Məhkəmə qərarları › İş №2(102)-775/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-775/2025

07.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-775/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-123/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə 7 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında tibbi xidmətin göstərilməsi sahəsində hüquqi münasibətlər yaranmış və buna uyğun olaraq cavabdeh tərəf iddiaçını müəyyən məbləğdə pulun ödənilməsi müqabilində və onun razılığı əsasında alt çənə boşluğunun implantasiyasını aparmışdır.

2. Hazırda iddiaçı onun üzərində əməliyyatın Cavabdeh1 tərəfindən düzgün aparılmadığını, onun səhvləri ucbatından məcburən çoxsaylı ağrılara, əziyyətlərə məruz qalaraq, ikinci dəfə implantasiya əməliyyatı keçirilməli olduğunu və bununla bağlı ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin cavabdehlərdən tutulmasını tələb edir.

3. İddia olunan dəymiş zərərlə bağlı iddiaçı ilk öncə hüquq mühafizə orqanlarına müraciət etmiş və həmin müraciət əsasında 08 dekabr 2021-ci il tarixli “Cinayə t işinin başlanmasının rədd edilməsi haqqında” Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 klinikasının stomotoloq həkimi Cavabdeh1 İddiaçı gostərmiş olduğu tibbi xidmət müqabilində ondan aldığı pulun 2.000 manatını klinikanın kassasına medaxil etmiş, lakin sonradan əlavə olaraq ondan aldığı 7.500 ABŞ dolları məbləğində pula dair ona hər hansı qəbz verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı “maddi və mənəvi zərər” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 32.742 manat, mənəvi zərərə görə 10.000 manat və ödənilmiş 250 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qə bul edilməsini xahiş etmişdir.

5. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, cavabdeh stomatoloq-həkim Cavabdeh1 stomatoloq həkimi Rüstəmin vasitəçiliyi ilə anasının ağız boşluğunun implantasiyası ilə əlaqədar 2018-ci ildə tanımışdır. Bundan sonra stomatoloq Cavabdeh1la onun ağız boşluğundakı aşağı çənə boşluğunda olan polekistoz problemi ilə əlaqədar məsləhətləşməyə başlamışdır. Bu zaman ABŞ-da yaşadığından həkimə orada çəkilmiş rentgenin şəklini göndərmişdir. Həkimlə məsləhətləşərkən o, artıq onun bu problemlə çoxdan rastlaşdığını bilirdi. Ondan öncə başqa bir həkim tərəfindən müalicə aparılmadan ağız boşluğunda olan diş qapaqlarını dəyişdirmişdir. Cavabdeh1 ona məsləhəti bu oldu ki, dişlər sökülüb implant dişlərlə əvəz edilməlidir. Ona etibar etdiyindən, buna razılaşdı. Bundan sonra o həkim Cavabdeh1la bir neçə ay ərzində “Whatsapp proqramı” vasitəsilə əməliyyatın necə və harada aparılması, eləcə də əməliyyatın qiyməti barədə yazışmalar aparmışlar. Cavabdeh1 ona “V3 implantını” məsləhət bildi və həmin implantın 1 ədədinin qiymətinin 1200 manat olduğunu qeyd etdi. İmplantın üstünə qoyulacaq metal keramikanın 1 ədədinin qiymətinin 300 manat olduğunu bildirdi. O, Bakı şəhərinə qayıtdıqdan sonra Cavabdeh1la görüşdü və o, bildirdi ki, onun dişlərini narkoz altında çıxartmaq olmaz və alt çənə boşluğunun implantasiyasını narkozsuz etmək lazımdır. O, həkim Cavabdeh1 çox xahiş etdi ki, əməliyyatı narkoz altında keçirsin, çünki bundan əvvəl keçirtdiyi stress ve agrılara artıq dözümü yox idi. Ancaq Cavabdeh1 ona əməliyyatın qəti şəkildə narkozsuz kecirilməli olduğunu bildirib, bütün alt cənəsinin dişlərini bir-bir narkozsuz, yalnız yerli keyləşdirici ilə icra etmişdir. Əməliyyat (dişlərinin çəkilməsi) zamanı o, ağrılardan məcburən ağlayırdı. Əməliyyat həkim Cavabdeh1 diş kabinetində aparıldı və əməliyyat zamanı otaqda həkimin köməkçisi Elşən və tibb bacısı iştirak edirdi. Əməliyyat bitdikdən sonra həkim Cavabdeh1 ona 2.000 manat pulu kassaya ödəməyi, qalan məbləği isə ona ödəməli olduğunu bildirdi. O, bilavasitə Cavabdeh1 7.000 ABŞ dolları ödəmişdir. Qalan 500 ABŞ dollarını isə öz bank kartından onun kartına köçürməklə ödəmişdir. Beləliklə, ümumilikdə həkim Cavabdeh1 15.000 manat ödəmişdir. Əməliyyat nəticəsində ona 10 implant qoyuldu. Lakin qeyd etdiyi kimi ödədiyi yalnız 2.000 manata dair ona kassa çeki təqdim olundu. Bir müddət sonra ABŞ-na qayıtdı. Bir neçə aydan sonra qoyulmuş implantlarda agrı hiss etməyə başlamış və məcburən həkimə müraciət etmişdir. Həkim Cavabdeh1 agız bosluğunu gorən kimi bildirdi ki, implantasiya düzgün edilməyib. 02 mart 2020-ci il tarixdə Bakı şəhərinə qayıtmış və həmin vaxt hamilə olmuşdur. Bundan sonra o, Cavid Qurbanov adlı stomotoloqa müraciət etmiş və həkim onun 3D rentgenimə baxdıqdan sonra qeyd etmişdir ki, bu implantlar düzgün qoyulmayıb ve hamısı çəkilməli və təzəsi ilə dəyişdirilməlidir. O, bu barədə həkim Cavabdeh1 bildirdi və ödədiyi pulun ona qaytarılmasını xahiş etdi. Lakin o, ona hər hansı bir məbləğdə pul qaytarmadı. X10 hamilə olduğunu nəzərə alaraq, həmin vaxt yenidən əməliyyat etdirməməyini məsləhət gördü. İmplantlarda dözülməz ağrılarının olmasına baxmayaraq o məcbur olub ABŞ-na qayıtdı. Bakı şəh ərinə qayıtdıqdan sonra 25 iyun 2021-ci il tarixdə o, “Dental Update” klinikasına müraciət etmişdir. Həmin klinikadakı həkim onun iplant etdirməzdən əvvəlki və implantdan sonrakı rentgenlərinə baxaraq, bildirmişdir ki, tez bir zamanda əməliyyat olunmalıdır. 29 iyun 2021-ci il tarixdə “Dental Update” Klinikasında yenidən implantasiya əməliyyatı olunmuşdur. Onun ağız boşluğunda olan 9 implant çıxarıldı və yeni Ştrauman implantları ilə dəyişdirildi. Əməliyyat zamanı videoçəkiliş aparıldı. Beləliklə, Cavabdeh2 Klinikasının stomotoloq həkimi Cavabdeh1 düzgün aparılmayan əməliyyatı və səhvləri ucbatından o, məcburən çoxsaylı ağrılara, əziyyətlərə məruz qalaraq, ikinci dəfə implantasiya əməliyyatı keçirməli oldu. Bunun nəticəsində ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Odur ki, tərəfində n müvafiq şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sonuncu dəfə Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən araşdırma aparıldı və 08 dekabr 2021-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Bundan sonra tərəfindən 14 yanvar 2022-ci il tarixli pretenziya ilə cavabdehlərə müraciət edərək, ona qoyulmuş implant dişlərə görə həkim Cavabdeh1 ödədiyi 15.000 manatın 5 gün ərzində ona qaytarılması təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirilmişdir. Cavabdehlər tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir. Yuxarıda qeyd etdiklərindən də göründüyü kimi qeyd olunan məbləğdə pul ödəməyinə baxmayaraq, cavabdehlərin həyata keçirdiyi tibb i əməliyyat və müalicə (dişlərinin çəkilməsi və implantların qoyulması) nəticəsində nəyinki səhhəti bərpa olunmuş və o yaxşılaşmışdır, əksinə səhhəti daha da pisləşmiş və o məcbur olub, ikinci dəfə əməliyyata məruz qalaraq implant qoydurmuş və ona dəymiş maddi ziyan 1.5000 manatdan əlavə həm də aşağıdakılardan ibarətdir: 1. dişlərinin düzəldilməsi üçün məcburən ABŞ-dan Azərbaycan Respublikasına gəlmək üçün təyyarə bilətinə çəkdiyi xərc: 2019-cu il üçün- 1.296,03 ABŞ dolları; 2020-ci il üçün- 846.69 ABŞ dolları; 2021-ci il üçün: 1200 ABŞ dolları olmaqla, ümumilikdə 3.342,72 ABŞ dolları x 1,7 = 5682 manat; 2. dişlərinin yenidən düzəldilməsi üçün bankdan götürdüyü 7.000 ABŞ dolları müqabilində, məcburən faiz kimi ödədiyi 1.600 ABŞ dolları x 1,7 = 2720 manat; 3. cavabdehin qoyduğu implantlar ın fəsadlar-qızartı, ağrı verməsi nəticəsində məcburən ABŞ-da getdiyi həkimlərə və rentgenlərə çəkdiyi xərclər- 1.200 ABŞ dolları x 1,7 = 2040 manat; 4. yeni implantlar qoyulmazdan əvvəl əkilmiş diş sümüyünə görə -1.000 manat; 5. iki dəfə aparılmış əməliyyat və sedatsiyaya görə-1000 manat; 6. implantların sökülməsi üçün- 1 implant üçün 200 manat, 9 x 200 = 1800 manat;

7. Azərbaycanda dişlərinin həkimlər tərəfindən müayinə edilməsi və müvəqqəti dişlər üçün- 2500 manat; 8. ikinci dəfə implant qoyan həkimin pulu- 1000 manat; ümumilikdə - 32.742 manat. Odur ki, göstərilən məbləğ, yəni 32.742 manat cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir.

6. Məhkəmənin 04 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərmişdir ki, iddiaçı, aşağı çənəsindəki implantlar narahatlıq verdiyindən ona müraciət etmişdir. Çənəsində 9 implant var idi. Həmin implantlar stomatit bor vasitəsi ilə qısaldılmışdır. Bunlardan 7-də ortopedik konstruksiya var idi. Konstruksiyalarda yemək qalıntıları və kəskin qoxu var idi. Pasiyent 3D rentgen müayinəsindən keçdikdən sonra müayinə zamanı implantların sökülməsinə qərar verdi. Adətən implantların üzərinə müvəqqəti konstruksiyalar qoyulur. Ancaq iddiaçı, ABŞ gedəcəyini bildirərək metal konstruksiya qoyulması barədə təkid etmişdir. X16 implantların sökülməsini təklif etsə də, pasiyent hamilə olduğundan bu mümkün olmamışdır. O, pasiyentə yenidən həkim Cavabdeh1 müraciət etməsini məsləhət görsə də, pasiyent bundan imtina etmişdir.

7. Məhkəmənin 04 noyabr 2022-ci il tarixdə keçirilmiş iclasında mütəxə ssis (eskpert rəyini tərtib etmiş) X12 bildirmişdir ki, rezeksiya edilən dişin sümüyü zəiflədiyindən daha sonra implantın düşməsinə səbəb ola bilər. İmplantlarda olan problemin həkim Cavabdeh1 təqsiri ucbatından olub-olmamasını dəqiq deyə bilmir. İmplantın düşməsi normal haldır. Pasiyent vaxtında həkimə müraciət etsə idi, hazırki problemlər baş verməzdi. Əməliyyatdan 1 il sonra implantlar üzərinə ortopedik konstruksiya düzəldilmişdir ki, bu da implantlarda hər hansı bir problemin olmadığına dəlalət edir. Tərtib etdiyi rəyi təsdiqləyir və müdafiə edir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və X6 xx.xx.2022-ci il tarixli rəyində qeyd olunmuşdur ki, iddiaçının çənəsinə həkim Cavabdeh1 tərəfindən qoyulmuş implantlarda hər hansı problemin əmələ gəlməsini kliniki olaraq görmək mümkün deyil. Çünki əməliyyatdan 1 il sonra implantlar üzərinə ortopedik konstruksiya düzəldilmişdir ki, bu da implantlarda hər hansı bir problemin olmadığına dəlalət edir. İddiaçının çənəsinə “Medholding” klinikasında ortopedik konstruksiya düzəldilmiş, implantların bəzilərinin boyun hissələri yonulmuş, bəzi implantlar yonularkən kəsilmiş və implantlara konstruksiya düzəldilmişdir. Abatmentlərin standartına uyğun olmayan təzyiqlər verilmişdir. İddiaçının implantlarında kəskin ağrıların patogenik səbəbi haqqında fikir söylənilməsi mümkün deyil. Çəkilmiş rentgenoloji müayinələrdə çənəyə qoyulmuş İ-li implantlar ilə əlaqədar ağrı verə biləcək hər hansı bir patoloji proses müəyyən edilməmişdir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, e-2(009)669/2 022 saylı qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia təmin edilməmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmənin 04 noyabr 2022-ci il tarixdə keçirilmiş iclasında iştirak etmiş mütəxəssis (eskpert rəyini tərtib etmiş) X12 bildirmişdir ki, rezeksiya edilən dişin sümüyü zəiflədiyindən daha sonra implantın düşməsinə səbəb ola bilər. İmplantlarda olan problemin həkim Cavabdeh1 təqsiri ucbatından olub-olmamasını dəqiq deyə bilmir. İmplantın düşməsi normal haldır. Pasiyent vaxtında həkimə müraciət etsə idi, hazırki problemlər baş verməzdi. Əməliyyatdan 1 il sonra implantlar üzərinə ortopedik konstruksiya düzəldilmişdir ki, bu da implantlarda hər hansı bir problemin olmadığına dəlalət edir. Tərtib etdiyi rəyi təsdiqləyir və müdafiə edir. Göründüyü kimi, iddiaçı Cavabdeh2 MMC-də hə kim Cavabdeh1 tərəfindən aparılan müalicə və cərrahi əməliyyat zamanı sağlamlığına zərər vurulması iş materialları ilə təsdiq olunmur. Nəzərə alınmalıdır ki, vurulmuş zərərin əvəzini ödəmək vəzifəsini zərər vuran şəxs daşıyır. İş materiallarında olan sənədlər və iddiaçı tərəfindən təqdim olunmuş sübutlar ilə cavabdehlər tərəfindən iddiaçıya zərər vurulmasına dair hər hansı hallar müəyyən olunmamışdır.

11. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1- ci, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edi lməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə uyğun əsalandırmış və əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi prosesual qanunvericilik normalarının tələblərini kobud və açıq şəkildə pozmuş, təqdim edilmiş sübutlara və dəlillərə hüquqi qiymət verilməmişdir. İş üzrə dindirilmiş şəxslərin ifadələri, o cümlədən məhkəmə iclasında araşdırılmış məsələlər qərəzli şəkildə məhkəmə iclas protokolunda təhrif edilməklə, iş üzrə təmamilə qanunsuz qətnamə qəbul edilmişdir.

14. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və X6 eksperti X2 izahatında göstərmişdir ki, rəy tərtib edilərkən mülki iş materiallarında olan tibbi sənədlərə istinad olunmuşdur. Məhz həmin sənədlərə nəzə rən rezeksiya əməliyyatının aparıldığı görünür. Tibbi sənədlərə əsasən ilkin konstruksiyanın həkim Cavabdeh1 tərəfindən aparıldığı görünür. İddiaçının üzərində 12 dişin çıxarılması və 10-cu implantın qoyulmasına dair əks göstəriş olmamışdır. Çənədə iltihab aradan qaldırıldıqdan sonra əlavə rezeksiya əməliyyatı aparmaq mümkündür. Dişlər arasındakı arakəsmə məsafəsi 1-2 mm olmalıdır. Əməliyyatın rentgen müayinəsi əsasında aparılması daha effektli olur. Əməliyyatdan sonra ağız boşluğuna düzgün gigiyenik qulluq olunmadıqda, vitamin çatışmamazlığı olduqda, kəskin stress fonunda sümük əriməsi baş verə bilər. 3 DKT ilə vizioqrafık müayinənin arasında elə bir fərq yoxdur. Vizioqrafık müayinə implantların foto şəkillərinin əksidir. İmplantların sonrakı vəziyyəti onlara necə qulluq etməklə bağlıdır. Yəni düzgün gigiyenik qulluq olmasa, qızartı verə bilər, diş köklərində şişkinliklər yarana bilər. Bundan əlavə laxlayan dişə implanat qoyulmur, həmin dişin nasazlığı aradan qaldırıldıqdan sonra ipmlanat yerləşdirilir. İmplant qoyulduqda, əgər diş laxlayırsa, həmin implanat düzgün qoyulmayıb. Əgər dişlərin dibində hər hansı bir pataloji dəyişiklik yoxdursa, laxlayan implant sonradan bərkiyə bilər.

15. Məhkəmə iclasında Azərbaycan Tibb Universitetinin X1 stomatoloq həkimi İlham Güləliyev izahatında göstərmişdir ki, laxlayan implant əgər ki, sümüyə yaxşı inteqrasiya olunmayıbsa, onun bərkiməsi mümkün deyil. Ağız boşluğuna qoyulan implant heç bir halda düşməməlidir. Alt çənə sümüyün ön hissədə qoyulan implantların ara məsafəsi demək olar yoxdur. Dünya praktikasında isə implantın laxlama olma qla düşmə hallarına 12 faiz nisbətində rast gəlinir. Bu hal firma qüsuru olaraq mümkün ola bilir. Lakin bu çox az faizlə ola bilir. Başqa sözlə, qoyulan implant düşübsə, bunu məhz yalnız həkim səriştəsizliyi kimi də qiymətləndirmək olmaz. İmplant düşdüyü halda isə onun yerinə yenisini dərhal qoymaq düzgün deyil, çünki diş kökləri özünü bərpa etməlidir.

16. Məhkəmə iclasında Azərbaycan Tibb Universitetinin təcrübə müəllimi X13 da digər mütəxəssisin verdiyi izahata uyğun izahat vermişdir.

17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, əməliyyatdan əvvəlki rentgen şəkillərdən və pasientin öz anamnezindən məlum olur ki, həkim Cavabdeh1 müraciət etməmişdən öncə iddiaçının çən əsində dəfələrlə rezeksiya əməliyyatları icra olunmuşdur. Dişlər dəfələrlə endodontiya olunmuş və üzərinə konstruksiyalar düzəldilmişdir. İmplantasiya əməliyyatı təkcə iltihabi proseslərə görə deyil, dişlərin köklərinin rezeksiya əməliyyatından sonra müalicəyə tam cavab vermədiyi üçün, dişlər üzərinə konstruksiya düzəltmək uğurlu olmadığından, çənədə artıq bir çox hissədə sümük deffektləri aşkar olunduğundan immediat implantasiya və sümük plastikası əməliyyatı tövsiyyə olunmuşdur. İddiaçının çənəsinə həkim Cavabdeh1 tərəfindən qoyulmuş implantlarda hər hansı problemin əmələ gəlməsini kliniki olaraq görmək mümkün deyil. Çünki əməliyyatdan 1 il sonra implantlar üzərinə ortopedik konstruksiya (hər hansı müvəqqəti metal plastmas keramika) düzəldilmişdir ki, bu da implantlarda hər hansı bir p roblemin olmadığına dəlalət edir. İddiaçının çənəsinə “Medholding” klinikasında ortopedik konstruksiya düzəldilmiş, implantların bəzilərinin boyun hissələri yonulmuş, bəzi implantlar yonularkən kəsilmiş və implantlara konstruksiya düzəldilmişdir. Abatmentlərin standartına uyğun olmayan təzyiqlər verilmişdir.

18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin xx.xx.2023-cü il tarixli ekspert rəyində isə qeyd edilmişdir ki, əməliyyatdan əvvəlki rentgen, KT filmlərindən və vizioqraf görüntüsündən məlum olur ki, həkim Cavabdeh1 müraciət etməmişdən öncə iddiaçının çənəsində dəfələrlə rezeksiya əməliyyatları icra olunmuşdur. Dişlər dəfələrlə endodontiya olunmuş və üzərinə konstruksiyalar düzəldilmişdir. İmplantasiya əməliyyatı təkcə iltihab ı proseslərə görə deyil, dişlərin köklərinin rezeksiya əməliyyatından sonra müalicəyə tam cavab vermədiyi üçün, dişlər üzərinə konstruksiya düzəltmək uğurlu olmadığından, çənədə artıq bir çox hissədə sümük defektləri aşkar olunduğundan immediat implantasiya və sümük plastikası əməliyyatı tövsiyyə olunmuşdur. İddiaçının çənəsinə həkim Cavabdeh1 tərəfindən qoyulmuş implantlarda hər hansı problemin əmələ gəlməsini kliniki olaraq görmək mümkün deyil. Çünki əməliyyatdan 1 il sonra implantlar üzərinə ortopedik konstruksiya (hər hansı müvəqqəti metal plastmas keramika) düzəldilmişdir ki, bu da implantlarda hər hansı bir problemin olmadığına dəlalət edir. İddiaçının çənəsinə “Medholding klinikası”nda ortopedik konstruksiya düzəldilmiş, implantların bəzilərinin boyun hissələri yonulmuş, bəzi implan tlar yonularkən kəsilmiş və implantlara konstruksiya düzəldilmişdir. Abatmentlərin standartına uyğun olmayan təzyiqlər verilmişdir. İddiaçının çənəsində iltihabı proses radikulyar kista ilə əlaqədardır və bu iltihabi proses dişlərdə deyil, diş kökü nahiyəsində və çənədə olur. xx.xx.2019-cu il tarixli KT filmində iddiaçının aşağı çənəsinin bir çox nahiyələrində iltihabi prosesin mövcud olduğu görünür. İddiaçının üzərində aparılan implant əməliyyatının Cavabdeh1 tərəfindən aparılan implant əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır, Cavabdeh1 tərəfindən qoyulmuş implantların yeni implantlarla əvəz edilməsinə hər hansı bir tibbi göstəriş olmamışdır. İmplantların ətrafında kəskin iltihabi proses, implantın sinir kompressiyasına səbəb olması, implantın Haymor boşluğuna və burun boşluğuna nüfuz e tməsi implantların çıxarılmasına tibbi göstəriş hesab olunur. Bu da ortopantomaqramma müayinəsi ilə öz təsdiqini tapmalıdır. Lakin iddiaçı implantların çıxarılmasından öncə qeyd olunan müayinə aparılmamışdır. Rentgen müayinəsinə əsasən, iddiaçının dişlərinin (implantların) üzərində konstruksiya hazırlanmasına (daimi və ya müvəqqəti) hər hansı bir əks göstəriş müşahidə olunmur.

19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin xx.xx.2024-cü il tarixli ekspert rəyində isə qeyd edilmişdir ki, iş materillarına əlavə edilmiş sənədlərə və təqdim edilmiş radioloji görüntülərə əsasən, həkim Cavabdeh1 tərəfindən iddiaçının üzərində implantasiya əməliyyatının aparılmasına əks göstəriş hesab olunan xəstəliklər (kəskin osteomielit, infeksion pro seslər, kistik dəyişildilər və s.) müəyyən edilməmişdir. Tibbi təcrübəyə əsasən, immediat implantasiya əməliyyatı diş çəkimi müdaxiləsindən dərhal sonra icra edilir. KT görüntülərində immediant implantasiyanın aparılmasına əks göstəriş qeyd edilməmişdir. Belə ki, pasientdə kəskin, xroniki, osteomielit və kəskin sümük çatışmamazlığı aşkarlanmamışdır. İmplantlar yuvada birincili fıksasiya edilmiş və bir ildən çox müddətdən sonra daimi konstruksiya düzəldilmişdir. İddiaçının üzərində 12-ci dişin çıxarılması və 10-cu implantın qoyulmasına dair əks göstəriş olmamışdır. İddiaçının 33, 34 və 35-ci dişlərinin köklərində dəfələrlə rezeksiya əməliyyatı aparılmışdır. Ümumiyyətlə, KT görüntülərində müəyyən olunur ki, aşağı çənənin bir çox nahiyələrində iltihabi ocaqlar qeyd olunur, dişlərin çoxunun ta ğı dağılmış və yonulmuşdur. İddiaçının üzərində həkim Cavabdeh1 tərəfindən implantasiya və iltihab ocaqlarının defektlərinin implant ətrafının aqumentasiyası tövsiyyə olunmuşdur. Pasiyent öz istəyi ilə “X5'”da analizlərdən, vizioqrafik müayinələrdən keçmiş və əməliyyata razılıq alınmışdır. İddiaçının məhkəmə-tibbi müayinəsi zamanı onun ağız boşluğunda həkim Cavabdeh1 tərəfindən qoyulan implantlar aşkarlanmamışdır. KT görüntülərində müəyyən olunur ki, əvvəl qoyulmuş implantlar üçün əks göstəriş olmamışdır. İmplantlar tibbi qaydaya uyğun yuvalara yerləşdirilmişdir. İmplantlar arasında ara məsafəsi minimum 1.8-2 mm ola bilər. Bəzi hallarda iki implant arası məsafə 1 mm ola bilər və iki implant üzərinə 1 diş konstruksiyası düzəldilə bilər. Ara məsafəsi ilə əlaqədar tibbi protokol mövcud deyi l. Çəkilmiş KT müayinədə implantlar tam normativə uyğun yerləşdirilmişdir. Təqdim edilmiş 3D KT filmində implantlar ətrafında iltihabi proses və sümük əriməsi aşkarlanmamışdır. Belə ki, əməliyyatdan sonra ağız boşluğuna düzgün gigiyenik qulluq olunmadıqda, vitamin çatışmamazlığı olduqda, kəskin stress fonunda da sümük əriməsi baş verə bilər. İmplantasiya əməliyyatı düzgün icra edilmiş və sonrakı gedişatda isə sadalanan səbəblərə görə dəyişiklik yarana bilərdi. İddiaçının üzərində aparılmış implantasiya əməliyyatı zamanı qüsurlar aşkar edilməmişdir. Yəni diş çəkimindən sonra dərhal implantasiya, aqumentasiya əməliyyatı düzgün aparılmışdır. İmplantasiyalardan sonra vizio qrafık müayinədə (Cavabdeh2) implantların protokola uyğun icra edildiyi müəyyən edilmişdir. Həkim Cavabdeh1 tərəfindən apa rılmış implantasiya əməliyyatı zamanı implantlarda hər hansı bir qüsur aşkar edilməmişdir. Həkim Cavabdeh1 tərəfindən icra edilmiş implantlardan yalnız biri müəyyən olunmayan səbəbdən düşmüşdür. Başqa heç bir implantda laxlama mövcud olmamış və ağrılar aşkarlanmamışdır. “Med Holdinq” Klinikasında iddiaçının üzərində ortopedik daimi konstruksiya düzəldilmişdir. Ağrıyan və laxlayan implantlara konstruksiyanın düzəldilməsi mümkün olmur. Təqdim edilmiş 3D KT filmində iddiaçının üzərində “Med Holdinq”də ortopedik konstruksiya düzələrkən implantların boyunları yonulmuş, bəziləri kəsilmiş, abantmentlər ağızda yonularkən təzyiqlər verilmişdir. İmplantların boyunlarının yonulması əks göstərişdir. Belə ki, implantla çənə sümüyü arasında osteointeqrasiya prosesi gedir. İmplant boynu yonulduqdan sonra ağıza düzgün gigiyenik qulluğun olmaması implant boyunlarında atrofiyaya səbəb ola bilər. İkinci dəfə iddiaçının üzərində aparılan implant əməliyyatının həkim Cavabdeh1 tərəfindən aparılan implant əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. Belə ki, implantasiya əməliyyatından sonra “Med Holdinq”də artıq ortopedik konstruksiya düzəldilmişdir. Bu da həkim Cavabdeh1 tərəfindən qoyulan implantlarda hər hansı bir patologiyanın olmadığına əsas verir. Çünki implantlarda kəskin problemlər, ağrılar və s. olsaydı onun üzərinə heç bir ortopedik konstruksiya düzəldilə bilməzdi. Həkim Cavabdeh1 tərəfindən qoyulmuş implantların yeni implantlarla əvəz edilməsinə hər hansı bir tibbi göstəriş olmamışdır. Rentgen müayinəsinə əsasən, iddiaçının dişlərinin (implantların) üzərində konstruksiyanın hazırlanması na (daimi və ya müvəqqəti) hər hansı bir əks göstəriş olmamışdır.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-123/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və M.A.Məmmədov) apellyasiya şikayətinin qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, e2(009)-669/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, həkim Cavabdeh1 10.332 manat maddi, 5.000 manat mənəvi zərər olmaqla, cəmi 15.332 manatın iddiaçının xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etm işdir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamədə əsaslandırılan hallar işin hallarına uyğun hesab edilə bilməz. Belə ki, ilk öncə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən, cavabdehlər tərəfindən aparılan müalicə və cərrahi əməliyyatlar zamanı iddiaçının sağlamlığına zərər vurulmasının mülki iş materialları ilə təsdiq olunmaması və cavabdehlər tərəfindən iddiaçıya zərər vurulmasına dair hər hansı halların müəyyən olunmadığı qənaətinə gəlinmişdir.

22. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən mülki qanunvericiliyin müvafiq müddəalarına istinadən qeyd etmişdir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozis iya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) zərərin mövcud olması, 2) zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və 4) zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

23. Məhkəmə kollegiyası işin hallarına istinadən vurğulamışdır ki, iddiaçı Cavabdeh1 müraciət edərək, ağız boşluğundakı aşağı çənə boş luğunda olan polekistoz problemi ilə əlaqədar şikayətlənmiş, bu zaman ABŞ-da yaşadığından həkimə orada çəkilmiş rentgenin şəklini göndərmişdir. Həmin həkimə müraciət etməzdən əvvəl başqa bir həkim tərəfindən müalicə aparılmadan ağız boşluğunda olan diş qapaqlarını dəyişdirmişdir. Həkim Cavabdeh1 isə ona məsləhəti dişlərin sökülüb implant dişlərlə əvəz edilməsi olmuş və implant dişlər iddiaçının ağız boşluğuna qoyulmuşdur.

24. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, tərəflər arasında tibbi xidmətin göstərilməsi sahəsində hüquqi münasibətlər yaranmış və buna uyğun olaraq cavabdehlər iddiaçını müəyyən məbləğdə pulun ödənilməsi müqabilində və onun razılığı əsasında alt çənə boşluğunun implantasiyasını aparmışdır. Hazırda iddiaçı onun üzərində əməliyyatın Cavabdeh1 tərəfindən düzgün ap arılmadığını, onun səhvləri ucbatından məcburən çoxsaylı ağrılara, əziyyətlərə məruz qalaraq, ikinci dəfə implantasiya əməliyyatı keçirilməli olduğunu və bununla bağlı ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin cavabdehlərdən tutulmasını tələb edir. Bu barədə yazılı müqavilənin bağlanmaması onların arasında məhz qeyd edilən münasibətlərin yaranmasını və vurulmuş zərər məbləğinin Cavabdeh1 tələb edilməsini istisna etmir.

25. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, Cavabdeh1la cavabdeh "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçının əməliyyat olunduğu tibb müəssisəsinə stomatoloq-həkim vəzifəsinə təyin edilmişdir. Bununla belə, Cavabdeh1la cavabdeh "xxxx" MMC arasında əmək münasibətləri olmuş və məhz sonuncunun işçisi və həmin sahədə ixtisaslaşan hək im olaraq, iddiaçı üzərində qeyd edilən əməliyyatı icra etmişdir. Bu münasibətləri tənzimləyən Mülki Məcəlləsinin 1099-cu maddəsinin dispozisiyasında şəxsin rəhbər vəzifəli şəxs olması ona müəssisənin işçisi kimi yanaşılmasında hər hansı istisna qayda nəzərdə tutmur. Lakin Mülki Məcəllənin 1099cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. Belə ki, Cavabdeh1 stomotoloq həkim kimi yüksək sə viyyədə fəaliyyət göstərməsi üçün tibb müəssisəsinin ona yaratdığı şəraitdə öz xidməti dairəsinə daxil olan vəzifəsini layiqincə icra etməmişdir. Digər tərəfdən Cavabdeh1 təqsirli və səhhətə zərər vurulması kimi qiymətləndirilən hərəkətləri bilavasitə onun işəgötürəni olan cavabdeh "xxxx" MMC-nin fəaliyyət dairəsinə aid olmamışdır. Qeyd edilənlər öz növbəsində iddiaçının ona vurulan zərərin əvəzinin ödənilməsi barədə iddianı (tələbi) birgə məsuliyyətlilərə, yəni işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı irəli sürülməsini hüquqi baxımdan qeyri-mümkün edir.

26. Bu səbəbdən məhkəmə kollegiyası Cavabdeh1 iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzinin hər iki cavabdehdən tutulmalı olması barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

27. Məhkəmə kollegiya sı daha sonra qeyd etmişdir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertizalar üzrə aparılmış ekspert tədqiqatlarının nəticələrinə dair tərtib edilmiş rəylərə (eyni məzmunludur) əsasən iddiaçının çənəsinə həkim Cavabdeh1 tərəfindən qoyulmuş implantlarda hər hansı problemin əmələ gəlməsinin kliniki olaraq görmək mümkün olmadığı, çünki əməliyyatdan 1 il sonra implantlar üzərinə ortopedik konstruksiya (hər hansı müvəqqəti metal plastmas keramika) düzəldildiyindən bu da implantlarda hər hansı bir problemin olmadığına dəlalət etdiyi, həkim Cavabdeh1 tərəfindən aparılmış implantasiya əməliyyatı zamanı implantlarda hər hansı bir qüsur aşkar edilməmişdir. Həkim Cavabdeh1 tərəfindən icra edilmiş implantlardan yalnız biri müəyyən olunmayan səbəbdən dü şmüş, başqa heç bir implantda laxlama mövcud olmamış və ağrılar aşkarlanmamışdır. Bu da Cavabdeh1 tərəfindən qoyulan implantlarda hər hansı bir patologiyanın olmadığına əsas verir, çünki implantlarda kəskin problemlər, ağrılar və s. olsaydı onun üzərinə heç bir ortopedik konstruksiya düzəldilə bilməzdi. Həkim Cavabdeh1 tərəfindən qoyulmuş implantların yeni implantlarla əvəz edilməsinə hər hansı bir tibbi göstəriş olmamış və rentgen müayinəsinə əsasən, iddiaçının dişlərinin (implantların) üzərində konstruksiyanın hazırlanmasına (daimi və ya müvəqqəti) hər hansı bir əks göstəriş qeyd edilməmişdir.

28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında aparılan danışıqlar və ““Whatssap” yazışmaları zamanı iddiaçının alt çənəsində olan implantlardan üçünün laxladığı müəyyən edilmiş, hətta həmin implantlardan birinin artıq düşdüyü və pulunun da geri qaytarıldığı müəyyən edilir. Eyni zamanda implantların laxlamasını bildiridiyi zaman Cavabdeh1 ona bir neçə müddətə bərkiyəcəyini bildirmişdir. Halbuki, məhkəmə iclasında dinlənilən mütəxəssis laxlayan implantın tədricən bərkiməsinin mümkün olmadığını bildirmişdir. Eyni zamanda mütəxəssis laxlamanın dünya praktikasında firma qüsuru ilə 1 ya 2 faiz rast gəlinməsini qeyd etmişdir ki, məhkəmə kollegiyası ümümi dünya praktikasıl üzrə rast gəlinən faiz əmsalına münasibətdə laxlayasn 3 iplantında məhz həmin qüsurla bağlı olmasını inandırıcı qəbul etməməklə, həkimin qüsuru kimi qəbul edir. Çünki ağız boşluğuna qoyulan implant heç bir halda laxlamamalı, çünki laxlayan implant sü müyə yaxşı inteqrasiya olunmayıbsa, onun bərkiməsi mümkün deyildir.

29. Məhkəmə kollegiyası xüsusilə vurğulamışdır ki, bu qəbildən olan işlərdə qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin olubolmamasının sübuta yetirmə vəzifəsinin hansı şəxsin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 1112-ci maddəsinin tələbləri baxımından cavabdeh iddiaçının sağlamlığına zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirməlidir və bunu sübut edə bilsə məsuliyyətdən azad edilir. Beləliklə, həkimin (cavabdeh) şəxsin sağlamlığına vurulmuş zərərə görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə bu maddədə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən zərərvuran zərərin onun təqsiri üzündən baş v ermədiyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır və bu halda zərərin əvəzi ümumi əsaslarla ödənilir. Lakin cavabdeh iddiaçının sübutlarını təkzib edən və hüquqi nəticə etibarı ilə onun təqsiri üzündən iddiaçının sağlamlığına məhz qeyd edilən hissə ilə bağlı zərərin vurulmadığını sübuta yetirə bilməmişdir. Eyni zamanda alt çənə sümüyünün qabaq hissəsinə qoyulmuş məhz həmin implantlar arası məsfənin düzgün olmaması da təsdiqini tapmışdır. Kollegiya qeyd edir ki, həmin hissədə yaranmış qüsurun təqsiri məhz əməliyyatı icra etmiş həkim Cavabdeh1dır.

30. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün tibb sahəsi üzrə xüsusi bilik tələb olunan suallar meydana çıxdığından iş üzrə alınan ekspert rəyləri həlledici rol oynayır. Belə ki, həmin sualların cavabı yalnız ekspert rəyi əsasında müəyyən oluna bilər. Mülki prosessual qanunvericiliyə əsasən ekspert rəyləri ilə müəyyən edilmiş məlumatlar sübut hesab olunmasına və digər sübutlarla birlikdə qiymətləndirildiyindən, bu qəbildən olan işlər üzrə həmin məlumatların həlledici əhəmiyyəti var. Bu baxımdan məhkəmənin qeyd edilən rəylərdən fərqli mövqedən çıxış etməsi üçün həmin rəyləri təkzib edən mötəbər sübutlar olmalıdır. Hazırki iş üzrə ekspert rəylərinin məhz yuxarıda qeyd edilən hissədə mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas məhkəmə iclasında mütəxəssis kimi izahat verən həkim stomotoloqların izahatları olmuşdur.

31. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri, o cümlədən iş materiallarında olan sübutları, habelə cavabdeh həkimin zərərin yuxarıda qeyd edilənh hissə də onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilməməsini nəzərə alıb, belə qənaətə gəlmişdir ki, iddiaçı üzərində aparılmış implant əməliyyatın həmin hissədə qüsurlu icra edilməsi nəticəsində ona maddi zərər dəyməsi, iddiaçının dəymiş zərərlə əməliyyatın qüsurlu icra edilməsi arasında səbəbli əlaqənin olması, nəticədə iddiaçıya zərər dəyməsi faktı öz təsdiqini tapmışdır.

32. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, məhz dişlərində baş verən bu narahatçılıqlara görə iddiaçının dəfələrlə məcburən ABŞ-dan Azərbaycan Respublikasına gəlib-getməli olmuşdur. Bunların hamısı, yəni iddiada qeyd edilən və sübutları işə əlavə edilən təyyarə biletlərinə verilən məbləğlərdə zərər kimi nəzərə alınmaldır.

33. Məhkəmə kollegiyası tutulmalı olan maddi zərərin məbləği ilə bağlı qeyd etm işdir ki, iddiaçıya qoyulan iki implanta görə ödənilən 2400 mant, iki dişin üzərinə qoyulan keramika (1 ədəd üçün 300 manat) üçün 600 manat, ağız boşluğuna 2 dişə görə sümük əkilməsi ilə bağlı 1000 manat, iki implantın sökülməsinə görə 400 manat, ikinci dəfə implant qoyulması ilə əlaqədar iki diş üçün əməliyyat pulu 250 manat, dişlərinin düzəldilməsi üçün məcburən ABŞ dan Azərbaycan Respublikasına gəlib-getmək üçün təyyarə bilətinə çəkdiyi xərc 5.682 manat (qeyd edilən bütün məbləğlər iş materialları ilə öz təsdiqini tapır) Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.

34. Məhkəmə kollegiyası tutulmuş mənəvi zərərin məbləği ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etd iyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərmişdir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Həmçinin, İnsan hüquqları üzrə Avrop a Məhkəməsi Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009cu il tarixli Aralıq qətnaməsində isə qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir.

35. Məhkəmə kollegiyası diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Xüsusilə qeyd edilməlidir ki, tibb – sözlə ifadə edilə bilməyə n dəyərə malik olan insan həyatının (səhətinin) qorunmasına və möhkəmləndirilməsinə, bununla da insan həyatının uzadılmasına xidmət edən, özündə insan əzablarının aradan qaldırılması və ya azaldılması imkanlarını ehtiva edən bir sahədir. Bu sahədə çalışan hüquqi və fiziki şəxslərin fəaliyyəti nəticəsində məhz tibb məfhumunun anlayışına uyğun olaraq bu nəticələr hasil olunmalıdır. Cavabdeh1 yuxaırıda sübuta yetirilən hissədə isə düzgün aparılmayan əməliyyatı və səhvləri ucbatından iddiaçı məcburən çoxsaylı ağrılara, əziyyətlərə məruz qalmış, ikinci dəfə implantasiya əməliyyatı keçirməli olmuş, hətta qeyd edilən hallar iddiaçının hamilə olduğu dönəmə təsadüf etdiyindən bir neçə ağız boşluğunda aparılan prosedurlar narkozsuz icra edilmişdir. Yəni mənəvi olaraq bir insanın maddi vəsait verməkl ə ağız boşluğunda rahatlıığa çatmaq istəyi əvəzinə, əksinə əsəb, həyəcan keçirməsi, bunun onun şüuraltında ciddi fəsadlar yaranması halı baş vermişdir ki, nəticədə göründüyü kimi ona həm də mənəvi zərər vurulmuşdur. Maddi zərər olaraq hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir.

36. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən qeyd etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi adekvat şəkildə aradan qaldırılmalı və mənəvi tarazlığın bərpa edilməsi gözlənilməlidir. Belə olan halda yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə kollegiyası mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 5.000 manatın tutulmasını daha ağlabatan və ədalətli olduğu qənaətinə gəlmişdir.

37. Məhkəmə kollegiyası öz hüquqi mövqe yini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.3, 1099.1, 1099.2, 1112, 1115-ci; Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.1, 217.4, 384.0.2, 385.1-ci; “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 25, 57, 59-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- iddianın təmin olnumayan hissəsində ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın bütövlükdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, ekspertlərdən heç biri şəxsən iddiaçını müayinə etməmişdir. Daha sonra 5-ci suala cavabda implantların tibbi qaydaya uyğun yuvaya qoyulduğu göstərilsə də, ekspertlərin hansı tibbi qaydaya istinad etdikləri məlum deyil. İmplantların qoyulması zamanı yol verilmiş pozuntuların nədən ibarət olduğu həkim Aynur Əliyeva tərəfindən ətraflı arasında olan məsafə deyil, implant ilə ön divar( vestibulyar divar) arasında olan məsafə mövcud protokollara əsasən minimum 2 mm olmalıdır, çünki, ön divar tez rezorbsiya olan divardır. Digər tərəfdən ekspertlərin istinad etdikləri implantlar qoyulduqdan sonra Cavabdeh1 tərəfindən çəkilmiş rentgen vizioqraf görüntüləri 2D formatında olduğundan, qoyulan implantların yanaq divarından olan məsafəsi görünmür. Ümumiyyətlə isə ekspertlər 5-ci su ala da lazımi qaydada cavab verməmişlər. Belə ki, sualda, hər bir implantın digər implantla ara məsafələrinin ayrıayrılıqda göstərilməsi tələb edilsə də, bu tələb də yerinə yetirilməmişdir. 6-cı suala cavab da tam verilməmişdir. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi tək implantlar arasında olan məsafə deyil, implantlarla ön divar arasında olan məsafələr də nəzərə alınmalı olan amildir. Lakin ekspertlər bu barədə də hər hansı bir fikir bildirməmişlər. Bu azmış kimi yenə də qoyulmuş sualdan kənara çıxaraq, çəkilmiş rentgen vizioqraf müayinəsinə istinad edərək, implantların tam normativə uyğun yerləşdirildiyini qeyd etmişlər. Halbuki, yuxarıda da qeyd edildiyi kimi həmin vaxt çəkilmiş rentgen vizioqraf 2D formatında olduğundan, həmin müayinəsi ilə implantların tam normativə uyğun yerləşdir ildiyini demək mümkün deyildir. Həmçinin görünən odur ki, ekspertlər ya iş materiallarında olan implantların qoyulmasından az bir müddət sonra çəkilmiş fotoşəkillərlə və D. Seyidovanın Amerikada çekdirdiyi 3D KT görüntüləri ilə tanış olmamışlar, ya da həmin sübutları görməzdən gəlmişlər. 7-ci suala verilmiş cavabdan da görünür ki, ekspertlər gah suala birbaşa cavab verməkdən yayınırlar, gah da hər hansı bir əsas olmadan gəldikləri nəticəni subyektiv mülahizələrlə əsaslandırmağa çalışırlar. Verilmiş həmin suala cavabda ziddiyyətli məqamlar mövcuddur. Belə ki, ekertlər əvvəlcə qeyd edirlər ki, guya implantlar ətrafında iltihabi proses və sümük əriməsi aşkar edilməmişdir. Daha sonra isə yenə də həkim Cavabdeh1 səsləndirdiyi hər hansı bir əsası olmayan və iş materialları ilə təsdiqini tapmayan fikirlərə istinad edilərək, əməliyyatdan sonra bir sıra səbəblərə görə sümük əriməsinin baş verə biləcəyi qeyd edilərək, əməliyyatın düzgün icra edildiyi, sümük əriməsinin göstərilən səbəblərdən yarandığı qeyd edilmişdir. Halbuki, ekspertlər gigiyenik qaydalara riayət edilmədiyini, yaxud digər halların mövcudluğunu necə müəyyən etmişlər aydın deyil. Bu halları müəyyən edərkən hər hansı bir sübuta istinad, eləcə də əsaslandırma mövcud deyildir. Ekspertlər 8-ci suala verdikləri cavabı da əsaslandırmamış, açıq-aşkar şəkildə məlum olan halları, yəni həkim Cavabdeh1 tərəfindən qoyulmuş implantlardakı kifayət qədər mövcud olan qüsurları ört-basdır etməyə çalışmışlar və bu zaman yenə də vizioqrafik müayinəyə istinad etmişlər. Halbuki vizioqrafik müayinə, yəni 2D müayinəsi qoyulmuş implantlarda kı mövcud olan qüsurların qiymətləndirilməsi üçün yetərli deyildir. Digər tərəfdən görünən odur ki, ekspertlər iş materialları ilə ya tanış deyillər, ya da qanunsuz şəkildə (hansısa maraqlar naminə) həkim Cavabdeh1 əsassız yerə müdafiə edirlər. Ekspertlər 9-cu suala cavabdan da açıq-aşkar şəkildə yayınmışlar. Belə ki, təqdim etdiyi fotoşəkil, video və s. sübutlardan da açıq-aşkar şəkildə görünür ki, həkim Cavabdeh1 tərəfindən implantlar qoyulduqdan az müddət sonra implantlarda ciddi qüsurların olduğu məlum olmuş, həmçinin çoxsaylı problemlər (qızarti, implantlarin tərpənməsi və damaq tərəfdən görünməsi) yaranmışdır. Lakin ekspertlər həmin problemlərin yaranma səbəblərinə aydınlıq gətirmək əvəzinə, əsassız olaraq sualı cavablandırmaqdan yayınmışlar, beləliklə də açıq-aşkar şəkildə qərəzli v ə tərəfkeş olduqlarını nümayiş etdirmişlər. Ekspertlər qarşısında qoyulmuş 10-cu sualda iş materiallarında olan fotoşəkil və yazışmalara istinad edilməklə, implantların bəzilərinin laxlaması və ağrıların olması(hansıki yazışmalarda Cavabdeh1 da bu halları təsdiq etmişdir) qeyd edilərək, bunların tibbi baxımdan normal hal-olub-olmamasına aydınlıq gətirilməsi tələb edilsə də, ekspertlər yenə də aidyyatı olmayan məsələlərə istinad edərək, suala birbaşa cavab verməkdən yayınmışlar. Ekspertlər 11-ci və 12-ci sualları da demək olar ki, cavanlandırmamışlar. Eləcə də iş materiallarında olan mənim həmin vaxt hamilələyim ilə əlaqədar implantların boyunlarının yonulmasının zərurətdən irəli gəlməsi barədə arqumentlərə aydınlıq gətirməmişlər. X14 tərəfindən təqdim edilmiş sənədlərə istinad etməmişlər. 13-cü və 14-cü suallara cavablarda da hər hansı bir əsaslandırma mövcud deyildir. Həmçinin suala tam şəkildə cavab verilməmişdir. Həmin cavablardan da ekspertlərin açıq-aşkar şəkildə qərəzli mövqeləri ortaya çıxır. 15-ci sual ümumiyyətlə cavablandırılmamışdır. 16-cı suala verilmiş cavab da yenə də əsaslandırlmamış, cavab verilərkən nə hər hansı bir işdəki sübuta, nədə tibbi ədəbiyyata istinad edilməmişdir. Ekspertlər iş materiallarında olan dişlərimin 3D rentgenini tədqiq etmədən və həmin rentgenin nəticələrini nəzərə almadan rəy vermişlər. Belə ki, implantlar qoyulduqdan az müddət sonra yaranmış problemlərlə bağlı onunla həkim Cavabdeh1 arasında olan “Whatsup” yazışmaları, eləcə də çəkilmiş şəkillər iş materiallarında var. Həmçinin implantlar qoyulduqdan sonra məhz həkim Cavabdeh1 tərəfin dən implantların üzərinə müvəqqəti konstruksiya quraşdırlmışdır. Ağız boşluğuna daimi konstrukdiya qoyulmazdan əvvəl onun ABŞ-da çəkdirdiyim dişlərimin 3D KT görüntüləri iş materiallarında vardır. Belə ki, həmin KT görüntülərindən də göründüyü kimi Cavabdeh1 qoyduğu implantların ətrafinda iltihabi proses olmuşdur. Bu da sumuk rezobsiyasına 3D rentgen implantlar cıxarılmadan öncə çəkilmişdir. 3D rentgenin icində panaromik informasiyada var və 3D rentgen panoram rentgendən də cox goruntu və informasiya verir. Agrılar və implantların tərpənməsinə gorə artıq 3-cü ayda o Amerikada həkimlərə muraciət etmişdir. Onlar heç rentgen etməden agız boşlugunu görən kimi bildirdilər ki, artıq implantlar dəyisdirilməlidirlər, cünki implantların üstü acıq idi, hansıki bunu şəkillərdə də görmək mümkündür. Hə min şəkilləri o Cavabdeh1 göndərmiş və ona bildirmisdir ki bəli çöldə galan və tərpənən implantları plastika ilə təkrar üstünü baglayacaq. Bunu ABŞ-da həkimlərə bildirəndə ona belə bir prosedurun və ya protokolun mövcud olmadığını bildirdilər. Ona görə də o Bakıya qayıtmış və 3D rentgen müayinə elətdirmişdir. 12 həkimin konsultasiyasından keçdikdən sonra Cavabdeh1 yanına getmiş, onun nə deyəcəyini dinləmiş, plastikaya razılaşmamış və ona çox əsəbləşmişdi. Çünki o 15 həkimin fikrini öyrənib gəlmişdi. Həkim onu otağından qovandan sonra (səsyazma da bunu tesdiq edir) ona kömək etməyə etiraz edərək, basqa həkimə gedərək istədiyini etməyi bildirmişdir. O da məcbur olub Cavid Qurbanovla planlaşdırma edib müvəqqəti konstruksiya edib hamiləliyini bitirdikdən sonra təkrarən ikinci dəfə artıq xərc ç əkərək implantasiya əməliyyatı etdirmişdir. Tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarında olan video çəkilişlərdə Cavabdeh1 qoyduğu implantların hansi vəziyyətdə olması açıq-aşkar şəkildə görünür. Ekspertlərin verdikləri rəydən aydın olur ki, ekspertlər təqdim etdiyimiz fotoşəkillərə, videolara və digər sübutlara ümumiyyətlə nəzər yetirməyiblər. Bu video və fotoşəkillər implantasiyadan 3 ay sonra Cavabdeh1 üçün cəkilib gondərilmisdir (harda ki, mənə yazıb bildirir ki, səbirli ol gözləyək, yapışdı bəlkə, tərpənən implantları və üstü açılanları da plastika ilə baglayarıq). Qeyd etdiyim kimi ekspertlər Cavid Qurbanov tərəfindən təqdim edilən rentgen muayinələrinə və müayinənin nəticələrinə, habelə təqdim etdiyim fotoşəkillər və video yazılara nəzər yetirməmiş, təmamilə əsassız r əy vermişlər. Həmçinin ekspert rəyləri iş üzrə dindirilmiş şahid Aynur Əliyevanın, eləcə də mütəxəssis qismində dindirilmiş Azərbaycan Tibb Universitetinin X1 stomatoloq həkimi X3 və Azərbaycan Tibb Universitetinin təcrübə müəllimi X7 izhatları ilə də təkzib edilmişdir. Hüsab edirik ki, Məhkəmə kollegiyası yuxarıda sadladığım halları və istinad etdiyim sübutları nəzərə alaraq, apelyasiya şikayətimi təmin etməklə, birinci instansiya məhkəməsinin mübahisləndirilən qətnaməsini təmamilə ləğv etməli və iddia tələbimi bütünlüklə təmin etməli idi. Lakin Məhkəmə kollegiyası tərəfindən qeyd olunan hallara düzgün hüquqi qiymət verilməyərək, əsassız olaraq iddia tələbim bütünlüklə təmin edilməmişdir.

40. Cavabdeh1 kassasiya şikayəti verərək (Vəkil3), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin iddianın təmin olunan hissəsində ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya hər hansı bir zərərın vurulması, xüsusən də Cavabdeh1 tərəfindən iş materiallarında olan sənədlərlə, o cümlədən keçirilmiş 5 ekspertiza rəyi ilə təsdiqini tapmır. Əksinə ekspertiza rəylərində tam aydın, şübhə doğurmayan şəkildə, Cavabdeh1 tərəfindən iddiaçıya qoyulan implantlarda heç bir problemin aşkar edilmədiyi və iddiaçının çənəsində yaranan problemlərin cavabdehin gördüyü işlərlə heç bir əlaqəsi olmadığı bildirilmişdir. Bundan başqa həm Səbail Rayon Məhkəməsində, həm də Apellyasiya Məhkəməsində dinlənmiş sahə üzrə mütəxəssislər də, bir qayda olaraq iddiaçının dişlərində yaranmış problemlərin ca vabdehin qoyduğu implantlarla heç bir əlaqəsi olmadığını bildirmişdilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu maddəyə heç bir bir halda istinad edilə bilməzdi. Belə ki,

1. Cavabdeh tərəfindən iddiaçıya implantlar 2019-ci ildə qoyulmuşdu.

2. Bundan bir il sonra cavabdeh tərəfindən qoyulmuş implantlar üzərinə başqa bir həkim tərəfindən iddiaçının öz istəyi ilə ortopedik konstruksiya düzəldilmişdir, bu da implantlarda hər hansı bir problemin olmadığına dəlalət edir.

3. Cavabdeh tərəfindən qoyulmuş implantlar xx.xx.2021-ci il tarixdə başqa həkim (Aynur Əliyeva) tərəfindən çıxarılmışdır və yerinə implantlar yerləşdirilmişdi.

4. Cavabdehə qarşı iddianı birinci instansiya məhkəməsində iddiaçı xx.xx.2022-ci il tarixdə qaldırmışdır. Bu xüsusi məqamdır. Göründüyü kimi, iddiaçı cavabdehin implantları qoyduğu vaxtdan təxminən 3 il yarım sonra başqa həkimin həmin yerdə implantları qoyduğu vaxtdan 8 ay sonra məhkəməyə müraciət etmişdir. Əgər zərər cavabdehin fəaliyyəti nəticəsində dəymişdirsə, nə üçün iddia bu qədər gec verilmişdir. Həmçinin ehtimal etmək olar ki, iddiaçının dişlərinin problemləri başqa həkim tərəfindən ortopedik konstruksiya quraşdırılarkən və yaxud xx.xx.2021-ci ildə digər həkim tərəfindən implantlar qoyularkən yaranmışdır. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdə iddiaçının dişlərinə implantlar yerləşdirən birinci instansiya məhkəməsində şahid qismində dindirilən həkim Aynur Əliyevanın dedikləri, həmçinin onun məhkəməyə təqdim etdiyi arayış sübut kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi isə iddianı qismən təmin edərək qeyd etmişdir ki, Ca vabdeh1 iddiaçıya öz hərəkətləri ilə zərər vurmuşdur. Nəzərə alınmalıdır ki, həkim Vüsəl Həsənov cavabdeh "xxxx" MMC-nin bir işçisidir və onların arasında əmək müqaviləsi mövcuddur və "xxxx" MMC bir tibb müəssisəsidir. Apellyasiya instansiyası məhkəməsi 08 dekabr 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara istinad edərək Cavabdeh2 klinikasının stomotoloq həkimi Cavabdeh1 tərəfindən iddiaçıya göstərilmiş tibbi xidmət müqabilində ondan aldığı pulun 2.000 manatını klinikanın kassasına mədaxil etdiyini, lakin sonradan əlavə olaraq ondan aldığı 7,500 ABŞ dollarına dair ona hər hansı qəbz vermədiyini qeyd etmişdir. Lakin, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, cavabdehin qəbz verməməsi onun həmin pulu Cavabdeh2 klinikasına verməməsi demək deyil. Tibbi xidm ətin göstərilməsi üçün iddiaçı müqaviləni həkim Cavabdeh1la yox, Cavabdeh2 klinikası ilə bağlamışdır. Həkim Cavabdeh1 həmin klinikanın sadəcə olaraq işçisi olub və bu səbəbdən göstərilən tibbi xidmətin dəyərini o yox, klinika müəyənləşdirib. Apellyasiya instansiyası məhkəməsi bu faktları araşdırmamış və onlardan istifadə etməmişdir. Hazırkı mübahisənin həllində müəyyən edilir ki, üzərinə sübutetmə yükü düşən iddiaçı öz tələbini əsaslandırmaq üçün, yəni onun dişlərində yaranmış problemlərin Cavabdeh1 hərəkətləri nəticəsində əmələ gəlməsinə dair heç bir mötəbər sübut, dəlil, hər hansı bir sənəd və yaxud şahid ifadəsi təqdim edə bilməmişdir. Bunun əksinə olaraq Cavabdeh1 onun tərəfindən aparılan müalicə və cərrahi əməliyyat zamanı iddiaçının sağlamlığına zərar vurmadığını tam sübuta yetirmi şdir. Belə ki, cavabdeh etdiyi əməliyyatdan 1 il sonra implantlar üzərinə digər həkim tərəfindən ortopedik konstruksiya düzəldilmişdir ki, bu da implantlarda hər hansı bir problemin olmadığını aydın şəkildə göstərir. Həmçinin, xx.xx.2021-ci il tarixində başqa həkim tərəfindən cavabdeh qoyduğu implantlar çıxarılmışdır və çıxarılan implantların yerinə əməliyyət vasitəsilə yeni implantlar yerləşdirilmişdir. Qeyd edilənlər iş materiallarında özəksini tapır. Apellyasiya məhkəməsi bu danılmaz faktlara diqqət yetirməmişdir və nəzərə almamışdır. Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və eyni zamanda hüquq normalarına müvafiq olaraq qiymət verməyib. Belə ki, məhkəmənin özünün qeyd etdiyi kimi, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti ki mi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) zərərin mövcud olması, 2) zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbliəlaqənin mövcudluğu və 4) zərər vuran şəxsin təqsirliliyi. Həkim Cavabdeh1 tərəfindən heç bir qanunsuz hərəkətə yol verilməmişdir. İddiaçı, Klinika ilə müqavilə bağlayıb və buna əsasən Klinikanın işçisi olaraq Cavabdeh1 ona tibbi xidmət göstərib. İddiaçıya hər hansı zərər dəyibsə belə, bunun səbəbi həkim Cavabdeh1 göstərdiyi tibbi xidmət deyil. Bütün keçirilən ekspertiza rəylərində, həmçinin məhkəmədə hazırkı iş üzrə sualları cavablandıran mütəxəssislərin iddiaçının çənəsinə həkim Cavabdeh1 tərəfindən qoyulmuş implantlarda hər hansı problemin əmələ gəlməsini kliniki ol araq görmək mümkün deyil. Çünki əməliyyatdan 1 il sonra implantlar üzərinə ortopedik konstruksiya (hər hansı müvəqqəti metal plastmas keramika) düzəldilmişdir ki, bu daimplantlarda hər hansı bir problemin olmadığına dəlalət edir. İddiaçının çənəsinə “Medholding” klinikasında ortopedik konstruksiya düzəldilmiş, implantların bəzilərinin boyun hissələri yonulmuş, bəzi implantlar yonularkən kəsilmiş və implantlara konstruksiya düzəldilmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbləri tamamilə əsassızdır və həkim Vüsəl Həsənovun heç bir təqsiri yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. İddiaçının kassasiya şikayətinə qarşı Cavabdeh1 etiraz ərizəsi daxil olmuşdur.

43. Etirazda bildirilir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti tamamilə əsassızdır, reallığı əks etdirm ir və heç bir mötəbər sübuta əsaslanmır. İlkin olaraq vurğulamaq istərdik ki, iş üzrə keçirilmiş 5 ekspertizə rəyinin heç birində Cavabdeh1 təqsirli olması öz əksini tapmayıb. Bundan başqa məhkəmə iclaslarında sualları cavablandıran mütəxəssislər iddiaçının dişlərində yaranmış mövcud vəziyyəti Cavabdeh1 tərəfindən təxminən 5 il əvvəl qoyulan implantlarla əlaqəsinin olmadığını bildirmişdilər. Nəzərə alınmalıdır ki, stomatologiya xüsusi bilik tələb edən bir sahədir və bu sahədə qeyri peşəkar olan şəxslərin mülahizələri sübut kimi qəbul edilə bilməz. Ortada sahə üzrə çoxsaylı peşəkar ekspertlərin və mütəxəssislərin yetkin, Cavabdeh1 peşəkar səhvinin olmadığını təsdiq edən rəyləri vardır. Digər fikirlərin, mülahizələrin, baxışların heç bir əhəmiyyəti yoxdur. Bundan başqa xüsusi qeyd etmək istə rdik ki, iddiaçı tibbi xidmətin göstərilməsi üçün müqaviləni Cavabdeh2 klinikası ilə bağlamışdır. Xidmət haqqı da Cavabdeh2 klinikasına ödənilmişdir. Cavabdeh1 həmin klinikanın bir əməkdaşı olub və bu səbəbdən göstərilən tibbi xidmətin dəyərini o yox, klinika müəyənləşdirib və iddiaçıdan ödənişləri qəbul edib. Göstərilən tibbi xidmətin qiymətinin müəyənlişdirilməsi cavabdehin səlahiyyətinə aid olmayıb. Qeyd edilənləri nəzərə alaraq iddiaçı tərəfindən verilən kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 tərəfindən verilən kassasiya şıkayətinin təmin edilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ö dənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

45. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

46. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar na tamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

47. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

48. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödə nilməlidir.

49. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı: 50. “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bi lər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı və Cavabdeh1 tərəfindən ayrıayrılıqda mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

58. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazır ki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

59. İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul edildiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

60. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlər i üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamədə əsaslandırılan hallar işin hallarına uyğun hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən, cavabdehlər tərəfindən aparılan müalicə və cərrahi əməliyyatlar zamanı iddiaçının sağlamlığına zərər vurulmasının mülki iş materialları ilə təsdiq olunmaması və cavabdehlər tərəfindən iddiaçıya zərər vurulmasına dair hər hansı halların müəyyən olunmadığı qənaətinə gəlinmişdir.

61. Apellyasiya instansiyası məhkəməsi bu sahəni tənzimləyən mülki qanunvericiliyin normalarına əsaslanaraq qeyd etmişdir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) zərərin mövcud olması, 2) zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik n əticəsində vurulması, 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və 4) zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

62. Apellyasiya instansiyası məhkəməsi işin hallarına istinadən vurğulamışdır ki, iddiaçı Cavabdeh1 müraciət edərək, ağız boşluğundakı aşağı çənə boşluğunda olan polekistoz problemi ilə əlaqədar şikayətlənmiş, bu zaman ABŞ-da yaşadığından həkimə orada çəkilmiş rentgenin şəklini gön dərmişdir. Həmin həkimə müraciət etməzdən əvvəl başqa bir həkim tərəfindən müalicə aparılmadan ağız boşluğunda olan diş qapaqlarını dəyişdirmişdir. Həkim Cavabdeh1 isə ona məsləhəti dişlərin sökülüb implant dişlərlə əvəz edilməsi olmuş və implant dişlər iddiaçının ağız boşluğuna qoyulmuşdur.

63. Apellyasiya instansiyası məhkəməsi, daha sonra qeyd etmişdir ki, tərəflər arasında tibbi xidmətin göstərilməsi sahəsində hüquqi münasibətlər yaranmış və buna uyğun olaraq cavabdehlər iddiaçını müəyyən məbləğdə pulun ödənilməsi müqabilində və onun razılığı əsasında alt çənə boşluğunun implantasiyasını aparmışdır. Hazırda iddiaçı onun üzərində əməliyyatın Cavabdeh1 tərəfindən düzgün aparılmadığını, onun səhvləri ucbatından məcburən çoxsaylı ağrılara, əziyyətlərə məruz qalaraq, ikinci dəfə implantasiy a əməliyyatı keçirilməli olduğunu və bununla bağlı ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin cavabdehlərdən tutulmasını tələb edir. Bu barədə yazılı müqavilənin bağlanmaması onların arasında məhz qeyd edilən münasibətlərin yaranmasını və vurulmuş zərər məbləğinin Cavabdeh1 tələb edilməsini istisna etmir.

64. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1la "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçının əməliyyat olunduğu tibb müəssisəsinə stomatoloq-həkim vəzifəsinə təyin edilmişdir. Bununla belə, Cavabdeh1la "xxxx" MMC arasında əmək münasibətləri olmuş və məhz sonuncunun işçisi və həmin sahədə ixtisaslaşan həkim olaraq, iddiaçı üzərində qeyd edilən əməliyyatı icra etmişdir. Bu münasibətləri tənzimləyən Mülki Məcəllənin 1099-cu maddəsin in dispozisiyasında şəxsin rəhbər vəzifəli şəxs olması ona müəssisənin işçisi kimi yanaşılmasında hər hansı istisna qayda nəzərdə tutmur. Lakin, Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. Belə ki, Cavabdeh1 stomotoloq həkim kimi yüksək səviyyədə fəaliyyət göstərməsi üçün tibb müəssisəsinin ona yaratdığı şəraitdə öz xidməti dairəsinə daxil olan vəzifəsini layiqincə icra etməmişdir.

65. Digər tərəfdən, Cavabdeh1 təqsirli və səhhətə zərər vurulması kimi qiymətləndirilən hərəkətləri bilavasitə onun işəgötürəni olan "xxxx" MMC-nin fəaliyyət dairəsinə aid olmamışdır. Qeyd edilənlər öz növbəsində iddiaçının ona vurulan zərərin əvəzinin ödənilməsi barədə iddianı (tələbi) birgə məsuliyyətlilərə, yəni işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı irəli sürülməsini hüquqi baxımdan qeyri-mümkün edir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi, Cavabdeh1 iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzinin hər iki cavabdehdən tutulmalı olması barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

66. Apellyasiya instansiyası məhkəməsi, daha sonra qeyd etmişdir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən tə yin edilmiş ekspertizalar üzrə aparılmış ekspert tədqiqatlarının nəticələrinə dair tərtib edilmiş rəylərə (eyni məzmunludur) əsasən iddiaçının çənəsinə həkim Cavabdeh1 tərəfindən qoyulmuş implantlarda hər hansı problemin əmələ gəlməsinin kliniki olaraq görmək mümkün olmadığı, çünki əməliyyatdan 1 il sonra implantlar üzərinə ortopedik konstruksiya (hər hansı müvəqqəti metal plastmas keramika) düzəldildiyindən, bu da implantlarda hər hansı bir problemin olmadığına dəlalət etdiyi, həkim Cavabdeh1 tərəfindən aparılmış implantasiya əməliyyatı zamanı implantlarda hər hansı bir qüsur aşkar edilməmişdir. Həkim Cavabdeh1 tərəfindən icra edilmiş implantlardan yalnız biri müəyyən olunmayan səbəbdən düşmüş, başqa heç bir implantda laxlama mövcud olmamış və ağrılar aşkarlanmamışdır. Bu da Cavabdeh1 t ərəfindən qoyulan implantlarda hər hansı bir patologiyanın olmadığına əsas verir, çünki implantlarda kəskin problemlər, ağrılar və s. olsaydı onun üzərinə heç bir ortopedik konstruksiya düzəldilə bilməzdi. Həkim Cavabdeh1 tərəfindən qoyulmuş implantların yeni implantlarla əvəz edilməsinə hər hansı bir tibbi göstəriş olmamış və rentgen müayinəsinə əsasən, iddiaçının dişlərinin (implantların) üzərində konstruksiyanın hazırlanmasına (daimi və ya müvəqqəti) hər hansı bir əks göstəriş qeyd edilməmişdir.

67. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında aparılan danışıqlar və ““Whatssap” yazışmaları zamanı iddiaçının alt çənəsində olan implantlardan üçünün laxladığı müəyyən edilmiş, hətta həmin implantlardan bir inin artıq düşdüyü və pulunun da geri qaytarıldığı müəyyən edilir. Eyni zamanda implantların laxlamasını bildiridiyi zaman Cavabdeh1 ona bir neçə müddətə bərkiyəcəyini bildirmişdir. Halbuki, məhkəmə iclasında dinlənilən mütəxəssis laxlayan implantın tədricən bərkiməsinin mümkün olmadığını bildirmişdir. Eyni zamanda mütəxəssis laxlamanın dünya praktikasında firma qüsuru ilə 1 ya 2 faiz rast gəlinməsini qeyd etmişdir ki, məhkəmə kollegiyası ümümi dünya praktikasıl üzrə rast gəlinən faiz əmsalına münasibətdə laxlayasn 3 iplantında məhz həmin qüsurla bağlı olmasını inandırıcı qəbul etməməklə, həkimin qüsuru kimi qəbul edir. Çünki ağız boşluğuna qoyulan implant heç bir halda laxlamamalı, çünki laxlayan implant sümüyə yaxşı inteqrasiya olunmayıbsa, onun bərkiməsi mümkün deyildir.

68. Apellyasiya instansiyası məhkəməsi, xüsusilə vurğulamışdır ki, bu qəbildən olan işlərdə qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin olub olmamasının sübuta yetirmə vəzifəsinin hansı şəxsin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 1112-ci maddəsinin tələbləri baxımından Cavabdeh1 iddiaçının sağlamlığına zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirməlidir və bunu sübut edə bilsə məsuliyyətdən azad edilir. Beləliklə, həkimin (cavabdeh) şəxsin sağlamlığına vurulmuş zərərə görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə bu maddədə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır və b u halda zərərin əvəzi ümumi əsaslarla ödənilir. Lakin cavabdeh iddiaçının sübutlarını təkzib edən və hüquqi nəticə etibarı ilə onun təqsiri üzündən iddiaçının sağlamlığına məhz qeyd edilən hissə ilə bağlı zərərin vurulmadığını sübuta yetirə bilməmişdir. Eyni zamanda alt çənə sümüyünün qabaq hissəsinə qoyulmuş məhz həmin implantlar arası məsfənin düzgün olmaması təsdiqini tapmışdır.

69. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin hissədə yaranmış qüsurun təqsirlilisi məhz əməliyyatı icra etmiş həkim Cavabdeh1 hesab olunur. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün tibb sahəsi üzrə xüsusi bilik tələb olunan suallar meydana çıxdığından iş üzrə alınan ekspert rəyləri həlledici rol oynayır.

70. Belə ki, həmin sualların cavabı yalnız ekspe rt rəyi əsasında müəyyən oluna bilər. Mülki prosessual qanunvericiliyə əsasən ekspert rəyləri ilə müəyyən edilmiş məlumatlar sübut hesab olunmasına və digər sübutlarla birlikdə qiymətləndirildiyindən, bu qəbildən olan işlər üzrə həmin məlumatların həlledici əhəmiyyəti var. Bu baxımdan məhkəmənin qeyd edilən rəylərdən fərqli mövqedən çıxış etməsi üçün həmin rəyləri təkzib edən mötəbər sübutlar olmalıdır. Hazırki iş üzrə ekspert rəylərinin məhz yuxarıda qeyd edilən hissədə mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas məhkəmə iclasında mütəxəssis kimi izahat verən həkim stomotoloqların izahatları olmuşdur.

71. Bununla belə, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri, o cümlədən iş materiallarında olan sübutları, habelə cavabdeh həkimin zərərin yuxarıda qeyd edilən hissədə onu n təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilməməsini nəzərə alıb, belə qənaətə gəlmişdir ki, iddiaçı üzərində aparılmış implant əməliyyatının həmin hissədə qüsurlu icra edilməsi nəticəsində ona maddi zərər dəyməsi, iddiaçının dəymiş zərərlə əməliyyatın qüsurlu icra edilməsi arasında səbəbli əlaqənin olması, nəticədə iddiaçıya zərər dəyməsi faktı öz təsdiqini tapmışdır.

72. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhz dişlərində baş verən bu narahatçılıqlara görə iddiaçının dəfələrlə məcburən ABŞ-dan Azərbaycan Respublikasına gəlib-getməli olmuşdur. Bunların hamısı, yəni iddiada qeyd edilən və sübutları işə əlavə edilən təyyarə biletlərinə verilən məbləğlərdə zərər kimi nəzərə alınmaldır.

73. Apellyasiya instansiyası məhkəməsi, tutulmalı olan maddi zərərin məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçıya qoyulan iki implanta görə ödənilən 2400 mant, iki dişin üzərinə qoyulan keramika (1 ədəd üçün 300 manat) üçün 600 manat, ağız boşluğuna 2 dişə görə sümük əkilməsi ilə bağlı 1000 manat, iki implantın sökülməsinə görə 400 manat, ikinci dəfə implant qoyulması ilə əlaqədar iki diş üçün əməliyyat pulu 250 manat, dişlərinin düzəldilməsi üçün məcburən ABŞ dan Azərbaycan Respublikasına gəlib-getmək üçün təyyarə bilətinə çəkdiyi xərc 5.682 manat (qeyd edilən bütün məbləğlər iş materialları ilə öz təsdiqini tapır) Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.

74. Apellyasiya instansiyası məhkəməsi, mənəvi zərərin məbləği ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ö dənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin iddiaçı tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərmişdir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüquq pozulması nəticəsində baş vermiş emosional amilləriinamsızlığı, narahatlılıqları, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

75. Apellyasiya instansiyası məhkəməsi, yuxarıda göstərilənlərə əsasən qeyd etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi adekvat şəkildə aradan qaldırılmalı və mənəvi tarazlığın bərpa edilməsi gözlənilməlidir. Belə olan halda yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək, apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 5.000 manatın tutulub iddiaçıya ödənilməsini ağlabatan və ədalətli hesab etmişdir.

76. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzg ün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2(103)-123/2024 saylı qətnaməsi dəyişdirilməd ən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar