Məhkəmə qərarları › İş №2(102)-783/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-783/2020

10.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-783/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Müabriz qızının katibliyi ilə, iddiaçı Kənd Təsərrüfatı Nazirliyi «Məhsul» bağçılıq yoldaşlığının sədri X2 cavabdehlər X3, Cavabdeh1 və vəkili Məmmədov Səyyad Məhəmməd oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-2710/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərba ycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi «Məhsul» bağçılıq yoldaşlığı cavabdehlər X5 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin qanunsuz zəbt etdikləri inzibati binadan çıxarılmaları barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il tarixli 176 nömrəli qərarına əsasən X13 Komitəsi, indiki Kənd Təsərrüfatı Nazirliyində işləyən mütəxəssislərin mədəni istirahətini, eləcə də bağçılıq və bostançılığı inkişaf etdirmək məqsədi ilə keçmiş Türkan üzümçülük sovxozu ərazisindən 35,0 hektar torpaq sahəsi ayrılaraq hər biri 6 sot olmaqla 504 nəfərə torpaq sahəsi ayrılmışdır. Həmin bağ sahələrinin birində, 209 nömrəli sahədə 1987-88-ci ildə «Məhsul» bağçılıq yoldaşlığı üçün 3 otaqdan i barət inzibati təsərrüfat binası tikilmişdir. Həmin binanın bir otağında «Məhsul» bağçılıq yoldaşlığının ofisi yerləşir. Dıgər iki otağın isə o, cavabdehlərin xahişi ilə müvəqqəti olaraq, heç bir təmənna olmadan onların istifadəsinə vermişdir. Razılaşmaya əsasən cavabdehlər qaldıqları müddət ərzində istifadə etdikləri işıq pulunu ödəməli idilər. Lakin cavabdehlər bir ildən artıq işıq pulunu ödəmədikləri üçün o, binanın işıq xəttini kəsdirmiş və onların binadan çıxarılmasmı tələb etmişdir. Lakin cavabdehlər binadan çıxmaqdan imtina etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ə.S.Qəhrəmanov) 2(003)-4970/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şi rinov) xx.xx.2018-ci il tarixli, 2(103)-2710/2018 saylı qətnaməsi ilə iddiaçının apellyasiyaşikayətitəminedilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4970/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, mü bahisəli torpaq sahəsinin iddiaçıya və ya “Məhsul” bağçılıq yoladaşlığının hansısa əməkdaşına məxsus olmasını təsdiq edən hər hansı sübut iş materiallarında yoxdur, 209 saylı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmçinin iddiaçının belə bir tələblə məhkəməyə müraciət etmək kimi subyektiv hüququ yoxdur. İş materiallarından görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarınınistirahətini təşkil etmək üçün torpaq sahəsinin ayrılması barədə qərar mövcud olsa da, həmin qərar icrasız qalmış, nə həmin dövrdə, nə də torpaq islahatı dövründə ayrıldıqdan sonra torpaq sahəsinin ölçüləri yerində müəyyən edilərək iddiaçının üzvlərinin istifadəsinə verilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı Kənd Təsərrüfatı Nazirliyi «Məhsul» bağçılıq yoldaşlığının sədri X6 və cava bdeh X8 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə işə onların izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Məmmədov Səyyad Məhəmməd oğlu kassasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsini ləğv edib, iddianı kassatotra aid hissədə təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin halları aşağıdakı kimi olmuşdur. Kənd Təsərrüfatı Nazirliyi «Məhsul» bağçılıq yoldaşlığının Türkan bağ massivində bağ sahəsi ayrılmış üzvlərinin ümumi iclasının 01 nömrəli, xx xxxxxx 2010-cu il tarixli protoklundan görünür ki, X7 «Məhsul» bağçılıq yoldaşlığı idarə heyətinin sədri vəzifəsinə seçilmişdir. xx xxxx 1988-ci il tarixli müqavilədən görünür ki, «Məhsul» bağçılıq yoldaşlığı üçün xx xxxxx 1988-ci ildə təsdiq olunmuş texniki layihə əsasında fərdi yaşayış evlərinin tikintisinə dair müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx xxxxxx 2017-ci il tarixli, 03/xx-xx1985 nömrəli məktubundan görünür ki, keçmiş Dövlət Aqrar-Sənaye Komitəsinin işçilərinə bağçılıq və bostançılığın inkişaf etdirilməsi üçün Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Abşeron rayonu Türkan üzümçülük sovxozu ərazisindən 35 hektar bağ sahəsi ayrılmışdır. Bu sahədən istfiadəni təmin etmək məqsədilə 1987-ci ildə yaradılmış «Məhsul» bağçılıq yoldaşlığı hal-hazırda fəaliyyət göstərir. Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il tarixli 176 nömrəli qərarından görünür ki, X13 Komitəsi, indiki Kənd Təsərrüfatı Nazirliyində işləyən mütəxəssislərə Abşeron rayonu Türkan üzümçülük sovxozu ərazisindən 35,0 hektar torpaq sahəsi ayrılmışdır. Türkan bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 156 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh1 Türkan qəsəbəsi Kənd Təsərrüfatı Nazirliyi Yodaşlıq-bağçılıq ünvanında sənədsiz və müvəqqəti qeydiyyatsız yaşayır. Türkan bələdiyyəsi tərəfindən verilmiş xx x xx 2017-ci il tarixli, 39 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh1 Türkan qəsəbəsi Aqroprom bağlar massivində müvəqqəti qeydiyyatsız yaşayır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxxx 2018-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovluğunda aşkar olunan 9/459 nömrəli xx.xx.1988-ci il tarixli qərarının (qərarda xx.xx.1987-ci il tarixli 176 nömrəli qərara istinad edilir) və keçmiş “Türkan” üzümçülük sovxozu ərazisindən ayrılmış 35,0 hektar torpaq sahəsinin cizgisinin surəti əlavə edilmişdir. Koordinatı müəyyən edilmiş sahə “Məhsul" bağçılıq yoldaşlığının bölgü sxeminə əsasən 209 nömrəli sahənin ərazisidir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin qərb qonşusu 20 9a, şərq qonşusu 217 saylı bağdır. Mübahisələndirilən torpaq sahəsində naturada tikinti mövcuddur, lakin sözügedən tikintinin təyinatını müəyyən etmək səlahiyyətlərinə aid olmaması səbəbindən cavablandırmaq mümkün olmamışdır. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən koordinatı təqdim edilmiş 209 nömrəli sahə qeydiyyatdan keçməmişdir. Həmin sahənin qərb tərəfindəki qonşu bağ isə 209a nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli 25128 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materiallarındakı məlumatlara və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən, qərardadın suallarına dair nəticələr aşağıdakı kimi müəyyən edilir: Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il tarixli 176 nömrəli qərarına əsasən X13 Komitəsi, indiki Kənd Təsərrüfatı Nazirliyində işləyən mütəxəssislərin mədəni istirahətini, eləcə də bağçılıq və bostançılığı inkişaf etdirmək məqsədilə, keçmiş «Türkan» üzümçülük sovxozu ərazisindən 35,0 hektar torpaq sahəsi ayrılmışdr. Koordinatı müəyyən edilmiş sahə «Məhsul» bağçılıq yoldaşlığının bölgü sxeminə əsasən 209 saylı sahənin ərazisidir. Elektron kadastr baza məlumatlarına əsasən 209 saylı sahənin qərb qonşusu 209a, şərq qonşusu 217 saylı bağ sahəsidir. Mübahisəli 209 saylı torpaq sahəsində tikili (bina) mövcuddur. «Türkan» üzümçülük sovxozu ərazisindən ayrılmış 35,0 hektar torp aq sahəsinin 209 saylı ərazisində 1987-1988-ci ildə «Məhsul» bağçılıq yoldaşlığı üçün inzibati binanın (tikilinin) inşa olunub-olunmaması barədə hər hansı bir məlumat mülki iş materiallarında olmadığından, 209 saylı sahədə mövcud tikilinin (binanın) «Məhsul» bağçılıq yoldaşlığı üçün inşa olunmuş inzibati binanın olub-olmamasını müəyyən etmək mümkün deyildir. Elektron kadastr baza məlumatlarına əsasən koordinatı təqdim edilmiş 209 nömrəli sahə qeydiyyatdan keçməmişdir. Həmin sahənin qərb tərəfindəki qonşu bağ isə 209 a nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı «Məhsul» bağçılıq yoldaşlığının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbt etdikləri inzibati binadan çıxarılmalar ına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Belə ki, «Məhsul» bağçılıq yoldaşlığı Azərbaycan Respublikası Vergilər Nazirliyində hüquqi şəxslərin dövlət reyestrində dövlət qeydiyyatından keçmədiyindən və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olduğundan onun iddia qaldırmaq hüququ yoxdur. Bundan başqa iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi «Məhsul» bağçılıq yoldaşlığının sədri X1 üzümçülük sovxozu ərazisindən 504 nəfərə ayrılmış torpaq sahələrinin birində, 209 nömrəli sahədə «Məhsul» bağçılıq yoldaşlığı üçün inzibati binanın inşa edildiyi qeyd etsə də, həmin binanın kimin torpaq sahəsində inşa olunmasını, həmin binanın hüquqi rejimini müəyyən edən və həmin binanın «Məhsul» bağçılıq yoldaşlığına məxsus olmasını sübut edə bilmədi və bununla bağlı heç bir sənəd məhkəməyə təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundar rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqla rın dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikilil ər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki halları tələbinin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı «Məhsul» bağçılıq yoldaşlığının cavabdehlərə qarşı qanunsuz zəbt etdikləri inzibati binadan çıxarılmalarına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olmadığı qənaəti əsassız olmaqla, həm də başa düşülən deyildir. Çünki, elə işdə olan Kənd Təsərrüfatı Nazirliyinin xx xxxxxx 2017-ci il tarixli, 03/xx-xx-1985 nömrəli məktubunda 1987-ci ildə yaradılmış «Məhsul» bağçılıq yoldaşlığının hal-hazırda fəaliyyət göstərdiyi dəqiq göstərilmişdir. Bundan əlavə, «Məhsul» bağçılıq yoldaşlığın Vergilər N azirliyində hüquqi şəxslərin dövlət reyestrində dövlət qeydiyyatından keçmədiyindən və Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olduğundan onun iddia qaldırmaq hüququnun olmadığını göstərsə də, iddiaçının hansı əsasla Vergilər Nazirliyində qeydiyyatdan keçməli olduğunu və Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olması, nəyə görə onun iddia qaldırmaq hüququnu məhdudlaşdırdığını açıqlamamışdır. Həm işdəki sənədlərdən, həmdə apellyasiya baxışı zamanı alınmış ekspert və mütəxəssis rəyləri ilə koordinatı müəyyən edilmiş sahənin «Məhsul» bağçılıq yoldaşlığının bölgü sxeminə əsasən 209 saylı sahənin ərazisi olduğu, mübahisəli 209 saylı torpaq sahəsində tikili (bina) mövcud olduğu təsdiqlənmişdir. «Türkan» üzümçülük sovxozu ərazisindən ayrılmış 35,0 hektar torpaq sahəsinin 209 saylı ərazisində 1 987-1988-ci ildə «Məhsul» bağçılıq yoldaşlığı üçün inzibati binanın (tikilinin) inşa olunması isə işin mübahisəsiz halıdır. Çünki, inzibati binaya və onun hüquqi rejiminə dair sənədlər işdə olmaqla yanaşı, cavabdehlər də həmin binanın mövcudluğunu və özləri yaxud hansısa şəxs tərəfindən inşa olunmasını mübahisələndirmirlər. Hətta, Kənd Təsərrüfatı Nazirliyinin cavabdehlərin həmin binada yaşamasına etiraz etmədiyini, yalnız iddiaçının razılaşmadığını bildirirlər. Belə olan vəziyyətdə, birinci instansiya məhkəməsinin bu mövqeyi başadüşülən olmamaqla, həm də ziddiyyətlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə istinad edərək hesab etmişdir ki, apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarla birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət ziddiyyət təşkil edir. Belə ki, bir inci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir. Çünki, mübahisəli torpaq sahəsindəki yerləşən inzibati binanın iddiaçıya aid olması, özü-özlüyündə iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyi pozduğundan belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Kassasiya kollegiyası iddiaçı tərəfin hazırki iddanı qaldırmaq üçün tələb olunan subyektiv hüququnun olması ilə bağlı gəldiyi qənaəti qanuni hesab etsə də, kassatorun çıxarılması tələb edilən tikilinin iddiaçıya məxsusluğunun müəyyən edilmədiyi halda tərəflərdən hansının vəsaiti hesabına inşa edilməsindən ibarət işin mühüm əhəmiyyət kəsb edən hallara qiymət vermədən iddianın təmin edilməsindən ibarət nəticəyə gəlməklə prosessual qanunvericiliyin tələblərini poz muşdur. Halbuki, N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarına əsasən məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna tə sir göstərən müddəalar olmamalıdır. Kassasiya kollegiyası hesab edir ki, cavabdehlər uzun illər məhz iddiaçı tərəfin icazəsi ilə həmin yerdə məskunlaşıb yaşadıqlarından onların yaşadıqları tikilinin kimin vəsaiti hesabına inşa edilməsinin, habelə cavadehlər tərəfindən inşa edildiyi halda buna iddiaçı tərəfin razılığı ilə edilibedilməməsi iş üçün əhəmiyyətlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün tədbirlər görür. Kollegiya hesab edir ki, göstərilən vəziyyətdə mübahisənin tikilinin yalnız iddiaçının torpaq sahəsində inşa edilməsi əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi ca vabdehlərin Konstitusiya ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Çünki, elə aşağı instansiya məhkəmələrinin müəyyən etdiyi hallardan görünür ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçı tərəfə ayrılsa da, iddiaçı tərəfindən cavabdehlərə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Azərbaycan Respublikasında yaşayan bütün insanların layiqli həyat səviyyəsini təmin etmək niyyəti Azərbaycan Respublikası Konstitusiyası ilə bəyan olunmuşdur. Cavabdeh tərəfin yaşayış sahəsi kimi istifadə etdiyi tikilinin iddiaçı tərəfin razılığı ilə inşa edilərək onların həmin tikilidə uzun ill ər yaşadığının müəyyən edildiyi halda kassasiya şikayəti vermiş cavabdehin heç bir təminat olmadan və hər hansı ədalətli kompensasiya ödənilmədən çıxarılması və faktiki olaraq yaşayış sahəsindən birdəfəlik məhrum edilməsi kollegiyaya görə Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə xx xxxxx 2012-ci il tarixli qərarında hesab etmişdir ki, Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərz ində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqələr yaratmaq və sosial həyat qurmasına imkan vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasını da əsas kimi göstərmişdir. İnsanların uzun illər ərzində özlərinin yaşayış yeri kimi istifadə etdikləri qanunsu z tikiliyə təxminən eyni münasibət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Önəryıldızın Türkiyəyə qarşı” qərarında da öz əksini tapmışdır. Məhkəmə həmin qərarında hesab etmişdir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq İnsan Hüquqları Haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyətə” bərabərdir. Beləliklə qeyd edilənlər baxımından, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi kassatora aid hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası mə hkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)2710/2018 nömrəli qətnaməsi kassatora aid hissədə ləğv edilsin, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar