Məhkəmə qərarları › İş №2(102)-7834/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7834/2019

25.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7834/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı oğlunun, vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.07.2019-cu il tarixli 2(103)-9687/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 10000 ABŞ dolları və 35000 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) 04 fevral 2019-cu il tarixli, 2(006)-924/2019 saylı qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 35000 (otuz beş min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Şərafət Məmmədova sədrlik edən və məruzəçi, Vüqar Həsənov və Xəyal Sarıyev) 2(103)-9687/2019 nömrəli, 25.07.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2(006)-924/2019 saylı qətnaməsi ləğv edilərək iddianın təmin olunmaması qət edilmişdir. İddi açı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9687/2019 saylı iş üzrə 25 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh aldığı 10.000 ABŞ dolları və Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş 30 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 35000 manat pulla bağlı öhdəliklərin icrası ilə əlaqədar X1 ilə «xxxx» MMC arasında xxx-in dənizkənarı hissəsində xxx(sonradan obyekt) ünvanda tikilən yaşayış kotec kompleksinin 15 saylı kotec üçün 28 mart 2014-cü il tarixli mənzil tikintisinə Kapital qoyulma haqqında müqavilə və Cavabdeh imzası i lə təsdiq olunan xxx-in dənizkənarı hissəsində xxx(sonradan obyekt) ünvanda tikilən yaşayış kotec kompleksinin 15 saylı kotec üçün xxx tərəfindən tam ödənildiyi və «xxxx» MMC-nə borcu olmaması barədə arayış verilmişdir. Bundan sonra həmin yer iddiaçıya təhvil verilmiş. 2017-ci ildə Cavabdehlə birlikdə həmin yeri satmaq məqsədilə dövlət qeydiyyatına alınması üçün sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edərkən əmlakın üzərinə həbs qoyulması bəlli olmuşdur. Bundan sonra cavabdeh həmin əmlakı geri təhvil alıb bağını satıb ödəyəcəyini bildirmişdir. Apellyasiya instansiya məhkəməsi ilə bu halı nəzərə almayıb əsassız olaraq iddia müddətini tətbiq etmişdir. Göründüyü kimi iddia müddəti 2014-cü ildə qeyd olunan əsaslara görə iddia müddətinin axımı kəsilmişdir. 2017-ci ildə həmi n mənzil cavabdeh tərəfindən geri götürüldüyündən iddia müddətinin axımı həmin vaxtdan davam etmişdir. Cavabdeh tərəfindən mənzilin verilməsi borcun etiraf edilməsini göstərən hərəkətdir və bu iddia müddətinin axımını kəsir, mənzili yenidən geri götürməsi iddia müddətinin axımının başlanmasına səbəb olmuşdur. Mənzil 2017-ci ildə geri götürüldüyündən iddia müddəti 2017-ci ildən başlayır və hal-hazıra kimi də bitməmişdir. İşə baxmış olan apellyasiya instansiya məhkəməsinin mənim iddia tələbimin rədd edilməsinə əsas kimi göstərdiyi iddia müddətinin keçməsi öz sübutunu tapmır. Beləliklə də tam aydın olur ki, işə baxmış olan apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, maddi hüquq normalarının tələblərini pozmuş və bununla eyni zamanda Azərbaycan Respublikası MPM- nin 88, 106-cı maddələrinin tələblərini də pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil tərəflərin bağladıqları barışıq sazişini məhkəməyə təqdim edərək tərəflərin mübahisəni sülh yolu ilə öz aralarında barışıq sazişi bağlamaqla həll etdiklərini bildirərək, barışıq sazişinin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25.12.2019-cu il tarixli barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası MPM-in 261.0.5, 262, 417.1.5-ci maddələrinin tələbinə əsasən barışıq sazişi təsdiq edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.07.2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. İddiaçı ilə Cavabdehiş üzrə aralarında bağladıqları 25.12.2019-cu il tarixli barışıq sazişinə əsasən: - İddiaçının cavabdehdən tələb etdiyi 10.000 ABŞ dolları və 35.000 manat puldan Cavabdeh 06 ay müddətinə 35.000 manat pulu ödəməyi öhdəsinə götürür; - Cavabdeh öhdəliyi icra etmədiyi təqdirdə barışıq sazişinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bununla bağlı qəbul edəcəyi qərarın icraya yönəldilməsinə etiraz etməyəcək; - İddiaçı ilə Cavabdeh barışıq sazişinin təsdiq edilməsini xahiş edirlər. Hər iki tərəf barışı q sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə yazılı ərizə təqdim etmişdir. Barışıq sazişində qanunvericiliyin tələblərinə zidd və 3-cü şəxslərin maraqlarına toxunan müddəalar yoxdur. Barışıq sazişinin təsdiqindən imtina üçün əsaslar mövcud deyildir. Tərəflər barışıq sazişi bağlamaqla iş üzrə icraata xitam verilməsinin nəticələrinin onlara aydın olduğunu göstərdilər. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv e dib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52.3, 261.0.5, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı ilə Cavabdeh hazırkı iş üzrə aşağıda göstərilən şərtlərlə bağladıqları 25.12.2019-cu il tarixli barışıq sazişi təsdiq edilsin: - İddiaçının cavabdehdən tələb etdiyi 10.000 ABŞ dolları və 35.000 manat puldan Cavabdeh 06 ay müddətinə 35.000 manat pulu ödəməyi öhdəsinə götürür; Cavabdeh öhdəliyi icra etmədiyi təqdirdə barışıq sazişinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bununla bağ lı qəbul edəcəyi qərarın icraya yönəldilməsinə etiraz etməyəcək; - İddiaçı və Cavabdeh barışıq sazişinin təsdiq edilməsini xahiş edirlər. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2019-cu il tarixli 2(103)9687/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar