Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7750/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X3, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-821/2 019, hakim N.T.Tağıyeva) İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası təmin edilmiş, iddiaçının hüquqlarının bərpa edilməsi, X1 adına açılmış “uşaq yığım” əmanətinə pul yatırmaq üçün 30.12.2014-cü il tarixli müqavilənin şərtlərinə əməl edilməsinin cavabdehə həvalə edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-7638/2019, hakimlər X.Ə.Sarıyev, V.T.Həsənov, Ş.A.Məmmədova) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halla rı: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 30 dekabr 2014-cü il tarixdə uşaq əmanət hesabı müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti 184 ay müəyyənləşdirilmişdir. Həmin müqaviləyə əsasən İddiaçı 250 ABŞ dolları məbləğində pulu Banka müddətli depozitə qoymuşdur. 02 noyabr 2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh ASC-nin onunla bağladığı 30.12.2014-cü il tarixli «uşaq yığımı» əmanət müqaviləsinin şərtlərinə əməl etməsi və ona vurulmuş maddi və mənəvi ziyana görə 20.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlill əri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onuna əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış uşaq əmanət hesabı müqaviləsinin 1.6-cı maddəsinə əsasən uşaq 10 yaşına çatanadək depozitin məbləği 100 manat məbləğindən az olmamaq şərti ilə artırıla bilər. Göründüyü kimi, həmin bənd dispozitiv normadır. Bu halda iddiaçının istinad etdiyi müqavilə şərti imperativ norma yox, dispozitiv norma olduğundan əmanət məbləğinin artırılıb-artırılmaması bankın hüququdur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanına əsasən sağlamlaşdırma prosesi keçən bankın maliyyə vəziyyətinin yaxşılaşdı rılması üçün yüksək faiz xərclərinin azaldılması qarşıya qoyulan əsas məqsədlərdən biri olduğuna görə bank iddiaçının əmanətə qoyulan məbləğini artırmaqdan imtina etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şkayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, iddiaçının nümayəndəsi isə vəkilsiz iştirak etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh bank arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli uşaq əmanət hesabı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmetinə uyğun olaraq 250 USD məbləğində pulu Banka müddətli depozitə qoymuş, depozitin müddətinin sonu isə, uşağın 18 yaçına çatdığı tarix, yəni 19 aprel 2030-cu il tarix müəyyən edilmişdir. Həmin müqavilə üzrə əmanətçiyə hesablanan faiz dərəcəsi 20,14% müəyyən edilmiş və həmin faizlərin müddətin sonunda ödənilməsi razılaşdırılmışdır. Bundan sonra iddiaçı yenidən həmin depozit hesabına məbləğ əlavə etmək üçün cavabdeh banka müraciət etmiş, lakin bank müqavilənin yüksək faiz dərəcəsi ilə ba ğlandığına istinad edərək depozit məbləğinin artırılmasından imtina etmişdir. İddiaçı cavabdeh bankın müqavilə şərtlərinə əməl edərək depozitin artırılması üçün onun tərəfindən təqdim edilən pul məbləğlərinin bank tərəfindən qəbul edilməsi, həmçinin vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair hazırki iddianı qaldırmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi müqavilə şərtlərinə əməl edilməsının cavabdehə həvalə edilməsi tələbinin təmin edilməsi hissəsində cavabdeh tərəfindən mübahisələndirilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 944-cü maddəsinə əsasən Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Cavabdeh bankın müqavilə öhdəliklərini icra etməkdən imtina etməsinin hər hansı bir qanuni əsası olmadığından apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı hüquqları bərpa olunması, X1 adına açılmış “uşaq yığım” əmanətinə pul yatırmaq üçün 30.12.2014-cü il tarixli müqavilənin şərtlərinə əməl edilməsinin “xxxx” ASC-yə həvalə edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəy yən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7750/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7750/2019
10.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver