Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-770/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yeni inşa olunan yaşayış binasında mənzilə dair hüquqların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)4828/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mül ki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 12 dekabr 2005-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MMC inşa etdiyi ünvan 1 ünvanda 558-ci məhəllədə yerləşən yaşayış binasının 2-ci girişinin 4-cü mərtəbəsində, ümumi sahəsi 186,4 kv.m olan 4 otaqlı 107 nömrəli mənzili Cavabdeh2 verməyi, sonuncu isə qabaqcadan müəyyənləşdirilmiş 111.840 ABŞ dolları pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 2. 12 dekabr 2005-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 mənzilin 111.840 ABŞ dolları pay dəyərini Cavabdeh1 MMC-yə ödəmişdir. 3. 28 dekabr 2017-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MMC inşa etdiy i ünvan 2 ünvanda 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci girişinin 4-cü mərtəbəsində, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 9 nömrəli mənzili İddiaçı verməyi, İddiaçı isə qabaqcadan müəyyənləşdirilmiş 191.000 manat pulu vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 4. 28 dekabr 2017-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı mənzilin 191.000 manat pay dəyərini Cavabdeh1 MMC-yə ödəmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Cavabdeh1 MMC-yə qarşı iddiası təmin edilmiş, 12 dekabr 2005-ci il tarixli müqaviləyə və 12 dekabr 2005-ci il tarixli maliyyə arayışına əsasən ünvan 3 ünvandakı 558-ci məhəllədə yerləşmiş Cavabdeh1 MMC-nin tikilməkdə olan binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 186,4 kv.metr olan 107 nömrəli mənzilin Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir.
6. Yasamal rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib olunmuş 12 fevral 2018-ci il tarixli akta əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016cı il tarixli qətnaməsinin icrası ilə bağlı ünvan 2 ünvanda 558-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci blok, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 191 kv.m olan 9 nömrəli mənzili Cavabdeh2 təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə məxsus olan ünvan 2 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 9 saylı mənzilin cavabdehlər tərəfindən boşaldaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 mənzili 46 nömrəli binada, iddiaçının mənzili isə 48 nömrəli binada yerləşir. Həmçinin mənzillərə görə ödənən pay haqqı da fərqli olmuşdur. İddiaçıya məxsus 9 nömrəli mənzilin yerləşdiyi ünvan 2 ünvanda 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binası təxminən 2015-2016-cı illərdə tikilmişdir. Cavabdeh2 məxsus 107 nömrəli mənzilin yerləşdiyi 46 nömrəli bina isə daha əvvəl inşa edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən ünvan 4 ünvandakı 558-ci məhəllədə yerləşmiş Cavabdeh1 MMC-nin tikilməkdə olan binasında 2-ci blok, 4-cü mərtəbədə yerlə şən ümumi sahəsi 186,4 kv.metr olan 107 nömrəli mənzil Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməlidir. İcra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin icra məmurları Ruslan Əsgərov və Məmməd Bayramov tərəfindən 12 fevral 2018-ci il tarixli akta əsasən icra edilmişdir. İcra zamanı İddiaçı məxsus 9 nömrəli mənzil əsassız olaraq Cavabdeh2 təhvil verilmişdir. Mübahisə olunan mənzil boşdur, mənzilin açarları iddiaçının özündə olmalıdır. Lakin Cavabdeh2 maneçilik yaratdığına görə İddiaçı öz mənzilinə girə bilmir.
9. Cavabdeh2 nümayəndəsi, Vəkil2 Eldar oğlu iddia tələbinə etiraz edərək göstərmişdir ki, Cavabdeh1 MMC müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyinə görə Cavabdeh2 məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh 2 iddiası təmin edilmişdir. Yasamal rayon İcra şöbəsinin icra məmurları Ruslan Əsgərov və Məmməd Bayramov tərəfindən 12 fevral 2018-ci il tarixdə qətnamə icra edilmiş və mənzil Cavabdeh2 təhvil verilmişdir. Bu barədə 12 fevral 2018-ci il tarixdə akt tərtib edilmiş, icra məmuru tərəfindən 24 sentyabr 2018-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016cı il tarixli qətnaməsi üzrə həyata keçirtdiyi icra hərəkətlərinin qanunsuz hesab edilməklə, icra məmuru tərəfindən tərtib edilmiş 12 fevral 2018-ci il tarixli aktın və qəbul edilmiş 24 sentyabr 2018-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Yasamal Rayo n Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmişdir. Cavabdeh2 həmin qərardaddan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 may 2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı “icra hərəkətlərinin qanunsuz hesab edilməsi və sair tələbləri barədə” ərizəsi rədd edilmişdir. Cavabdeh2 məhkəmə qətnaməsinə əsasən öz mənzili təhvil verilmişdir. İddiaçı 28 dekabr 2017-ci il tarixli müqaviləsinə istinad etməklə, Cavabdeh1 MMC-dən aldığı mənzilin ona təhvil verilməsini tələb etməlidir. Cavabdeh2 verilmiş mənzilin iddiaçıya heç bir aidiyyəti olmamışdır.
10. Yasamal Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(004)-92/2024 nömrəli qətnaməsi ilə (hakim V.Hacıyev) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 may 2023-cü il tarixli qərardadının hazırkı iş üzrə preyudisial əhəmiyyətli olmasına istinad etmiş və iddiaçının tələb etdiyi, özünə məxsus olan mənzilin icra sənədinə əsasən digər Cavabdeh2 verilmiş mənzil olmasını iddia etməsinə baxmayaraq, bu halı təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsinə əsaslanmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli icra vərəqəsinin icrası ilə bağlı Cavabdeh2 təhvil verilmiş mənzilin, 28 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən ona məxsus olan mənzil olmasını və bu mənzilin Cavabdeh2 qanunsuz sahibliyində olmasını iddia etsə də, bu halı təsdiq edən sübutları məhkəmə təqdim etməmişdir. Odur ki, iddia özü-özlüyündə əsassız olduğundan rədd edilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, Mülki Prosessual Məcəllənin 14, 77.1, 82.3 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)-4828/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Cəfərov və E.Kazımov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(004)-92/2024 nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbləri təmin edilmiş, "xxxx" MMC tərəfindən inşa edilən ünvan 2 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 9 saylı mənzilin Cavabdeh2 və "xxxx" MMC tərəfindən boşaldaraq İddiaçı təhvil verilməsi, Cavabdeh2 qüvvədə olan məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun 24 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməklə onun icrasının davam etdirilməsini, müvafiq olaraq da, həmin qətnamə ilə ona verilməli olan mənzilin verilməsini və ya MPM-in 231-ci maddəsinin tələbləri qaydasında həmin ünvanda və ya MMC-in inşa etdiyi başqa binada eyni ölçüdə olan başqa mənzilin verilməsi və ya mənzilin əvəzində qeyri-yaşayış sahəsinin və ya müqavilədə göstərilən mənzilin hazırkı dəyərinin verilməsini tələb etmək hüququna malik olmasının izah edilməsi qət edilmişdir.
16. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmənin istinad etdiyi hər iki halla bağlı, yəni həm icra məmurunun hərəkətlərindən verilmiş şikayətə dair məhkəmə qərardadının bu iş üzrə preyudisiallığı, həm də iddiaçıya məxsus olan və tələb etdiyi mənzilin icra sənədi əsasında Cavabdeh2 təhvil verilən mənzilə eyni mənzil olmasının sübut edilməməsi barəsində qənaəti əsassız olmuşdur.
17. Hazırkı işdə rayon məhkəməsinin preyudisiya kimi qiymətləndirdiyi Bakı Apellyas iya Məhkəməsinin 12 may 2023-cü il tarixli qərardadından müəyyən olunur ki, həmin qərardad İddiaçı icra məmurunun qərar və hərəkətinin qanunsuzluğunu mübahisələndirməsi ilə bağlı olmuşdur. Belə olan halda, yəni prosessual qanunvericiliyin istinad olunan normasının tələbləri və bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarlarında əks olunmuş hüquqi mövqelərə əsasən müəyyən olunur ki, rayon məhkəməsinin istinad etdiyi həmin qərardad hazırkı mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi üçün preyudisial əh əmiyyətə malik olmamışdır. Çünki həmin qərardaddan da göründüyü kimi, qeyd edilən məhkəmə aktında hazırkı İddiaçı icra məmurunun başqa bir məhkəmə aktına əsasən verilmiş icra sənədi üzrə tərtib olunmuş aktı və icra məmurunun hərəkətlərini mübahisələndirmişdir. Demək ki, həmin məhkəmə qərardadı müstəsna olaraq icra məmurunun hərəkətlərindən doğan prosessual məsələlərlə bağlı olmuş, başqa sözlə, həmin qərardadla maddi-hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməmişdir. Bu isə, öz növbəsində, Konstitusiya Məhkəməsinin istinad olunan qərarında müəyyənləşdirilmiş hüquqi mövqe baxımından həmin qərardadın preyudisiallığını istisna edir.
18. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və "xxxx" MMC-yə qarşı “ünvan 5 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 9 saylı mənzilinə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli yaşayış binasında mənzil tikintisi müqaviləsinin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi’’ tələbinə dair iddiasının rədd edilməsinə dair Yasamal Rayon Məhkəməsinin 16 may 2023-ci il tarixli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 10 oktyabr 2023-cü il tarixində baxılmış və həmin tarixli qətnaməsində rayon məhkəməsinin bu iş üçün preyudisial hesab etdiyi Bakı Apellyasiya Məhkəməsinin 12 may 2023-cü il tarixli qərardadına istinad etmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 apellyasiya şikayə tini təmin etmədən, rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış və bu zaman qətnaməsində xüsusi olaraq göstərmişdir ki, Cavabdeh2 İddiaçı (hazırda tələb etdiyi) həmin mənzilə dair MMC ilə bağladığı müqaviləni mübahisələndirməyə subyektiv hüququ yoxdur.
19. Göründüyü kimi, hazırkı işə baxılarkən artıq qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş həmin hal (yəni Cavabdeh2 hazırkı iddiaçının tələb etdiyi mənzillə bağlı əqdləri mübahisələndirmək üçün subyektiv hüquqa malik olmaması) rayon məhkəməsinin qeyd edilən qərardada münasibətdə MPM-in 82.3-cü maddəsinə əsaslanmasını istisna edirdi.
20. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəyə baxan rayon məhkəməsi iş üçün mühüm əhəmiyyətli olan bu halları nəz ərdən qaçırmışdır. Baxmayaq ki, rayon məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qərardadından görünür ki, hazırkı iş üzrə icraat məhz iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və "xxxx" MMC-yə qarşı “ünvan 5 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 9 saylı mənzilinə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli yaşayış binasında mənzil tikintisi müqaviləsinin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi’’ tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəsinə minməsi əsası ilə dayandırılmışdır.
21. Apellyasiya kollegiyasının qənaətinə görə isə, ümumiyyətlə, iddiaçı X.Həsənovanın ona məxsus və Avropa Məhkəməsinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci ma ddəsinin təsir dairəsi ilə bağlı çoxsaylı qərarlarında müəyyən etdiyi hüquqi mövqeyi baxımından “mülkiyyət” hesab edilən mənzilinin icra sənədinə əsasən istənilən şəxsə, o cümlədən də Cavabdeh2 verməsinə dair icra məmurunun hərəkətlərini mübahisələndirməsinin onun hazırkı iddiasının həlli baxımından əhəmiyyəti ola bilməzdi. Çünki icra hərəkətləri həyata keçirildiyi 12 fevral 2018-ci il tarixində həmin mənzil Cavabdeh2 borclusu MMC-yə məxsus deyildir və bundan xeyli müddət əvvəl, yəni 18 dekabr 2017-ci tarixindən həmin mənzil iddiaçının “mülkiyyəti” olmuşdur.
22. Apellyasiya kollegiyası, rayon məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi digər əsasa, yəni iddiaçı X.Hüsynovanın tələb etdiyi mənzillə icra sənədinə əsasən Cavabdeh2 təhvil verilmiş mənzilin eyni mənzil olmasının sübut edilm əməsinə gəldikdə isə xüsusi olaraq qeyd etmişdir ki, rayon məhkəməsinin bu qənaəti, ümumiyyətlə anlaşılmaz olmuşdur. Çünki nə iddiaçı tərəf, nə də cavabdeh tərəf bu faktı nəinki mübahisələndirməmiş, əksinə, bütün ərizə, şikayət və izahatlarında həmin mənzilin eyni mənzil olduğunu bildirmişlər, mülki işdə olan sübutlar və digər məhkəmə aktları ilə də bu hal şəksiz olaraq təsdiq olunur, başqa sözlə desək, bu fakt hazırkı mülki işin mübahisələndirilməyən hallarından biridir. Belə olan halda rayon məhkəməsinin həmin qənaətinin nəyə əsaslanması müəyyən olunmur. Demək ki, rayon məhkəməsinin bu halla bağlı qənaəti əsaslandırılmamaqla yanaşı, həm də aşkar əsassız olmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 münasibətdə MM-in 452.1-ci maddəsinin tətbiqi məsələsini nəzərdən keçirərək h esab edir ki, hazırkı işin müəyyən olunmuş halları baxımından bu mümkün deyildir. Belə ki, istinad olunan normanın tələbinə görə fərdi-müəyyən əşyanı kreditorun-sifarişçinin mülkiyyətinə vermək borclunun vəzifəsi kimi müəyyən edilmişdir. Hazırkı halda İddiaçı kreditor, MMC isə borcludur, demək ki, MMin 452.1-ci maddəsinin birinci cümləsinin tələbinə əsasən MMC iddiaçı ilə bağlanmış 28 dekabr 2017-ci il tarixli müqavilə öhdəliyini icra edərək həmin mənzili ona verməyə borcludur. Bununla belə, həmin normanın ikinci cümləsi istisna hal kimi əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda kreditorun bu imkanının aradan qalxmasını nəzərdə tutur. Qeyd olunan maddənin dispozitiv şərtlərinin hazırkı mübahisənin müəyyən olunmuş hallarına tətbiqini yoxladıqda aşağıdakılar müəyyən edilir: b irincisi, normada eyni fərdi-müəyyən əşyadan bəhs edilir, yəni borclu öhdəliyə əsasən kreditora verməli olduğu əşyanı, başqa bir öhdəliyə əsasən üçüncü şəxsə, həm də mülkiyyət hüququ ilə verməlidir. Hazırkı işdə isə mübahisəsiz olaraq müəyyən olunur ki, borclu MMC kreditorları İddiaçı və Cavabdeh2 ayrı-ayrı müqavilə öhdəliklərinə əsasən eyni bir əşyanı (mənzili) deyil, tamamilə fərqli fərdi-müəyyən əşyanı (mənzilləri) vermək öhdəliyi mövcuddur. Bundan başqa, həm də müəyyən olunmuşdur ki, İddiaçı məxsus mənzil Cavabdeh2 borclu MMC tərəfindən deyil, yalnız başqa məhkəmə aktına əsasən icra icraatı zamanı yanlış olaraq (səhvən) icra məmuru tərəfindən təhvil verilmişdir. Hazırda isə həmin mənzil Cavabdeh2 də bildirdiyi kimi onun deyil, məhz MMC-in nəzarətində - sahibliyindədir. Demək ki, hazırk ı halda MM-in 452.1-ci maddəsinin ikinci cümləsinin tətbiqi istisna olunur.
24. Beləliklə də, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının cavabdeh MMC ilə mənzilin əldə olunmasına dair etibarlı müqavilə bağlamış, mənzilin dəyərini tam ödəmiş, bununla da həmin mənzil onun “mülkiyyəti” hesab edildiyindən, MM-in 152.1, 175.1, 157.2, 452.1-ci maddələrinin tələblərinə əsasən onun hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
25. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, Cavabdeh2 qüvvədə olan məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraatına xitam verilməsi barədə icra məmurunun 24 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməklə onun icrasının davam etdirilməsini, müvafiq olaraq da həmin qətnamə ilə ona verilməli olan mənzil in verilməsini və ya MPM-in 231-ci maddəsinin tələbləri qaydasında həmin ünvanda və ya MMC-in inşa etdiyi başqa binada eyni ölçüdə olan başqa mənzilin verilməsi və ya mənzilin əvəzində qeyri-yaşayış sahəsinin və ya müqavilədə göstərilən mənzilin hazırkı dəyərinin verilməsini tələb etmək hüququna malik olması izah edilməlidir.
26. Apellyasiya kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 29, 43-cü, Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 385.1, 385.2, 386.1, 442, 452.1, 452.2, 567, 646.1-ci, Mülki Prosessual Məcəllənin 14, 77.1, 82.3 və 88ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
27. Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(10 3)-4828/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 337.4-cü, Mülki Prosessual Məcəllənin 82.3 və 88-ci maddələrinin tələbləri pozulmuşdur.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi müqavilə bağlanan zaman iddiaçıya sahənin dəyərini ödəməsi barədə rəsmi maliyyə sənədi olan kassa mədaxil orderi qəbzinin verilməməsini, müqavilənin bağlandığı vaxtdan təxminən 3 il keçməsinə baxmayaraq iddiaçının yaşayış sahəsini təhvil almamasını nəzərə almamış, müqavilənin bağlanması ilə eyni zamanda ödənişin edilməsini və iddiaçıya maliyyə arayışının verilməsini, həmin pul məbləğinin həqiqətən də MTK-ya mədaxil olunmasını araşdırmamışdır. Hazırkı iddianın əsasını 28 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi təşkil edir və ilkin olaraq həmin alqı-satqı müqaviləsinin etibarlılıq məsələsinə baxılmalıdır. İddiaçı iddia edir ki, icra qaydasında mənzil Cavabdeh2 təhvil verilməmişdən 2 ay öncə həmin mənzili alıb, lakin icra məmurları həmin mənzilə gedərkən açar "xxxx" MMC-nin direktorunda idi. Məhkəmə, vətəndaşın hazır binadan mənzil almasını və buna görə 200.000 manata yaxın pul ödəməsini, lakin açarının olmamasını nəzərə almamışdır. İddiaçı əri X1 cavabdeh şirkətin əməkdaşı olmuşdur. Cavabdeh şirkət əməllərini gizlətmək üçün müqaviləni onun arvadının adına tərtib etmişdir ki, məhkəmədə bilinməsin. Hazırkı qətnamə Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2 023-cü il tarixli qərardadı ilə ziddiyyət təşkil edir.
30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
31. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş s übutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəli llərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şi kayətinin dəlillərinə hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
38. Belə ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, cavabdeh MMC ilə iddiaçı və kassator arasında bağlanmış müqavilələrin predmetləri fərqli mənzillər olmuş, lakin iddiaçıya məxsus mənzil Cavabdeh2 iddiası üzrə qəbul edilən məhkəmə qərarının icrası qaydasında icra məmuru tərəfindən səhvən kassatora təhvil verilmişdir. Bu zaman, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusu müəyyən edilməmişdir.
39. Kassasiya şikayətinin dəlilləri iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış müqavilənin etibars ızlığına yönəldilmişdir. Lakin, nəzərə alınmalıdır ki, cavabdehin bununla bağlı ayrıca iddiası olmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qüvvədə olan 16 may 2023-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir.
40. Həmçinin, kassator hazırkı şikayətində birinci və apellyasiya instansiyası məhkəmələrində bildirmədiyi işin faktiki hallarına (iddiaçının cavabdeh MMC-nin əməkdaşının həyat yoldaşı olması və onunla müqavilənin formal bağlanması) istinad edir ki, Mülki Prosessual Məcəllənin 407.2 və 416-cı maddələrinə görə bu məsələ kassasiya baxışının predmetini təşkil etmir.
41. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prose ssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)-4828/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.