Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-773/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin tutulması, dəymiş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin tutulması, dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5546/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən veril miş kassasiya şikayətlərinə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. “Mercedes-Benz GL500” minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olmaqla, 24 may 2021-ci il tarixli, İ-MİC1421/21 saylı “X1 Tam Sığorta Şəhadətnaməsi”nə əsasən cavabdehdə 23 iyun 2021-ci il 00:00-dan 23 iyun 2022-ci il saat 23:59-dək olan müddət üçün 80000 manat məbləğində sığortalanmışdır. 2. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən 2013-cü il buraxılışlı “Mercedes Benz GL 500” minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alt saçka sağ, ön alt saçka sol, ön saffa sol, ön saffa sağ, ön stupitsiya sağ, ön stupitsiya sol, ön sol am artizator, ön sağ amartizator, sipər sağ, sipər sol zədələndiyi müəyyən edilmişdir. 3. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə mütəxəssis rəyinə əsasən 2013-cü il buraxılışlı “Mercedes-Benz GL500” minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 14580,0 manat (14080 manat ehtiyyat hissələri + 500 manat təmir xərci) məbləğində olduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus "Mercedes-Benz GL500” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər kimi 14580 manat, mənəvi ziyan kimi 5000 manat, vəki l xərci olaraq 100 manat, dövlət rüsumunun əvəzi kimi 150 manat, qəbul ediləcək məhkəmə qətnaməsi tam icra olunan vaxtadək, 19 avqust 2021-ci il tarixdən etibarən ilk 5 gün ərzində sığorta ödənişinin 0,2 faizi məbləğində, sonra isə ötürülmüş hər gün üçün 1 faizi məbləğində cərimə pulu məbləği və avtomobilin istifadəsiz vəziyyətdə qalması nəticəsində yararsız hala düşən ehtiyyat hissələrinin dəyəri müəyyən edilməklə cavabdeh "Paşa Sığorta” ASC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Mercedes-Benz GL500”, **-KG-*** dovlət qeydiyyat nişanlı avtomobil "Paşa Sığorta” ASC tərəfindən kasko sığorta növündə 2018-ci il tarixdən hər il sığortalanır. Sonuncu dəfə xx.xx.2021-ci ildə sığortalanmışdır. Hər il "Paşa Sığorta” ASC-yə 2000 manatdan çox sığorta haqqı ödənilir. xx.xx.2021-ci il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Bilgəh qəsəbəsində Yaşıl Abadlıq adlı restoranın qarşısında sığorta hadisəsi baş vermişdir. Belə ki, həmin istiqamətdə hərəkət edərkən, qəfildən yolun hərəkət hissəsinə it qaçdığından, o manevr qaydalarına uyğun olaraq, mümkün manevr hərəkətlərini edərək, avtomobil ilə itin vurulmasının qarşısını almışdır. Lakin, bu zaman avtomobilin sol hissəsi açıq və batmış vəziyyətdə olan lyuka düşdüyündən avtomobilin qabaq sol amartizatoru tam yararsız hala düşmüş, qabaq sol amartizator isə qismən yararsız vəziyyətə düşmüşdür. Hadisə nəticəsində avtomobilin əldə etdiyi digər texniki nasazlıqlar isə gözlə müşahidə olunmurdu belə ki, hava qaranlıq idi. Hadisə baş verdiyi yerdən bağ evinə yaxın məsafə olduğundan və hadisənin 01:30 radələrində baş verməsinə görə, o bağ evinə getmiş və səhər saat 09:30-dan etibarən "Paşa Sığorta” ASC-yə zəng etməyə başlamışdır. 11:30 radələrində onun zənginə cavab verilmiş və o hadisə barədə ASC-yə məlumat vermişdir. Bundan sonra "xxxx" ASC-nin əməkdaşı hadisə yerinə, gəlmiş öz qeydlərini aparmış və hadisə yerinin foto şəkillərini çəkmişdir. xx.xx.2021-ci il tarixdə, "xxxx" ASC-nin SMS göstərişi ilə “Mercedes-Benz GL500”, **-KG-*** dovlət qeyydiyat nişanlı avtomobilini xx.xx.2021-ci il tarixdə “Toyota Servis”-ə (bundan sonra Servis) evakuator ilə gətirib Faiq adlı şəxsə təhvil vermişdir. Evakuatorla gətirməyinin səbəbi sığorta hadisəsi baş verdikdən sonra (xx.xx.2021-ci tarixdə) avtomobilinin qabaq hissəsinin yatmış vəziyyətdə olmas ı və belə halda avtomobilin idarə olunmasının təhlükəli olmasi idi. "xxxx" ASC tərəfindən sığorta hadisəsi baş verməsi qəbul edilərək və bu hal müvafiq qaydada qeydiyyatdan kecirildikdən sonra, onun tərəfindən "xxxx" ASC-nin tələbi ilə 100 manat franşiza məbləği ödənilmiş (odənişi təsdiq edən sənəd əlavə olunur) və bundan sonra "xxxx" ASC avtomobilin təmirinə razılıq verilmişdir. Servis tərəfindən avtomobilin təmirinə başlanılarkən ona bildirilmişdir ki, "xxxx" ASC-yə məlumat verilmişdir ki, avtomobilin qabaq alt hissəsinə ziyan dəyib və qabaq alt hissəsində 8-9 ədəd ehtiyat hissəsi yenisi ilə əvəz olunmalıdır. Lakin, "xxxx" ASC tərəfindən Servisə göstəriş verilmişdir ki, avtomobilə istifadə olunmuş ehtiyyat hissələri quraşdırılsın. (“Avtomobil ölüxanası”-da istifadəyə yararsız avtomobil lərin üzərində olan ehtiyyat hissələri). Halbuki, bu barədə ona məlumat verilməmişdir. Avtomobilinə istifadə olunmuş (Servis tərəfindən sonradan ona bildirilmişdir ki, həmin ehtiyyat hissələri “avtomobil ölüxanası”-da olan istifadəyə yararsız avtomobillərin üzərində olmuşdur) istifadəyə yararsız ehtiyat hissələri quraşdırıldıqdan sonra, ona xəbər verildi ki, avtomobilini xx.xx.2021-ci il tarixdə təhvil ala bilər. xx.xx.2021-ci il tarixdə avtomobilini təhvil alan zaman, aşkar etmişdir ki, onun avtomobilinə istifadə olunmuş ehtiyyat hissələri belə deyil, istifadəyə yararsız və mənşəyi bilinməyən ehtiyyat hissələri quraşdırılmışdır. Belə ki, həmin ehtiyyat hissələri “avtomobil ölüxanası”ndan istifadəyə yararsız avtomobillərin üzərindən çıxarılmış ehtiyyat hissələri olmuşdur. Həmin ehtiyyat hi ssələrinin alınması barədə qəbzlər və mənşəyini təsdiq edən sənədlər ona təqdim edilməmişdir. Buna görə də, avtomobilini bu vəziyyətdə təhvil almaqdan imtina etmişdir. Belə ki, istifadəyə yararsız avtomobillər texniki vəziyyətinə görə, yararsız olduğundan onların üzərindən çıxarılmış və onun avtomobilinə quraşdırılmış istifadəyə yararsız ehtiyyat hissələri ilə avtomobili idarə etmək onun və ətrafda olan insanların həyatına təhlükə yarada bilərdi, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilərdi. O, "xxxx" ASC-yə zəng edərək, bu barədə öz etirazlarını bildirmişdir. "xxxx" ASC tərəfindən ona bildirildi ki, xx.xx.2021-ci il tarixdə şirkətin eksperti (halbuki, şirkətin ekspertiza fəaliyyəti göstərmək səlahiyyəti yoxdur, qanunvericilikdə bu təsbit edilməmişdir) gəlib, ehtiyyat hissələr inə baxış keçirəcək və nasazlıq aşkarlandığı halda yenisi ilə əvəz olunacaqdır. Bununla bağlı xx.xx.2021-ci il tarixdə səhər saat 10:00 radələrində Servisə gələrkən müəyyən oldu ki, avtomobilə "xxxx" ASC-nin göstərişi ilə quraşdırılan istifadə edilmiş (“Avtomobil ölüxanası”da istifadəyə yararsız avtomobillərin üzərində olan ehtiyyat hissələri) amortizatorlar avtomobil dayanan yerdə xarab olmuş və avtomobil təmirdən əvvəlki kimi qabaq hissəsi yatmış vəziyyətdə dayanıb. İki saat ərzində "xxxx" ASC ilə mobil telefonla 7 dəfə əlaqə saxlayaraq ekspertizanın aparılmasının saat neçəyə təyin edildiyini öyrənmək istəmişdir. Bundan sonra, Servis tərəfindən ona bildirilmişdir ki, "xxxx" ASC tərəfindən saat 13:00 radələrində Servisin müdiriyyətinə göstəriş verilmişdir ki, sığortadan imtina edilib. Ona görə də, Servis avtomobilinin üzərinə quraşdırılan ehtiyyat hissələrini (“Avtomobil ölüxanası”-da istifadəyə yararsız avtomobillərin üzərində olan ehtiyyat hissələri) çıxararaq, avtomobilinə əvvəlki, öz üzərində olan ehtiyyat hissələrini quraşdırdı. Həmin ehtiyyat hissələrinin avtomobilindən çıxarılması və əvvəlki ehtiyyat hissələrinin quraşdırılması Servisə əvvəlcədən bildirilməklə, tərəfindən aparılan video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Servisin müdiriyyəti tərəfindən ona şifahi formada bildirilən imtina rəsmi qaydada bu günə qədər təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, yuxarıda göstərilən hallar, yəni, avtomobilini təmirə göndərməklə, eləcə də avtomobilinə istifadəyə yararsız avtomobil ölüxanasında olan avtomobillərin üzərindən çıxarılaraq, avtomobilinə istifadəyə yara rsız ehtiyyat hissələrinin quraşdırılması ilə "xxxx" ASC sığorta hadisəsinin baş verməsini qəbul etmişdir. Bundan sonra o Servis mərkəzinə və "xxxx" ASC-yə məktubla müraciət edərək, avtomobilinə “Avtomobil ölüxanası”-da istifadəyə yararsız avtomobillərin üzərində olan ehtiyyat hissələrinin deyil, normal vəziyyətdə olan, istifadəyə yararlı və mənşəyi müəyyən edilən (alınma mağazası müəyyən olan) ehtiyyat hissələrinin quraşdırılmasını xahiş etmişdir. Müraciətlərinə cavab verilmədiyindən "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixdə pretenziya məktubu təqdim etdi (əlbəəl qəbul edilmişdir) və bildirişin icra edilməsinə 5 gün müddət müəyyən edilmişdir. Sonda "xxxx" ASC tərəfindən ona məktub göndərilmiş və baş vermiş sığorta hadisəsi barədə “Müvafiq dövlət orqanına sorğu verilməsi” bildirilmişdir. Ha lbuki, hansı orqana müraciət edilməsi və nə səbəbə müraciət edilməsi bildirilməmişdir. O dəfələrlə "xxxx" ASC-yə sığorta hadisəsi zamanı yol nəqliyyat hadisəsi olmadığından Polis orqanlarına müraciət etmədiyini bildirmişdir. Belə ki, kasko sığorta qaydasında sığorta hadisəsi barədə yol-nəqliyyat hadisəsi olmadıqda Polis orqanlarına müraciət edilməsi qanunvericilikdə "Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”-nda nəzərdə tutulmamışdır. Bundan əlavə avtomobilinə dəymiş ziyanın müəyyən edilməsi üçün o "Əmlak Ekspert Mərkəzi” MMC-yə müraciət etmişdir. MMC-nin ƏEM/S 15-866/21 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, mülkiyyətində olan "Mercedes-Benz GL500”, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 14580 manat məbləğində ziyan vurulduğu müəyyən edil mişdir. xx.xx.2021-ci il tarixdə "Mercedes-Benz GL500”, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilini Servis mərkəzindən evakuatorla götürərək, bağ evinə gətirmişdir. Həmin vaxtdan etibarən avtomobil istifadəsiz vəziyyətdə qalmaqla yararsız vəziyyətə düşür. Bununla da avtomobilinin digər ehtiyyat hissələri sıradan çıxır. Belə ki, avtomobilin radiatoru, patrubkaları, pompası, mühərrikin sepləri və tarımladıcıları, yağ nasosu, arxa amartizatorlar, sükan idarəetmə kolonu, akumulyator, mühərrikin turboları, qabaq ön təkərlər və ön sağ və sol qranatlar yararsız hala düşmüşdür. Qeyd olunan ehtiyyat hissələrinin dəyəri müəyyən edilməlidir. Belə olan halda, məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi zərurəti yaranır. Bundan başqa o avtomobilsiz qaldığından, stress və əsəb çəkdiyindən o na 5.000 manat mənəvi ziyan vurulmuşdur. Eyni zamanda ödədiyi vəkil xərci 100 manat və dövlət rüsumu 150 manatın cavabdehdən tutularaq, ona ödənilməlidir. Sığorta hadisəsinin xx.xx.2021-ci il tarixdə baş verməsini nəzərə alsaq, həmin tarixdən etibarən ilk 5 gün ərzində sığorta ödənişinin 0,2 faizi məbləğində, sonra isə ötürülmüş hər gün üçün 1 faizi məbləğində cərimə hesablanmalı və ona ödənilməlidir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianın rədd edilməsini xahiş edərək göstərmişdir ki, sözügedən avtonəqliyat vasitəsinin iştirakı ilə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmamışdır. Halbuki sığortalı sığorta hadisəsinin baş verməsi barədə dərhal və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına məlumat verməli idi. Bununla da sığortaçı hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olmuşdur. Bundan başqa baş vermiş hadisəni sığorta hadisəsi kimi əvvəllər qəbul etsələr də, hazırda bu məsələni ətraflı şəkildə araşdırdıqdan sonra hadisənin sığorta təminatı altına düşmədiyini qeyd edirlər.
7. Məhkəmə iclasında ekspert qismində iştirak edən X4 izahat verərək göstərmişdir ki, mübahisəli maşınla bağlı olan qüsur aktlarının tarixləri ilə maşının buraxılış ili üzrə metodika ilə hesablanır. Onun öz vəsatəti əsasında yenidən başqa bir təşkilat tərəfindən verilən qüsur aktı təqdim edilmişdir. Həmin qüsur aktlarına əsasən köhnəlmə faizi tətbiq edilməklə avtomobilə hadisə nəticə sində dəymiş zərərin və avtomobilin dayanıqlı vəziyyətdə qalması nəticəsində dəymiş zərərin məbləği hesablanmışdır. 8. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə mütəxəssis rəyi ilə 2013-cü il buraxılışlı “Mercedes Benz GL 500” minik markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmirbərpa xərcinin 14580,0 manat (14.080 manat ehtiyyat hissələri + 500 manat təmir xərci) məbləğində olduğu müəyyən edilmişdir. 9. “X5" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən 2013-cü il buraxılışlı “Mersedes Benz GL 500” markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 5888,12 manat məbləğində olduğu (dəyişilməli hissələrin dəyəri 3115,87 manat + təmir işlərinin dəy əri - 2772,25 manat) müəyyən edilmişdir.
10. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 09/90018/3212 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, "xxxx"nin qiymətləndirmə aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mercedes Benz GL500" markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 14580,0 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 14080,0 manat; təmir- bərpa işlərinin qiyməti 500,0 manat. Nəzəri hesablama yolu ilə, "xxxx"nin qiymətləndirmə aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı "Mercedes Benz GL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin təm ir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11535,0 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti - 11035,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 500,0 manat. Nəzəri hesablama yolu ilə, “X5" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı "Mercedes Benz GL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 5315,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 3115,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 2200,0 manat. Nəzəri hesablama yolu ilə, “X5“ MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mercedes Benz GL 500” markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə təxminən 4641,0 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti – 2441,0 manat. Təmir- bərpa işlərinin qiyməti -2200,0 manat.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Musayeva) 25 may 2022-ci il tarixli, e-2(006)-631/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, sığorta ödənişi kimi 11535 manat, dəymiş maddi zərər kimi 4641 manat, mənəvi zərər kimi 100 manat, ödənilməmiş dəbbə pulu kimi 100 manat və dövlət rüsumu kimi ödənilmiş 150 manatın 75 manatı, cəmi 16451 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 50 ma natının İddiaçı, 50 manatının isə cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçının avtonəqliyyat hadisəsi barədə müvafiq dövlət orqanına məlumat verməməsinin cavabdehi sığorta ödənişini ödəmək vəzifəsindən azad etməməsi nəticəsinə gəlindiyindən məhkəmə hesab edir ki, hazırda məhkəmə araşdırması predmeti olan hallar hadisənin sığorta hadisəsi olub-olmaması məsələsi təşkil edir. Beləliklə tərəflər arasında bağlanmış əmlakın sığortası müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcud olduğundan və həmin münasibətlər qüvvədə olduğu dövrdə i ddiaçının mülkiyyətində olan avtomobilə zərər dəydiyindən, mübahisəyə səbəb olan hadisənin sığorta müqaviləsində nəzərdə tutulduğundan və bununla da sığortaçının sığorta ödənişi üzrə öhdəliyi yarandığından hazırki iddia təmin edilməlidir.
13. Belə ki, sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
14. Baxılan iş üzrə tərəflər arasında imzalanmış sığorta müqaviləsi və sığorta şəhadətnaməsindən görünür ki, sığorta riskləri bölməsində avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, üçüncü şəxslərin qanunazidd hərəkətləri və təbii fəlakətlər müəyyən edilmişdir.
15. Məhkəmə hesab etmişdir ki, İddiaçı məxsus “Mercedes Benz GL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 11535,0 manat məbləğdə müəyyən edildiyindən iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən İddiaçı xeyrinə sığorta ödənişi qismində 11535,0 manat məbləğində pul tutulmalıdır. Belə ki, avtomobilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
16. Məhkəmə iddianın istifadəsiz vəziyyətdə qalması nəticəsində avtomobilə dəymiş zərər ilə əlaqədar qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı məxsus “Mercedes Benz GL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdehin sığorta hadisəsinin baş verməsinə baxmayaraq sığorta ödənişini ödəmək üzrə vəzifəsini vaxtında icra etmədiyi üçün avtomobildə hal-hazıradək istismar olunmadan (sürülmədən) saxlanılması ilə əlaqədar yar anan defektlərin bərpa edilməsi üçün 4641,0 manat məbləğində vəsaitin xərclənməsinin lazim olacağı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 09/9001-8/3212 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir. Məhkəmə iddiaçıya dəymiş maddi zərərə görə göstərilən məbləğdə pulun cavabdehdən İddiaçı xeyrinə tutulmasını əsaslı hesab edir.
17. Zərərin mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi, həmçinin zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır.
18. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab etmişdir ki, iddiaçı dəbbə pulunun ödənilməsini t ələb etmək hüququna malikdir dəbbə pulunun miqdarının 100 manat məbləğində təmin olunması ədalətli və ağlabatandır.
19. İddiaçının mənəvi ziyana görə 5000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alı nmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
20. İddiaçının sığorta ödənişinin vaxtında həyata keçirilməməsi nəticəsində mənəvi zərər çəkməsi şübhəsizdir və məhkəmə, iddiaçıya dəymiş mənəvi zərəri 100 manat məbləğində qiymətləndirir.
21. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 883, 923, 926, 921, 21, 442, 443, 445, 448, 464 və 467-ci maddələrinə, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinə, “İcbari sığortalar haqqında” Qanunun 18-ci maddəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissələrində ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir.
23. İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd olunması hissədə əsassız olduğunu, həmin hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini göstərmiş, iddianın tam təmin olunmasını xahiş etmişdir.
24. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın tam rədd olunmasını xahiş etmişdir.
25. Cavabdehin apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, sığorta hadisəsinin baş verməsinin öz təsdiqini tapmaması, iddiaçının bildirdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu DYPİ-də məlumatın qeydə alınmaması, həmçinin iddia olunan hadisənin 19 avqust 2021-ci il tarixdə, saat 01:30 radələrində baş verməsi bildirilsə də məlumatın dərhal deyil həmin günü saat 13.46-da verilməsi, iddiaçıya maddi və mənəvi zərərin dəyməsinin sübuta yetirilməməsi kimi dəlillərlə əsaslandırılmışdır.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər R.Ə.Eyvazov - sədrlik edən və məruzəçi, Ş.A.Məmmədova və F.F.Babayev) 2(103)-5546/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(006)- 631/2022 saylı qətnaməsinin “dəymiş maddi zərər kimi 4641 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində ləğv olunmuş, iddia həmin hissədə təmin rədd olunmuş, qətnamənin həmçinin “mənəvi zərər kimi 100 manat və dəbbə pulu kimi 100 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissələrində, eyni zamanda “vəkil xərci olaraq 100 manat pulun cavabdehdən tutulması barədə tələbin rədd olunması” hissədə ləğv edilm iş, iddia həmin hissələrdə qismən təmin olunmaqla cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə dəymiş mənəvi ziyana görə 500 (beş yüz) manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 100 (bir yüz) manat, həmçinin qətnamə ilə müəyyən olunmuş sığorta ödənişi tam ödənilənədək, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun tutulması, qətnamənin qalan hissələrdə apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı ilk olaraq qeyd etmişdir ki, işin hallarına və tədqiq olunmuş sübutlara əsasən iddiaçının iddia etdiyi sığorta hadisəsi baş vermişdir.
28. Cavabdehin etirazının və apellyasiya şikayətinin dəlili kimi iddia olunan hadisənin səlahiyyətli dövlət orqanlarında (Sabu nçu və Xəzər rayon Polis İdarələri) qeydə alınmamasına istinad etsə də, apellyasiya instansiyası məhkəməsi bununla razılaşmamışdır. Hesab etmişdir ki, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Baxılan iş üzrə tərəflər arasında imzalanmış sığorta müqaviləsi və sığorta şəhadətnaməsinə görə sığorta risklərinə avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, üçüncü şəxslərin qanunazidd hərəkətləri və təbii fəlakətlər aid edilmişdir.
29. Apellyasiya məhkəməsi hesab etmişdir ki, sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi baş verdiyindən və bunu n nəticəsində iddiaçı maddi zərər çəkdiyindən, o, hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur.
30. Cavabdehin apellyasiya şikayətinin digər dəlili olan hadisə barədə gec məlumat verilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin dəlillə razılaşmır. Çünki, hadisə xx.xx.2021-ci il tarixdə, saat 01.30 radələrində baş vermiş, cavabdehin özünün də bildirməsinə görə iddiaçı həmin günü saat 13.46-da məlumat vermişdir. Qanunverici müvafiq məlumatın “hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində” verilməli olmasını müəyyən etmişdir. Hadisənin gecə 01.30 radələrində baş verməsi halı da nəzərə alınmaqla məlumatın gün ərzində verilməsi qanunvericiliyin qeyd edilən dispozitiv şərtləri ilə hər hansı uyğunsuzluq təşkil etmir.
31. Həmçinin işin hallarından göründ üyü kimi, cavabdehin nümayəndəsi hadisə barədə məlumatdan sonra nəqliyyat vasitəsinə baxış keçirmiş, sonra avtomobilin müvafiq servisə aparılması iddiaçıya bildirilmişdir. Bütün bunlardan sonra isə hadisənin səlahiyyətli dövlət orqanlarında qeydə alınmaması barədə iddiaçıya əsassız imtina verilmiş, cavabdeh tərəfindən zərərin qiymətləndirilməsi həyata keçirilməmişdir.
32. İddiaçı dəymiş zərərin qiymətləndirilməsi üçün müstəqil qiymətləndiriciyə müraciət etməsi məcburiyyətində qalmışdır ki, bu da qanunvericiliyə zidd deyildir.
33. Çünki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”nın 19.6-cı maddəsinə əsasən sığortaçı sığorta hadisə sinin baş verməsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi sığortalanmış avtomobilə və ya zərərçəkən üçüncü şəxsin əmlakına dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş real zərərin məbləğinin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına başlaya bilər.
34. Lakin, tərəflər arasında sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin məbləği ilə bağlı mübahisə mövcud olmuş, bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
35. İşdə olan ekspert rəyinə əsasən - 2013-cü il buraxılışlı “Mersedes-Benz GL500" markalı ** -KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11535,0 manat məbləğində olduğu müəyyən edilmişdir.
36. Göründüyü kimi, birinci instansiya məhkəməsi zərər məbləğini ekspertiza təyin etməklə də obyektiv müəyyən etmiş, bu səbəbdən də iddianı həmin hissədə qismən təmin etmişdir.
37. Bu səbəbdən də məhkəmə iddiaçının həmin hissədə (zərərin qiymətləndiricinin rəyində göstərilən məbləğdə təmin olunmalı olması) apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları əsassız hesab etmişdir.
38. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin avtomobilin istifadəsiz vəziyyətdə qalması nəticəsində ona dəymiş zərərlə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı qeyd edilən h issədə tələbini əsaslandıra və sübut edə bilməmişdir. İddiaçının həmin hissədə tələbi bilavasitə sığorta hadisəsi ilə bağlı deyildir. Yəni, iddiaçı avtomobilinin istifadəsiz vəziyyətdə qalması nəticəsində digər ehtiyat hissələrinin sıradan çıxmasını iddia etmiş, lakin bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
39. Birinci instansiya məhkəməsi yalnız ekspertiza rəyinə əsaslansa da, rəydən görünür ki, həmin hissədə hər hansı tədqiqat aparılmamış, yalnız “X5” MMC-nin tərtib etdiyi 27 yanvar 2022-ci il tarixli arayışına (ilkin təmir sifarişi) istinad etmişdir. 40. “X5” MMC-nin tərtib etdiyi 27 yanvar 2022-ci il tarixli arayışda isə avtomobildə zədəli olan əlavə ehtiyat hissələri və onların təmir qiymətləri sadalanmış, lakin orada qeyd edilən həmin ehtiyat hissələrinin məhz baş vermiş hadisənin nəticələri ilə səbəbli əlaqəsinin olması (hadisədən əvvəl saz vəziyyətdə olması, hadisədən sonra yarasız vəziyyətə düşməsi, onlar arasında səbəbli əlaqə və s.) müəyyən olunmamışdır.
41. Eyni zamanda iddiaçı da bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır.
42. Belə olan halda isə iddia həmin hissədə əsassızdır, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəmənin qətnaməsinin “cavabdehdən dəymiş maddi zərər kimi 4641 manat pulun tutulması” hissədə ləğv olunması üçün əsasdır.
43. Apellyasiya daha sonra qeyd etmişdir ki, iddiaçı həmçinin sığorta ödənişinin müəyyən olunmuş müddətdə ödənilməməsi ilə bağlı hər gecikdirilmiş gün üçün dəbbə pulu (19 avqust 2021-ci il tarixdən et ibarən ilk 5 gün ərzində sığorta ödənişinin 0,2 faizi məbləğində, sonra isə ötürülmüş hər gün üçün 1 faizi məbləğində) tələb etmişdir.Birinci instansiya məhkəməsi həmin tələblə bağlı qeyd etmişdir ki, “iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Dəbbə pulunun miqdarının 100 manat məbləğində təmin olunması ədalətli və ağlabatandır”. Qanunverici dəbbə pulunun hansı həcmdə olmasını konkret müəyyən etmişdir
44. Bu səbəbdən də həmin hissədə iddiaçının tələbi ilə qismən razılaşmalı, qətnamə həmin hissədə ləğv olunmaqla, iddia qismən təmin olunmalı. Cavabdehdən sığorta ödənişinin əsassız olaraq ödənilməməsi ilə bağlı, qətnamə ilə müəyyən olunmuş sığorta ödənişi tam ödənilənədək, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu tutularaq idd iaçıya ödənilməlidir.
45. İddiaçı apellyasiya şikayətində həmçinin mənəvi ziyanın çox aşağı həddə (100 manat) təmin olunmasını, bunun isə işin hallarına uyğun olmamaqla, cavabdehin hərəkəti nəticəsində uzun müddət avtomobilindən istifadə edə bilməməsi, əsəb və sarsıntı keçirməsinə səbəb olmuşdur.
46. Apellyasiya məhkəməsi həmin hissədə də apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması n əticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
47. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyy əti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
48. Baxılan işdə məhkəmənin yuxarıdakı hüquqi mövqeyinə görə cavabdehin təqsiri ucbatından iddiaçının uzun müddət avtomobilindən istifadə edə bilməməsi, nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalması, keçən müddət ərzində əsəb və sarsıntı keçirməsi aşkardır.
49. Belə olan halda, pozuntunun xarakterini və ağırlıq dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, cavabdehdən iddiaçıya dəymiş mənəvi ziyana görə 500 manat tutulması ağlabatan və ədalətlidir.
50. İddiaçı apellyasiya şikay ətində həmçinin vəkil xərci kimi ödənilmiş 100 manat pulun tutulması ilə bağlı tələbin əsassız olaraq rədd edilməsini göstərmişdir.
51. Birinci instansiya məhkəməsi həmin hissədə göstərmişdir ki, iddiaçı hüquqi yardıma görə 100 manat məbləğində xərc çəkdiyini iddia etmiş, lakin bununla bağlı maliyyə sənədinin surətini məhkəməyə təqdim etməmişdir.
52. Halbuki, işdən (iş vərəq 35) görünür ki, iddiaçı iddia ərizəsinə 12 saylı vəkil bürosunun hesabına 100 manat pul köçürməsinə dair qəbzin surətini də əlavə etmişdir (iddiaçının vəkili Nümayəndə1 Bakı şəhəri 12 saylı Vəkil Bürosunu təmsil edir).
53. Belə olan halda isə həmin xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Çünki, MPM-in 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsr əflərə daxildir.
54. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 921, 922, 923, 925 və 934-cü maddələrinə, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinə, Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-24 nömrəli qərarının 18, 19.6, 24-cü bəndlərinə, Mülki Prosessual Məcəllənin 115, 119, 121, 77 və 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
55. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.
56. Kassasiya şikayəti onunda əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 923.1-ci maddəsini düzgün şərh etməmiş və baş vermiş h adisə barədə 12 saat sonra verilmiş xəbərin gecikdirilmiş olmaması qənaətinə gəlmişdir. Mülki Məcəllənin 923.1ci maddəsə əsasən sığortalı/sığorta olunan sığortaçı ilə yanaşı səlahiyyətli dövlət orqanına da xəbər verməlidir. İddiaçı bu vəzifəni yerinə yetirməmiş, lakin apellyasiya məhkəməsi Mülki Məcəllənin 923.2-ci maddəsinə istinad edərək İddiaçı səlahiyyətli dövlət orqanına xəbər verməməsinə “haqq qazandırmış”, əslində "xxxx" ASC-nin öz vəzifəsini yerinə yetirməməsinə işarə etmişdir. İddia olunan hadisə ilə bağlı (İddiaçı təsvirinə əsasən avtonəqliyyat hadisəsi) səlahiyyətli dövlət orqanının (bu halda X7) sənədi mövcud olmasa belə, apellyasiya məhkəməsi sözügedən maddəyə zidd olaraq "xxxx" ASC-nin sığorta ödənişi həyata keçirməli olduğu qənaətinə gəlmişdir. İş üzrə ən əhəmiyyətli fakt –i ddia olunan hadisənin həqiqətən baş verməsi faktı hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. İddiaçının şifahi məlumatından başqa bunu təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Apelyasiya Məhkəməsi iddia ərizəsinin əsasında duran bu məqamın aydınlaşdırılmasına belə cəhd göstərməmişdir.
57. Qətnamədən həmçinin iddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
58. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, sığorta şirkəti öz vəzifələrini vaxtında icra etmədiyi üçün avtomobilin hal hazıradək istismar olunmadan (sürülmədən) saxlanılması nəticəsində defektlər yaranmış və həmin defektlərin bərpası üçün 4641,0 manat məbləğində vəsait tələb olunur, bu hal cavabd ehin təqsiri ucbatından baş verdiyinə görə həmin vəsaiti də cavabdeh iddiaçıya ödəməlidir. Apellyasiya məhkəməsinin qətnaməsi həmçinin mənəvi zərərəni həcminin müəyyən olunması və məhkəmə məsrəflərinin ödənilməsi hissələrdə də düzgün olmamış, bu hissələrdə işin hallarına uyğun olmyana nəticəyə gəlinmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
59. Kasasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
60. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
61. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
62. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
63. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlə rinin təsbit edildiyi razılaşmadır.
64. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
65. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
66. Maddə 923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olun an şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
67. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
68. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə ic bari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu
69. Maddə 1. bənd
43. Yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisə yol-nəqliyyat hadisəsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi isti nad etdiyi halları sübut etməlidir.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən ası lı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı iş üzrə verilmiş kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi qətnaməsi iddiaçı iddia tələblərinin təmin olunmayan hissələrində, cavabdeh isə iddianın rədd olunması hissələrində m übahisələndirmişdir, ona görə məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. İddiaçı və cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətlərində göstərilən dəlillər onlar tərəfindən verilmiş apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərlə eyni məzmunludur. Həmin dəlillər apell yasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
79. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti dəlillərindən apellyasiya məhkəməsinin Mülki Məcəllənin 923.1-ci maddəsini düzgün şərh etməməsi, iddiaçının baş vermiş hadisə barədə səlahiyyətilə dövlət orqanlarına ümumyyətlə, sığortaçıya isə dərhal məlumat verməməsi, bu halların sığorta ödənişlərinin verilməsindən imtina üçün əsas olması barədə dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə bu məsələnin həlli zamanı düzgün nəticəyə gəlmiş və haqlı olaraq hesab etmişdir ki, cavabdehin nümayəndəsinin hadisə barədə məlum atdan sonra nəqliyyat vasitəsinə baxış keçirməsi, sonra isə avtomobilin müvafiq servisə yerləşdirməsi, servisdə avtomobilin təmirinin həyata keçirilməsi, şirkətin nümayəndəsi tərəfindən də hadisə barədə səlahiyyətli dövlət orqanlarına məlumat verilməməsi sığorta şirkətinin baş vermiş hadisənin sığorta hadisəsi olmasını qəbul etməsinə dəlalət edən hallardır. Tərəflər arasındakı mübahisə yol nəqliyyat hadisəsinin sığorta hadisəsi olub-olmaması ilə bağlı deyil, nəqliyyat vasitəsinin təmirinin keyfiyyəti ilə əlaqədar başlamış, sığorta olunan iddiaçı təmirin keyfiyyəti ilə razılaşmadığına görə sığorta şirkəti hadisənin sığorta hadisəsi olmaması əsası ilə sonradan mübahisə açmışdır. Apellyasiya məhkəməsi düzgün olaraq cavabdeh sığortaçının iddiaya qarşı irəli sürdüyü dəlilləri qəbul etməmişdir.
80. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5546/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.