Məhkəmə qərarları › İş №2(102)-7747/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7747/2019

24.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7747/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab Xkatibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 MMC-yə, “xxxx” KB ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim X.Məhərrəmova) iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 MMC-yə, “xxxx” KB ASC-yə qarşı “hərracın və onun nəticələri barədə protokolun etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Eyvazov, hakimlər S.Hacıyev və F.Talışinski) iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 MMC-yə, “xxxx” KB ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2018-ci il tar ixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3nə, Cavabdeh1nə, Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh1” MMC tərəfindən Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış sahəsi, 18,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi barəsində keçirilmiş hərracın və hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi, hərracın nəticələri əsasında verilmiş çıxarışın ləğv edilməsi və həmin əmlaka mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 bildirirlər ki, “xxxx” KB ASC onlara qarşı kreditin, kredit faizlərinin tutulması və digər tələblərlə məhkəməyə müraciət etmişdir. Yasamal rayon məhkəməsinin 12.01.2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və onlardan 18.460,54 ABŞ dolları məbləğində vəsaitin “xxxx” KB ASC-nin xeyrinə tutulması, tutmanın Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin 32.000 manata qiymətləndirilməsi qət edilmişdir. Həmin qətnamədən onlar tərəfindən verilmiş apeliyasiya şikayəti Bakı Apellaysiya Məhkəməsinin 11.04.2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş və əlavə ola raq ipoteka predmeti olan fərdi yaşayış evinin hərracda satıldıqdan sonra İddiaçı2 və İddiaçı1 ən geci 1 ay ərzində çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq Cavabdeh3nə icra üçün yönəldilmişdir. Yasamal rayon icra şöbəsinin sifarişi əsasında həmin fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satışı Cavabdeh1 MMC-yə tapşırılmışdır. Satılmalı olan əmlak Xaçmaz rayonu ərazisində olduğundan icra işi Cavabdeh3 tərəfindən aidiyyəti üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Bu səbəbdən Cavabdeh3 tərəfindən 19.06.2017-ci il tarixdə Cavabdeh1 MMC-yə dayandırma məktubu göndərilmiş və bu məktub MMC tərəfindən qəbul edilmişdir. Lakin Cavabdeh1 MMC xidmət göstərən təşkilat olmaqla sifarişçinin tələblərini icra etməmiş, əmlakı açıq hərraca çıxararaq hərracını k eçirtmişdir. Əmlak ucuz qiymətə “xxxx" KB ASC-nin balansına qəbul edilmişdir. Cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi bildirir ki, İddiaçı2 ilə bank arasında heç bir razılaşma yoxdur və hərrac qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Cavabdeh1 MMC-nin nümayəndəsi bildirir ki, Cavabdeh3 tərəfindən Xaçmaz rayonu, Muxtadır qəsəbəsi M.Ə.Rəsulzadə küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hərracın keçirilməsi barədə sifariş daxil olmuşdur və həmin sifariş üzrə hərracın keçirilməsi barədə İddiaçı2 və İddiaçı1 bildiriş göndərilmişdir. 17.07.2017-ci il tarixli hərracın yekunları barədə protokola əsasən həmin fərdi yaşayış evi “xxxx” ASC-nin balansına keçmişdir. Hazırkı mübahisə ilə bağlı icra işi materialları ilə tanış olduqda hərracın dayandırılması barədə Cavabdeh 3 tərəfindən onlara məktub göndərildiyi məlum olsa da, həmin məktubun onların təşkilatına daxil olması barədə məlumatları olmamışdır. Göstərilənlərə əsasən Cavabdeh1 MMC mübahisənin həllini məhkəmənin mülahiz buraxır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların irəli sürdükləri dəlillər hərracın nəticələrinin etibarsız sayılmasına əsas ola bilməz. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya inst ansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İşin mübahisə edilməyən hallarına görə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.01.2016-cı il tarixli qətnaməsi ilə “xxxx” KB ASC-nin İddiaçı2 və İddiaçı1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi'barədə iddiası qismən təmin edilərək, İddiaçı2 və X2ndan müştərək qaydada cəmi 18.460,54 ABŞ dolları məbləğində pul vəsaitinin “xxxx” KB ASC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsindəki İddiaçı2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 32.000 manat dəyərində qiymətləndirilərək, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi və evin açıq hərracda satılması, satışdan əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.04.2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.01.2016-cı il tarixli qətnaməsindən İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsi, “xxxx” KB ASC-nin apellyasiya şikayətinin isə qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.01.2016-cı il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsindəki 0,06 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ən geci 1 ay ərzində b oşaldılmasına dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı2 və İddiaçı1 çıxarılması, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.01.2016-cı il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Bundan başqa işin mübahisə edilməyən halı ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin 11.04.2016-cı il tarixli qətnaməsi 18.11.2016-cı il tarixdə qanuni qüvvəyə minmişdir və 27.01.2017-ci il tarixdə icra vərəqəsi verilərək, icra edilməsi üçün Bakı şəhəri Yasamal ray on icra şöbəsinə göndərilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X3 tərəfindən 02.03.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası hqqında İddiaçı1 bildiriş göndərilmişdir. Həmçinin o da mübahisə olunmur ki, Yasamal rayon icra şöbəsinin 04.04.2017-ci il tarixli məktubu ilə Cavabdeh1 MMC-yə Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsindəki İddiaçı2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 32.000 manat olmaqla açıq hərrac vasitəsi ilə stışının təşkil edilməsi barədə sifariş verilmiş, eyni zamanda həmin məktubun surəti, ipoteka qoyan İddiaçı2 göndərilmişdir. Yasamal rayon icra şöbəsinin 19.06.2017-ci il tarixli məktubundan görü nür ki, icra sənədi üzrə hərrac vasitəsi ilə satılmalı olan əmlak Xaçmaz rayonunda yerləşdiyindən, Bakı Apellyasiya Məhkəməsinin 11.04.2016-cı il tarixli icra vərəqəsi icra edilməsi üçün Xaçmaz rayon icra şöbəsinə göndərilmiş və icra şöbəsi bu əsasla Cavabdeh1 MMCX-dən hərracın dayandırılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, qeyd edilən məktub nəzərə alınmadan Cavabdeh1 MMC-nin təşkilatçılığı ilə İddiaçı2 və İddiaçı1 məxsus Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi 32.000 manat ilkin satış qiyməti ilə 15.05.2017-ci il tarixdə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, «İpoteka haqqında» Qanunun 43.5 maddəsinə əsasən, ilkin satış qiyməti 15% endirilərək 27.200 manat olmaqla, 03.07.2017-ci il tarixdə təkrar hərraca çıxarılmış, lakin təkrar hərrac da baş tutmadığından, əmlak “xxxx” KB ASC tərəfindən «İpoteka haqqında» Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə, 20.400 manata alınmışdır və bu barədə 17.07.2017-ci il tarixdə 01 nömrəli hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuş və elə həmin tarixdə hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə bağlanmışdır. İşin mübahisə edilməyən digər halı ondan ibarətdir ki, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin hərracda satışı ilə bağlı elanlar verilmiş və satış üçün açıq hərracın keçirilməsi barədə Yasamal rayon İcra şöbəsinə, tələbkar “xxxx” KB ASC-yə, borclu İddiaçı2 və İddiaçı1 bildirişlər göndərilmiş, lakin həmin bildirişin iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsini təstiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. Mübahisəli hüquq nünasibətinin yarandığı dövrdə qüvvədə olmuş “İpoteka haqqında” qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ip oteka qoyana verilməsini təstiq etmə üsulu ilə bildiriş göndərir. Bundan başqa işin mübahisə edilməyən hallarına əsasən Yasamal rayon icra şöbəsi icra vərəqəsinin Xaçmaz rayon icra şöbəsinə göndərildiyi qeyd olunan və bu səbəblə hərracın dayandırılmasının xahiş olunduğu 19.06.2017-ci il tarixli məktubu Cavabdeh1 MMC-yə ünvanlamışdır. Lakin buna baxmayaraq Cavabdeh1 MMC hərracı dayandırmamışdır. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, Cavabdeh1 MMC ipoteka qoyan İddiaçı2 və onun arvadı İddiaçı1 hərracın yeri və vaxtı haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsi barədə sənədlərin olmamasına, o cümlədən hərracın dayandırılması barədə Yasamal İcra şöbəsinin məktubunun olmasına baxmayaraq iddiaçıların mülkiyyətində olan evə münasibətdə qanunla müəyyən olunmuş qaydala rı pozmaqla hərracı keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı və «İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxlə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi apel lyasiya intansiyası məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamış və bunun nəticəsində düzgü olmayan qətnamə qəbul etmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar