Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-775/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “X3” Publik hüquqi şəxsin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin naturada ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-954/2023 nömrəli mülki iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə bax an məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı (bundan sonra – iddiaçı və ya Agentlik) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında 2022/ÖM/ 04278 nömrəli, 20 iyun 2022-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə ilə təhvil-təslim aktında göstərilən əmlakı özünüməşğulluğa cəlb olunmuş cavabdehə verməyi, cavabdeh isə 1 il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra - biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.
3. Əmlakın cavabdehə istifadəyə verilməsinə dair həmin tarixli təhvil-təslim aktına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühas ibatlıq və Təyinat Filialı tərəfindən iddiaçıya 20 baş 2-3.5 yaş arası qoyun, 1 baş 23.5 yaş arası qoç və 400 kq paketlənmiş qarışıq yem verilmişdir.
4. Müqavilənin 2.3-cü bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. 5. 21 dekabr 2022-ci il tarixdə Bəhmətli kəndində-cavabdehin ünvanında sonuncunun fəaliyyətinin aralıq monitorinqi keçirilmiş və 20 baş xırdabuynuzlu heyvan olan qoyunun və 1 baş qoçun satıldığı aşkar edilmişdir. İş üzrə qə bul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (2-3,5 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 baş qoç və 20 (iyirmi) baş qoyunun natura şəklində iddiaçıya qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, 2022-ci il 28 dekabr tarixli xəbərdarlıq məktubu ilə əlaqədar cavabdeh tərəfindən hərəkət sizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Nəticə etibarilə, tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi əlavə olaraq bildirmişdir ki, heyvanların dəyərini deyil, cavabdehdən eyni növlü və keyfiyyətli (2-3,5 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 baş qoç və 20 baş qoyunun natura şəklində Agentliyə qaytarılmasını tələb edirlər.
9. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, özünüməşğulluğa kömək göstərilməsi məqsədi ilə iddiaçıya müraciət etmişdir. Agentliklə onun arasında 20 iyun 2022-ci il tarixli müqavilə imzalanmış və həmin müqaviləyə əsasən ona 13 baş yaşlı və 8 baş ca van xırdabuynuzlu heyvan olan qoyun verilmişdir. Qoyunlardan biri erkək cinsli, 20-i dişi idi. Həmin heyvanların əksəriyyəti çox yaşlı və xəstə idi və bu barədə o X2 məlumat vermişdir. Heyvanlar yaşlı olduğundan o həmin heyvanları satmış və əvəzində 1 baş iribuynuzlu heyvan almışdır. Heyvanları satması və əvəzində iribuynuzlu heyvan alması barədə X2 məlumat verməmişdir. 21 dekabr 2022-ci il tarixdə X1 əməkdaşları heyvanları yoxlamaq məqsədi ilə monitorinq keçirmiş və bu zaman onlara heyvanları satdığını bildirmişdir.
10. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(033)-415/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh 20 iyun 2022-ci il tarixində 2022/ÖM/04278 nömrəli müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və müqavilə əsasında ona verilmiş və iddiaçıya məxsus onun mülkiyyətinə verilməmiş 20 baş 2-3.5 yaş arası qoyun, 1 baş 2-3.5 yaş arası qoçu satmaqla iddiaçıya maddi zərər vurmuşdur. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin zərərvurandan tam həcmdə tutulması nəzərdə tutulmuşdur. Eyni zamanda, mülki qanunvericilikdə zərərin ödənilməsi təmin edilərkən zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliklərindən birinin işin hallarından asılı olaraq məhkəmə tərəfindən zərərvuranın üzərinə qoyulması nəzərdə tutulmuşdur.
12. İddiaçı tərəfindən cavabdehdən tələb olunan 20 baş 2-3.5 yaş arası qoyun, 1 baş 23.5 yaş arası qoç cavabdeh tərəfindən satılmışdır və həmin heyvanlar hazırda cavabdehin istifadəsində deyil və həmin heyvanlarla eyni növlü və keyfiyyətli xırdabuynuzlu heyvanların cavabdehdən alınaraq iddiaçıya verilməsi qeyri mümkündür.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 20 iyun 2022-ci il tarixində 2022/ÖM/04278 nömrəli müqavilədə tərəflərin məsuliyyəti müəyyən edilərkən müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə özünüməşğulluğa cəlb olunmuş cavabdeh tərəfindən həmin əmlakı qaytarması dəymiş zərərin ödənilməsinin yeganə üsulu kimi göstərilməmiş və dəymiş zərərin ödənilməsinin digər üsulu kimi əmlakın dəyərinin bazar qiymətinə uyğun olaraq qaytarılması imkanı da nəzərdə tutulm uşdur.
14. Məhkəmə sonda qeyd etmişdir ki, iddiaçı iddia verərkən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın və tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixli 2022/ÖM/ 04278 nömrəli müqavilənin tələblərini, yəni “özünüməşğulluğa cəlb olunmuş şəxs ona müqavilə əsasında verilmiş əmlakdan 1 il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı (əmlak onun sahibliyində olduğu halda) və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır” və “özünüməşğulluğa cəlb olun muş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir” müddəalarını nəzərə almamış, cavabdehdən xırdabuynuzlu heyvanların natura şəklində qaytarılmasını tələb etməkdə haqlı olmamışdır.
15. Məhkəmə hesab etmişdir ki, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalı olduğundan, eyni zamanda dəymiş zərərin əvəzinin (pul vəsaitinin) cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə iddia tələbinin predmetinin dəyişdirilməsi barədə ərizə ilə müraciət etmək hüququnun olması iddiaçı tərəfə izah edildiyindən, iddiaçı isə hazırki iddia tələbini müdafiə etdiyindən, həmçinin idd ia tələbində qeyd edilən 20 iyun 2022-ci il tarixli 2022/ÖM/ 04278 nömrəli müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş eyni növlü və keyfiyyətli (2- 3,5 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 baş qoç və 20 (iyirmi) baş qoyun cavabdehin mülkiyyətində və istifadəsində olmadığından, yəni satıldığından iddia tələbi rədd edilməlidir.
16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 152.1, 152.5, 157.2, 385.1, 421.2, 442, 448.1, 448.2, 1097.1 və 1115-ci, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1, 24.2, 24.4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”na və Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırmışdır ki, mülki qanunvericilik tərəfindən təqsirli hərəkət və ya hərəkətsizlik nəticəsində dəymiş zərərin əvəzinin naturada, eyni növlü və keyfiyyətli əmlak vermək yolu ilə ödənilməsi nəzərdə tutulsa belə, işə baxan məhkəmə tərəfindən əsassız yerə müvafiq iddia tələbinin təminindən imtina edilmişdir. Buna əsas qismində müvafiq aktivlərin dəyərinin göstərilməməsi qeyd edilsə belə, nəzərə alınmalıdır ki, iddiaçı qismində iddia tələbi məhz aktivlərin na turada geri qaytarılması olmuşdur ki, bu da mülki qanunvericiliyin məsələyə dair istinad edilən tənzimləmələrində aşkar formada əks olunub. Azərbaycan Respublikası Prezidentinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə 24 avqust 2018-ci il tarixli 233 nömrəli Fərmanının (bundan sonra – Fərman) 2.5-ci bəndinə əsasən Qanunun 24.5-ci maddəsində qeyd edilən “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) nəzərdə tutulur. Fərmanın 2.17-ci bəndinə əsasən Qanunun 24.5-ci maddəsinin ikinci halında “orqan (qurum)” dedikdə isə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (bundan sonra – Komitə) nəzərdə tutulur. Göründüyü kimi, müvafiq bazar qiym ətinin müəyyən olunması, Komitənin dərc etdiyi qiymətlərə əsasən Nazirlik tərəfindən müəyyən olunur. Özünüməşğulluq tədbiri çərçivəsində şəxslərin istifadəsinə verilən aktivlərlə bağlı Komitə tərəfindən müvafiq qiymətlər dərc edilmədiyi üçün Nazirlik tərəfindən müvafiq əmlakın qaytarıldığı gündən çoxu 1 ay əvvəl eyni (analoji) əmlak üçün bazar qiymətinin müəyyən olunması mümkün olmur.
19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(107)-954/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab etmişdir ki, işdə olan 21 dekabr 2022-ci il tarixli Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından da göründüyü kimi, cavabdeh tərəfindən 20 baş xırdabuynuzlu heyvan olan qoyun və 1 baş qoç satılmış və müqavilə əsasında cavabdehə verilmiş xırdabuynuzlu heyvanlar onun istifadəsində deyillər. Cavabdehə heyvanlar verilərkən onların keyfiyyət xüsusiyyətləri fərdiləşdirilmədiyindən, həmin heyvanlarla eyni növlü və keyfiyyətli xırdabuynuzlu heyvanların cavabdehdən alınaraq iddiaçıya verilməsi də qeyri mümkündür.
21. Tərəflər “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixli 2022/ÖM/ 04278 nömrəli müqavilə ilə əmlak olmadıqda onun dəyərinin Filialın təqdim etdiyi X1 xəzinədarlıq orqanında ol an xəzinə hesabına ödənilməsi ilə qaytarılmasını razılaşdırmışlar. Buna görə də apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslı deyildir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, mülki qanunvericilik tərəfindən təqsirli hərəkət və ya hərəkətsizlik nəticəsində dəymiş zərərin əvəzinin naturada, eyni növlü və keyfiyyətli əmlak vermək yolu ilə ödənilməsi nəzərdə tutu lsa belə, işə baxan məhkəmə tərəfindən əsassız yerə müvafiq iddia tələbinin təminindən imtina edilmişdir. Buna əsas qismində müvafiq aktivlərin dəyərinin göstərilməməsi qeyd edilsə belə, nəzərə alınmalıdır ki, iddiaçı qismində iddia tələbi məhz aktivlərin naturada geri qaytarılması olmuşdur ki, bu da mülki qanunvericiliyin məsələyə dair istinad edilən tənzimləmələrində aşkar formada əks olunub. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ö hdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
30. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.
31. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.
32. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu
39. Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. İddiaçı, cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulmaqla heyvanların satılması nəticəsində vurulmuş zərərin əvəzinin natura şəklində, yəni eyni sayda, növdə və keyfiyyətdə heyvanların verilməsi ilə ödənilməsini tələb edir.
43. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş g örməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (§ 26-27).
44. Baxılan işdə tərəflər arasında özünüməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilənin bağlanması, həmin razılaşma çərçivəsində 1 baş qoç və 20 baş qoyunun cavabdehə təhvil verilməsi, cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini pozaraq heyvanları satmaqla iddiaçıya maddi zərər vurması mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir.
45. Belə olan halda, iddia çı, Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (§ 29).
46. Məhkəmələr iddianı o əsasla rədd etmişlər ki, cavabdeh iddiaçıdan götürdüyü heyvanları satmışdır, onlar hazırda cavabdehin istifadəsində deyil, həmin heyvanlarla eyni növlü və keyfiyyətli xırdabuynuzlu heyvanların cavabdehdən alınaraq iddiaçıya verilməsi qeyri-mümkündür. İddiaçı zərərin əvəzini pul şəkildə deyil, naturada ödənilməsini tələb etmişdir. Müqavilə əsasında verilmiş əmlakdan bir il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə özünüməşğulluğa cəlb olunmuş cavabdeh tərəfindən həmin əmlakı qaytarması dəymiş zərərin ödənilməsinin yeganə üsulu kimi göstərilməmiş, zərərin ödənilməsi nin digər üsulu kimi əmlakın dəyərinin bazar qiymətinə uyğun olaraq qaytarılması imkanı da nəzərdə tutulmuşdur (§ 11-15, 20-21).
47. Kassasiya məhkəməsi bu mövqeyi əsaslı hesab etmir, ona görə ki, əvvəla, istinad olunan hal, yəni “əmlakdan bir il ərzində üzrlü səbəb olmadan istifadə etməmə” tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulsa da, iddiaçı bu hala deyil, cavabdehin əmlakı üçüncü şəxsə satmaqla ona zərər vurmasına istinad edir.
48. Əmlaka zərər vurulması ilə bağlı münasibətlər tərəflər arasında bağlanmış müqavilədə tənzimlənmişdir.
49. Belə ki, müqavilənin 3.3.5-ci maddəsində zərərin əvəzinin Mülki Məcəlləyə uyğun olaraq iddiaçı təşkilatın xəzinə hesabına köçürmək vəzifəsi özünüməşğulluğa cəlb olunmuş şəxsin vəzifələri sırasında göstərilsə də, “Tərəflər in məsuliyyəti” bölməsində yer alan 4.3-cü bənddə nəzərdə tutulmuşdur ki, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir.
50. Kollegiya qeyd edir ki, iddiaçı təşkilat tərəfindən zərərin əvəzinin pul şəklində ödənilməsi tələb edilmədiyi üçün müqavilənin 3.3.5-ci bəndi deyil, 4.3-cü bəndi üzrə tərəflərin razılaşdıqları qayda tətbiq edilməlidir. Həmin bənddə isə özünüməşğulluğa cəlb olunmuş şəxs tərəfindən əmlaka vurulmuş zərərin əvəzinin məhz Mülki Məcəlləyə uyğun şəkildə ödəniləcəyi razılaşdırılmışdır.
51. Mülki Məcəllədə zərərin əvəzinin ödənilməsi formaları ilə bağlı nəzərdə tutulur ki, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (§ 30-32).
52. Qanun normalarından aydın olduğu kimi, ziyanın qarşılanması üçün ilkin və ümumi qayda əvvəlki vəziyyətin bərpa edilməsi - zərərin əvəzinin naturada ödənilməsidir. Bu mümkün olmadıqda isə zərər pul əvəzi verilməklə ödənilə bilər.
53. Bir şəxsin əşyasının (o cümlədən heyvanın) başqasına satılması nəticəsində üzərindəki mülkiyyət hüququnun itməsi nəticəsində dəymiş zərərin əvəzinin eyni növlü və keyfiyyətli əşya (heyvan) verilməklə ödənilməsi mümkündür. Bu zaman məhz satılmış əşyanın (heyvanın) deyil, onunla eyni növdə və keyfiyyətdə olan əşyanın (heyvanın) verilməsi nəzərdə tutulur. Üstəlik, zərər çəkmiş iddiaçı, zərərin əvəzinin məhz bu formada ödənilməsini tələb etdiyi halda, onun tələbinin təmin olunmaması və pul əvəzinə dair iddia qaldırmağa məcbur edilməsi yolverilməzdir.
54. Baxılan işdə iddiaçı, cavabdehə verdiyi (fərdi əlamətləri ilə müəyyən edilən) heyvanları deyil, eyni növlü və keyfiyyətli (2-3,5 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 baş qoç və 20 (iyirmi) baş qoyunun natura şəklində özünə qaytarılmasını tələb edir.
55. Belə olan halda, müqavilə öhdəliyini pozmuş cavabdehin üzərinə Mülki Məcəllənin yuxarıda göstərilən normaları əsasında zərərin əvəzini eyni növlü və keyfiyyətli heyvanlar verməklə natura ödəmək öhdəliyinin qoyulması mümkündür.
56. İşə mahiyyəti üzrə baxan məhkəmələr isə yuxarıda qeyd edilənləri nəzərə almamış, iddianı rədd etməklə düzgün olmayan nəticəyə gəlmişlər.
57. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalı, iddianın təmin edilməsinə (iddia ərizəsinə, apelyasiya və kassasiya şikayətinə baxıl lmasına) görə 200 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
58. Göstərilənlərə əsasən, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-954/2023 nömrəli mülki iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin olunsun. Cavabdeh üzərinə “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022/ÖM/ 04278 nömrəli, 20 iyun 2022-ci il tarixli müqavilə üzrə təhvil aldığı heyvanlarla eyni növlü və keyfiyyətli (2-3,5 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 (bir) baş qoç və 20 (iyirmi) baş qoyunun naturada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 vermək öhdəliyi qoyulsun. Cavabdeh 200 (iki yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.