Məhkəmə qərarları › İş №2(102)-769/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-769/2025

18.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-769/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: payın naturada ayrılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin real bölgüsünün aparılması” tələbinə dair iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)-1252/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,12 sot torpaq sahəsi ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan ümumi sahəsi 0.12 ha torpaq sahəsinin paylara uyğun real bölgüsünün aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 0,12 ölçüdə torpaq sahəsi cavabdehlə onun hərəsinə ½ pay olmaqla paylı mülkiyyətindədir. Hər ikisinin payları bərabər, hüquqları eyni olsa da, ca vabdeh onun həmin torpaqdan istifadə etməyinə imkan vermir, bəhanə edir ki, payının ümumi sahəsinin hansı tərəfində olduğu müəyyən edilməyib. O, paylarını öz aralarında bölmək barədə təklif etsə də, cavabdeh buna da razılıq vermir ki, cavabdehin bu hərəkəti onun əmlak hüququnun pozulması kimi qiymətləndirilməlidir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 oktyabr 2023-cü il tarixli saylı ekspert rəyində qeyd olunmuşdur ki, tədqiq olunan həyətyanı torpaq sahəsində yerləşən bağ evinin yaşayış üçün yararsız olduğunu nəzərə alaraq bağ evinin bölgüsü ilə bağlı tədqiqat aparılmadı. Həmçinin rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin tərəflərin ½ payına uyğun naturada bölünməsinin “Məhkəmə tiki nti-texniki ekspertizasının həlli metodaları”-nın və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçəsi və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Torpaq sahəsinin bölgüsünün hansı qaydada aparılması rəyə əlavə edilmiş sxemdə göstərilmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim R. Qoşqarlı) 28 noyabr 2023-cü il tarixli, 2(001)-364/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı, Cavabdeh hər birinin ½ hissə 1200,0 ümumi (600 kv.m.) ibarət payı naturada ayrılmaqla bölünməsi, İddiaçı düşən 600 kv.m. torpaq sahəsinin sxemdə göstərilən torpaq s ahəsinin eni 22,82 m, uzunluğu isə soldan 21,53 m müəyyən edilməsi, Cavabdeh düşən 600 kv.m. torpaq sahəsi sxemdə göstərilən torpaq sahəsinin eni 20,02 m, uzunluğu isə soldan 31,16 m və sağdan 28,09 m müəyyən edilməsi, yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,75-3,0 metr aşağı olmasının nəzərə alınması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlara müvafiq olaraq, ünvan 1 ünvanı ½ hissədə İddiaçı ilə X3 arasında bölünmüş, lakin Cavabdeh tərəfindən İddiaçı həmin torpaq sahəsindən istifadə etməsinə imkan yaratmır, bununla da onun əmlak hüququnu pozur. Məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçı və cavabdehin hər birinin ½ hissə-1200,0 ümumi (600 kv.m.) ibarət payı naturada ayrılmaqla bölünməli, iddiaçıya düşən 600 kv.m. torpaq sahəsi sxemdə göstərilən torpaq sahəsinin eni 22.82 m, uzunluğu isə soldan 21.53 m müəyyən edilməli, Cavabdeh düşən 600 kv.m. torpaq sahəsi sxemdə göstərilən torpaq sahəsinin eni 20.02 m, uzunluğu isə soldan 31.16 m və sağdan 28.09 m müəyyən edilməlidir. Yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,75-3,0 metr aşağı olması nəzərə alınmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 178.8-ci, Azərbayc an Respublikası Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə onun mülkiyyətindən istifadəni maneəsiz həyata keçirməyi, naturada bölünərkən bərabərliyin və iradə sərbəstliyinin qorunması prinsiplərini gözləməmişdir. Məhkəmə payları ayırarkən onun mülkiyyət hüquqlarından doğan məqsədinə uyğun bölgü aparmamışdır. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin içərisində qe ydiyyata alınmış, ümumi sahəsi 19.40 kv.m. olan və əlavə tikililərdən ibarət olan bağ evi mövcuddur və həmin bağ evinə mülkiyyət hüququ ləğv edilməmişdir. Həmin bağ evinin bir tərəfi iddiaçının təqsiri ucbatından yararsız hala düşmüşdür. Ekspert rəy verərkən bağ evinin yararsız olduğunu əsas gətirərək, bölgünün aparılmasının mümkün olmadığı qənaətinə gəlmişdir. Halbuki, mülkiyyət hüququnun qeydiyyata alındığı bağ evinin istifadəyə yararsız olması, onun naturada bölünməsinə və ya bölünməməsinə əsas ola bilməz. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində ancaq 1200,0 kv.m. torpaq sahəsinin naturada bölünməsi barədə rəy verilib və məhkəmə məhz torpaq sahəsinin bağ evinin yerləşdiyi hissəsi (torpaq sahəsinin eni 22,82 m, uzunluğu isə soldan 21,53 m müəyyən edilməsi) İddiaçı mülkiyyətinə verilməsi ba rədə qanunsuz və əsassız qətnamə qəbul edib. Bunun nəticəsində onun 0,12 ha torpaq sahəsində yerləşən bağ evinə mülkiyyət hüququ əlindən alınmışdır. Onu da qeyd edib ki, məhkəmənin qətnaməsinə əsasən iddiaçının mülkiyyətinə ayrılan torpaq sahəsində "xxxx" MMC-yə (Bakcell) məxsus ötürücü antena stansiyası tikilmişdir və "xxxx" MMC ilə X2 arasında bağlanmış qanunsuz müqaviləyə əsasən Abdullayeva (Məmmədova) Nazilə torpaqdan istifadəyə görə "xxxx" MMC-dən icarə haqqı alır. Bu da onun mülkiyyət hüququnun və mülkiyyətdən istifadə və sərəncam hüququnun pozulması ilə nəticələnmişdir. Binəqədi rayon Məhkəməsi prosessual hüquq normalarının tələblərini pozaraq sübutlara düzgün qiymət verməmiş, işin hallarını düzgün qiymətləndirməmiş, onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxaran qətnamə qəbul etmişdir.

10. Məhkəmə tərəfindən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və bağ evi nəzərə alınmaqla torpaq sahəsinin paylara uyğun bölünmsəinin mümkünlüyü barədə sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEMnin 11 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/1741 nömrəli rəyində qeyd olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən sahəsi 19,4 kv.m təşkil edən bağ evinin faktiki vəziyyətdə yarı sökülmüş vəziyyətdə olmaqla yaşayış üçün yararsız olduğu (damının, pəncərələrinin, qapılarının, divarlarının bir hissəsinin söküldüyü) müəyyən olundu. Odur ki, həmin bağ evinin 1/2 pay üzrə bölgüsünün aparılmasının mümkün olub–olmaması üzrə tədqiqat aparmaq mümkün olmadı. Həmçinin qeyd olunmuşdur ki, evin yerləşdiyi 0,12 ha torpaq sahəsinin bölgüsünün hansı qaydada apa rılması ilkin ekspertiza rəyinə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir.

11. Məhkəmə mütəxəssisin iştirakı ilə mübahisəli torpaq sahəsinə yerində müayinə keçirilməsini qərara almış və mütəxəssi qismində “X1” MMC-dən mütəxəssis cəlb etmişdir. 12. “X1” MMC tərəfindən tərtib olunmuş 27 sentyabr 2024-cü il tarixli, 140 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada (real) 2 bərabər hissəyə bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin texniki pasport üzrə şimalşərqində nəzərdə tutulmuş 22,82 metr ölçüdə olan sərhəd hasarı çəkilməli, sərhəd hasarı üzərində giriş-çıxış üçün qapı (darvaza) quraşdırılmalı, 22,82 metr ölçüdə olan sərhəd hasarının şimal-qərbindən cənub-qərbə doğru istiqa mətdə 25,57 metr ölçüdə ikinci sərhəd hasarının balanğıc nöqtəsi və 22,82 metr ölçüdə olan sərhəd hasarının şimal-şərqindən cənub şərqə doğru istiqamətdə 26,41 metr ölçüdə ikinci sərhəd hasarının son nöqtəsi qoyulmalı və bu nöqtələr arası 22,71 metr ölçüdə ikinci hasarı çəkilməlidir. ünvan 2 ünvanında yerləşən, texniki pasport üzrə sahəsi 19.4 kv.m. olan “A” literli bağ evinin əksər hissəsinin söküldüyünü və bununla da, bağ evinin yaşayış üçün yararsız vəziyyətdə olduğunu nəzərə alaraq, həmin bağ evinin tərəflərinin ½ payına uyğun naturada (real) bölgüsünün mümkün olub-olmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmadı.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), G.Axundova və X. Sarıyev) 2(103)-1252/2024 nömrəli iş üzrə, 29 okty abr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilərək, ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı və Cavabdeh hər birinin ½ hissə1200,0 ümumi (600 kv.m.) ibarət payı naturada ayrılmaqla bölünməsi, bağ sahəsinin tərəflərin payına uyğun naturada torpaq sahəsinin texniki pasport üzrə şimal şərqində nəzərdə tutulmuş 22,82 metr ölçüdə olan sərhəd hasarın çəkilməsi, sərhəd hasarı üzərində giriş-çıxış üçün qapının (darvaza) quraşdırılması, 22,82 metr ölçüdə olan sərhəd hasarının şimal-qərbindən cənub-qərbə doğru istiqamətdə 25,57 metr ölçüdə ikinci sərhəd hasarının başlanğıc nöqtəsi və 22,82 metr ölçüdə olan sərhəd hasarının şimal-şərqindən cənub-şərqə doğru istiqamətdə 2 6,41 metr ölçüdə ikinci sərhəd hasarının son nöqtəsinin qoyulması və bu nöqtələr arası 22,71 metr ölçüdə ikinci hasarı çəkilməsi, Cavabdeh ayrılmış torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmiş qaydada eni şimal tərəfdən 22,82 metr, cənub tərəfdən 22,71 metr, uzunluğu sol tərədən 25,57 metr, uzunluğu sağ tərəfdən isə 26,41 metr, İddiaçı ayrılmış torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmiş qaydada eni şimal tərəfdən 22,71 metr, cənub tərəfdən 23,25 metr, uzunluğu sol tərədən 27,11 metr, uzunluğu sağ tərəfdən isə 25,21 metr müəyyən edilməsi qət edilmişdir.

14. Belə ki, işdə olan ekspert, mütəxəssis rəyləri ilə, həmçinin, mübahisə predmeti olan torpaq sahəsinin yerində müayinəsi ilə müəyyən olunmuşdur ki, ünvan 5 ünvanı nda yerləşən bağ evinin əksər hissəsi sökülmüşdür və yaşayış üçün yararsızdır. Yəni, bu ev faktiki olaraq bir əmlak kimi mövcud olmadığından, hər hansı bir əhəmiyyət kəsb etmədiyindən həmin evin bölünməsi üzrə tədqiqat aparılmamasının mümkün olmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz.

20. Apellyasiya şikayətinin məhkəmənin qətnaməsinə əsasən iddiaçının mülkiyyətinə ayrılan torpaq sahəsində "xxxx" MMC-yə məxsus ötürücü antena stansiyası tikilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həm mütəxəssis rəyi ilə, həm də torpaq sahəsinin yerində müayinəsi ilə müəyyən olunmuşdur ki, rabitə qülləsi tərəflərə məxsus torpaq sahəsində deyil, boş sahədə quraşdırılaraq daş divarla hasara alınmışdır və hazırkı mübahisə üçün əhəmiyyət kəsb etmir.

21. Məhkəmə kolleg iyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2023-cü il tarixli saylı ekspert rəyi ilə apellyasiya mərhələsində alınmış “X1” MMC tərəfindən tərtib olunmuş 27 sentyabr 2024-cü il tarixli, 140 nömrəli mütəxəssis rəyini tərəflərin mənafeyi, gələcəkdə tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması perespektivi baxımından müqayisə edərək göstərmişdir ki, “X1” MMC tərəfindən tərtib olunmuş 27 sentyabr 2024-cü il tarixli, 140 nömrəli mütəxəssis rəyində hər bir torpaq sahəsi dördbucaqlı şəklində bölünmüş və həmin torpaq sahələri üçün ayrı – ayrı istiqamətlərdə yolun mövcudluğu bu rəydə əksini tapmışdır. Lakin bunun əksinə olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhk əmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2023-cü il tarixli saylı ekspert rəyində yararsız vəziyyətdə olan bağ evinin yerləşdiyi sahə tərəfdən yol müəyyən olunmamış, digər tərəfin naturada yarılmış payı kimi qeyd olunan torpaq sahəsinin sağ kənarından 3 metr eni, 28,09 metr uzunluğunda sahə kəsilərək yol müəyyən olunmuşdur. Habuki, mütəxəssis rəyində hər 2 tərəfdən yolun ayrılmasının mümkün olduğu əksini tapır.

22. Mütəxəssis rəyinə əsasən hər 2 tərəfdən yolun müəyyən olunması paylı mülkiyyətçilərin öz mənafeyi və yuxarıda qeyd olunduğu kimi yeni məhkəmə mübahisəsinin yaranmaması perespektivi baxımından daha məqsədəmüvafiqdir.

23. Bundan başqa, mütəxəssis rəyi və ona əlavə olunmuş sxemdə sərhəd hasarının hansı tərəfdən çəkilməsi, hasarların başlanğıc və son nöqtələrinin istiqamətləri, ölçü sü, hansı sərhəd hasarı üzərində giriş-çıxış üçün qapı (darvaza) quraşdırılması dəqiqliklə əks olunduğundan məhkəmə kollegiyası hesab etmişdir ki, bu rəyə uyğun olaraq bağ sahəsinin tərəflərin payına uyğun naturada torpaq sahəsinin texniki pasport üzrə şimal şərqində nəzərdə tutulmuş 22,82 metr ölçüdə olan sərhəd hasarı çəkilməli, sərhəd hasarı üzərində giriş-çıxış üçün qapı (darvaza) quraşdırılmalı, 22,82 metr ölçüdə olan sərhəd hasarının şimal-qərbindən cənub-qərbə doğru istiqamətdə 25,57 metr ölçüdə ikinci sərhəd hasarının başlanğıc nöqtəsi və 22,82 metr ölçüdə olan sərhəd hasarının şimal-şərqindən cənub-şərqə doğru istiqamətdə 26,41 metr ölçüdə ikinci sərhəd hasarının son nöqtəsi qoyulmalı və bu nöqtələr arası 22,71 metr ölçüdə ikinci hasarı çəkilməli, Cavabdeh ayrılmış torpaq sahəsini n koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmiş qaydada eni şimal tərəfdən 22,82 metr, cənub tərəfdən 22,71 metr, uzunluğu sol tərədən 25,57 metr, uzunluğu sağ tərəfdən isə 26,41 metr, İddiaçı ayrılmış torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmiş qaydada eni şimal tərəfdən 22,71 metr, cənub tərəfdən 23,25 metr, uzunluğu sol tərədən 27,11 metr, uzunluğu sağ tərəfdən isə 25,21 metr müəyyən edilməlidir.

15. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 215.1, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.3, 384.0.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi, işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılmadan qəbul edilmişdir. Məhkəmə, tərəflər arasındakı münasibətləri və torpaq sahəsinin bölgüsü ilə bağlı faktları düzgün qiymətləndirməmişdir. Belə ki, Binəqədi Rayon Məhkəməsi, torpaq sahəsinin ½ hissəyə bölünməsi və həmin sahənin hər iki tərəf arasında düzgün bölüşdürülməsi ilə bağlı düzgün qərar qəbul etmişdi. Həmçinin, məhkəmə, Cavabdeh İddiaçı torpaq sahəsindən istifadə etməsinə imkan verməməsi, yəni onun əmlak hüququnu pozması məsəl əsini də düzgün qiymətləndirmişdi. Lakin Bakı Apellyasiya Məhkəməsi işdə olan ekspertiza rəyinə istinad etmədən, ona sübut kimi qiymət verməyərək əsassız qətnamə çıxarmışdır. Bunun əvəzində heç bir əhəmiyyəti olmayan özəl qurumun mütəxəssisini məhkəmə iclasına dəvət etmiş və mütəxəssis rəyinə əsaslanaraq qanunvericiliyin tələblərinə zidd qətnamə qəbul edilmişdir. Baş vermiş hal iddiçı İddiaçı hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. İddiaçı payına düşən torpaq sahəsindən mobil operator antenn qülləsindən sonra gələn torpaq sahəsi dövlətə məxsus torpaq sahəsi olmaqla oradan yola heç bir çıxış hüququ yoxdur. Belə olduğu üçün məhz Binəqədi rayon məhkəməsi Məmmədov Əfraimin torpaq payının cənub hissəsindən İddiaçı piyada və maşın keçidi üçün yol ayırmışdır. Bakı Apellyasiya Məhkəməsinin mübafiq kollegiyası isə bu əhəmiyyətli halı nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh Məmmədov Afərim Rəsul oğlu kassasiya şikayətinə qarşı etiraz göndərərək, qeyd etmişdir ki, iddiaçının cavabdehin payına düşən sahəyə giriş-çıxış, iddiaçının qeyd etdiyi dövlətə məxsus boş torpaq sahəsindən keçəcəksə, narahatlığına əsas yoxdur. Yəni, bu bölgü onun hüquqlarını pozmur. Cavabdeh kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

20. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

21. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

22. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qald ırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

23. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

24. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun üm umi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibəti nə uyğun əsaslandırılmalıdır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmay araq yoxlanılmalıdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir.

35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən qətnamə tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozulmasına yol vermiş, bu da düzgün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur.

37. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində 2 dəlilə istinad etmişdir: 1) torpaq sahəsində olan yaşayış evinin bölünməməsi və torpaq sahəsinin ev yerləşən hissəsinin iddiaçıya ayrılması, 2) iddiaçıya ayrılan hissədə "xxxx" MMC-yə (Bakcell) məxsus ötürücü antena stansiyasının quraşdırlması və buna görə iddiaçının kirayə haqqı alması.

38. Apellyasiya məhkəməsi hər iki dəlil üzrə araşdırma apar araq həm əlavə məhkəmə ekspertizasının rəyi ilə, həm də yerli müayinədə iştirak edən mütəxəssisin rəyi ilə hər iki dəlilin əsassız olduğunu müəyyən etmiş, evin tamamilə yararsız olduğunu və torpaqğın bölünməsinə maneə yaratmadığını, "xxxx" MMC-yə (Bakcell) məxsus ötürücü antena stansiyasının isə tərəflərin mülkiyyətində olan torpaq sahəsindən kənarda olan boş torpaq sahəsində yerləşdiyini müəyyən etmişdir.

39. Lakin apellyasiya məhkəməsi apellyasiya şikayətinin hər iki dəlilinin əsassız olmasını müəyyən etməklə kifayətlənməmiş, mütəxəssis rəyində torpaq sahəsinə ayrı-ayrı istiqamətlərdən yol olduğunun qeyd edildiyini əsas götürərək, torpaq sahəsinin ortadan bölünməsi və hər bir torpaq sahəsini ayrı istiqamətdə yol nəzərdə tutmaqla, birinci instansiya məhkəməsindən fərqli olaraq hər hansı b ir əsaslandırma etmədən bu dəfə şimal hissədəki torpaq sahəsini cavabdehə, cənub hissədəki torpaq sahəsini isə iddiaçıya ayırmışdır. Bu zaman məhkəmə nəzərə almamışdır ki, cavabdehin apellyasiya şikayətində torpaq sahəsinin bölünməsi ilə bağlı sxemə dair narazılığı olmamış, onun şikayəti yalnız mübahisəli torpaq sahəsində yerləşdiyi iddia edilən bağ evinin bölgüsü və antenna stansiyasının hüquqi statusu ilə məhdudlaşmışdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təklif etdiyi sxem üzrə bölgü aparmaq əvəzinə, ondan imtina edərək, xüsusi hüquqi statusu olmayan “X1” MMC tərəfindən verilmiş müstəqil mütəxəssis rəyinə əsaslanaraq, tamamilə fərqli qaydada bölgü aparılması barədə qətnam ə qəbul etmiş, bu zaman torpaq sahəsinin yeni qaydada bölgüsünün hansı zərurətdən irəli gəldiyini əsaslandırmamış, ümumiyyətlə tərəflərlə bölgü sxemini müzakirə etməmiş, təklif olunan bölgü üzrə tərəflərin mövqeyini, torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərində yolunun hansı istiqamətdən olduğunu araşdırmamışdır.

41. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, torpaq sahələrindən birinə boş torpaq sahəsindən keçid yolu verilərkən həmin boş torpaq sahəsinin hüquqi statusunu, yəni, onun dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya hər hansı fiziki şəxsə ayrılıb-ayrılmaması istiqamətində araşdırma aparılmamış, bu barədə aidiyyəti dövlət qurumlarına sorğu göndərilməmiş və nəticədə həmin hissədən yol kimi istifadənin gələcəkdə üçüncü şəxslərin hüquqlarına müdaxilə edə bilməsinə şəra it yaradan qətnamə qəbul edilmişdir.

42. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

43. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəblər i qətnamədə öz əksini tapmalıdır.

45. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi ekspertiza rəyləri ilə təklif edilən b ölgü planlarının hansının daha əlverişli olduğunu, torpaq sahələrinə gediş-gəliş yolunun 3-cü şəxslərin hüquqlarına müdaxilə olmadan həmin torpaq sahəsinin özündən verilməsinin mümkünlüyünü tərəflərlə müzakirə etməmiş, nəticədə prosessual hüquq normalarının tələblərini pozmuşdur.

47. Buna görə də, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən istiqamətdə əlavə araşdırma aparmaqla, işdə olan sübutlara düzgün hüquqi qiymət verməklə iş üzrə obyektiv və əsaslı qətnamə qəbul etməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)-1252/2024 saylı qənaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar