Məhkəmə qərarları › İş №2(102)-7793/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7793/2019

26.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7793/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçı Azərbaycan Respublikası İddiaçı nümayəndəsi X5, vəkili X2, cavabdeh Binəqədi rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X3 və üçüncü şəxs X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli, 2(103)-10315/2019 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası İddiaçı kassasiya şikayəti üzrə işə bax araq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli, 2(103)-10315/2019 saylı qərardadı ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) iddiaçı Azərbaycan Respublikası İddiaçı həmin məhkəmənin 06 avqust 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti geri qaytarılıb. İddiaçı Azərbaycan Respublikası İddiaçı qərardaddan kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat cavabdehə və digərlərinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəmənin 22 may 2018-ci il tarixli qərardadı ilə iddia ərizəsinə inzibati icraat qaydasında baxılmalı olmadığından iddia ərizəsi mümkün sayılmayıb. Bakı Apellyasiya Məhkəməsi İnzib ati-İqtisadi Kollegiyasının 12 iyul 2018-ci il tarixli qərardadı ilə şikayət təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb. Bundan sonra, iddiaçı təşkilat “qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edib və Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 05 sentyabr 2018ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qərardadı qismən ləğv edilib və iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılıb və iddia ərizəsi mümkün hesab edilərək, icraa ta qəbul edilib. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilib. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli qərardadı iləBakı şəhəri, Binəqədi rayon məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi ləğv edilib və iş üzrə icraata xitam verilib. İddiaçı təşkilat qərardaddan kassasiya şikayəti verib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini pozaraq, kassasiya şikayətini ona əlavə edilmiş sənədləri əsassız olaraq geri qaytarıb. Kassasiya şikayətində iş üzrə apellyas iya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, kassasiya şikayətinin baxılması üçün icraata götürülməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İddiaçı nümayəndəsi X və vəkili X1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Binəqədi rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X3 və üçüncü şəxs X4 məhkəmə iclasında iştirak etsələr də, vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlar ını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın qərardaddan verdiyi kassasiya şikayətini geri qaytararkən, kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsinə dair sənədin əlavə edilməməsinə və kassasiya şikayətinin geri qaytarılması üçün prosessual əsasların olmasına istinad edib və hüquqi mövqeyini A zərbaycan Respublikası MPM-nin 407, 408.1.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini pozaraq, kassasiya şikayətinin geri qaytarılması üçün əsasların olub-olmamasını tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, Azərbaycan Respublikası MPM-nin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 9.1.14-cü maddələrinə əsasən, məhkəmələrə verilən idd ia ərizələri və bütün növ şikayətlər üzrəbüdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İddiaçı haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İddiaçı dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi və sair sahədə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin “Əsasnamə”nin 1.5-ci bəndinə görə, Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın qərardaddan verdiyi kassasiya şikayətinin MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunu tam, hərtərəfli və obyektiv yoxlamadan, kassasiya şikayətinin həmin maddənin tələblərinə cavab veribverməməsini araşdırmadan, eləcə də iddiaçı təşkilatın saxlanma xərclərinin və fəaliyyətinin Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilməsini, həmin təşkilatın dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi və sair sahədə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı sayılmasını nəzərə almadan və beləliklə də büdcə təşkilatlarının məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumunu ödəməkdən azad edilmələrinə əhəmiyyət vermədən kassasiya şikayətini geri qaytarmışdır. Halbuki, MPM-nin 409-cu maddəsinin mə nasına görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan prosessual normaların tələbl ərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli, 2(103)-10315/2019 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar