Məhkəmə qərarları › İş №2(102)-7788/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7788/2019

09.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7788/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli, 2(107)2376/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1 ədəd çəkisi 17 qram olan, Rusiya istehsalı, qiyməti 1000 manat olan t ros sepin və ya onun dəyərinin, 1 ədəd, çəkisi 12 qram olan, Rusiya istehsalı, qiyməti 800 manat olan komplektin və ya onun dəyərinin, 1 ədəd çəkisi 4 qram olan, Rusiya istehsalı, qiyməti 200 manat olan beşlik qızının və ya onun dəyərinin, 1 ədəd çəkisi 2 qram olan, Rusiya istehsalı, qiyməti 100 manat olan kitab formalı qızıl kulon və ya onun dəyərinin, 1 ədəd çəkisi 4 qram olan, Rusiya istehsalı, qiyməti 200 manat olan qolbağının və ya onun dəyərinin, 1 ədəd çəkisi 2 qram olan, Rusiya istehsalı, qiyməti 120 manat olan kitab formalı qızıl kalsonun və ya onun dəyərinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hаkim Toğrul Əliyev) 19 aprel 2019-cu il tаrixliqətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddiа sı qismən təmin edilmiş, Cavabdeh 1 ədəd çəkisi 17 qram olan, Rusiya istehsalı, qiyməti 850 (səkkiz yüz əlli) manat olan tros boyunbağı, 1 ədəd, çəkisi 12 qram olan, Rusiya istehsalı, qiyməti 600 (altı yüz) manat olan üzük-sırğa dəsti, 1 ədəd qızıl çəkisi 2 qram olan, Rusiya istehsalı, qiyməti 100 (bir yüz) manat olan kitab formalı qızıl kulon, həmin qızıl zinət əşyaları olmadıqda isə onların dəyəri alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat 40 (qırx) qəpik İddiaçı xeyrinə tutulması, mütəxəssis rəyinin verilməsi üçün xərc – 100 (bir yüz) manat Cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli, 2(107)2376/2019 nömrəli qətnaməs i ilə (hakimlər Ə.T.Məcidov, İ.F.Quliyev və M.A.Əsədli) Yevlax Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tаrixliqətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli, 2(107)2376/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Təhməzov İlham Aslan oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili Təhməzov İlham Aslan oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli, 2(107)-2376/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının tələb etdiyi qızıllar cavabdehdə olmamışdır. Məhkəmə yalnız ekspert rəyi əsası nda qərar qəbul etmişdir, halbuki həmin ekspert rəyi fotoşəkillər əsasında tərtib edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilsiz təmsil olunduğundan işə onların izahatı alınmadan baxılmışdır. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 23 iyul 2019-cu il tarixli qətnamə ilə iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tаrixliqətnaməsini cavabdehə münasibətdə dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,təqdim edilmiş foto şəkillərlə iddiaçının toy mərasimi zamanı üzərində tros boyunbağının, üzük və sırğadan ibarət dəstin, habelə boyunbağı üçün kitab formalı qızıl kulonun olması təsdiqini tapır. “xxxx” MMC tərəfindən verilmiş rəydə qeyd olunur ki, Tros sep 1 ədəd 17 qram çəkidə 850 manat, Rusiya istehsalı, komplekt 1 ədəd 12 qram çəkidə 600 manat, Rusiya istehsalı, beşlik qızıl 1 ədəd 4 qram çəkidə 320 manat, Rusiya istehsalı, kitab formalı qızıl kulon 1 ədəd 2 qram çəkidə 110 manat, Rusiya istehsalı, qolbağı 1 ədəd 4 qram çəkidə 200 manat, Rusiya istehsalı, qızıl üzük 1 ədəd 2 qram çəkidə 110 manat təşkil edir. Təqdim edilmiş fotoşəkillərdə İddiaçı üzərində olan qızılların əyarını və həmin qızılların üzərində olan qaşların brilyan və ya fianit olmasını müəyyən etmək mümkün deyil. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər- arvadın hər birinin ayrıca mülkiyyətindədir. (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyalara) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya inst ansiya məhkəməsi hesab etmişdir ki, təqdim edilmiş foto şəkillərlə iddiaçının toy mərasimi zamanı üzərində tros boyunbağının, üzük və sırğadan ibarət dəstin, habelə boyunbağı üçün kitab formalı qızıl kulonun olması təsdiqini tapır. Cavabdeh tərəf həmin qızıl zinət əşyalarının başqa şəxslərə məxsus olduğunu bildirsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd edilən qızıl-zinət əşyaları olmadığı təqdirdə tros boyunbağının, üzük və sırğadan ibarət dəstin dəyəri mütəxəssis rəyində qeyd edilən həcmdə müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həll i üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddi a və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Kassasiya kollegiyasının qənaətinə görə aşağı instansiya məhkəməsi tərəflərin sübutetmə yükünü düzgün müəyyən etmişdir və cavabdeh iddiaya etirazının əsası kimi qeyd etdiyi hallara dair üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qə rardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli, 2(107)2376/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar