Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7825/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X1, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(007)-1889/2018, hakim M.Q.Sadıqov ) İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-8439/2019, hakimlər T.S.Səmədov, İ.S.Şirinov, E.C.Kazımov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-1520/2019, hakimlər V.Ə.İbayev, A.K.Kalbalıyev, Ə.Ə.Əliyev) İddiaçı kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 9 may 2019-cu il tarixli qərardadı ilə (iş № 2(103)-7188/2019, hakimlər A.N.İmanov, A.Q.Hüseynov, V.N.Sadıqov)İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə “iddia tələbinin işə bərpa və məcburi iş buraxma müddətiüçün əmək haqqının ödənilməsinin təmin edilməməsi” hissəsində ləğv edilmiş, həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-7188/2019, hakimlər A.N.İmanov, A.Q.Hüseynov, V.N.Sadıqov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə “iddia tələbinin əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsinin təmin edilməməsi” hissəsində iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edil ib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı 15 sentyabr 2004-cü il tarixdə 277 nömrəli əmrlə Nizami rayonu Cavabdeh ali təhsilli ingilis dili müəllimi ixtisası üzrə ingilis dili müəllimi təyin edilmiş, 28 dekabr 2017-ci il tarixli 49 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin əmək müqaviləsinə xitam verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2(007)-1511/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayə ti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli, 2(102)-1469/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayət i onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməməklə, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Apellyasiya məhkəməsi iki mülki iş üzrə predmet və əsaslar arasında bənzərlik olsa da, tələblərin fərqli olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Cavabdeh təhsil müəssisəsinin 28 dekabr 2017-ci il tarixli 49 nömrəli əmri ilə onunla iddiaçı arasında bağlanmış əmək müqaviləsi-əmək funksiyasını, vəzifə öhdəliklərini yerinə yetirmədiyinə; müəssisədə işin; təlim-tədris prosesinin, əmək və icra intizamının normal ahəngini pozduğuna; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində təhsil müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə Azərbaycan Respublikasının Ə mək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 28 dekabr 2017-ci il tarixdən ləğv edilmişdir. İddiaçı hazırda həmin müqavilənin ləğvi barədə əmri mübahisələndirir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı bundan əvvəl hazırkı iş üzrə cavabdehə qarşı işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddianın rədd edilməsi barədə 15 mart 2018ci il tarixli məhkəmə qətnaməsi qəbul edilmiş, iddiaçının həmin qətnamədən verdiyi apellyasiya və kassasia şikayətləri təmin edilməməklə, 06 mart 2019-cu il tarixdə yekin məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə görə işçi özünün əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə ya xud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. Əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin müvafiq əmri ilə rəsmiləşdirilir. Qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə pozulması üçün əsaslar olmuşdur. Eyni zamanda həmin məhkəmə qərarı ilə iddianın əsassız hesab edilərək rədd edilməsi barədə gəlinən digər əsaslarla yanaşı iddiaçının qanunla müəyyən edilən iddia müddətinin ötürülməsinə də istinad edilmişdir. Bu halda iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsi üçün əmək qanunverciliyi ilə müəyyən edilmiş ə saslar olduğu müəyyən edilməklə iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olur. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Re spublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7825/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7825/2019
17.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver