Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-777/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): borcun qaytarılması, telefon danışıqları və yazışmalarından sübut kimi istifadə olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4791/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazıl ı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla İddiaçı tanışı Cavabdeh qaytarması şərtilə 2019-cu ilin sentyabr və dekabr ayları arasındakı müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 35800 manat və 16000 ABŞ dolları pul verməsi, Whatsapp yazışmaları əsasında isə 36100 manat və 16000 ABŞ dolları pul verməsinin müəyyən edildiyi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35600 manat və 16000 ABŞ dolları məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh i uzun müddətdir tanıyır. 2019-cu ildə cavabdeh Facebook sosial şəbəkəsi vasitəsi ilə onunla əlaqə saxlamış və onlar görüşmüşdür. Həmin görüşdə cavabdeh Rabitə Nazirliyində işlədiyini bildirmişdir. Söhbət əsnasında cavabdeh irəli vəzifəyə keçmək üçün ondan bir ay müddətinə qaytarmaq şərtilə 5000 manat pul istəmiş, həmyerli olduqları üçün həmin məbləği cavabdehə Rabitə Nazirliyinin qarşısında vermişdir. Həmin vaxt cavabdeh yüksək maaşının və əlavə gəlir yerinin olduğunu bildirmiş, bununla bağlı, ondan özünün biznesini genişləndirmək üçün borc pul verməyi xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq 2019-cu ilin sentyabr-dekabr ayları ərzində dostu vasitəsilə 6000 ABŞ dolları, Yeni Günəşli qəsəbəsində 3000 ABŞ dolları, Nəsimi rayonu K.Səfərəliyeva küçəsində yerləşən gözəllik salonunun qarşısında 2000 manat, Mərkəzi Univermağın qarşısında 6000 ABŞ dolları və 500 manat, gözəllik salonuna gedəndə 2000 manat, Səməd Vurğun bağının qarşısında 12000 manat, Neft Emalı zavodunun qarşısında 10000 manat, Səməd Vurğun bağında 2000 manat, 1000 ABŞ dolları və 300 manatı Mərkəzi Univermağı ilə üzbəüz qutab satışı dükanının qarşısında, 2000 manat Səməd Vurğun bağının yanında maşının içərisində, 1800 manat Nəsimi rayon ərazisində vermişdir. Verdiyi pullar 35600 manat və 16000 ABŞ dolları təşkil edir. Bir müddət sonra pulunu istəmiş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək aldığı borc pulları qaytarmamışdır. Bu səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. Məcburən polis orqanlarına müraciət etmiş, polis orqanları tərəfindən aparılmış araşdırma nəticəsində cavabdehin ona 35600 manat v ə 16000 ABŞ dolları məbləğındə borcu olduğu öz təsdiqini tapmışdır. Lakin cinayət işinin rədd edilməsi barədə qərar verilmiş və borclarının qaytarılması üçün mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)720/2023 nömrəli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 35600 manat və məhkəmə qətnaməsinin icra edildiyi vaxta ABŞ dollarının manat məzənnəsi nəzərə alınmaqla 16000 ABŞ dolları vəsaitinin tutulması, məhkəmə xərcləri qismində ödənilmiş 279 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başla nmasının rədd edilməsi haqqında qərarla İddiaçı tanışı Cavabdeh qaytarması şərtilə 2019-cu ilin sentyabr və dekabr ayları arasındakı müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 35800 manat və 16000 ABŞ dolları pul verməsi, Whatsapp yazışmaları əsasında isə 36100 manat və 16000 ABŞ dolları pul verməsi müəyyən edilmiş və həmin məbləğin cavabdeh tərəfindən alınması etiraf edilmişdir.
6. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, hazırda iddiaçı tərəfindən cavabdehdən 35600 manat və 16000 ABŞ dolları məbləğ tələb edildiyindən, həmin vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 21.1-ci və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə hər hansı məbləğdə borc verməsi halı təsdiq olunmamışdır. Belə ki, məhkəmənin istinad etdiyi həmin sənədlərin heç biri iddiaçının cavabdehə pul verməsi barədə deyildir. Çünki pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Tərəflərin arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmamışdır. Tərəflərin heç biri belə müqavilənin (borc xarakterli) bağlandığını iddia etmir. Əksinə, məhkəmənin qeyd etdiyi cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın əsaslandığı sənədlərin (materiallar, izahatlar və s.) götürülməsi barədə onlar tərəfindən vəsatət verilmiş, məhkəmə həmin vəsatəti təmin edərək sorğu göndərmiş, lakin sənədlər iş materiallarına əlavə edilmədən qətnamə çıxarılmışdır. Halbuki, həmin sənədlər əlavə ediləcəyi təqdirdə iddianın əsassız olması müəyyən olunacaq. Beləliklə, bu tələbin təmin edilməsi üçün heç bir qanuni əsas yoxdur. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Halbuki, iş materialları ilə cavabdehin iddiaçı qa rşısında hər hansı bir öhdəlik, o cümlədən borc öhdəliyi götürməsi nəinki müəyyən olunmur, əksinə inkar olunur. Tərəflər arasında borc münasibətləri olsa idi belə, guya verilən borc məbləğinin 3000 manatdan çox olması halında onlar arasında yazılı formada borc müqaviləsi bağlanmalı və müqavilənin qanunla müəyyən edilmiş bağlanma qaydasına riayət edilməli idi. Məhz bu cür əsassız və prinsipial xarakterli, qərəzli münasibətdən doğan iddialardan qorunma imkanı məqsədilə qanunvericilik müqavilənin yazılı formasını müəyyən etmişdir. Bu səbəbdən, qeyd edilənlər iddia tələbinin əsassız olduğunu təsdiq edir.
10. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, cavabdehin hərəkətləri nəticəsində onun zərərə uğraması aşkardır. Mülki iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla iddiaçının cavabdehə qaytarması şərtilə 2019-cu ilin sentyabr və dekabr ayları arasındakı müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 35800 manat və 16000 ABŞ dolları pul verməsi müəyyən edilmiş, Whatsapp yazışmaları əsasında isə 36100 manat və 16000 ABŞ dolları pul verməsi və həmin məbləğin cavabdeh tərəfindən alınması etiraf edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4791/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-720/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında uzun müddət çəkən “Whatsapp” yazışmalarından müəyyən edilir ki, cavabdeh iddiaçıya 35600 manat və 16000 ABŞ dolları məbləğində pulu verməli olduğunu qəbul etmiş, düzgünlüyünü təsdiq etməklə hər dəfəsində yaxın müddətdə ödəyəcəyini bildirmişdir. Qətnamədən verdiyi apellyasiya şikayətində həmin yazışmaların düzgün olmamasını qeyd etsə də, apellyasiya şikayəti üzrə mülki işə məhkəmədə baxılmasının yeri və vaxtı barədə 2 dəfə, hətta telefon vasitəsi ilə şəxsən məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, sonuncu dəfə isə elektron məhkəmə sistemi vasitəsi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə gedən təyyarə biletini göndərərək apellyasiya şikayətini müdafiə etməməklə məhkəmə iclaslarında iştirak etməyə cəhd et məmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmayıb və tərəflərin etibarlı borc müqaviləsi bağlamasından bəhs etmək mümkün deyildir. Lakin borc müqaviləsinin qanunla müəyən edilmiş forma və məzmununa riayət edilməməsi həmin pulun qaytarılmaması və ya bu barədə verilmiş iddianın rədd edilməsinə əsas ola bilməz. Bu baxımdan cavabdehdən əhəmiyyətsiz əqd üzrə əldə etdiyi 35600 manat və 16000 ABŞ dolları məbləğində pul Mülki Məcəllənin 337.5-ci maddəsinə istinadən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, cavabdehin iddiaçıdan həmin məbləğdə pulun aldığı sübuta yetirilmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 337, 385.1, 425.1, 442, 448.1, 448.2, 739.1, 740.2, 1091.1, 1092.1, 1093.1-ci maddələrinə, Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda iddiaçı və cavabdehin izahatları təhrif edilmişdir. Həmin qərar ümumiyyətlə bu iş üzrə preyudisial əhəmiyyət kəsb edə bilməz. Bundan başqa, iddiaçı cavabdehə aid olmayan bir xeyli votsap yazışması adı ilə sənədlər tərtib edib təqdim etmişdir ki, bu cür qeyri-obyektiv və mötəbər olmayan sübutlarla alınmış nəticəni əsaslı, qanuni və obyektiv hesab etmək olmaz. Məhkəmə əslində konkret hansı sübuta əsasən iddianı təmin etməsini göstərməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya mü əyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə v ə müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqavi ləsi yazılı formada bağlanmalıdır.
26. Maddə
337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığı nın ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (ocümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
27. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir.
29. Mad də 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarı
30. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyekti v hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.... Mülki Məcəllənin 337.5-ci maddəsi... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Mə cəllənin 337.5ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər....Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbə b olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş proses sual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, veril miş iddia tələbi borcun qaytarılması barədədir. Borc münasibətləri əqdə əsasən yaranır və iddianın həlli üçün məhkəmə ilk növbədə həmin əqdlərin etibarlığı şərtlərini yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi də bu mövqedən çıxış etmiş, müəyyən etmişdir ki, cavabdehə müxtəlif vaxtlarda 35600 manat və 16000 ABŞ dolları məbləğində borc verilməsi barədə müqavilə qanunla müəyyən edilmiş formada bağlanmamışdır.
42. Apelyasiya instansiyası məhkəməsi müqavilələrin qanunla müəyyən edilmiş formaya uyğun olmadığına görə, əqdin etibarsız olduğunu müəyyən etmiş, həmçinin etibarsız əqdlərdən irəli gələn nəticələri tətbiq etmişdir.
43. Məhkəmə kolegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. Məhkəmə kollegiyası, cinayət işi başlanmasının rədd olunma sı ilə bağlı polis şöbəsində toplanmış materialların sorğu edilib tədqiq edilməməsi barədə kassatorun dəlillərini əsassız hesab edir. Çünki, sübutu təqdim etmək işdə iştirak edən şəxslərin vəzifəsidir və həmin sübutlar birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməlidir (MPM-nin 78.1-ci maddəsi).
45. MPM-nin 78.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.
46. İş materiallarında cavabdeh tərəfin öz təşəbbüsü ilə polis orqanından cinayət işi başlanmasının rədd olunmasına dair materialların tələb olunması, polis orqanının həmin sənədləri verməkdən imtina etməsi, bu sənədlərin tələb olunması barədə cavabdehin məhkəməyə yazılı və ya şifahi vəsatət verməsi iş materialları ilə müəyyən edilmir.
47. Cinayət işi başlanmasının rədd olunması barədə qərarın preyudisial əhəmiyyəti olmadığı barədə kassatorun dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi cinayət işi başlanmasının rədd olunması barədə qərara sübut kimi istinad etməmiş, borc münasibətləri tərtəflərin arasında olan mobil şəbəkə yazışmaları əsasında müəyyən edilmişdir. 48. “İddiaçının cavabdehə aid olmayan votsap yazışması adı ilə sənədlər tərtib edib təqdim etməsi” barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil də əsassızdır. Çünki iddiaçının təqdim etdiyi votsap yazışmalarından görünür ki, həmin yazışmalar ********* nömrəli telefonla aparılmışdır. Elektron kabinet məlumatlarında bu telefon nömrəsi cavavdehə aid telefon nömrəsi kimi göstərilib.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
50. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4791/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.