Məhkəmə qərarları › İş №2(102)-784/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-784/2025

25.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-784/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2(104)-1463/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X13 tərəfindən Cavabdeh2 hesabına xx.xx.2022-ci il tarixdə 14.000 manat məbləğində, Cavabdeh3 hesabına xx.xx.2022-ci il tarixdə 14.000 manat məbləğində və xx.xx.2022-ci il tarixdə 11.000 manat məbləğində pul köçürürülmüşdür.

2. Cavabdeh1 məxsus bank kartına xx.xx.2023-cü il tarixində 300 manat, xx.xx.2023-cü il tarixində 4000 manat, xx.xx.2023-cü il tarixində 300 manat, xx.xx.2023-cü il tarixində 100 manat, xx.xx.2023-cü il tarixində 4000 manat, xx.xx.2023-cü il tarixində 500 manat, xx.xx.2023-cü il tarixində 500 manat, xx.xx.2023-cü il tarixində 400 manat, xx.xx.2023-cü il tarixində 500 manat pul köçürülmüşdür. 3. 18.09.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqı nda” qərardan görünür ki, Cavabdeh1 lazer epilyasiya aparatının İddiaçı Musafir oğlu tərəfindən “Diamond Beauty” gözəllik salonundan oğurlanması, özbaşınalıq edilməsi, hədə-qorxu ilə əmlakının ələ keçirilməsi barədə şikayətində göstərdiyi xüsusatlar sübuta yetmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, “Diamond Beauty” gözəllik salonunun qapısının qıfılının qəsdən zədələnməsi ilə bağlı Pərviz Allahvediyevin əməlində CM-nin 186-cı maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibinin olmaması müəyyən edildiyindən, onun barəsində həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, “Diamond Beauty” gözəllik salonunun qapısının qıfılının qəsdən zədələnməsi nəticəsində mülkiyyətçiyə dəymiş ziyan ödənildiyindən və sonuncu İddiaçılə barışdığından, həmin xüsusatla bağlı İXM-nin 39.2-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması rədd edilmiş, İddiaçı və Cavabdeh1, aralarında yaranmış mübahisələrin mülki xarakterli olması və həmin mübahisələrin həll edilməsi üçün mülki mühakimə qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qızından müştərək qaydada 49.000 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İdd iaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə təxminən 1 il bundan əvvəl tanışı Əli İmranovun işlədiyi Nəsimi rayonu, 4-cü mkr. ərazisində yerləşən “Qartal Restoranında” tanış olmuşdur. Sonradan onunla münasibətləri daha sıx olaraq, aralarında olan münasibətləri sevgi münasibətlərinə çevrilmişdir. Cavabdeh1 işsiz olmaqla, maddi vəziyyəti ağır olduğundan ona azyaşlı övladları ilə birlikdə yaşadığı mənzilin kirayə haqlarının verilməsinə və onun digər maddi xərclərinin təminatına köməklik göstərmişdir. Eləcə də, Cavabdeh1 şəxsi avtomaşın almaq və gözəllik salonu açmaq üçün lazım olan bütün maddi vəsaiti öz şəxsi qazancı hesabına ödəmişdir. Hazırda Cavabdeh1 ona xəyanəti səbəbindən onunla bütün münasibətləri kəsmişdir və həmin şəxsdən tamamilə kənarlaşmışdır. Bundan qəzəblənən Cavabd eh1 əsassız şikayətlərlə müxtəlif instansiyalara, o cümlədən, Nəsimi rayon Polis İdarəsinə müraciətlər etmiş, lakin ərizəsində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından Nəsimi rayon RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuş və aralarında olan mübahisələr mülki mühakimə xarakterli olduğundan aidiyyatı məhkəməyə müraciət etmək hüquqları olması onlara izah edilmişdir. Həmçinin “İNEX MMC” Cavabdeh1 qarşı “borcun tutulması” tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və o da həmin işə 3-cü şəxs qismində cəlb olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 xx.xx.2023-cü il tarixli 2033 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə aldığı “Alexandrite Pro” cihazının 65.000 manat dəyərin dən ödənilməmiş qalan 32.082 manat əsas borc, hesablanmış 437,70 manat cərimə və ödənilmiş 187,56 manat dövlət rüsumu olmaqla, cəmi 32.707,26 (otuz ikimin yeddi yüz yeddi manat 26 qəpik) manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən də görünür ki, cavabdehlə onun arasında “Alexandrite Pro” lazer epilyasiya cihazına olan ödənişlə bağlı da mübahisə vardır. Eləcə də Cavabdeh1 ilə yaxın münasibətdə olarkən, təxminən 2022-ci ilin avqust ayında Cavabdeh1 ona ailə üzvlərinin maddi vəziyyəti yaxşı olmadığından Türkiyədən türk tekstili gətirib satmaq üçün Tovuz rayonunda mağaza icarəyə götürmək üçün 40.000 manat pul lazım olduğunu bildirərək borc istəmişdir. Eyni zamanda Cavabdeh1 qeyd etmişdir ki, ona bu pulu borc olaraq verərsə, borcu 1 il ərzində qaytaracaqdır. Qeyd edilən pul vəsaitini borc olaraq verəcəyinə söz verdikdən sonra Ulduz öz anası Almaz və bacısı Zərnişana məxsus şəxsiyyət vəsiqələrini ona telefon vasitəsilə göndərib ondan xahiş etmişdir ki, həmin borc pulu Tovuz rayonuna, anası və bacısının adlarına göndərsin, o da 2022-ci ilin avqust ayında işgüzar əlaqələrdə olan yaxın tanışı Əlidən xahiş etmişdir ki, Ulduzun anası Cavabdeh3 və bacısı Zərnişanın adına 40.000 manat pul göndərsin. Əli də onun xahişi ilə 3-4 gün ərzində Almazın və Zərnişanın adına Kapital bank vasitəsilə 39.000 manat pul göndərmişdir, həmin vəsaitin 28.000 manatı Zərnişanın adına, qalan 11.000 manatı isə Almazın adına köçürülmüşdür. Köçürülən pul vəsaitləri onlar tərəfindən təhvil alınmışdır. Cavabdeh1 sonradan ondan yenidən əlavə 10.000 manat borc pul istəyərək bi ldirmişdir ki, Türkiyədən mal gətirilməsinə görə pul çatmır və həmin məbləği versə, onu da 1 il ərzində qaytaracaq. O da, Ulduza inandığı üçün hissə-hissə olmaqla, iki dəfəyə 8.000 manat, qalan hissəsini isə irili-xırdalı olmaqla, Ulduzun bank hesabı kartına ümumilikdə 10.000 manat pul vəsaitini borc olaraq köçürmüşdür. Qeyd edilənləri Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin hazırda qüvvədə olan “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarının əsaslandırıcı hissəsində şərh edilən hallar, eləcə də, şahid X13 da təsdiq edə bilər. Cavabdehlərə vermiş olduğu borc məbləğinin qaytarılması barədə onlara şifahi, daha sonra isə borcun qaytarılmasına dair müddət təyin edilməklə xəbərdarlıq edilmiş, lakin bu günədək həmin borc məbləği qaytarılmamışdır. Od ur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Cavabdeh1 iddianı qəbul etməyərək, bildirmişdir ki, əvvəllər ailəli olmuş və 2016-cı ildən rəsmi olaraq boşanmışdır. Birgǝ nigah dövründən iki oğlu və bir qızı var. Boşandıqdan sonra uşaqlarını dolandırmaq məqsədi ilə gözəllik salonunda işləmişdir. Əvvəllər dırnaq ustası işləmiş, lakin sonradan müstəqil olaraq icarəyə götürdüyü gözəllik salonunda qaynaqçı və lazer epilasiya aparatı işlədərək fəaliyyət göstərmişdir. Təxminən 1 ilə yaxındır ki, Nəsimi rayonu ərazisində yerləşən Qartal restoranında olarkən İddiaçı ilə tanış olmuşdur. Onunla tanışlığı sonradan qeyri-rəsmi ər-arvad münasibətlərinə çevrilmişdir. Həmin gündən etibarən onlar mütəmadi olaraq görüşmüşlər. Bir yerdə qalmışlar. Pərviz həyat yoldaşı ilə yaşamadığını bildirərək onunla ailə quracağını demişdir. Öz ailə üzvləri ilə də, qardaşı, bacısı, anası ilə də onu tanış etmişdir. 2023-cü ilin fevral ayının sonlarında Nəsimi rayonu, 4-cü mkr., Mir Cəlal küçəsində yeni tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən obyekti icarəyə götürərək "Diamond Bealuty" gözəllik salonu kimi işlətməyə başlamışdır. Gözəllik salonunu Səadət adlı xanımdan icarə müqaviləsi əsasında və hər ay 1000 manat icarə haqqı ödəməklə icarəyə götürmüşdür. Salonu götürdükdən bir neçə gün sonra Aleksandrit pro markalı lazer aparatını kreditlə almışdır. Ümumi dəyəri 65000 manat olan cihaza görə ilkin ödəniş olaraq 35000 manat pul ödəmiş və qalan hissəsini isə hər ay 1460 manat ödəmək şərti ilə razılaşdırımışdır. Cihazı şirkətin öz nümayəndələri gəlib gözəllik salonunda quraşdırmışlar. Son vaxtlar Pərvizlə münasibətləri pisləşdiyindən ondan ayrılmaq qərarına gəlmişdir. Pərvizlə münasibətləri yaxşı olan zaman Pərviz daim ona maddi kömək etmiş, əvəzsiz olaraq pul və digər qiymətli hədiyyələr bağışlamışdır. Onun adına olan kart hesabına göndərilmiş 10000 manat 2023cü il yanvar ayından mart ayına qədər onun xərcləməsi üçün əvəzsiz olaraq göndərilmişdir. Pərviz tez tez işi ilə əlaqədar rayonlarda olmuş, 2022-ci ilin avqust ayında X15 ərazisində olan zaman o da özü anası Cavabdeh3 yaşadığı Tovuz rayonunda olmuş, Pərviz həmin vaxt şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, işi ilə əlaqədar pul lazım olduğundan işçisi Əlinin onun hesabına pul göndərməsini, onun isə pulu çıxarıb ona verməsini bildirmişdir. Şəxsiyyət vəsiqəsi üzərində olmadığından Pərviz ondan p ulların anası və bacısının hesabına göndərilməsini xahiş etmiş, o da razılaşmışdır. Anası və bacısına 2022-ci ilin avqust ayında müxtəlif vaxtlarda 39 000 manat pul göndərilmiş, həmin pulu Pərvizin özü ilə banka gedərək çıxarmış, elə həmin vaxt da pulları Pərvizin özünə vermişdir.

7. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 izahatındakı xüsusatlara uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

8. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 ifadəsində iddiaçının izahatında qeyd etdiyi xüsusatlara uyğun ifadə verərək əlavə olaraq bildirmişdir ki, Pərvizə dəfələrlə Ulduzun ondan istifadə etməsini və ondan uzaq durmasını demişdir. Lakin Pərviz hər dəfə ona inandığı üçün ondan ayrılmamışdır. 2022-ci ilin avqust ayında Pərviz ond an xahiş etmişdir ki, Pərvizin onda olan pulundan Ulduza 40000 manat borc pul versin. Daha sonra isə bildirmişdir ki, həmin pulun bir hissəsini Ulduzun anası Almaz xanıma, qalan hissəsini isə Ulduzun bacısı Zərnişana göndərsin. O da 2022-ci ilin 23 avqust tarixində 14000 manat pulu Kapital Bank vasitəsi ilə Zərnişana göndərmişdir. Zərnişan da həmin pulu Bankdan təhvil almışdır. Daha sonra isə 26 avqust 2022-ci il tarixdə Ulduzun anası Almazın adına 14000 manat və 30 avqust 2022-ci il tarixdə isə yenidən 11000 manat pulları Kapital bank hesabı ilə göndərmişdir. Cavabdeh3 həmin pul vəsaitlərini bankdan təhvil almışdır. Ümumilikdə Pərvizin tapşırığı ilə 39000 manat pulu Ulduzun bacısı və anasının adına göndərmişdir. Əlavə olaraq isə irili xırdalı müxtəlif məbləğlərdə Ulduzun bank kartı hesabı na pullar göndərmişdir. Pərviz kənd təsərrüfatı mallarının alışı-satışı ilə məşğul olur və işi ilə əlaqədar tez-tez rayonlarda olur. İşi ilə əlaqədar Pərviz Şəmkir rayonunda olarkən ondan xahiş etmişdir ki, ona çatdırmaq üçün Ulduza 10000 manat pul versin. O da Pərvizin onda olan 10000 manat pulunu Ulduza vermişdir ki, Pərvizə çatdırsın. Ulduz isə Pərvizə çatacaq pulun 3000 manatını götürərək özünə İphone 14 pro markalı mobil telefon almışdır və 7000 manatını Pərvizə çatdırmışdır. X16 kreditlə ilkin ödənişini 8000 manat ödəməklə Chevrolet markalı avtomaşın alıb vermişdir. Ulduzla Pərviz arasında yaxın münasibət olduğundan daim Pərviz ona inanaraq Ulduz və uşaqlarına əvəzsiz pul xərcləmişdir.

9. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-374/2024 nömrəli iş üzrə 19 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim X2) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından 39 000 manat və 10000 manat məbləğində pulun cavabdehlərə borc kimi verilməsi halını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Cavabdeh2 hesabına 28 000 manat, Cavabdeh3 hesabına 11 000 manat, Cavabdeh1 kart hesabına isə 10000 manat pulun göndərilməsi halı işdəki sübutlar və tərəflərin izahatı ilə öz təsdiqini tapsa da, iddiaçı həmin məbləğlərin onun tərəfindən cavabdehlərə məhz borc kimi verilməsi halını sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir.

11. Eyni zamanda məhkəmə cavabdehlərin etirazına münasibət bildirərək qeyd etmişdir ki, cavabdehlər cəmi 39000 manatın İddiaçı özünün şəxsiyyət vəsiqəsinin üzəri ndə olmadığından onun xahişi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 hesabına göndərilməsini qeyd etsələr də qeyd etdikləri halı, yəni Pərviz Allahverdiyə verilməsi məqsədilə onların hesabına göndərilməsini təsdiq edəcək sübutları məhkəmə təqdim edə bilməmişlər.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçılə Cavabdeh1 arasında yaxın və etibarlı münasibət (faktiki ailə) yaranmış, bunun nəticəsində də iddiaçı P. Allahverdiyev özünün də izahatında qeyd etdiyi kimi dəfələrlə müxtəlif vaxtlarda Cavabdeh1 pul və digər qiymətli hədiyyələr vermişdir. Hazırki iddia tələbində iddiaçının qeyd etdiyi xx.xx.2023-cü il xx.xx.2023-cü il tarix aralığında Cavabdeh1 kart hesabına göndərilmiş olan 10 600 manat məbləğində pul və iddiaçı X1 tapşırığı ilə X13 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 14 00 0 manat, xx.xx.2022-ci il tarixdə Cavabdeh3 14 000 manat və xx.xx.2022-ci il tarixdə Cavabdeh3 11 000 manat göndərilmiş pul Cavabdeh1 borc kimi deyil, hədiyyə kimi verilmişdir. Belə ki, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə (real bağışlama müqaviləsi bağlananda), yəni bağlanarkən icra edilən bağışlama müqaviləsi şifahi formada bağlanır ( Azərbaycan Respublikası Mülki Məcəllənin 668.1.3-cü maddəsi) Çox vaxt bağışlama müqavilələri bağlanarkən həm də icra edilir. Bu qayda əsasən real bağışlama müqavilələrinə aiddir. Bu cür müqavilələrdə müqavilənin bağlanması ilə hədiyyənin verilməsi arasında vaxt müddəti (vaxt «məsafəsi») olmur. Ona görə də real bağışlama müqaviləsi, bir qayda olaraq, heç bir öhdəlik hüquq münasibəti yaratmır. Göründüyü kimi İddi açılə Cavabdeh1 arasında etibarlı münasibət yaranmış, İddiaçı dəfələrlə Cavabdeh1 əvəzsiz olaraq qiymətli hədiyyələr vermişdir. Sonradan münasibətləri pozulduğundan İddiaçı Cavabdeh1 verdiyi hədiyyələri geri istəmişdir. İddiaçı iddia ərizəsində və izahatında Azərbaycan Respublikası Mülki Məcəllənin 673.1-maddəsində göstərilən əsasların hər hansının mövcudluğunu iddia etməmiş və bu hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, tərəflər arasında olan şifahi bağışlama müqaviləsində cavabdehlər üzərinə hər hansı öhdəlik götürməmiş (işdə iştirak edən şəxslərin izahatı) və belə öhdəliyin pozulması mümkün deyil.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666, 668.1.3, 673.1, 739.1, 740.1, 740.2-ci, Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırki iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlməməklə, maddi-prosessual hüquq normalarının tətbiqi baxımından qanuni və əsaslı hesab edilə bilməz. Məhkə mə iş üzrə müəyyən etdiyi halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamış, eləcə də, iş üzrə gəldiyi nəticələri mötəbər sübutlarla təsdiq edilən faktlarda ifadə etməmişdir. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, məhkəmənin tərəflərin faktiki ailə münasibətlərində olması və iddiaçı tərəfindən cavabdehə edilən köməkliklərin əvəzsiz olması barədə gəldiyi nəticələri tamamilə əsassızdır və heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Belə ki, işin hallarından da, göründüyü kimi, tərəflər arasında hər hansı rəsmi nikah olmamış və onlar bir evdə yaşamaqla birgə təsərrüfat aparmamış, aralarında olan münasibətlər rəsmi ailəsindən gizli sevgi münasibətlərindən ibarət olmuşdur. İddiaçının cavabdehə göstərdiyi müəyyən köməklikləri o, mənəvi borcu kimi həyata keçirmişdir ki, bu da bağışlanma sa yıla bilməz və bu anlama gəlmir. İddiaçı tərəfindən Cavabdeh1 əvəzsiz olaraq, pul və digər qiymətli əşyaların ona hədiyyə şəklində bağışlanmasına dair gəldiyi nəticələri tamamilə əsassızdır. Düzdür, iddiaçı tərəfindən sevgi münasibətlərində olduqları zaman ona müəyyən maddi və məişət köməklikləri göstərilmişdir. Lakin, Birinci İnstansiya Məhkəməsində Cavabdeh1 məhkəməyə verdiyi izahatından da aydın görünür ki, o iddiaçı ilə sevgi münasibətlərində olarkən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mik. Mir Cəlal küçəsində yeni tikilmiş binanın birinci mərtəbəsində yerləşən “Diamon Beauty” gözəllik salonunu Səadət adlı şəxsdən icarəyə götürmüş və ona hər ay 1000 manat müqavilində icarə haqqı ödəməyə razılaşmışdır. Salonu götürdükdən bir neçə gün sonra o, kreditlə lazer aparatı almaq qərarına gəlmiş və bununla bağlı şirkətlə müqavilə bağlamış, həmin müqavilə əsasında ümumi dəyəri 65.000 manat olan cihaza görə ikin ödəniş olaraq, 35.000 manat pul ödəmiş qalan hissəni isə hər ay 1460 manat aylıq ödəniş etmək şərtiylə razılaşmışdır. Həmçinin, Cavabdeh1 iddiaçı tərəfindən avto maşın və digər qiymətli əşyaların alınmasına dair iş materiallarında heç bir mötəbər sübut mövcud deyildir. Eləcə də, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə alınmış “Alexandrite Pro” lazer cihazının müqavilə öhdəliyi üzrə ödənilməmiş 32.707 manat qalıq hissəsinin Cavabdeh1 tutulması qət edilmişdir. Beləliklə, qeyd olunanlardan da göründüyü kimi, iddiaçının mütəmadi olaraq cavabdehə əvəzsiz pul və digər qiymətli əşyalar bağışlanması barədə məhkəmənin gəldiyi nəticələ r subyektiv mülahizələr olmaqla, heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Birinci İnstansiya Məhkəməsi qərəzli şəkildə tərəflərin hüquq bərabərliyi prinsipini pozaraq, iş üzrə şahid qismində dindirilmiş X9 şahid qismində məhkəməyə verdiyi ifadəsini cavabdehin xeyrinə formalaşdıraraq, güya Pərvizin Ulduza əvəzsiz pul xərcləməsi ifadəsini işlətdiyini qeyd etmişdir. Məhkəmə iclasının aparılmış audio-video yazısından da, görünür ki, şahid Əli İmranov “Pərvizin Ulduza əvəzsiz pul xərclənməsi” ifadəsini işlətməmişdir. İddiaçı tərəfindən 39.000 və 10.000 manat məbləğində ümumilikdə 49.000 manat məbləğində pulun cavabdehlərə rəsmi bank vasitəsilə köçürülməsi sübuta yetsə də, Birinci İnstansiya Məhkəməsi həmin məbləğin məhz borc kimi verilməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiy i kimi qərəzli bir nəticəyə gəlməsi tamamilə əsassızdır. Belə ki, həmin pul məbləğinin cavabdehlərə borc şəklində verildiyi iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi” barədə Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü il tarixli Qərarında müəyyən edilmiş hallar, eləcə də, şahid X9 məhkəməyə verdiyi izahatda da, bir daha öz təsdiqini tapsa da, məhkəmə nədənsə işin bu hallarını sübut kimi dəyərləndirməmişdir. İddia tələbinin əsaslarından da, göründüyü kimi, tərəflər arasında münasibətlər Cavabdeh1 iddiaçıya digər bir şəxslə xəyanəti nəticəsində pozulmuşdur. İddiaçı münasibətlərinin son vaxtlarında ondan şübhələndiyindən onun borc şəklində istədiyi məbləğin qaytarılmasına gümanı və etibarı olmadığından qeyd olunan məbləğin ona verdiyini sübut etmək və bu məbləğin gələcəkdə geri qaytarılmasını təmin etmək üçün məhz sözügedən pul vəsaitini ona rəsmi bank vasitəsilə göndərmişdir. İşdən göründüyü kimi, o sahibkarlıq fəaliyyətiilə məşğul olduğundan və işinin xarakteri kənd təsəsrrüfatı məhsullarının nəğd alışından ibarət olduğundan, o, sözügedən pul vəsaitini cavabdehə nəğd qaydada vermək imkanı olsa da, həmin vəsaitin qaytarılmamasından ehtiyatlanaraq, onu köçürmə yolu ilə bir hissəsini Cavabdeh1, qalan hissəsiniisə onun anası və bacısıadına göndərmişdir. Məhkəmənin hazırki iş üzrə gəldiyi nəticələri qərəzli və əsassızdır.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1463/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - X7 (sədrlik edən məruzəçi), X6 və X10) apellyasiya şikayəti qismən təmin edilmi ş, Şəmkir Rayon Məhkəməsinin e2(076)-374/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 14000 (on dörd min) manat və Cavabdeh3 11000 (on bir min) manat pulun tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 121 manatının Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

17. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehlərin hesabına müxtəlif məbləğlərin köçürülməsi təsdini tapmışdır. Lakin, iddiaçı tərəfindən həmin pulların cavabdehlərə borc olaraq verilməsini təsdiqləyəcək sübutlar məhkəmə təqdim edilməmişdir. Yalnız Cavabdeh1 iz ahatında Cavabdeh2 və Cavabdeh3 hesabına köçürülən pulların iddiaçının tanışı tərəfindən iddiaçıya verilməsi üçün onların adına göndərildiyini və həmin pullarından hesabdan çıxarılaraq iddiaçıya ödənildiyini qeyd etmişdir. İddiaçı digər məbləğlərin cavabdehlərə borc verdiyini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası tərəflər arasında yaranmış münasibətləri tapşırıq müqaviləsi kimi qiymətləndirir. Həmçinin Cavabdeh1 izahatında pulların iddiaçının tanışı tərəfindən iddiaçıya verilməsi üçün onların adına göndərildiyini və həmin pullarından hesabdan çıxarılaraq iddiaçıya ödənildiyini qeyd etsə də, pulların iddiaçıya ödənilməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan iddiaçının tapşırıq müq aviləsi əsasında ona çatdırılması üçün Cavabdeh2 və Cavabdeh3 hesabına köçürülən pulların iddiaçıya çatdırılması təsdiqini tapmadığı üçün iddia tələbi qismən, yəni cavabdehlər Cavabdeh3 11.000 AZN və Cavabdeh2 qızından 14.000 AZN tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı Cavabdeh3 11.000 manat və Cavabdeh2 qızından 28.000 AZN, ümumilikdə cavabdehlərdən müştərək qaydada 49.000 AZN pulun tutularaq ona ödənilməsini xahiş etsə də, xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, X13 tərəfindən Cavabdeh2 hesabına xx.xx.2022-ci il tarixdə 14.000 manat məbləğində, Cavabdeh3 hesabına xx.xx.2022-ci il tarixdə 14.000 manat məbləğində və xx.xx.2022-ci il tarixdə 11.000 manat məbləğində pul köçürürülmüşdür.

18. İddianın cavabdehlərdən müştərək qaydada 49000 manat tutulm ası hissəsi ilə bağlı məhkəmə kollegiya qeyd etmişdir ki, iddiaçı hər bir cavabdehin ünvanına ayrıayrılıqda köçürdüyündən iddia tələbi müştərək qaydada tutulması ilə bağlı hissədə əsassız olduğundan təmin edilməməlidir.

19. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh1 borcun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 borc verdiyini qeyd etsə də, borc verilməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşdə olan qəbzlərin sürətindən xx.xx.2023-cü il tarixində 300 manat, xx.xx.2023-cü il tarixində 4000 manat, xx.xx.2023-cü il tarixində 300 manat, xx.xx.2023- cü il tarixində 100 manat, xx.xx.2023-cü il tarixində 4000 manat, xx.xx.2023-cü il tarixində 500 manat, xx.xx.2023-cü il tarixində 500 manat, xx.xx.2023-cü il tarixində 400 manat, xx.xx.2023-cü il tarixində 500 manat Q****** U****** E***** məxsus bank kartına pul köçürülməsi təsdiqini tapsa da, həmin pulların borc olaraq Cavabdeh1 verilməsi təsdiqini tapmamışdır.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 779.1, 1091.1, 1092.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 81, 88, 217.3, 384.0.2, 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə prosesində iştirakını təmin etməyərək çəkişmə prinsipini pozmuş, cavabdehin iddia tələbinin rədd olunmasına yönəltdiyi və məhkəmə araşdırmasına təqdim edilmiş sübutları sübut kimi qəbul etməməklə və onları sübut kimi qiymətləndirməməklə, obyektiv araşdırma aparmamış, işə qərəzli yanaşmış, bununla da cavabdehin qərəzsiz məhkəmə müdafiəsinə təminat verilməsi kimi konstitusion hüququnu pozmuşdur

23. Həmçinin, apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı olduğu halda, buna əhəmiyyət verməmişdir. Halbuki, iş materiallarına əlavə olunan bank hesabı çıxarışlarından da göründüyü kimi, cavabdehin hesabına iddiaçı yox, başqa şəxs tərəfindən pul köçürülmüşdür. Yən i, iddiaçının bu iddia tələbini məhkəmədə irəli sürmək üçün subyektiv hüququ mövcud olmamışdır.

24. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olduğu halda məhkəmə heç bir ciddi əsaslandırma etmədən sadəcə formal mülahizələrə əsaslanıb iddiaçının formal mülahizələrinə qiymət verərək yekun məhkəmə qətnaməsi çıxarmışdır.

25. Qətnamədə məhkəmə bir tərəfdən, yalnız cavabdehin formal mülahizələrini və gümanlarını qeyd edib, eləcə də gəldiyi nəticənin hansı sübutlara söykəndiyini əsaslandırmayıb, digər tərəfdən, MPM-in 220.4-cü maddəsinin tələblərini pozaraq, iddiaçının istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün heç bir dəlil gətirməmiş, sübutlara düzgün qiymət verməyərək, qanuni və əsaslı qərar çıxarmamışdır.

26. İşə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəmələri cavabdehin təqdim etdiyi sübutları qəbul etməməklə, onlara hüquqi qiymət verməməklə həqiqətə nail olmaq, işin hərtərəfli və obyektiv tədqiqi məqsədi daşıyan araşdırma aparmamış, iddiaçının sübutlarını araşdırmamış və onlardan istifadə etməmişdir.

27. Qətnamədən həmçinin, Cavabdeh3 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətinin məzmunu Cavabdeh2 kassasiya şikayətinin məzmunu ilə eyniyyət təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh3 gözləri görmür və etibarnamənin məzmunundan göründüyü kimi, gözlərinin görməməsi səbəbin dən etibarnaməni şahidin iştirakı ilə vermişdir. Gözləri görməyən insanın kimdənsə pul götürməsi, kartına gələn pulu qəbul etməsi mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

31. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

32. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla, iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

48. Bu mənada, kollegiya kassasiya şikayətinin Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməməsi ilə bağlı dəlilini əsaslı hesab etmir və qeyd edir ki, iş materiallarında olan qəbzlərdən də göründüyü kimi, cavabdehlərin istifadəsində olan mobil telefonlara SMS bildirişlər göndərilməklə, onlar bununla bağlı xəbərdar edilmişdir. Bundan başqa, məhkəmə iclasının vaxtı və yeri ilə bağlı kağız daşıyıcıda olan bildirişi Cavabdeh2 şəxsən imzalamaqla qəbul etmişdir.

49. Həmçinin, məhkəmə kollegiyası Cavabdeh3 gözlərinin görməməsi və onun bankdan pul götürməsinin mümkünsüz olması ilə bağlı dəlili də əsassız hesab edərək qeyd edir ki, əvvəla, cavabdehlər bu halı nə birinci, nə də apellyasiya instansiya məhkəmələrində mübahisələndirməmişlər. Həmin məhkəmə proseslərində qeyd edilən pul məbləğinin cavabdehlərin bank kartlarına köçürülməsi və onlar tərəfindən qəbul edilməsi mübahisə predmeti olmamışdır. Mübahisə bu məbləğin sonradan iddiaçıya verilibverilməməsi ilə bağlı olmuşdur.

50. Kass ator onun sübutlarının məhkəmə tərəfindən qəbul edilməməsinə və araşdırılmamasına istinad etsə də, onun işin yekun nəticəsi üçün əhəmiyyətli olan hansı sübutları təqdim etdiyini dəqiqləşdirməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, AİHMnin presedent hüququna əsasən, milli məhkəmələr tərəfilərin vermiş olduqları hər bir arqumentə cavab vermək kimi bir öhdəlik daşımır. Yalnız işin yekun nəticəsi üçün əhəmiyyətli olan arqumentlərə cavab verilməməsi Konvensiyanın 6-cı maddəsi ilə təmin edilmiş ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə nəticələnə bilər. AİHM öz qərarlarında bununla bağlı dəfələrlə təkrarlamışdır ki, məhkəmə icraatında tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab vermək tələb olunmasa da, əsaslandırma vermək öhdəliyi, icraatın nəticəsi üçün həlledici olan arqumentlərə konkret və açıq şəkildə cavab verilməsini nəzərdə tutur (Bax: X3rşı (no. 2) [Böyük Palata], № 19867/12, § 84, 11 iyul 2017).

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2(104)-1463/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar