Məhkəmə qərarları › İş №2(102)-7812/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7812/2019

16.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7812/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli 2(103)11850/2019 nömrəli qərardadından iddiaçı X3 oğlu və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 oğlu cavabdeh “xxxx” MMC-nə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəx s Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi göstərilməklə qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Yusif” xüsusi firmasının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının, ünvan x ünvanında yerləşən qeyri-yaşayış binasının, XXX saylı fərdi yaşayış evinin, XXX saylı fərdi yaşayış evinin, XXXkəndində yerləşən əmlak kompleksinin qiymətləndirilməsinin nəticələrinin etibarsız hesab edilməsi və təkrar qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Ramin Quliyev) 2(005)-22/2019 saylı, 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə, iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Zaur Əliyev - sədrlik edən və məruzəçi, Rafael Eyvazov və Fuad Talışinski) 22 avqust 2019-cu il tarixli 2(103)-11850/2019 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-22/2019 saylı iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsindən iddiaçı X3 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilərək şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. İddiaçı X3 oğlu və vəkili Vəkilkassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli 2(103)-11850/2019 nömrəli qərardadının ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsi 2-(005)-22/2Q19 saylı 16 aprel 2019-cu il tarixli qətnaməsinin surəti iddiaçıya təqdim olunmadığından iddiaçı 03 iyul 2019-cu il tarixdə ərizə ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək 12 iyul 2019-cu il tarixdə iddiaçıya vəkili və nümayəndəsi vasitəsilə təqdim olunmuşdur. Qətnamənin surətini aldıqdan sonra 23 iyul 2019-cu il tarixdə apellyasiya şikayəti verilmişdir. apellyasiya instansiyası məhkəməsi işdə olan müşayiət məktubuna və səhv yazılmış poçt xəbərnaməsinə istinad edərək, qətnamənin iddiaçı tərəfindən rəsmi qaydada alındığını qeyd etmişdir. Lakin Nərimanov məhkəməsi tərəfindən göndərildiyi qeyd olunan ünvan nə iddiaçıya, nə də onun vəkili və nümayəndəsi Vəkil məxsus olmamışdır. Həmin ünvan nümayəndəliklə bağlı Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 69-cu maddəsinə dəyişiklik edilməmişdən əvvəl iddiaçının nümayəndəsi olmuş şəxsə məxsus olmuşdur. Dəyişiklikdən sonra isə məhkəməyə Bakı şəhər 5 saylı vəkil Bürosunun vəkili Vəkil iddiaçının vəkili və nümayəndəsi qismində məhkəmədə iştirak edərək öz ünvanını məhkəməyə bildirmişdir. Bundan başqa vəkilin təqdim etdiyi orderdə onun iş yerinin, etibarnamədə isə iddiaçının qeydiyyatda olduğu yer qeyd olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişl ər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan müşayiət məktubundan və SS583547440AZ nömrəli poçt xəbərnaməsindən görünür ki, qətnamə 19.04.2019-cu ildə XXXə göndərilmiş və 06 may 2019-cu ildə ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır (xəbərnamədə səhvən 06 aprel 2019-cu il qeyd olunmuşdur). Buna baxmayaraq, iddiaçı apellyasiya şikayətini 23 iyul 2019-cu il tarixdə rayon məhkəməsinə təqdim etmişdir. Göründüyü kimi, iddiaçı, şikayəti qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürdükdən sonra verməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə verməmişdir. Odur ki, apellyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən iddiaçının şikayəti üzrə apellyasiya mümkün sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; -363.1 və 363.1.3-cü maddələrinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; -366.2-ci maddəsinə görə isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İşdən görünür ki, iddiaçı XXX Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-22/2019 saylı 16 aprel 2019-cu il tarixli qətnaməsinin surətini poçt xəbərnaməsinə imza etməklə 06.05.2019-cu il tarixdə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qətnamə 06 may 2019-cu ildə iddiaçının ünvanında rəsmi şəkildə qəbul edildiyinə görə apellyasiya şikayətini vermək üçün müddət həmin tarixdən hesablanmalıdır. Nümayəndənin sonradan qətnamənin surətini alma sı, iddiaçını prosessual hərəkəti vaxtında həyata keçirmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, işdə olan məhkəmə qətnaməsi iddiaçının iddia ərizəsində göstərilən ünvana göndərilmiş və həmin ünvanda qəbul edilmişdir. Nə iddiaçı, nə də onun vəkili tərəfindən məhkəməyə ünvan dəyişikliyi ilə bağlı məlumat verilməmişdir. Halbuki MPM-nin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.08.2019-cu il tarixli 2(103)11850/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar