Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7757/2019 20.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymişmaddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassas iya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmiş, məhkəmə xərclərinin tərəflərdin özlərinə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) İddiaçı apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsi qismən, ilkin iddiaya aid hissədə ləğv olunması, həm in hissədə yenı qətnamə qəbul edilməklə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh maddi ziyana görə 740 (yeddi üz qırx) manat, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq (30+5=35) 35 ( otuz beş) manat olmaqla, cəmi, 775 (yeddi yüz yetmiş beş) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatınnın aparılması üçün 120 manat pul vəsaitinin Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, qətnamənin qalan-qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməs i MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 iyul 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, ilikin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə işi üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, 07.02.2018-ci il tarixində İddiaçı idarə etdiyi ** GK *** dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə Cavabdeh idarə etdiyi ** GZ *** nömrə nişanlı, “Lada 299” markalı avtomobil R.Zorge küçəsi ilə Nizami küçəsinin birləşdiyi yolayrıcında toqquşmuşdur. Baş vermiş hadisə ilə əlaqədar Cavabdeh tərəfindən İXM-nin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi müəyyən edilmiş və sonuncu bu səbəbdən 0, 40 manat məbləğində cərimə olunmuşdur. Bundan sonra tərəflər idarə etdikləri avtomobillərlə hərəkət edərkən onların arasında mübahisə yarandığından ikinci hadisə baş vermiş, hadisə nəticəsində Cavabdeh idarə etdiyi ** GZ *** nömrə nişanlı, “Lada 299” markalı avtomobillə “Mercedes Benz” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfinə zədə yetirmişdir. Birinci hadisəyə görə vurulmuş ziyan 120 manat qiymətləndirilmiş və sığorta şirkəti sığorta ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin ikinci hadisə qəsdən baş verdiyindən və həmin qəsdin ziddiyyətli izahatlara əsasən kimin tərəfindən baş verdiyini müəyyən etmək mümkün olmadığından sığorta şirkəti ikinci hadisədə yaranan zərərə görə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Məh kəmə Ekspertizası Mərkəzinin 25.04.2019-cu il tarixli, 5678 saylı rəyindən məlum olur ki, “Mercedes Benz E200” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 740,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. is tifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin apellyasiya məhkəmsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 07.02.2018-ci ildə tərəflərin idarə etdiyi avtomobillərlə əlaqədar baş vermiş ikinci avtonəqliyyat h adisəsi X1un təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Bu halın apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən olunmadığı barədə cavabdehin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, MPM-in 416-cı maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin İddiaçı iddia tələbinin maddi ziyanla bağlı hissədə Məhkəmə Ekspertizası Mərkəzinin 25.04.2019-cu il tarixli rəyi ilə “Mercedes Benz E200” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci üçün müəyyən edilmiş 740,00 manat həcmində təmin edilməsi barədə gəldiyi nətic ə tamamilə düzgündür. Bundan başqa məhkəmə kollegiyası Cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı hissədə də apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 17.02.18-ci il tarixdə tərtib edilmiş inzibati aktla Cavabdeh 07.02.2018-ci ildə baş vermiş birinci avtoqəza hadisəsi ilə inzibati xətanı törətdiyi təsdiq olunmuşdur. Bununla yanaşı Cavabdeh qarşılıqlı iddia tələbində baş vermiş ikinci nəqliyyat hadisəsində İddiaçı təqsirli olması ilə bağlı əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir, bu səbəbdən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Cavabdeh iddia tələbinin təmin edilməməsi ilə bağlı qəbul etdiyi qətnaməsini bu hissədə dəyişdirmədən saxlamaqla düzgün qənaətə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsas ən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və oaşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7757/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7757/2019
20.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver