Məhkəmə qərarları › İş №2(102)-7820/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7820/2019

17.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7820/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X1 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli qətnaməsindən “İddiaçıleri Sanayi Və Ticarət Limited” Şirkətinin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-2119/2019, hakim M.Ə.Rüstəmov) İddiaçı “İddiaçıle ri Sanayi Və Ticarət Limited” Şirkətinin cavabdehlər Cavabdeh1 və “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nə qarşı öhdəliyin icra olunması və pul tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov, A.N.İmanov, İ.S.Şirinov iş № 2(103)-8652/2019) “İddiaçıleri Sanayi Və Ticarət Limited” Şirkətinin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: “İddiaçıleri Sanayi Və Ticarət Limited”xxxx“Çakır Yapı Sanayi və Ticarət Anonim Şirkəti”nə 02.05.2013-cü il tarixdə 30.240 ABŞ d olları, 17.05.2013-cü il tarixində 30.240 ABŞ dolları, 12.06.2013-cü il tarixində 96.339 ABŞ dolları, 27.08.2013-cü il tarixində dəyəri 104.658 ABŞ dolları olan məhsullar, 29.08.2013-cü il tarixində 29.550 ABŞ dolları, 26.09.2013-cü il tarixində 96.123 ABŞ dolları, 07.07.2014-cü il tarixində 89.994 ABŞ dolları, 08.07.2014-cü il tarixində dəyəri 83.788 ABŞ dolları, ümumilikdə 560.934 ABŞ dolları dəyərində mal göndərilmişdir. “İddiaçıleri Sanayi Və Ticarət Limited”xxxx“Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialın nümayəndəsi İsmail İnan arasında imzalanmış 06 dekabr 2017-ci il tarixli razılaşmaya əsasən, “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı idxalçı “İddiaçıleri Sanayi Və Ticarət Limited” Şirkətinə olan 185.000 ABŞ dolları borcunu 20.01.2018-ci il tarixində 50.000 ABŞ dolları, 20.02.2018-ci il tarixində 50.000 ABŞ dolları, 20.03.2018-ci il tarixində 50.000 ABŞ dolları, 20.04.2018-ci il tarixində 35.000 ABŞ dolları olmaqla ödəməyi öz üzərinə götürmüşdür. 11 yanvar 2019-cu il tarixdə iddiaçı “İddiaçıleri Sanayi Və Ticarət Limited” Şirkəti cavabdehlər Cavabdeh1 və “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 185.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Şirkətin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmədən, iddiaya qarşı hər hansı bir etiraz irəli sürmədən apellyasiya məhkəməsi İsmail İnanın filial nümayəndəsi kimi filialın borcunun olmasını etiraf etmək səlahiyyətinin olmaması barədə əsassız nəticəyə gəlmişdir. Halbuki, razılaşma 06 dekabr 2017-ci il tarixdə tərtib edilmişdir və ötən müddət ərzində cavabdeh şirkət tərəfindən İsmail İnanın belə səlahiyyətinin olmadığı bildirilməmiş və borcun ödəniləcəyi bildirilmişdir. Razılaşmanın səlahiyyətsiz şəxs tərəfindən imzalanması təsdiqlənəcəyi halda belə, təqdim edilmiş qaimələrlə cavabdeh şirkətə malların göndərilməsi təsdiq edilir və həmin malların dəyərinin ödənildiyi barədə hər hansı sübut yoxdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçı şirkət tərəfindən cavabdeh şirkətə göndərilmiş malların dəyərinin ödənilməmiş hissəsinin tutulması təşkil edir. İddiaçı tərəfindən iddia ərizəsinə cavabdeh şirkətə 02.05.2013-cü il tarixdən 08.07.2014-cü il tarixədək göndərilmiş malların faktura-qaimələrini və cavabdeh şirkətin filialı ilə qalıq borcun hissə-hissə ödəniləcəyini təsdiq edən 06 dekabr 2017-ci il tarixli razılaşma da əlavə edilmişdir. İddiaçı şirkət cavabdeh şirkətə cəmi 560.934 ABŞ dolları dəyərində mal göndərdiyini, sonuncu tərəfindən 280.063 ABŞ dolları məbləğində ödəniş edildiyi, qalan 280.871 ABŞ dolları məbləğində borcdan 95.871 ABŞ dolları güzəşt edilməklə silindiyinə və qalan 185.000 ABŞ dollarının qaytarılmasına dair razılaşma əldə edildiyinə, lakin cavabdeh şirkətin öhdəl iklərinin icrasından yayındığına istinad edərək həmin məbləğin onun xeyrinə tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2, 53.3 və 359.1-ci maddələrinə istinad edərək iddianın rədd edilməsi barədə qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh şirkətin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialının rəhbəri cavabdehin etibarnaməsi əsasında fəaliyyət göstərir. Belə olan halda, iddiaçıya olan borcun ödənilməsinin öhdəlik kimi cavabdeh şirkətin adından həmin filialın rəhbəri tərəfindən üzərinə götürülməsi səlahiyyətinin olub-olmaması etibarnamədə əks olunmalıdır. Lakin iddiaçı tərəf cavabdeh “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının rəhbərinin belə səlahiyyətinin olub-olmamas ı barədə də sübut məhkəməyə təqdim edə bilmədi. İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Şirkətin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmədən, iddiaya qarşı hər hansı bir etiraz irəli sürmədən məhkəmə İsmail İnanın filial nümayəndəsi kimi filialın borcunun olmasını etiraf etmək səlahiyyətinin olmaması barədə əsassız nəticəyə gəlmişdir. Halbuki, razılaşma 06 dekabr 2017-ci il tarixdə tərtib edilmişdir və ötən müddət ərzində cavabdeh şirkət tərəfindən İsmail İnanın belə səlahiyyətinin olmadığı bildirilməmiş və borcun ödəniləcəyi bildirilmişdir. Razılaşmanın səlahiyyətsiz şəxs tərəfindən imzalanması təsdiqlənəcəyi halda belə, təqdim edilmiş qaimələrlə cavabdeh şirkətə malların göndərilməsi təsdiq edilir və həmin malların dəyərinin ödəni ldiyi barədə hər hansı sübut yoxdur. Apellyasiya şikayətinə cavabdeh şirkət tərəfindən ödənişlərin həyata keçirildiyini təsdiq edən sənədlər əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı borcun olması barədə imzalanmış 06 dekabr 2017-ci il tarixli razılaşmaya istinad edərək qeyd edilən borcu tələb edir. Razılaşma filialın nümayəndəsi kimi İsmail İnan tərəfindən imzalanmışdır. Lakin apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Şirkətin Azərbaycan Respublikasındakı Filialının direktoru və verilmiş etibarnamə əsasında Şirkəti təmsil etmək səlahiyyətinə malik olan şəxs Şükrü Çakır olmuşdur. X6 adlı şəxsə belə bir səlahiyyət verildiyi müəyyən edilmir, ona görə də iddiaçının İsmail İnan tərəfindən imzalanmış razılaşmaya istinad etməsinin heç bir əsası yoxdur və səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış razılaşma cavabdeh şirkət üçün öhdəlik münasibətlərinin yaranmasına əsas ola bilməz. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı şirkət cavabdeh şirkətə 560.934 ABŞ dolları dəyərində mal göndərdiyini, sonuncu tərəfindən 280.063 ABŞ dolları məbləğində ödəniş edildiyi, qalan 280.871 ABŞ dolları məbləğində borcdan 95.871 ABŞ dolları güzəşt edilməklə silindiyinə və qalan 185.000 ABŞ dollarının qaytarılmasına dair razılaşdıqlarına, lakin cavabdeh şirkətin həmin pul öhdəliyini icra etmədiyinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Öhdəliklərin əmələ gəlməsi əsaslar ını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı şirkət tərəfindən təqdim edilmiş qaimələrlə cavabdeh şirkətə göstərilən dəyərdə malların göndərilməsi mübahisəsiz qaydada təsdiq edilir. Bununla bərabər, cavabdeh şirkətə aid olan kassa məxaric orderləri, yəni iddiaçı şirkətin malların göndərildiyi tarixlərə uyğun gələn ödəniş qəbzləri də malların ə vəzsiz qaydada verildiyini istisna etməklə, tərəflər arasında qarşılıqlı öhdəlik münasibətlərinin mövcudluğunu təsdiq edir. Eyni zamanda, göndərlən malların dəyərinin ödənilmiş məbləğlərin cəmindən artıq olduğu da müəyyən edilir. İşin qeyd edilən halı, yəni göndərilmiş mallarının tam dəyərinin ödənilməməsi cavabdeh şirkətin rəsmi blankında şirkətin filialının möhürü ilə filialın nümayəndəsi İsmail İnan tərəfindən təsdiqlənmiş sənəddə öz əksini tapmışdır. Apellyasiya məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nü mayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Göründüyü kimi, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən bölməsi olan filialın hüquqi şəxsin funksiyalarını həyata keçirmək və onun mənafelərini təmsil və müdafiə etmək səlahiyyətlərini hüquqi şəxs tərəfindən təyin edilən rəhbəri həyata keçirir. Əvvəla, 06 dekabr 2017-ci il tarixli sənədi imzalamış İsmail İnanın səlahiyyətsizliyi cavabdeh şirkət tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. Digər tərəfdən, şirkətin rəsmi blankında filialın möhürü ilə təsdiqlənmiş razılaşma şirkət üçün yeni öhdəlik yaratmamaqla, mövcud öhdəliyin icra sı vaxtı müəyyənləşdirilmişdir. Lakin apellyasiya məhkəməsi iddia tələbinin maddi hüquqi əsasını düzgün müəyyən etməməklə, səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış razılaşmanın cavabdeh şirkət üçün öhdəlik münasibətlərinin yaranmasına əsas olmaması barədə səhv nəticəyə gəlmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, təqdim edilmiş sübutlarla tərəflər arasında qarşılıqlı öhdəlik münasibətlərinin mövcud olması təsdiq edilir və iddiaçı şirkət öhdəliyin icrasına dair tələbinin əsası kimi 26 dekabr 2017-ci il tarixli razılaşmaya deyil, aralarında 2013-cü ildən yaranmış qarşılıqlı öhdəlik münasibətlərinə istinad edir. Sübutetmə yükünün əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə qaimələr üzrə alınmış malların dəyərinin ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düş ür. Apellyasiya məhkəməsi işin qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, təqdim edilmiş sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi nə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar