırda kassasiya şikayətinin dəlili kimi göstərməyə çalışmış, həmin hallar isə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, cavabdehin də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Sığorta Şirkəti ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar