Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-778/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ evindən çıxarma, boşaldılıb təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8577/2021 nömrəli iş üzrə 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X1 qarşı “bağ evindən çıxarılma, bağ evinin boşaldılması və təhvil verilməsi ”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 454A saylı bağ evindən çıxarılması, bağ evinin boşaldılması və və bağ evinin ona zərər yetirmədən tam şəkildə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan X8 ilə aralarında bağlanmış 18.04.2016-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı Müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454 A saylı ba ğ evini (ümumi shəsi 240.5 kv.m, yaşayış sahəsi 146.9 kv.m, yardımçı sahəsi 93.6 kv.m olan bağ evini) və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454A saylı bağ evinin 0.12 ha torpaq sahəsini 125.000 manat ödəməklə X2 almışdır. Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi Bakı şəhəri 14 saylı notariat kontorunda həyata keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454A saylı bağ evinə dair 13.05.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış 13.05.2017-ci il tarixdə ona təqdim edilmişdir. Daşınmaz əmlakın alqı-satqı Müqaviləsinin 8-ci bəndində göstərilmişdir ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Həmin çıxarış əsasında ona tam mülkiyyət hüququ verilməsinə, xüs usi mülkiyyətində olan bağ evinin alqı-satqısından xeyli müddət keçməsinə və bu barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh bağ evini təhvil verməkdən yayınmış, onun müraciətlərinə məhəl qoymamış və bununla da daşınmaz əmlakın üzərində onun mülkiyyət hüququnu pozmuşdur. Sabunçu Rayon Məhkəməsinin 15.11.2017-ci il tarixli 2(008)-1121/2017 saylı qətnaməsi ilə X4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454A saylı bağ evindən çıxarılması və həmin bağ evinin zərər yetirmədən tam şəkildə ona təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07.05.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 15.11.2017-ci il tarixli 2(008)-1121/2017 saylı qətnaməsi qismən - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454A saylı bağ evindən cavabdeh X4 ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə cavabdeh X7 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-934/2019 saylı 23.07.2019-cu il tarixli icra vərəqəsinə əsasən X9 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454A saylı bağ evindən çıxarılmalı və həmin ev ona təhvil verilməlidir. Buna baxmayaraq, X4 ailə üzvləri Cavabdeh1, X10, X11 qanunsuz olaraq həmin bağ evinə daxil olmuş və həmin evdə yaşamaqla onun mülkiyyət hüquqlarını pozmuşlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 fevral 2021-ci il tarixli 2(008)-822/2021 nömrəli qətnaməsi ilə (hakim Anar Rzayev) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 454A saylı bağ evindən çıxarılması, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 454A saylı bağ evinin tam boşaldılaraq İddiaçı zərər yetirmədən tam şəkildə təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Sabunçu rayon İcra və Probasiya şöbəsinin məmuru tərəfindən tərtib edilmiş aktdan görünür ki, həqiqətən X6 ailə üzvləri Cavabdeh1, Cavabdeh2, X11 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 454A saylı bağ evində yaşayırlar. Məhkəmə baxışı zamanı müəyyən eidlmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 454A saylı bağ evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehl ər isə heç bir hüquqi əsas olmadan bağ evində yaşayırlar. Cavabdehlərin mübahisəli daşınmaz əmlakda yaşaması iddiaçının əmlakdan mülkiyyət hüququna malik olan şəxs kimi hüquqlarını pozduğundan iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 158.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov- sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Vəfaddin İbayev) 2(103)-8577/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(008)-822/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454A saylı bağ evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər isə heç bir hüquqi əsas olmadan bağ evində yaşamaqla iddiaçının mülkiyyətçi kimi hüquqlarını sərbəst şəkildə həyata keçirməsinə və öz əmlakından maneəsiz istifadə etməsinə mane olurlar. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisənin h əlli ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia ilə əvvəllər də məhkəməyə müraciət etdiyini və həmin idiasının rədd edildiyini, bu səbəbdən də iş üzrə icraata xitam verilməli olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 07.05.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X4 ailə üzvlərinin kimlər olması iddiada dəqiq göstərilmədiyindən iddia üzrə cavab verməli olan şəxslərin şəxsiyyəti dəqiq müəyyən edilməməsi səbəbi ilə iddia tələbi rədd edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh olan şəxslər qeyd edilən məhkəmə mübahisəsi zamanı tərəf olmamışlar. Belə olan halda həmin iddia tələbinin hazırkı iş üzrə cavabdehlərə qarşı irəli sürülməsi iş üzrə icraata xitam verilməsinə s əbəb ola bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı mövqeyini formal olaraq təkrarlamışdır. Apelyasiya məhkəməsi tərəfindən hər hansı düzgün araşdırma aparmamışdır. Məhkəmə tərəfindən işdə olan sənədlərə iddiaçının maraqlarına uyğun qiymət verilərək iş birtərəfli aparılmış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq qanunun tələbi kobud şəkildə pozulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəl illəri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istin ad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu b axımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal mülahizələrlə əsaslandırılmışdır. Belə ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinni dəlilləri ilə eynilik təşkil etmiş, cavabdeh qüvvədə olan məhkəmə qətnaməsinə istinad edərək, iş üzrə icraata xitam verilməli olmasını göstərmiş olsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdehin qüvvədə olmasına istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin 07.05.2019-cu il tarixli qətnaməsində hazırki iddiaçının cavabdeh X7 qarşı “bağ evindən çıxarılma” tələbi qismən, yəni ailə üzvlərinin çıxarılması hissəsində təmin edilməyərkən apelyasiya kollegiyası həmin qətnamədə vurğulamışdır ki, tələbdə cavabdehin ailə üzvlərinin adları göstərilməməsi, onlar cavabdeh qismində cəlb edilmədikləri qeyd edilmiş, bu səbəbdən iddia tələbi qismən təmin edilmişdir. Hazırki mübahisə üzrə iş üzrə icraata xitam verilməsi əsasları mövcud deyildir. Cavabdehin hazırda istinad etdiyi xüsusatlar işin yekun nəticəsinin müəyyən edilməsinin uzadılmasından başqa bir niyyət ifadə etməməkdədir. Nəzərə alınmalıdır ki, hazırki iddia tələbi mülkiyyət hüququnun qorunması, bərpası ilə əlaqədar olan iddia tələbidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxla nılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8577/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.