Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7772/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, İddiaçı, iddiaçının vəkili X1, cavabdehin vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MKnın 11 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜ ƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev) İddiaçı cavabdeh Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Şamayev, hakimlər M.Məmmədov və İ.Kərimli) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, mübahisə ilə bağlı onun izahatı alınmamış və izahat verməkdən imtina etməsi barədə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin hüquqşünasının, direktor müavinin və baş həkim vəzifəsini icra edən şəxsin imzası ilə təsdiq edilmiş müvafiq akt isə əsassız olaraq qərəzli şəkildə qəbul edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsəl ələr: İddiaçı cavabdeh Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 194 nömrəli, 16 avqust 2018-ci il tarixli “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı 08 yanvar 2007-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəst əlikləri İnstitutunun (hazırda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin) “Uşaqlarda gözün patologiyası” bölməsinin kiçik elmi işçisi vəzifəsinə işə qəbul edilmiş və həmin Mərkəzdə işlədiyi dövrdə, 13 avqust 2018-ci il tarixdə saat 12.00 radələrində onunla Mərkəzin mühafizəçisi X1 arasında mübahisə baş vermiş, mübahisə zamanı tərəflər biribirini təhqir etmiş və əlbəyaxa olmuşlar. Eyni zamanda işin materialları ilə müəyyən olunmuşdur ki, göstərilən hadisə ilə bağlı Mərkəzin rəhbərliyi tərəfindən araşdırma aparılmış, o cümlədən əməkdaşların, habelə mübahisənin digər tərəfi olan mühafizəçi Bəhmən Dostuzadənin izahatı alınmış, iddiaçının isə izahat verməkdən imtina etməsi barədə Mərkəzin hüquqşünasının, direktor müavinin və baş həkim vəzifəsini icra edən şəxsin imzası ilə tə sdiq edilmiş müvafiq akt tərtib edilmişdir. Araşdırmanın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 16 avqust 2018-ci il tarixli, 194 nömrəli əmri ilə Uşaqlarda gözün patologiyası bölməsinin kiçik elmi işçisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən daxili inizam-intizam qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iştirakı ilə baş vermiş mübahisə zamanı müəyyən müddətə Mərkəzin normal iş ahəngi, habelə müəssisə daxili intizam qaydaları pozulmuş, o cümlədən iddiaçı etik davranış qaydalarına zidd olan hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin b) bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 182-ci maddəsinin birinci hissəsinə əsasən müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər. Məcəllənin 186-cı maddəsinin birinci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliy yətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin b) bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbeh kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək hüququna malikdir. Həmin maddənin üçüncü hissəsinin birinci cümləsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Əmək Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsinə əsasən əsasən isə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 13 avqust 2018-ci il tarixdə saat 12.00 radələrində Mərkəzin mühafizəçisi ilə mübahisə etməsi mübahisəsiz haldır və işəgötürənin həmin mübahisənin səbəblərini araşdıraraq, daxili intizam qaydalarını pozan şəxs barəsində intizam tənbeh tədbiri tətbiq etmək hüququ olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, baş vermiş araşdırmanın Mərkəzin rəhbəliyi tərəfindən obyektiv aparılmamasına dair hər hansı sübut yoxdur və iddiaçı da, işəgötürənin ona qarşı qərəzli olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçının mübahisə zamanı Mə rkəzin işçilərinin, xəstələrin, o cümlədən uşaqların yanında şöbənin dəhlizində mühafizəçi ilə dalaşması, sonradan isə həyətə çıxaraq davalarını orada davam etdirmələri həkim-oftalmoloq X3 məlumatı, Mühafizə xidmətinin rəisi Ş.Məmmədovun raportu ilə öz təsdiqini tapmışdır. İddiaçının mühafizəçi ilə əlbə-yaxa olması və dalaşması onun tərəfindən də mübahisə olunmur. İddiaçının mübahisələndirdiyi hal intizam qaydalarının pozulmasının təşəbbüskarının onun deyil, məhz mühafizəçinin olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, davanın başlanmasında kimin təqsirinin olmasından asılı olmayaraq, işçi davada iştirak etdiyi və bununla Mərkəzin normal iş ahənginin pozulduğu üçün işəgötürənin həmin daxili intizam qaydanın pozulmasında iştirak edən hər bir əməkdaşına qarşı intizam tənbeh tədbiri tətbiq etmək səlahiyyəti olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı barəsində araşdırma aparılarkən sonuncudan izahat tələb edilməsi və onun bundan imtina etməsi Mərkəzin hüquqşünasının, direktor müavinin və baş həkim vəzifəsini icra edən şəxsin imzası ilə təsdiq edilmiş aktla öz təsdiqini tapmışdır. İddiaçı özü də apellyasiya şikayətində etiraf etmişdir ki, o araşdırma zamanı mühafizəçinin verdiyi izahatla tanış olub, onu imzalamışdır. Belə olan halda işəgötürənin iddiaçıdan izahat verməsini tələb etmədən, onun bundan imtina etməsinə dair aktı tərtib etməsi məntiqsizdir. Digər tərəfdən qeyd olunmalıdır ki, izahat verməkdən imtina edilməsinə dair aktın işəgötürənin rəhbər əməkdaşları tərəfindən tərtib edilməsinə qanun vericiliklə hər hansı məhdudiyyət qoyulmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıkassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməs inin MK-nın 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7772/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7772/2019
17.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver