Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-776/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 261.0.1-ci maddəsinə əsasən icraata xitam) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh2 nümayəndəsi X1 və vəkili Mustafayev Elman Seyfulla oğlunun iştirakları ilə, İddiaçı Mənzil-Tikinti Kooperativinin Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınm az Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5817/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İnzibati iqtisadi məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə qeyri-yaşaış sahəsinə və torpağa dair XXXXXXnın adına çıxarış verilməsi öhdəliyi qoyulmuş və həmin qərar icra edilmişdir. İndi həmin ərazidə evləri sökərək inşa edən İddiaçı Mənzil-Tikinti Kooperativi ümumi məhkəmədə iddia qaldıraraq məhkəmə qərarı əsasında verilmiş həmin çıxarışın etibarsız hesab olu nmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Mənzil-Tikinti Kooperativi X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən 67.7 kv.m qeyri-yaşayış sahəsi və 0.07057 ha torpaq sahəsinə dair Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə işin icraatına xitam verilmişdir. Məh kəmə Mövqeyini onunla əsaslandırmışdır ki, etibarsız hesab olunması tələb olunan sənədlər məhkəmə qərarının icrası qaydasında verildiyindən həmin iddiaya ümumi məhkəmədə baxıla bilməz. Məhkəmə işin icraatına xitam verərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-E.Həsənov (sədrlik edən və məruzəçi), İ.Kərimli və F.Babayev) xx xxxx 2020-ci il tarixli, 2(103)-5817/20 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1146/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı Mənzil-Tikinti Kooperativi iş üzrə çıxarılmış qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsini, mülki işə mahiyyəti üzrə baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı Cavabdeh2 etiraz göndərərək bildirilmişdir ki, iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarının ləğvini tələb edir ki, belə tələbə ümumi yurisdiksiyalı məhkəmədə baxıla bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 və onun vəkili kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı və digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0.1 iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə inzibati mübahisənin xüsusiyyətinə görə bu mübahisələrdən yaranan tələblər yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələrdə baxılmalıdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından aydın olur ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Bakı şəhəri, XXXXX ünvanında yerləşən qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 705,7 kv.m. torpaq sahəsinin Cavabdeh2 adına vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq vahid çıxarışın verilməsi vəzifəsi X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, həmin qərar icraya yönəldilmiş və iddiaçının ləğv olunmasını istədiyi xx.xx.2017-ci il tarixli çıxarış məhz sözügedən qərarın icrası əsasında verilmişdir. Göründüyü kimi iddiaçı, faktiki olaraq 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci i l tarixli qərarının ləğvini tələb etməkdədir – belə bir tələbə isə ümumi yurisdiksiyalı məhkəmənin baxması mümkün deyildir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı, inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin qanunsuz hərəkətə yol verdiyini iddia etməkdədir; bu iddia üzrə yaranmış mübahisə isə tələbin predmetinə, mahiyyətinə və subyekt tərkibinə görə inzibati mübahisə olmaqla ona yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmədə baxıla bilər. İddiaçıya izah edilmişdir ki, o, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinə istinadən 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ünvanlamalı, xx.xx.2017-ci il tarixli çıxarışın verilməsinə əsas təşkil edən iş üzrə üçüncü şəxs qismində cəlb olun masını xahiş etməlidir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi də qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qər ardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5817/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.