Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-770/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: maddi zərər, mənəvi zərər, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)4690/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı və Cavabdeh "xxxx" ASC-də eyni idarədə işləmiş, iddiaçı cavabdehin işlədiyi idarənin rəisi olmuş, sonradan aralarında yaxın münasibəti yaranmış və bu münasibətlər bir neçə il davam etdirmişdir. 2018-ci ilin sentyabr ayında Cavabdeh adına xxx ndə 0,0114 ha torpaq sahəsinin üzərində həyət evi alınmış, evin dəyərini təşkil edən 38500 manat İddiaçı tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 38500 manat məbləğində pulun və 20000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını, cavabdehin hərəkətlərində cinayətin əlamətləri olduğu üçün bu barədə xüsus i qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 7-8 il müddətində yaxın münasibətlər olmuş, cavabdeh ona həmin münasibətləri ictimailəşdirəcəyi, onu iş yerində və ailəsində rüsvay edəcəyi barədə hədə-qorxu gəlməklə ondan maddiyyət əldə etmiş, belə hədə-qorxu nəticəsində məcbur qalaraq iddiaçı cavabdehə 38500 manat məbləğində ev almışdır. Lakin cavabdeh bununla kifayətlənməyərək onun haqqında müxtəlif orqanlara şikayətlər, teleqramlar vurmuş, nəticədə o, vəzifədən getmişdir. Cavabdehin bütün qanunsuz hərəkətləri nəticəsində onun çəkdiyi və çəkməkdə davam etdiyi mənəvi iztirablara görə 20000 manat məbləğ ona ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(001)280/2021 n ömrəli qətnaməsi ilə (hakim F.V.Abdıyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin qətnamə ilə xxxndə yerləşən torpaq sahəsinə dair bağlanmış 12 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmiş və bu səbəbdən iddia rədd edilmiş, həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Məhkəmələr belə bir qənaətə gələrkən, mübahisəli əmlakın dəyərinin hansı şəxs tərəfindən ödənilməsi məsələsinə də diqqət yetirmiş və hüquqi qiymət vermişlər. İddiaçı da hüquqi nəticə etibarı ilə etibarsızlığı müəyyən edi lməyən alqı-satqı müqaviləsi üzrə ödədiyi pul vəsaitini tələb edir. Məhkəmə həmçinin qeyd etmişdir ki, alqı-satqı müqaviləsi mübahisələndirilən zaman iddiaçı iddia ərizəsində cavabdehin şəraitini yaxşılaşdırmaq imkanı əldə edənə qədər kirayə haqqı ödəmədən ona özünə aldığı evdə yaşamaq imkanını yaratdığını, lakin həmin evi cavabdehin adına rəsmiləşdirdiyini, sonradan aralarında mübahisə yarandığını və cavabdehin həmin evin onun mülkiyyətinə keçirməkdən yayındığını iddia etmişdir. Hazırda isə alqı-satqı müqaviləsi üzrə ödənilmiş pulu tələb edir və həmin mövqeyə zidd bir mövqe sərgiləyərək, bu evin cavabdehin təzyiqləri və hədəsi nəticəsində ona aldığını iddia edir. İddiaçı hazırki iddia ərizəsində həmin mübahisə barədə hər hansı məlumat əks etdirməmiş və iddia ərizəsinə mübahisənin nəticə lərinə dair qəbul edilmiş məhkəmə aktlarını əlavə etməmişdir. Nəticə etibarı ilə belə bir mübahisənin olduğunu məhkəmədən gizlətmişdir. Bu mübahisə barədə cavabdeh məlumat vermişdir. Digər tərəfdən cavabdehin onun barəsində yazdığı şikayətlərə, yəni onun təzyiqinə və hədəsinə son qoymaq üçün 12 sentyabr 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona ev aldığını vurğulayır. Eyni zamanda, iddia ərizəsinə cavabdehin onun barəsində 28.11.2019-cu il tarixdə, yəni alqı-satqı tarixindən 1 il 2 ay keçdikdən sonra yazdığı şikayət ərizəsini əlavə edir. Bu da bir daha cavabdehin şikayətlərinin evin alınması ilə bağlı olmadığına dəlalət edir. Hər bir halda, iddiaçının dəlilləri əsaslı olduğu halda, 12 sentyabr 2018-ci il tarixdən sonra cavabdeh iddiaçı barəsində hər hansı şikayət yazm amalı və bu fəaliyyətini dondurmalı idi. Cavabdeh iddiaçı barəsində şikayətlərin yazdığını etiraf edir, hətta iddiaçının tutduğu vəzifədən onun şikayətləri əsasında getdiyi bildirir. Lakin bu şikayətlərin evin alınması ilə bağlı olmadığını, iddiaçının ona qarşı yol verdiyi hərəkətləri ilə bağlı olduğunu vurğulayır və iddiaçının belə hərəkətlərinin hazırda da davam etdiyini və dayandırmayacağı təqdirdə yenə də iddiaçıdan müxtəlif qurumlara şikayət etməkdə davam edəcəyini, hətta bu məsələlərə iddiaçının aidiyyəti ailə üzvünü də cəlb edəcəyini qeyd edir. Eyni zamanda, iddiaçı iddia ərizəsində cavabdehin öhdəsində azyaşlı uşağının və aztəminatlı olmasını, habelə aralarında olan yaxın dostluq münasibətlərini nəzərə alıb, cavabdehə həmişə bir insan kimi dəstək olduğunu, lakin bir müddət sonra ca vabdehin bu münasibətlərdən maddiyyət əldə etmək məqsədi ilə istifadə etməyə başladığını göstərir. Bir neçə cümlə sonra isə cavabdehlə 7-8 il ərzində birlikdə olduğunu qeyd edir. Həm burdan, həm də cavabdehin izahatından belə qənaətə gəlmək olur ki, tərəflər faktiki nikah münasibətlərində olmuşlar və iddiaçının da cavabdehə olan maddi dəstəyi və xüsusi diqqəti məhz bu münasibətlərdən irəli gəlmiş və bu səbəbdən cavabdehə etdiyi maddi yardımlar və aldığı əşyalar (avtomobil, ev, qızıl-zinət əşyalarının aldığını bildirir) hüquqi nəticə etibarı ilə hədiyyə kimi qiymətləndirilməlidir. Hər bir halda, həmin müəssisədə maddi dəstəyə ehtiyacı olan digər şəxslərin olması heç də istisna deyil. Lakin iddiaçı bir insan kimi onlara da dəstək olmasından danışmır. Bundan əlavə “Mən cavabdehlə müxtəlif fas ilələrlə təxminən 7-8 il birlikdə olmuşam” və “Lakin bir müddət sonra cavabdeh bizim aramızda olan münasibətlərdən başqa məqsədlər üçün istifadə etməyə başladı” ifadələri də biri birinə zidd olan ifadələrdir. Hər bir halda, cavabdehin bir müddət sonra iddiaçıya qarşı qərəzi olsa idi, bu münasibətlər 7-8 il davam etməməli idi. Məhkəmə, iddia tələbinin “vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin olunub-olunmamasının bilavasitə “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” hissəsində də əsassızdır və rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayə ti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(001)-280/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)-4690/2021 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Ə.Kərimlidən və E.C.Kazımovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(001)-280/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Kassasiya şikay ətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)-4690/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianı təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, həmin məhkəmə işin faktiki hallarını tam araşdırmamış, verilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya ba xışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktların a təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının z ədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edil diyi ehtimal olunur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətb iqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki,...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qə bul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki tələbin həlli sübutetmə ilə əlaqəli olmuş və apellyasiya instansiyası məhkəməsi bununla bağlı prosessual hüquq normalarını pozmamış, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmeti ni yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı cavabdehin tərəfindən hədə-qorxu və təzyiqlər edilməsi nəticəsində sonuncuya fərdi yaşayış evi aldığını iddia etsə də, işin faktiki hallarını araşdıran məhkəmələr təqdim olunmuş sübutlara və tərəflərin izahatlarına ətraflı qiymətləndirməklə, iddiaçının cavabdehlə şəxsi münasibətlər olması səbəbi ilə sonuncuya hədiyyə etməsi nəticəsinə gəlmişlər. Tərəflər arasında münasibətlər pozulduqdan sonra isə hədiyyə edilmiş əmlakın dəyərinin hədiyyə alandan tələb edilməsi əsassızdır. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayə tində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-c i maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)-4690/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-770/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-770/2022
21.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver