Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-781/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakda payı almaq üçün üstünlük hüququnun tanınması tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə) qarşı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakda payı almaq üçün üstünlük hüququnun tanınması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1572/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə X2 adından Cavabdeh1 ilə Cavabdeh2 ar asında bağlanmış 26 yanvar 2006-cı il tarixli, 4Ə/1-34 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən ünvan 1 ünvanda yerləşən mənzilin alqı-satqısı üçün ödənilmiş 14137,20 manat pulun Cavabdeh1 Cavabdeh2 xeyrinə tutulması, həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 26000 manat məbləğində vəsaitin Cavabdeh1 və İddiaçı bərabər hissədə alınaraq, Cavabdeh2 ödənilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, göstərilən məbləğdə pulun Cavabdeh2 xeyrinə tutulması ilə qeyriyaşayış sahəsinin Cavabdeh1 və İddiaçı qaytarılmasının eyni vaxtda icra olunması qət edilmişdir. 2. ünvan 1 mənzil xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı adına 222 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə, 1/2 hissədə Cavabdeh1 adına 222 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.
3. Cavabdeh2 ilə Cavabdeh1 (etibarnamə ilə X5) arasında bağlanmış 03 iyul 2019cu il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ünvan 1 mənzilin ½ hissəsini 51500 (əlli bir min beş yüz) manata Cavabdeh1 almışdır.
4. Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında xx.xx.1974-cü ildən xx.xx.2006-cı ilədək qeydiyyatda olmuşdur.
5. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 17 may 2019-cu il tarixli, 1181 nömrəli məktubdan görünür ki, Cavabdeh1 ilə onun paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildə Cavabdeh1 ona məxsus olan 1/2 hissəni 51500 (əlli bir min beş yüz) manata satmaq istədiyi bildirilmiş, bununla əlaqədar olaraq həmin hissəni almaqda üstünlük hüququ olduğundan ona həmin hissənin alınması təklif olunmuş, daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina etdiyi və ya bildirişin verildiyi gündən 45 gün ərzində hər hansı bir məlumat vermədiyi təqdirdə satıcının öz payını istədiyi şəxsə satacağı bildirilmişdir.
6. SS589655558AZ saylı xəbərnamədən görünür ki, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 17 may 2019-cu il tarixli, 1181 nömrəli məktub “Ağabalayev” adlı şəxs tərəfindən imza etməklə qəbul edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1685 nömrəli rəyindən görünür ki, ekspert izaya təqdim olunmuş mülki işin 7-ci vərəqində olan xx.xx.2021-ci il tarixli AR-İİ 549793 saylı etibarnamədə “İmza” qrafasındakı imzanın, “Aгaбaлajeв” yazısının və SS589655558AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamədə (i.v.138) “Şəxsən verildi” qrafasındakı imzanın və “Agabalayev” yazısının - tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə eyni şəxs tərəfindən icra olunub olunmaması haqqında rəy vermək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qeybulla oğluna və üçüncü şəxslər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakda payı almaq üçün üstünlük hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 ilə Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 4Ə-1072 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, ********** saylı qeydin və çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 36,4 kv.m. olan 1 otaqlı mənzildə Cavabdeh1 məxsus ½ hissədə olan paya satın almaqda üstünlük hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 4 ünvanda yerləşən bir otaqlı 17 saylı mənzil 1993-cü ilin oktyabr ayının 7-dən 2006-cı ilin yanvar ayını n 15-dək mərhum anası X2 xüsusi mülkiyyətində olmuşdur. Qardaşı Cavabdeh1 anasının yaşlı və xəstə olduğundan istifadə edərək 11 mart 2003-cü il tarixdə anası tərəfindən verilmiş ümumi etibarnamə əldə etmişdir. Anası 15 yanvar 2006-cı il tarixdə vəfat etmişdir. Buna baxmayaraq qardaşı Cavabdeh1 anasının ölümü ilə bağlı qanuni qüvvəsini itirmiş etibarnamədən istifadə edərək 2006-cı ilin yanvar ayının 26-da mərhum anasına məxsus olan yuxarıda göstərilən bir otaqlı mənzili alqı-satqı müqaviləsi əsasında tələm-tələsik Cavabdeh2 14137,2 manata satmış və satışdan əldə etdiyi pulu mənimsəmişdir. Satılan mənzil miras əmlak hesab olunduğuna görə həmin mənzil 2008-ci ilin may ayından 2016cı ilin yanvar ayınadək müxtəlif məhkəmə instansiyalarında gedən məhkəmə çəkişmələrinin predmeti olmuşdur. Nəhayət, anasının ölümündən 10 il keçdikdən sonra ədalət bərpa olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(105)115/2016 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, ünvan 1 mənzilə dair X2 adından Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 26 yanvar 2006cı il tarixli, 4Ə/1-34 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin mənzilin alqı-satqısı üçün ödənilmiş 14137,20 manat məbləğində pul Cavabdeh1 Cavabdeh2 xeyrinə ödənilməlidir. Həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 26000 manat məbləğində vəsait Cavabdeh1 və ondan bərabər hissədə tutularaq Cavabdeh2 verilməlidir. Müqavilə üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmalı, göstərilən məbləğdə pulun Cavabdeh2 xeyrinə tutulması ilə daşınmaz əmlak Cavabdeh1 və ona eyni vaxtda icra oluns un. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Məhkəmə qətnaməsi icra olunan zaman cavabdehlər qətnamənin icrasına müxtəlif vasitələrə əl atmaqla maneələr yaradırlar. X1 onun xaricdə olmağından istifadə edərək Cavabdeh2 ilə sövdələşərək notariat ofisinə onun rəsmi qeydiyyatda olduğunu yaşayış yeri barədə yanlış məlumat verməklə və xəbərnamədə onun imzasını saxtalaşdırmaqla ümumi paylı mülkiyyətdə olan ½ payını həmin payın satın almaqda üstünlük hüququnu pozmaqla qanunsuz olaraq Cavabdeh2 satmışdır. Bu cür qanunazidd hərəkətləri ilə hər iki cavabdeh qanuni qüvvəyə minmiş qətnamənin icrasına aşkar şəkildə əngəllər törətmişlər. Hesab edir ki, cavabdehlər arasında daşınmaz əmlakla bağlı bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun bağlanması ilə yaranmış nəticələr ləğv olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 2-ci hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Qeyd olunan maddənin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşmar və daşmmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təlcbaşma və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Yuxarıda göstərilən maddənin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Cavabdeh1 məhkəməyə etiraz ünvanlayaraq bidirmişdir ki, İddiaçı qarşı “ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakda payı olmaq üçün üstünlük hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsinə dair mülki iş məhkəmənin icraatındadır. Məhkəmənin nəzərinə çatdırır ki, iddia tələbi tamamilə əsassız və qanunsuzdur. İddiaçının irəli sürdüyü dəlillər həqiqətə uyğun deyildir. Belə ki, X4 ilə onun arasında Cavabdeh2 Qeybulla oğlu ilə yanlış məlumat əsasında imza çəkilməsi zamanı hər hansı saxtakarlığa yol verilməmişdir. Əlavə olaraq qeyd edir ki, İddiaçı qarşı "ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakda payı olmaq üçün üstünlük hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət mümkün sayılmamalıdır. Çünki iddiaçı tərəfindən mübahisə olunan məsələ ilə bağlı iddia tələb etmək hüququ ötmüşdür. Qeyd edilən səbəblərdən dolayı iddianı qəbul etmir və hesab edir ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir. Cavabdeh1 daha sonra bildirmişdir ki, o mənzilini 2006-cı ildə Cavabdeh2 Qeybulla oğluna satmışdır. Artıq 13 ildən çoxdur ki, məhkəmə mübahisələri gedir. O, 2019-cu ildə Temurazla belə razılaşmışdır ki, o ona pul verməyəcək, o da ondan ev istəməyəcək. O, alqı-satqı prosesində şəxsən iştirak etməmişdir, yalnız etibarnamə vermişdir. Həmin alqısatqıdan ona hər hansı pul məbləği çatmamışdır.
11. Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, 4/1685 nömrəli, 21 dekabr 2022-ci il tarixli ekspert rəyində bildirilmişdir ki, ekspertizaya təqdim olunmuş mülki işin 7-ci vərəqəsində olan xx.xx.2021-ci il tarixli AR-İİ 549793 saylı etibarnamədə “İmza” qrafasındakı imzanın, “Агабалаjев” yazısının və SS589655558AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamədə (i.v.138) “Şəxsən verildi” qrafasındakı imzanın və “Agabalayev” yazısının- tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə eyni şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir.
12. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, ünvan 4 ünvanda yerləşən bir otaqlı 17 saylı mənzil 19 93-cü ilin oktyabr ayının 7-dən 2006-cı ilin yanvar ayının 15-dək iddiaçının mərhum anası X2 xüsusi mülkiyyətində olmuşdur. İddiaçının qardaşı Cavabdeh1 ananın yaşlı və xəstə olmasından istifadə edərək, 11 mart 2003-cü il tarixdə anası tərəfindən verilmiş ümumi etibarnamə əldə etmişdir. İddiaçının qardaşı, yəni cavabdeh anasının ölümü ilə bağlı qanuni qüvvəsini itirmiş etibarnamədən istifadə edərək 2006-cı ilin yanvar ayının 26-da mənzili alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 14137,2 manata satmış və satışdan əldə etdiyi pulu mənimsəmişdir. Tərəflər arasında həmin mübahisəyə dair iş üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə həmin müqavilə etibarsız hesab edilmişdir. Daha sonra sözügedən mənzil üzərində iddiaçının və onun qardaşının hər birinin ½ hissədə payları müəyyən edilmiş, lakin qətnamə qalan hissədə icra olunmamışdır. Bu iş üzrə 6 dəfə icra məmuru təyin edilsə də, müvafiq icra sənədi icrasız qalmışdır. Müqavilə üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmamışdır. Hətta onu da məhkəmənin nəzərinə çatdırır ki, indeksasiya və dəymiş zərərlə bağlı tərəflər arasında məhkəmə mübahisələri olmuş, lakin təmin olunmamışdır. Hesab edir ki, iddia tələbi tam əsaslıdır. İddia ərizəsində konkret olaraq işin halları qeyd olunub, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülkiyyətçinin mülkiyyət hüququna dövlət təminat verir. Paylı mülkiyyətdə payçılar üstünlük hüququna malikdirlər. Digər payçı müstəqil hərəkət etməməlidir. Mülki Məcəllənin 16-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Tərəflər hüquqlarından sui-istifadə etməməlidirlər. Amma burada sui-istifadə olduğu açıq şəkildə görünür. Notariusa yanlış məlumat verildiyinə görə mübahisəli mənzilin satılacağı barədə bildiriş səhv ünvana göndərilib. Belə ki, iddiaçı 36-cı məhəllədə yaşamır, iddiaçı ölkədən xaricdə yaşayır. Eyni zamanda iddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. Notarius isə bildirişi iddiaçının yaşamadığı mübahisəli ünvana göndərmişdir. Bundan başqa, bildiriş Oktay tərəfindən imzalanmamışdır. Bildiriş göndəriləndə iddiaçı ümumiyyətlə Azərbaycanda olmamışdır. Qanunun tələblərini pozmaqla bağlandığına görə həmin əqd etibarsızdır. Mənzilin alqı-satqısı barədə 2022-ci ildə İcra İdarəsində olarkən məlumatlı olmuşlar. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2016-cı il tarixli qətnaməsinin icrası davam edirdi. Cavabdeh2 möhlət istəmişdi. Sözügedən qətnamə bu gün də icra olunmayıb. Cavabdeh hər dəfə qətnamənin icrası ilə bağlı möhlət istəyir. İddiaçı burada olmadığına görə hər zaman o, iddiaçının nümayəndəsi kimi İcra İdarəsinə getmişdir.
13. Məhkəmə iclasında Cavabdeh2 Qeybulla oğlu iddia ərizəsinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, 2006-cı ildə 36-cı məhəllədə bir otaqlı mənzili Tofiqdən almışdır. Sonradan maddi vəziyyəti yaxşı olmadığına görə yerli strukturun razılığı ilə mənzilin təyinatını dəyişərək qeyri-yaşayış sahəsinə çevirmişdir. Bir müddət sonra Tofiqin qardaşı məsələni mübahisələndirməyə başlamışdır. Bununla əlaqədar 2016-cı ildə məhkəmə prosesləri olmuşdur. Bu proseslər 2006-cı ildən 2016-cı ilə kimi davam etmişdir. Mübahisəyə Ali Məhkəmədə, hətta Konstitusiya Məhkəməsində də baxılmışdır. Daha sonra Tofiq mənzilin ½ hissəsini öz adına keçirmiş və məhz həmin hissəni ona satmışdır. Həmin vaxt iddiaçı tərəf burada deyildi, o, Amerikada idi. İddiaçıya məsələ ilə bağlı notariusdan məktub göndərilmişdi, iki ay, ya 51 gün müddət gözlənilməli idi. Bu müddətə də əməl edildikdən sonra mübahisəli mənzilin həmin ½ hissəsi ona satılmışdır. Alqı-satqıdan 3 il keçdikdən sonra iddiaçı məhkəməyə müraciət edib. Belə ki, 2019-cu ildə iş artıq İcra İdarəsində olanda Oktay Azərbaycanda idi və bu məsələdən məlumatlı idi. Məhz 3 ildən sonra iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbi ona aydın deyil. Məhkəmənin nəzərinə çatdırır ki, o, mübahisəli mənzili 2006-cı ildə almış və həmin hissəni müvafiq qurumların sənədi əsasında qeyriyaşayış sahəsinə çevirmişdir. Hə min vaxtdan və hal-hazırda da həmin qeyri-yaşayış sahəsi faktiki olaraq onun istifadəsindədir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının ümumiyyətlə belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Belə ki, iddiaçı heç bir qanuni əsas olmadan məhkəmə mübahisəsi getdiyi dövrdə, 2013-cü ildə adına çıxarış almışdır. Onlar həmin çıxarışı hələ ki, mübahisələndirməyiblər. 2019-cu ildə ½ hissə ilə bağlı ona da çıxarış təqdim olunmuşdur. Qarşı tərəf isə ona 14000 manat məbləğində pul ödədikdən sonra ½ hissə onlara verilə bilərdi və onlar bu barədə çıxarış ala bilərdi. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
14. Məhkəmə iclasında Cavabdeh2 Qeybulla oğlunun vəkili Vəkil2 iddia ər izəsinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Tərəflər arasında mübahisəli əmlaka dair alqı-satqı prosesi tam qanunauyğun həyata keçirilib. Mülki Məcəlləyə əsasən tərəf özü və ya etibarnamə verdiyi şəxs alqı-satqı prosesində iştirak edə bilər. Bu, onun hüququdur. Hesab edir ki, Cavabdeh2 da tam qanunauyğun hərəkət etmişdir. Eyni zamanda notarial qaydada alqı-satqı prosesində iddiaçının üstünlük hüququ tanınmış, qanunla tələb edilən müddət gözlənilmişdir. Sənədlər, notaiusun bildirişi iddiaçının ünvanına göndərilmiş və ünvan üzrə bildiriş qəbul edilmişdir. Göründüyü kimi, bütün addımlar qanunvericiliyin tələblərinə əsasən həyata keçirilib. Həmçinin qeyd edir ki, iddiaçı 2013-cü ildə çıxarış almışdır. Hansı əsasla çıxarış verildiyini aydınlaşdırmaq lazımdır. Eyni zamanda qardaşlar-tərəflər Cavabdeh2 14000 manat verdikdən sonra onların mübahisəli əmlakda ½ hissədə payı müəyyən oluna bilərdi. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
15. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-68/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 4Ə-1072 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin mənzillə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, ********** saylı qeyd və çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən mənzilin Cavabdeh2 məxsus ½ hissəsinin Cavabdeh1 mülkiyyətinə qaytarılması, Cavabdeh1 51500 (əlli bir min beş yüz) manat pul vəsaitinin tutularaq Cavabdeh2 Qeybulla oğluna ödənilməsi, İddiaçı ünvan 1 ünvanda yerləşən mənzildə Cavabdeh1 məxsus ½ hissədə olan payı satın almaqda üstünlük hüququnun tanınması, iş üzrə təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının xərci olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qeybulla oğlundan 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qeybulla oğlundan ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
16. Birinci instans iya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər X3 ilə Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 4Ə1072 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin qeyd edilən tələbləri pozulmaqla bağlanmışdır. Belə ki, iş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 ilə İddiaçı paylı mülkiyyətində olmuşdur. Cavabdeh1 mənzilin ona məxsus olan 1/2 hissəsini xx.xx.2019-cu ildə Cavabdeh2 satmış, bu zaman İddiaçı həmin payı satın almaqda üstünlük hüququ pozulmuşdur.
17. İş materiallarından görünür ki, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi İddiaçı 17 may 2019-cu il tarixdə 1181 nömrəli məktub ünvanlamışdır. Həmin məktubda İddiaçı Cavabdeh1 ona məxsus olan ½ hissəni 51500 (əlli bir min beş yüz) m anata satmaq istədiyi bildirilmiş, bununla əlaqədar olaraq həmin hissəni almaqda üstünlük hüququ olduğundan ona həmin hissənin alınması təklif olunmuş, daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina etdiyi və ya bildirişin verildiyi gündən 45 gün ərzində hər hansı bir məlumat vermədiyi təqdirdə satıcının öz payını istədiyi şəxsə satacağı bildirilmişdir. İşdə olan SS589655558AZ saylı xəbərnamədən görünür ki, həmin məktub xx.xx.2019-cu il tarixdə “Ağabalayev” adlı şəxs tərəfindən imza etməklə qəbul edilmişdir. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan SS589655558AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə ünvan 2 ünvanında yerləşən mənzilin satılması barədə paylı mülkiyyətçi İddiaçı mülki qanunvericilikdə nəzərdə tutulan qaydada məlumatlandı rılmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir.
18. İş materiallarında olan notariat işinin məlumatlarından görünür ki, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi mübahisəli mənzilin paylı mülkiyyətçisi İddiaçı müvafiq məktubu xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanına göndərmişdir.
19. İşdə olan şəxsin sərhədkeçmə məlumatları barədə elektron sistemdən edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı sonuncu dəfə dövlət sərhədindən kənara çıxışı xx.xx.2018-ci il tarixdə, dövlət sərhədindən girişi isə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.
20. Beləliklə, İddiaçı xx.xx.201 8-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasında olmamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, həmin məktubun iddiaçı tərəfindən şəxsən imza etməklə qəbul edilməsi mümkün ola bilməzdi.Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının şəxsən həmin məktubu qəbul etmək imkanı olmasa da, məktubun iddiaçı ilə birlikdə yaşayan və ya digər yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə) təqdim edilməsi də mümkün deyildi. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır.Eyni zamanda tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından və işdə olan məhkəmə aktlarından da görünür ki, mübahisəli mənzil artıq uzun illərdir ki, Cavabdeh2 Qeybulla oğlunun istifadəsindədir və həmin mənzil qeyri-yaşayış sahəsi kimi istifadə olunur.Bu səbəbdən İddiaçı və ya onun ailə üzvlərinin yaşamadığı, Cavabdeh2 Qeybulla oğlunun istifadəsində olan ünvana göndərilən sözügedən məktub paylı mülkiyyətçi olan iddiaçının qanunla müəyyən edilmiş qaydada məlumatlandırılması kimi qəbul edilə bilməz.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13,29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 213.1, 213.2, 215.1, 215.3, 215.4, 215.5, 218.1, 218.2, 329.1, 337.1, 337.3, 337.4, 337.5, 354.1, 390.1, 394, 567-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh2 Qeybulla oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, tərəflər arasında mübahisəli əmlaka dair alqı-satqı prosesi tam qanunauyğun həyata keçirilib. Mülki Məcəlləyə əsasən tərəf özü və ya etibarnamə verdiyi şəxs alqı-satqı prosesində iştirak edə bilər. Bu, onun hüququdur. Cavabdeh2 da tam qanunauyğun hərəkət etmişdir. Eyni zamanda notarial qaydada alqı-satqı prosesində iddiaçının üstünlük hüququ tanınmış, qanunla tələb edilən müddət gözlənilmişdir. Sənədlər, notariusun bildirişi iddiaçının ünvanına göndərilmiş və ünvan üzrə bildiriş qəbul edilmişdir. Göründüyü kimi, bütün addımlar qanunvericiliyin tələblərinə əsasən həyata keçirilib. Həmçinin, iddiaçı 2013-cü ildə çıxarış almışdır. Hansı əsasla çıxarış verildiyini aydınlaşdırmaq lazımdır. Eyni zamanda qardaşlar - tərə flər Cavabdeh2 14000 manat verdikdən sonra onların mübahisəli əmlakda ½ hissədə payı müəyyən oluna bilərdi.
24. Bildirilir ki, Cavabdeh2 2006-cı ildə 36-cı məhəllədə bir otaqlı mənzili Tofiqdən almışdır. Sonradan maddi vəziyyəti yaxşı olmadığına görə yerli strukturun razılığı ilə mənzilin təyinatını dəyişərək qeyri-yaşayış sahəsinə çevirmişdir. Bir müddət sonra Tofiqin qardaşı məsələni mübahisələndirməyə başlamışdır. Bununla əlaqədar 2016-cı ildə məhkəmə prosesləri olmuşdur. Bu proseslər 2006-cı ildən 2016-cı ilə kimi davam etmişdir. Mübahisəyə Ali Məhkəmədə, hətta Konstitusiya Məhkəməsində də baxılmışdır. Daha sonra Tofiq mənzilin ½ hissəsini öz adına keçirmiş və məhz həmin hissəni ona satmışdır. Həmin vaxt iddiaçı tərəf burada deyildi, o, Amerikada idi. İddiaçıya məsələ ilə bağlı notariu sdan məktub göndərilmişdi, iki ay, ya 51 gün müddət gözlənilməli idi. Bu müddətə də əməl edildikdən sonra mübahisəli mənzilin həmin ½ hissəsi ona satılmışdır. Alqısatqıdan 3 il keçdikdən sonra iddiaçı məhkəməyə müraciət edib. Belə ki, 2019-cu ildə iş artıq İcra İdarəsində olanda Oktay Azərbaycanda idi və bu məsələdən məlumatlı idi. Məhz 3 ildən sonra iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbi ona aydın deyil. Məhkəmənin nəzərinə çatdırır ki, o, mübahisəli mənzili 2006-cı ildə almış və həmin hissəni müvafiq qurumların sənədi əsasında qeyri-yaşayış sahəsinə çevirmişdir. Həmin vaxtdan və hal-hazırda da həmin qeyri-yaşayış sahəsi faktiki olaraq onun istifadəsindədir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının ümumiyyətlə belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Belə ki, iddiaçı heç bir qanuni əsas olmadan məhkəmə mübahisəsi getdiyi dövrdə, 2013-cü ildə adına çıxarış almışdır. Onlar həmin çıxarışı hələ ki, mübahisələndirməyiblər. 2019-cu ildə ½ hissə ilə bağlı ona da çıxarış təqdim olunmuşdur. Qarşı tərəf isə ona 14000 manat məbləğində pul ödədikdən sonra ½ hissə onlara verilə bilərdi və onlar bu barədə çıxarış ala bilərdi. Məhkəmə işin faktiki hallarını nəzərə almamış, Cavabdeh2 Qeybulla oğlunun mülkiyyət hüququnu pozaraq qətnamə çıxarmışdır.
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1572/2023 nömrəli mülki iş üzrə 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Zaur Məmmədov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov) Cavabdeh2 Qe ybulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsinin mövqeyi əsaslandırarkən bildirmişdir ki, işdən göründüyü kimi, Cavabdeh2 ilə Cavabdeh1 (etibarnamə ilə X5) arasında bağlanmış 03 iyul 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh2 ünvan 1 mənzili 51500 (əlli bir min beş yüz) manata Cavabdeh1 almışdır.
27. İddiaçı hazırda həmin müqaviləni mübahisələndirərək bildirir ki, onun Mülki Məcəllənin 218.1-ci maddəsinə müvafiq olaraq mənzili almaqda üstünlük hüququ olduğu halda, xaricdə olmağından istifadə edərək Cavabdeh1 digər Cavabdeh2 ilə sövdələşərək notariat ofisinə onun rəsmi qeydiyyatda olduğu yaşayış yer i barədə yanlış məlumat vermiş və xəbərnamədə onun imzasını saxtalaşdırmaqla ümumi paylı mülkiyyətdə olan ½ payını qanunsuz olaraq Cavabdeh2 satmışdır. İddiaçı hesab edir ki, cavabdehlər arasında daşınmaz əmlakla bağlı bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun bağlanması ilə yaranmış nəticələr ləğv olunmalıdır.
28. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
29. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı və cavabdehlər arasında mübahisəli mənzillə bağlı əvvəllər də məhkəmə mübahisələri olmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə X2 adından Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 26 yanvar 2006-cı il tarixli, 4Ə/134 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən ünvan 1 ünvanda yerləşən mənzilin alqı-satqısı üçün ödənilmiş 14137,20 manat pulun Cavabdeh1 Cavabdeh2 xeyrinə tutulması, həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 26000 manat məbləğində vəsaitin Cavabdeh1 və İddiaçı bərabər hissədə alınaraq, Cavabdeh2 ödənilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, göstərilən məbləğdə pulun Cavabdeh2 xeyrinə tutulması ilə qeyri-yaşayış sahəsinin Cavabdeh1 və İddiaçı qaytarılmasının eyni vaxtda icra olunması qət edilmişdir.
30. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi İddiaçı 17 may 2019-cu il tarixdə 1181 nömrəli məktub ünvanlamışdır. Həmin məktubda İddiaçı Cavabdeh1 ona məxsus olan 1/2 hissəni 51500 (əlli bir min beş yüz) manata satmaq istədiyi bildirilmiş, bununla əlaqədar olaraq həmin hissəni almaqda üstünlük hüq uqu olduğundan ona həmin hissənin alınması təklif olunmuş, daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina etdiyi və ya bildirişin verildiyi gündən 45 gün ərzində hər hansı bir məlumat vermədiyi təqdirdə satıcının öz payını istədiyi şəxsə satacağı bildirilmişdir. İşdə olan SS589655558AZ saylı xəbərnamədən görünür ki, həmin məktub xx.xx.2019-cu il tarixdə “Ağabalayev” adlı şəxs tərəfindən imza etməklə qəbul edilmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab etmişdir ki, həmin dəlillər əsassızdır.
32. İş materiallarında olan SS589655558AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə ünvan 2 ünvanında yerləşən mənzilin satılması barədə paylı mülkiyyətçi İddiaçı mülki qanunvericilikdə nəzərdə tutulan qaydada məlumat landırılmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.Belə ki, payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir.
33. İş materiallarında olan notariat işinin məlumatlarından görünür ki, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi mübahisəli mənzilin paylı mülkiyyətçisi İddiaçı müvafiq məktubu xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanına göndərmişdir.
34. İşdə olan şəxsin sərhədkeçmə məlumatları barədə elektron məhkəmə informasiya sistemindən əldə edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı sonuncu dəfə dövlət sərhədindən kənara çıxışı xx.xx.2018-ci il tarixdə, dövlət sərhədindən girişi isə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. 3
5. Beləliklə, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasında olmamışdır. Kollegiya hesab etmişdir ki, həmin məktubun iddiaçı tərəfindən şəxsən imza etməklə qəbul edilməsi mümkün ola bilməzdi. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçının şəxsən həmin məktubu qəbul etmək imkanı olmasa da, məktubun iddiaçı ilə birlikdə yaşayan və ya digər yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə) təqdim edilməsi də mümkün deyildi. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. Eyni zamanda tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından və işdə olan məhkəmə aktlarından görünür ki, mübahisəli mənzil artıq uzun illərdir ki, Cavabdeh2 Qeybulla oğlunun istifadəsindədir və həmin mənzil qeyri-yaşayış sah əsi kimi istifadə olunur. Bu səbəbdən İddiaçı və ya onun ailə üzvlərinin yaşamadığı, Cavabdeh2 Qeybulla oğlunun istifadəsində olan ünvana göndərilən məktub paylı mülkiyyətçi olan iddiaçının qanunla müəyyən edilmiş qaydada məlumatlandırılması kimi qəbul edilə bilməz.
36. Məhkəmə kollegiyası həmçinin cavabdehin iddiaçının məhkəməyə müraciət üçün müddəti ötürməsi barədə apellyasiya şikayətinin dəlillərini də əsassız hesab etmişdir. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməmiş, birinci instansiya məhkəməsində iddiaya etirazında və apellyasiya şikayətində iddiaçının məhkəməyə müraciət etmək üçün hansı müddəti ötürdüyünü də qeyd etməmişdir.
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqq ında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
38. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının əqdin etibarsızlığı ilə bağlı 1 illik kəsici müddəti ötürüb-ötürmədiyini araşdırmaq məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra işinin məhkəməyə təqdim edilməsi üçün Sumqayıt şəhər İcra İdarəsinə sorğu göndərmiş, məhkəməyə təqdim edilən icra işinin materiallarından aydın olmuşdur ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli ərizə ilə Sumqayıt şəhər İcra İdarəsinə müraciət edərək, onunla Cavabdeh2 arasında 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlandığını və payının həmin şəxsə satıldığını bildirərək iş üzrə ona aid hissədə işə xitam verilməsini xahiş etmişdir. Cavabdeh1 tərəfindən sö zügedən ərizənin verilməsinədək icra işinin materiallarında mübahisəli alqı-satqı müqaviləsi haqqında hər hansı məlumat yoxdur.
39. İddiaçı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin mövcudluğundan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası mərhələsində xəbər tutduqlarını bildirmişdir.
40. Cavabdeh2 isə iddiaçının 2019-cu ildən sözügedən alqı-satqı müqaviləsindən xəbərdar olduğunu bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
41. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyi nəzərə alınsa, alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia qaldırılması üçün mülki qanunvericiliklə müəyyən edilmiş 1 illik müddət ötməmişdir.
42. İşin qeyd edilən hal larına və işdə olan sübutlara qiymət verərək kollegiya qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 ilə İddiaçı paylı mülkiyyətində olmuş, Cavabdeh1 mənzilin ona məxsus olan 1/2 hissəsini xx.xx.2019-cu ildə Cavabdeh2 satmış, bu zaman İddiaçı həmin payı satın almaqda üstünlük hüququ pozulmuşdur. Cavabdehlər X3 ilə Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 4Ə1072 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır.
43. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, apelyasiya şikayəti təmin edilməməlidir.
44. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, 43-cü maddəsinin 1-ci hissəsi nə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5, 213.1, 213.2, 215.1, 215.2, 215.3, 215.4, 215.5, 215.6, 218.1, 218.2, 329.1, 337.1, 337.3, 337.4, 337.5, 354.1, 390.1, 394, 567-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
45. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
46. Şikayət onunla əsaslandırılmışdır ki, mənzil alqı-satqı müqaviləsi əsasında cavabdehin mülkiyyətinə keçmişdir. Heç b ir qanun pozuntusu olmadan alqı-satqı müqaviləsinin hüquqi nəticəsinə güvənərək həmin müqavilə bağlanılmışdır, lakin məhkəmə bütün bu halları nəzərə almadan qanunsuz qətnamə çıxartmışdır.
47. Bildirilmişdir ki, tərəflər arasında mübahisəli əmlaka dair alqı-satqı prosesi tam qanunauyğun həyata keçirilib. Mülki Məcəlləyə əsasən tərəf özü və ya etibarnamə verdiyi şəxs alqı-satqı prosesində iştirak edə bilər. Bu, onun hüququdur. Hesab edir ki, Cavabdeh2 da tam qanunauyğun hərəkət etmişdir. Eyni zamanda notarial qaydada alqısatqı prosesində iddiaçının üstünlük hüququ tanınmış, qanunla tələb edilən müddət gözlənilmişdir. Sənədlər, notaiusun bildirişi iddiaçının ünvanına göndərilmiş və ünvan üzrə bildiriş qəbul edilmişdir. Göründüyü kimi, bütün addımlar qanunvericiliyin tələblərinə əsasən həyat a keçirilib. Həmçinin qeyd edirər ki, iddiaçı 2013-cü ildə çıxarış almışdır. Hansı əsasla çıxarış verildiyini aydınlaşdırmaq əvəzinə əqdi etibarsızlığına əsaslandırılmışdır
48. Kassasiya şikayətində qeyd olunur ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq eləməklə və lazımi əsaslandırılmadan qəbul edilmiş, işin faktiki halları, iddiaçı tərəfindən lazımi sübutları tələb etməmiş, prosesual hüquq normasının tələbləri kobud şəkildə pozulmaqla iddiaçı tərəfindən heç bir əsaslı sübut təqdim edilmədiyi halda iddia tələbi təmin edilmişdir.
49. Bildirilir ki, məhkəmə çəkişmə prinsipinə əmə l etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçının 2013-cü il tarixdə əldə etdiyi çıxarışı hansı yollarla əldə edilməsi məhkəmə tərəfindən mübahisələndirilməmişdir. Qeyd olunur ki, qanunu səhv tətbiq etməklə əsassız qətnamələr qəbul edilmişdir.
50. Alqı-satqıdan 3 il keçdikdən sonra iddiaçı məhkəməyə müraciət edib. Belə ki, 2019-cu ildə iş artıq İcra İdarəsində olanda Oktay Azərbaycanda idi və bu məsələdən məlumatlı idi. Məhz 3 ildən sonra iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbi ona aydın deyil. Məhkəmənin nəzərinə çatdırır ki, o, mübahisəli mənzili 2006-cı ildə almış və həmin hissəni müvafiq qurumların sənədi əsasında qeyri-yaşayış sahəsinə çevirmişdir. Həmin vaxtdan və hal-hazırda da həmin qeyri-yaşayış sahəsi faktiki olara q onun istifadəsindədir. Onu da məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçının ümumiyyətlə belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. iddiaçı heç bir qanuni əsas olmadan məhkəmə mübahisəsi getdiyi dövrdə, 2013-cü ildə adına çıxarış almışdır. Onlar həmin çıxarışı hələ ki, mübahisələndirməyiblər. 2019-cu ildə ½ hissə ilə bağlı ona da çıxarış təqdim olunmuşdur. Qarşı tərəf isə ona 14000 manat məbləğində pul ödədikdən sonra ½ hissə onlara verilə bilərdi və onlar bu barədə çıxarış ala bilərdi. Hesab edir ki, məhkəmələr işi dərindən araşdırmadan qanunsuz və əsassız qətnamələr çıxatmışlar
51. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1, 362.2, 389.1, Azərbaycan Respublikasının MPM-in 9.1, 14.1, 217.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışd ır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
53. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
54. Maddə 213.1 İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
55. Maddə 213.
2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
56. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
57. Maddə 215.1 Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
58. Maddə 215.2 Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
59. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər:
60. Maddə 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti;
61. Maddə 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti.
62. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
63. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
64. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair baş qa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
65. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər.
66. Maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Ə gər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.
67. Maddə 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi isti nad etdiyi halları sübut etməlidir.
70. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instans iyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallar ında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. İşin mübahisəsiz halıdır ki, ünvan 1 mənzil xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı adına 222 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə, 1/2 hissədə Cavabdeh1 adına 222 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmış, Cavabdeh1 öz payını notariat kontorunda təsdiqlənmiş 03 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır.
78. Mübahisəli mənzilin digər ½ hissəsinin mülkiyyətçisi İddiaçı məhkəməyə iddia ərizəsi verərək pay almaqda üstünlük hüququ pozulmaqla mənzilin ½ hissəsinin Cavabdeh2 satıldığını bildirərək cavabdehlər X3 ilə Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 4Ə-1072 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, ********** saylı qeydin və çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 36,4 kv.m. olan 1 otaqlı mənzildə Cavabdeh1 məxsus ½ hissədə olan paya satın almaqda üstünlük hüququnun tanınması barədə qətnamə ç ıxarılmasını xahiş etmiş, məhkəmələr tərəfindən yuxarıda göstərilmiş qətnamələr qəbul edilmişdir.
79. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin iş üzrə gəldiyi nəticə qeyrimüəyyənliyə səbəb olur. Belə ki, mənzilin ½ hissəsinin mülkiyyətçisi olan İddiaçı Cavabdeh1 payının dəyəri kimi təklif edəcəyi pul məbləği ilə razılaşacağını və cavabdehə verərək ondan payını alacağını əminliklə demək mümkün deyil.Bu isə Cavabdeh1 mülkiyyətinə mütənasib olmayan müdaxilə ehtimalını yaradır.
80. Məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının yuxarıda göstərilən predmetli iddianı qaldırmağa subyektiv hüququnun olması kifayət qədər araşdırılıb əsaslandırılmamışdır.Məhkəmələr tərəfindən iddiaçının satın almaqda üstünlük hüququnun pozulması müəyyən edilər ək iddia təmin edilmişdir.Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.Göründüyü kimi, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda hüququnun pozulduğunu iddia edən şəxsin qaldıracağı iddiasının predmeti Mülki Məcəllənin göstərilən norması ilə müəyyənləşdirilmişdir.
81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qa nunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
82. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
83. İkinci (xarici) c əhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
84. Yuxarıda şərh edilənlərə əsasən də Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 oktyabr 2023-cü il tarixli, 2(105)-157 2/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.
85. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 oktyabr 2023-cü il tarixli, 2(105)-1572/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə mi