Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-781/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2na, Cavabdeh3na və Qusar rayon Həzrə bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Xnın katibliyi ilə, İddiaçı X3 və vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1898/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kas sasiya şikayəti üzrə işə 18 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Torpağa mülkiyyət hüququna dair JN-0108 saylı, kodu 30118028 olan dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 28 iyun 2002-ci il tarixli, 4/1 saylı qərarı ilə Qusar rayonu Ukur kəndinin sakinləri İddiaçı, X4, X6, X7 və X2 mülkiyyətlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 4,60 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu, Həzrə kəndində yerləşən 0,06 ha torpaq sahəsi Qusar rayonu Həzrə bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ əsasında 09 iyun 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-l ******* saylı, 28 avqust 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Qusar rayonu Həzrə bələdiyyəsi tərəfindən Qusar rayonu, Həzrə kəndində yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh3 na 360 manata satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 15 mart 2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonunun Ukur kəndində yerləşməklə onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qusar rayonu Həzrə bələdiyyəsi tərəfindən qanunsuz olaraq zəbt edilmiş kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 28 iyun 2002-ci il tarixli qərarına əsasən ona və ailə üzvlərinə Qusar rayonunun Ukur kəndi ərazisindən 4,60 ha kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə mülkiyyət hüquqları kodu 30118028 olan JN:0108 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təsdiq olunmuşdur. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Artıq 5 ilə yaxındır o, özünə məxus torpaq sahə sindən istifadə edə bilmir. Dəfələrlə həmin torpaq sahəsi ilə bağlı cavabdehlərlə mübahisələri olmuşdur. Cavabdehlərin ona və ailə üzvlərinə məxsus torpaq sahəsini zəbt etməsi nəticəsində xeyli müddətdir həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir və orada heç bir iş görə bilmir. Cavabdehlər onun qanunla müəyyən edilmiş torpaq sahəsinə mülkiyyət hüququnu pozmuşlar. Hazırda da mübahisəli torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində və istifadəsində qalmaqdadır. İş üzrə keçirilmiş ekspertizanın 10 dekabr 2019-cu il tarixli, 17787 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən JN-108 saylı 30118028 kodlu Torpağ a mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə İddiaçı iddia etdiyi torpaq sahəsinin ölçüləri və mövqeyi arasında kəskin fərq vardır. JN-108 saylı 30118028 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 4,60 ha torpaq sahəsinin mübahisə predmeti olan 0,71 ha hissəsi ilə İddiaçı iddia etdiyi torpaq sahəsinin cənub istiqamətindəki sərhədləri arasında 30,8 metr fərq vardır. JN-108 saylı 30118028 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,71 ha torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsinin qərb istiqamətində yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsinin hər han sı bir hissəsi cavabdehlər tərəfindən istifadə olunmur. Bundan əlavə, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi Qusar rayonu Mucuq İƏD-nin ərazisində olduğu halda, iddia və istifadə etdiyi torpaq sahəsi Qusar rayonu Həzrə İƏD-nin daxilində KPİ (Kəndin prespektiv inkişafı) ərazisidir. Aqrar islahatları aparılan zaman iddiaçıya hal hazırda istifadə etdiyi torpaq sahəsi göstərilmiş və uzun illərdir həmin torpaq sahəsindən istifadə edir. Qusar Rayon Məhkəməsinin (sədrlik edən, hakim Rafiq Kazımov) 27 yanvar 2020-ci il tarixli, 2(029)-29/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2na, Cavabdeh3na və Qusar rayon Həzrə bələdiyyəsinə qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri alınması tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti ve rmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Məmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov, Səyyad Qafari) 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İddiaçının apellyasiya şikayətində götərdiyi dəlillər iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 dekabr 2019-cu il tarixli, 17787 saylı rəyi ilə tam təkzib edilir. İddiaçı apellyasiya şikayətində iş üzrə qanuni, əsaslı və ədalətli qətnamənin qəbul edilməsi məqsədi ilə mübahisəli torpaq sahəsinin Həzrə və ya Mucuq kəndi ərazisinə aid olmasının müəyyən edilməsi üçün təkrar məhkəmə mühəndis-texliki ekspertizası təyin edilməsini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilikdə təkrar ekspertiza təyin edilməsinin əsasları konkret müəyyən edilmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertizanın 10 dekabr 2019-cu il tarixli, 17787 saylı rəyi əsaslıdır, ekspertin rəyi ilə razılaşmamaq üçün hər hansı bir əsas yoxdur. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın 10 dekabr 2019-cu il tarixli, 17787 saylı rəyi ilə müəyyən edilmişdir ki, JN-108 saylı, kodu 30118028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,71 ha torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsinin qərb istiqamətində yerləşir, iddiaçının iddia etdiyi torpaq sahəsinin hər hansı bir hissəsi cavabdehlər tərəfindən istifadə olunmur, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi Qusar rayonu Mucuq İƏD-nin ərazisində olduğu halda, iddia və istifadə etdiyi torpaq sahəsi Qusar rayonu Həzrə İƏD-nin daxilində KPİ ərazisidir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qayda sında ləğv olunmas üçün əsas deyildir. Yuxarıda qeyd edilənlərə əsasən apellyasiya kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də əsassız hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini rədd etmiş məhkəmə iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinə istinad etmişdir.10.12.2019-cu il tarixli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyində ekspert kimi imza atmış Elməddin Aslanlı həmin torpaq sahəsində olmamış və DK ƏM Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mühəndisi X1un tartib etdiyi mütəxəssis rəyinə əsasən rəydə qeyd etmişdir ki, JN:108 KOD 301 18028 olan 13.02.2003-cü il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və onun ailə tüzvlərinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahasi ilə onun iddia etdiyi torpaq sahəsinin ölçüləri və mövqeyi arasında kəskin fərq vardır. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 4,60 ha torpaq sahəsinin mübahisə predmeti olan 0,71 ha hissəsi ilə İddiaçı iddia etdiyi torpaq sahəsinin cənub istiqamətindəki sərhədləri arasında 30,8 metr fərq vardır. Torpağa mülkiyyət hüququna d air Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,71 ha torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsinin qərb istiqamətində yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsinin hər hansı bir hissəsi cavabdehlər tərəfindən istifadə olunmur. Bundan elavə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi Qusar rayonu, Mucuq İƏD-nin ərazisində olduğu halda iddia və istifadə etdiyi torpaq sahəsi Qusar rayonu Həzrə İƏD-nin daxilində KPİ ərazisidir. Aqrar islahatları aparılan zaman iddiaçıya halhazırda istifadə etdiyi torpaq sahəsi göstərilmiş və uzun illərdir həmin torpaq sahəsindən istifadə edir. Beləliklə cavabdehlər Cavabdeh2 Kəlbəli oglu, X8 və Həzrə bələdiyyəsi tərəfındən İddiaçı məxsus torpaq sahəsinin zəbt edilməsi müəyyən olunmamışdir". Qətnamədə qeyd edil ib ki, İddiaçı Ummət Oğlu öz tələbini əsaslandırdığı hallara dair mahkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyasının nəzərinə çatdırıram ki,hər iki məhkəmə baxışında verdiyim izahat və vəsatət məhkəmənin qətnaməsində tam şərh edilməmişdir. İzahatımda qeyd etmişdim ki, torpaq islahatı keçiriləndə Qusar rayonunun Ukur kəndi üzrə islahat ayrıca keçirilmişdir. İslahat keçirilməzdən avvəl Azərbaycan Respublikasının DT va XK tərəfindən hər bir kəndin (yaşayış məntəqəsinin) torpaq islahatına dair kompleks yerquruluşu layihələri hazırlanmış və həmin layihələr əsasında torpaq islahatı keçirilmişdir. Kompleks yerquruluşu layihələri, layihələr hazırlanana kimi tərtib edilmiş yaşayış məntəqələrinin yer quruluşları planlar ı əsasında tərtib edilmişdir. Ukur AİK-nin torpaq islahatına dair Kompleks yerquruluşu layihəsində mübahisəli torpaq sahəsinin Ukur kəndinin ərazisi olduğu göstərilmişdir. Məhkəməyə vəsatətlə müraciət edərək Ukur kəndi üzrə islahat keçirilənə kimi Ukur kəndinin ərazisinin yerquruluşu planını və onun əsasında tərtib edilmiş Ukur AİK-nın torpaq islahatına dair Kompleks yerquruluşu layihəsinin məhkəmə qaydasında tələb edilməsini xahiş etdim.Lakin məhkəmə həmin sənədlərin məhkəmə tələfındən tələb ediləcəyini bildirdi.Lakin həmin sənədlər məhkəmə tərəfindən tələb edilmədi. Qeyd edim ki, həm torpaq islahati keçirilməzdən əvvəl tərtib edilmiş Ukur kəndinin ərazinin yerquruluşu planında, həm də Ukur kəndi ərazisndə torpaq islahatının keçirilməsi üçün həmin sənəd asasında tərtib edilmiş Ukur AİK-nı n torpaq islahatına dair Kompleks yerquruluşu layihəsinda mülkiyyətimdə olan mübahisəli torpaq sahəsi Ukur kəndinin ərazisi kimi göstərilmişdir. Məlum olmayan səbəblərə görə məhkəmə mübahisəli torpaq sahəsinin Ukur və ya Həzrə kandinin ərazisinə aid olub-olmamasının obyektiv şəkildə müəyyən edilməsində maraqlı olmamışdır. Yuxarıda qeyd edilən sənədlərdə göstərilmiş Ukur va Həzrə kəndlərinin sərhədlərindən fərqli olaraq Xaçmaz LTİ-nin rəisi, mühəndisi, ƏMDK-nin Xaçmaz ərazi şöbəsinin nümayəndəsi və DƏDRX-nin 5 saylı ərazi idarəsinin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş Torpaq sahəsinin planında (mübahisəli ərazinin yerquruluşu planında) isə mübahisəli torpaq sahəsinin Həzrə bələdiyyəasinə aid olduğu göstərilmişdir. Qeyd edilənlərdən nəticəyə gəlmək olur ki, həm 10 dekabr 2019-cu il ta rixli 17787 nömrəli ekspert rəyinda, həm də Torpaq sahəsinin planında səhv və saxtakarlıq nəticasində mübahisəli torpaq sahəsi Həzrə bələdiyyəsinin ərazisi kımi göstərilmişdir. Vəkili və Ukur bələdiyyəsinin sədri ilə Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Xaçmaz Tİ-də olduqları zaman mübahisəli torpaq sahasinin Ukur bələdiyyəsinə aid olduğunu əks etdirən yerquruluşu layihəsinin olduğunu müşahidə etmiş, həmçinin aydın olmuşdu ki, Kadastr və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-də mübahisli torpaq sahəsini əhatə edən Ərazinin 2 müxtəlif yerquruluşu planı mövcuddur. Onlardan Kadastr və Unvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nın rəis müavinində olan yerquruluşu planında mübahisəlı torpaq sahəsinin Mucuq (torpaq islahatı keçiriləndə Ukur) bələdiyyəsinə, həmin idarənin əməkdaşı Nə bi Nəbizadədə olan yerquruluşu planında isə mübahisəli torpaq sahəsinin Ukur kənd sakini Ramiz Ramazanovun torpaq sahəsinin (bağının) üzərinə düşdüyü göstərilmişdir. LTİ-nin rəisi mübahisəli torpaq sahəsinin və onu əhata edən ərazinin iki cür yerquruluşu planının mövcud olduğunu biləndən sonra ona başqa yerdən 0,71 ha torpaq sahəsi təklif etmişdir. Bununla da müəyyən edilr ki, mülkiyyətində olan torpaq sahəsi cavabdeh Həzrə bələdiyyəsi tərəfindən satılmazdan əvvəl DƏDRX-nin 5 saylı (Xaçmaz) Ərazi İdarəsi tərəfindən Həzrə bələdiyyəsinə, həm onlara məxsus 0,71 ha torpaq sahəsinin, həm də həmin torpaq sahəsi ilə həmsərhəd olmaqla bacısı X1 mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin Həzrə bələdiyyəsinin mülkiyyətində olmasına dair saxta çıxarış verilmişdir. Ona görə də mənə LTİ-nin rəisi tərə findən başqa yerdən torpaq sahəsi təklif edilmişdir. Mən də ona razı olmamışam. Mübahisəli torpaq sahəsinin Ukur və ya Həzrə kəndinin ərazisinə aid olması obyektiv şəkildə yalnız həmin yaşayış məntəqələrinin yerquruluşu planlarını mügayisə edilməsi ilə müəyyən etmək mümkündür. Məhkəmə baxışında isə həmin hal araşdırılmamışdır. Məhkəmənin qətnaməsi yalnız 10 dekabr 2019-cu il tarixli 17787 nömrəli ekspert rəyi ilə əsaslandırılmışdır. Halbuki həmin rəydə 30,8 metr sərhədlərdə fərqin olması qeyd edilmiş, ekspert məhkəməyə bu barədə yanlış məlumat vermişdir. Qeyd olunan ziddiyyətlərə aydınlıq gətirilməsi üçün həmin rəyi imzalamış ekspert X1la telefon əlaqəsi saxlamış, ekspert etiraf etmişdir ki, həmin rəydən məlumatı yoxdur, rəy idarə rəisi tərəfindən tərtib edilərək göndərilmişdir. Apellyasiy a məhkəməsində bu məsələnin də araşdırılması, təkrar ekspertizanın keçirilməsi barədə vəsadətlə çıxış etmiş, lakin məhkəmə əsassız olaraq vəsadətini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Dair Qayibxanov və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh tərəf gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdeh tərəfin iştir akı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş h ədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə t utulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyəti nə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşd ur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, kassasiya şikayəti verən iddiaçının əsas dəlillərindən biri odur ki, mübahisəli torpaq sahəsi saxta sənədlər, yerquruluşu layihə sənədləri və çıxarış əsasında Həzrə bələidiyyəsinin mülkiyyəinə verilmiş, torpaq islahatı zamanı həmin ərazi Ukur kəndinin ərazisi olmuş, islahat zamanı tərtib edilmiş yerquruluşu layihə sənədlərinə görə torpaq Ukur kənd sakinlərinin mülkiyyətinə verilmişdir. Göstərilən sənədlərin araşdırılması, torpaq sahəsinin Həzrə bələdiyyəsinin mülkiyyətinə keçməsinin əsaslarının, habelə Həzrə, yaxud Ukur kəndinin ərazisinə aid olmasının müəyyən edilməsi üçün təkrar məhkəmə mühəndistexniki ekspertizası keçirilməsi barədə vəsatət versə də, məhkəmələr təhəfindən əsassız olaraq təmin edilməməsidir. Məhkəmə kollegiyası qeyd etməsi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilikdə təkrar ekspertiza təyin edilməsinin əsasları konkret müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş ekspertizanın 10 dekabr 2019-cu il tarixli, 17787 saylı rəyi əsaslıdır, ekspertin rəyi ilə razı laşmamaq üçün hər hansı bir əsas yoxdur. Həmin rəy mübahisəli torpaq sahəsi ilə bağlı hal-hazırda qüvvədə olan hüquqmüəyənelici sənədlər, dövlət aktı, çıxarışlar, yerquruluş-layihə sənədləri, Həzrə kəndinin yerquruluş layihə xəritəsi və yerində müayinə nəticəsində verilmişdir. Rəyin verilməsi üçün əsas olmuş hüquqmüəyyənedici sənədlərin etibarlılığı hazırkı məhkəmə baxışının predmeti deyildir, İddiaçı iddiası Qusar rayonunun Ukur kəndində yerləşməklə onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan, zəbt edilmiş torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasından ibarətdir. Ekspertza nəticəsində isə iddiaçının tələb etdyi torpaq sahəsinin onun yaşadığı Ukur kəndinin deyil, qonşu Həzrə kənd inzabati ərazinə aid olması, dövlət aktına görə iddiaçya aid torpaq sahəsindən 30,8 metr kənarda yerləşməsi müəyyən edilmişdir. Ukur AİK-nin torpaq islahatına dair Kompleks yerquruluşu layihəsində mübahisəli torpaq sahəsinin Ukur kəndinin ərazisi olduğu göstərilməsi, sonradan saxta sənədlər tərtib edilməklə Həzrə bələdiyyəsinin mülkiyyətinə verilməsi, Kadastr və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-də tərtib edilmiş yerquruluşu planının saxta olması hazırkı məhkəmə baxışının predmeti deyildir, həmin sənədlərin etibarsızlığı tələbi irəli sürülməmişdir. Göründüyü kimi İddiaçı iddia etdiyi torpaq sahəsinin cavabdehlərin sahibliyində olmasının qanunsuz olması, onlar tərəfindən zəbt edilməsi barədə, habelə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyinin natamam olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırk ı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1898/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov