Məhkəmə qərarları › İş №2(102)-7689/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7689/2019

19.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7689/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı2 vəkili Məmmədov Adəm Məhərrəm oğlunun, Ləğv prosesində olan Cavabdeh2 ASC-nin vəkili Əzizli Nəvazi Vidadi oğlunun iştirakları ilə, Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində o lan Cavabdeh2 ASC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar “xxxx” MMC və İddiaçı2 - cavabdehlər Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2 ASC-yə, “xxxx” MMC-yə (Səbail Rayon İcra Şöbəsi 3-cü şəxs qismində qeyd olunan) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələblərini dəqiqləşdirərək 21 may 2011-ci il tarixli icra qeydini, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərini etibarsız və ləğv edilərək 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi 275051,54 manat pul məbləğinin əsas borca hesablanması, eyni zamanda hərrac protokollarının və ipoteka predmetinə tutmanı n yönəldilməsinin etibarsız hesab edilərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış mənzilinin ipoteka yüklülüyündən azad edib, mülkiyyət hüquqlarının bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 11 iyul 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən R.Qafarova, iş № 2(009)-101/2019) iddia tələbinin “icra qeydinin, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərinin etibarsız və ləğv edilərək, 30 iyun 2008-ci il tarixdən sonra ödənilmiş pul məbləğinin əsas borca hesablanması” hissəsinə xitam verilməsi qərara alınmışdır. İddiaçı və iddiaçıların nümayəndəsi qeyd edilən qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 31 iyul 2019-ci il tarixli qərardadı ilə (sədrlik ed ən R.Qafarova, iş № 2(009)-101/2019) şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər F.Babayev - sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov, iş № 2(103)-11728/19) İddiaçı2 və iddiaçının nümayəndəsi Məmmədov Adəm Məhərrəm oğlunun şikayəti təmin edilərək, Bakı şəhəri Səbail rayon məhkəməsinin 11 iyul 2019-cu il tarixli qərardadı ləğv edilmiş və mülki işin mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya şikayətinin dəlilləri: Ləğv prosesində olan Cavabdeh2 ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qan un pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ləğv prosesində olan Cavabdeh2 ASC-nin vəkili Əzizli Nəvazi Vidadi oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı2 vəkili Məmmədov Adəm Məhərr əm oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçılar “xxxx” MMC və İddiaçı2 Abadulla oğlu - cavabdehlər Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2 ASC-yə, “xxxx” MMC-yə (Səbail Rayon İcra Şöbəsi 3-cü şəxs qismində qeyd olunan) qarşı iddia ər izəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələblərini dəqiqləşdirərək 21 may 2011-ci il tarixli icra qeydini, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərini etibarsız və ləğv edilərək 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi 275051,54 manat pul məbləğinin əsas borca hesablanması, eyni zamanda hərrac protokollarının və ipoteka predmetinə tutmanın yönəldilməsinin etibarsız hesab edilərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış mənzilinin ipoteka yüklülüyündən azad edib, mülkiyyət hüquqlarının bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 11 iyul 2019-cu il tarixli qərardadı ilə iddia tələbinin “icra qeydinin, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərinin etibarsız və ləğv edilərək, 30 iyun 2008-ci i l tarixdən sonra ödənilmiş pul məbləğinin əsas borca hesablanması” hissəsinə xitam verilməsi qərara alınmışdır. İddiaçı və iddiaçıların nümayəndəsi qeyd edilən qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 31 iyul 2019-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, birinci instansiyası məhkəməsi iş üzrə icraata xitam verilməsini onunla əsaslandırmışdır ki, eyni tərəflər arasında, eyni əsaslarla, eyni predmet barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı vardır. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 04 noyabr 2014-cü il tarixli 2-1(103)-1224/2014 nömr əli qərardadı ilə İddiaçı2 apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı İnzibati İqtisad Məhkəməsinin 27 mart 2014-cü il tarixli 2-1(81) -981/2014 nömrəli qərarı ləğv edilmiş və iddiaçılar “xxxx” MMC və İddiaçı2 cavabdeh Ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontoru və “xxxx” MMC-yə qarşı 21 may 2011-ci il tarixli icra qeydinin, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərini ləğv edərək 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi 275051,54 manat pul məbləğinin əsas borca hesablanması, eyni zamanda hərrac protokollarının etibarsız hesab edilməsi barədə iddiası mümkün sayılmamışdır. Həmin qərardad isə Ali Məhkəmənin 09 iyun 2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi b irinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tətbiqi ilə razılaşmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. (261.0.2) Ləğv prosesində olan Cavabdeh2 ASC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərardadında mübahisəli hüquq münasibətinə hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, inzibati-iqtisadi kollegiyası iddianın mümkün sayılmamasını iddia müddətinin ötrülməsi ilə əlaqədar İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsaslanmaqla qərardad qəbul etmişdir. Həmin maddəyə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Nəzərə alınmalıdır ki, iddianın mümkün sayılmaması barədə qərardad tərəfin ötürülmüş müddətin bərpası ilə eyni zamanda mahiyyəti üzrə təkrar məhkəməyə müraciət etmək hüququnun olmasını istisna etmir (İnzibati Prosessual Məcəlləsinin 24-cü maddəsi) və inzibati məhkəmə qərar deyil, qərardad qəbul etmişdir. Başqa sözlə inzibati-iqtisadi kollegiyasının qeyd olunan qərardadını tərəflər arasında mövcud mübahisə üzrə yekun məhkəmə aktı kimi qəbul edilməsi qanunvericiliyin tələblərinə cavab vermir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verm əmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar