Məhkəmə qərarları › İş №2(102)-7808/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7808/2019

17.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7808/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Əhmədova Mehparə Tofiq qızı ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(009)-124/2019 hakim İ.Ş.Rüstəmli) İddiaçı cavabdehlər X14, DƏDRX -nin Bakı Ərazi İdarəsi və 2 saylı Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddiası, X6 İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-5364/2019 hakimlər X.Ə.Sarıyev, E.Y.Şamayev, Ş.Ə.Məhərrəmova) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib ilkin iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 24 noyabr 1987-ci il tarixli vəsiyyətnamə əsasında X11 Bakı şəhəri, Cənub D ərə küçəsi 17 saylı ev üzərində sahibliyi İddiaçı vəsiyyət etmişdir. X11 10 yanvar 1988-ci il tarixində vəfat etmiş, onun qanun üzrə vərəsələri X14, X15, X12, X7 10 yanvar 2018-ci il tarixində Bakı şəhəri, Cənub Dərə küçəsi 17 saylı evə xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış almışlar. Həmin şəxslər vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ərizə ilə notariat orqanına müraciət etmişlər. Hər 4 vərəsə miras əmlakdan (Bakı şəhəri, Cənub Dərə küçəsi 17 saylı ev) ¼ hissədə pay aldıqlarına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. 09 fevral 2018-ci il tarixində X15, X12 və X7 bağışlama müqaviləsi ilə Bakı şəhəri, Cənub Dərə küçəsi 17 saylı fərdi yaşayış evindən özlərinə məxsus ¼ hissələri X8 bağışlamışlar. Bakı şəhəri, Səbail rayonu, Cənub Dərə küçəsi 17 sayl ı ev 16 fevral 2018-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 13 mart 2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 adına 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və onun adına verilmiş 16.02.2018-ci il tarixli RX seriyalı ******* №li çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X2 İlham Yusif oğluna qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apell yasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallar düzgün araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İlk iddia tələbinin əsasını vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv olunması, qarşılıqlı iddia tələbinin əsasını isə vəsiyyətnamənin etibarsız hesab edilməsi təşkil edir. Apellyasiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməməsi hissəsində mübahisələndirilir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, mübahisəli ev şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport ilə X1 verilmişdir. İddiaçı mərhum X10 Orucovanın keçmiş əri, Nəcibə Orucova isə mərhumu n qızıdır. Əli Orucov sağlığında evə sahibliyi vəsiyyətnamə ilə İddiaçı vəsiyyət etmişdir. Nəcibə Orucova 09 fevral 2018-ci il tarixdə həmin evə qanun üzrə vərəsəlik şəhadətnaməsi almış və digər qanun üzrə vərəsələr öz paylarından onun xeyrinə imtina etdikdən sonra 16 fevral 2018-ci il tarixdə həmin yaşayış sahəsi üzrə onun xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. İddiaçı mirası qanunla müəyyənləşdirilmiş müddətdə qəbul etməsi, eyni zamanda daşınmaz əmlakın sənədləşdirilməsi üçün hər hansı hərəkətlər etməsini təsdiq edən sübut təqdim edə bilməmişdir. 01 sentyabr 2000-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinin birinci hissəsində göstərilmişdir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. İkinci hissədə isə qeyd edilmi şdir ki, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələnməkdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açıldığı gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açıldığı vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur. Qeyd edilən maddi hüquq normalarının məzmunundan görünür ki, vərəsə mirası mirasın açıldığı gündən 6 ay müddətində qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə ə sasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar