Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7699/2019 13.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7 və Cavabdeh8 qarşı ümumi birgə mülkiyyətdə olan 0.3654 ha və 0.6439 ha torpaq sahələrindən müəyyən edilmiş payların naturada ayrılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 12 de kabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh8 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim H.Səlimov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7 və Cavabdeh8 qarşı ümumi birgə mülkiyyətdə olan 0.3654 ha və 0.6439 ha torpaq sahələrindən müəyyən edilmiş payların naturada ayrılması tələbinə dair iddiası qismən təmin edilmiş, Balakən rayonu Meşəşambul kəndində yerləşən reyestr nömrəsi **********37 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçılar İddiaçı və Qazaxov Məhəmməd Şaban oğlunun ümumi paylı mülkiyyətlərinə verilmiş 0.6439 ha torpaq sahəsindən iddiаçı İddiaçı аid 1/ 2 hissəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun naturada ayrılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir Şəki Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ə. Məcidov, hakimlər M.Əsədli və İ.Quliyev) cаvаbdeh Cavabdeh1 və digər cavabdehlərin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, İddiaçı payının 54,65 metr, 42,73 metr, 32,19 metr, 74,63 metr, 16 metr və 113,40 metr olmaqla “p” şəkilli 6 ölçülü sxem üzrə faktiki sahəsi 0,3471 ha olan hissədə ayrılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikay əti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiadan hissəvi imtina edərək həmin imtinanı cavabdehlərin sahədə tikili inşa etməsi ilə əsaslandırsa da, sahə çəpərə alınsa da, tikili bütün sahəni əhatə etmir. Odur ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh8 birgə kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə torpaq sahəsinin naturada ayrılması barədə qətnamə qəbul edərkən həmin ərazidə təkcə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yox, eyni zamanda həyətyanı torpa sahəsinin, çoxillik əkmələr olan torpaq sahəsinin olmasını, həmçinin 30 ildən artıq müddətdə həmin torpaq sahəsinə etirazsız sahiblik və istifadə etmələrini və həmin ərazidə fındıq bağı saldıqlarını, Cavabdeh8 həyat yoldaşı X2 həyətyanı pay torpaq sahəsinin səhvən torpağa mülkiyyət hüququna dair Dövlət aktına vurulduğunu, İddiaçı pay torpaq sahəsinin isə səhvən X2 yaşadığı torpaq sahəsinə vurulduğunu, həmçinin Balakən rayonun Meşəşambul kəndində həm həyətyanı həm də pay torpaq sahələrinin birlikdə torpağa mülkiyyət hüqu quna dair Dövlət aktına vurulmasını nəzərə almamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işə yenidən baxılması və ekspertiza keçirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Hüquqi məsələlər: İddiaçı X5 cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan daşınmaz əmlakların cavabdehlə aralarında bölünməsi və həmin əmlaklarda payının müəyyən edilmə klə naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri iddia ərizəsində göstərilən daşınmaz əmlakların cavabdehlə aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bаlаkən rayonu Meşəşambul kəndində yerləşən 0.3654 ha və 0.6439 ha kənd təs ərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı və X məxsusdur. Eyni zamanda iş materiallarında olan Bаlаkən Rаyоn Məhkəməsinin 27 mаrt 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, Balakən rayonu Meşəşаmbul kəndində yerləşən, İddiaçı və X ümumi birgə mülkiyyətində olan 0.6439 və 0.3654 ha kənd təsərrüfаt təyinаtlı torpaq sahələrinin ½ hissəsinə iddiaçının payı müəyyən edilmişdir. Həmçinin işdə olan Аzərbаycаn Respublikаsı Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 saylı Zaqatala Layihə-Tədqiqat İdarəsinin 55 nömrəli, 14 avqust 2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən, RX seriyalı reyestr nömrəsi **********37 ola n Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı və X paylı mülkiyyətinə verilmiş 0.6439 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və RX seriyalı reyestr nömrəsi **********36 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı və X paylı mülkiyyətinə verilmiş 0.3654 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.6942 və 0.3686 ha-dır. Həmin ölçülər hüquqmüəyyənedici sənədə uyğun deyildir. Həmin torpaq sahələrindən 0.6439 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsi mümkündür və sxemdə göstərilmişdir. Ancaq 0.3654 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikililər olduğu üçün naturada bölünməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respubl ikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsiplə ri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razıla şmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı və X ümumi paylı mülkiyyətlərinə verilmiş 0.6439 ha torpaq sahəsindən iddiаçı İddiaçı аid 1/2 hissəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun naturada ayrılması hissəsində qüvvədə saxlamaqla tamamilə düzgün nəticəyə gəlmişdir. Mülki Prossesual Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsin də iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi əks olunmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 6.8-ci bəndinə görə qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin nəticə hissəsində iddianın qismən təmin edilməsi qeyd olunsa da, torpaq sahəsinin hansı qaydada bölünməsi, tərəflərdən hansının istifadəsinə torpaq sahəsinin hansı hissəsinin verilməsi göstərilməmişdir. Kollegiya hesab edir ki, mütəxəssis rəyində ümumi əmlakın naturada bölünməsinin mümkün variantının göstərilməsi məhkəməni qətnamənin n əticə hissəsində bölgünün aparılma qaydasının konkret və dəqiq məlumatlarla göstərməkdən azad etmir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsinin mülki prosessual qanunun tələblərinə uyğun tərtib etməməklə qətnamənin icrasını da qeyri-mümkün etmişdir və buna görə də apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirməklə və İddiaçı payının 54,65 metr, 42,73 metr, 32,19 metr, 74,63 metr, 16 metr və 113,40 metr olmaqla “p” şəkilli 6 ölçülü sxem üzrə faktiki sahəsi 0,3471 ha olan hissədə ayrılması haqqında qərar qəbul etməklə düzgün qənaətə gəlmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlа rdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh8 birgə kassasiya şikayətində istinad etdikləri hallar barədə heç bir sübut təqdim etmədiklərindən və yanız mülahizələrə əsaslandıqlarından məhkəmə kollegiyası həmin şikayəti əsassız hesab edir. İddiaçı kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının iddiasının tam təmin edilməsi ilə bağlı yeni qərar qəbul etməmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüq uq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh8 kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7699/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7699/2019
13.12.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver