Məhkəmə qərarları › İş №2(102)-7845/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7845/2019

17.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7845/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Yolçuyev Ruhin Bilman oğlunun, üçüncü şəxslər X7, X3, X8 iştirakları ilə, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Məhdud Məsuliyy ətli Cəmiyyəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı insan sağlamlığına təhlükə törədən karxananın qanunsuz fəaliyyətinin dayandırılması tələbinə dair iddia ərizəsi iləməhkəməyə müraciət etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X11, X9, X12, X10 eyni tələblə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı insan sağlamlığına təhlükə törədən karxananın qanunsuz fəaliyyətinin dayandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Qasımov, iş № 2(008)-305/2018) İddiaçı, üçüncü şəxslər X11, X9, X12 və X5 Cavabdeh-yə qarşı“daş istehsalı ilə bağlı fəaliyyətin dayandırılması" barədə iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Vəliyev (məruzəçi), X.Mərdanova, E.Həsənov, iş № 2(103)-5728/2018) iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Dəmirov, iş № 2( 102)-8181/2018) İddiaçı, üçüncü şəxslər X9, X11, X12, X10 və onların vəkili Bağırov Sadiq Tofiq oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli, 2(103)-5728/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (məruzəçi), V.Həsənov, X.Sarıyev, iş № 2(103)-3671/2019) iddiaçı və üçüncü şəxslər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(008)- 305/2018 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməsi, mübahisə predmeti barəsind ə müstəqil tələb irəli sürən üçüncü şəxslər X11, X9, X12, X10 tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməsi, Cavabdeh-nin daş istehsalı ilə bağlı fəaliyyətinin dayandırılması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Yolçuyev Ruhin Bilman oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı oğlunun, üçüncü şəxslər X7, X3, X8 izahatları dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştir akı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kas sasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən, 4161 “a” saylı bağ evində yaşayır və həmin bağ evi 16 mart 2010-cu il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə onun adına qeydə alınmışdır. Üçüncü şəxslər də həmin ünvanda ayrı-ayrı bağ evlərində yaşayırlar. SSRİ X17 X4 və Dağ-Mədən Nəzarəti Komitəsi tərəfindən verilmiş “Dağ-mədən ayırması” aktına əsasən yerin təki sahəsindən yeraltı (açıq) üsulla “Nardaran”əhəng yataqlarının işlənib hazırlanması məqsədilə “Nardaran karyer təsərrüfatı xüsusi məişət təmir-tikinti” Trestinə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən, 1, 2, 3, 4, 4 a, 13, 14, 15, 16, 17, 18, 19, 20 saylı künc nöqtələri ilə nömrələnmiş 34,5 ha ərazidə dağ mədən işlərinin həyata keçirilməsinə icazə verilmiş və “Dağ mədən ayırması” aktı 05 noyabr 1988-ci il tarixdə 10nömrə ilə Komitənin reyestr kitabında qeydiyyata alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 06 iyul 1994-cü il tarixli qərarı ilə “Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi 1 saylı X19 X1 dövlət qeydiyyatına alınmaqla, həmin təşkilatın hüquq i şəxs kimi rəsmi fəaliyyətinə icazə verilmişdir. Sonradan həmin təsərrüfatın hüquqi varisi kimi onun bazasında Cavabdeh təsis edilmiş və 10 mart 2003-cü il tarixdə Cəmiyyətin Nizamnaməsi dövlət qeydiyyatına alınmaqla, bu barədə Cəmiyyətin adına 0103-P7-37400 saylı “Dövlət qeydiyyatı haqqında” Şəhadətnamə verilmişdir. Hazırda Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X23 təsərrüfatının ərazisində yerləşir. Fövqəladə Hallar Nazirliyi tərəfindən cavabdeh təşkilata Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X23 təsərrüfatının ərazisində 5 il müddətində “dağ-mədən işləri, dağ və buruq qazmaları”nın aparılmasına qeydiyyat nömrəsi FHN/40-01296 olan 28 noyabr 2013-cü il tarixli lisenziya verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cavabdeh tə şkilata Bakı şəhəri, Sabunçu rayonunda yerləşən, Markşeyder planı üzrə 1, 2, 3, 4, 5, 6, 7 və 8 künc nöqtələri ilə nömrələnmiş 5,0 ha ərazidə yerin təki sahəsindən açıq (yeraltı) üsulla “Nardaran” əhəngdaşı yatağında mişar daşı istehsalı üçün 5 il müddətində qüvvədə olmaqla 00879 saylı “Dağ-mədən ayırması” aktı verilmiş və bu akt 09 sentyabr 2014-cü il tarixdə Nazirliyin reyestr kitabında 879 nömrə ilə qeydiyyata alınmışdır. 19 iyun 2012-ci il tarixli Çıxarışa əsasən yalnız Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1-ci küçə, Maştağa-Nardaran Dənizkənarı şossesi 6-cı km-də, istifadə olan 0,02709 ha torpaq sahəsində yerləşən və sahəsi 212,1 kv.metr olan qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə cavabdeh təşkilatın adına qeydə alınmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətra f Mühit üzrə Milli Monitorinq departament tərəfindən 09.07.2018-ci il tarixdə sözügedən karxanada və karxana ətrafında yerləşən yaşayış məntəqəsində monitorinq işləri həyata keçirilmiş və müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə normadan artıq təsir göstərildiyi müəyyənləşdirilmişdir. Monitorinq nəticələrinə əsasən, XXX MMC ərazisində kombaynın yaxınlığında toz 8.7 mq/m3, səs küy 84.8 dBA, yaşayış binasının qarşısında toz 6.8 mq/m3, səs küy 68.3 dBA olmuşdur. Yaşayış məntəqələrində yol verilən qatılıq həddi, toz üçün 0.5 mq/m3, səs küy üçün 60.0 dBA olduğundan kombaynın yanında toz 17.4 dəfə, səs-küy 1.4 dəfə, yaşayış binasının qarşısında isə toz 13.6 dəfə, səs-küy 1.1 dəfə yol verilən qatılıq həddindən yüksək olmuşdur. Fövqəladə Hallar Nazirliyi tərəfindən “dağ-mədən işləri, d ağ və buruq qazmaları”nın aparılması üçün cavabdeh təşkilatın adına verilmiş lisenziyanın müddəti 28 noyabr 2018-ci il tarixdə artıq bitmişdir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cavabdeh təşkilatın adına verilmiş 09 sentyabr 2014-cü il tarixli, 00879 nömrəli “Dağ-mədən ayırması” aktının qüvvədə olma müddəti isə cavabdeh təşkilat tərəfindən yerin təkindən istifadəyə dair qanunvericiliyin tələblərinin pozulması aşkar edildiyindən 14 dekabr 2018-ci il tarixli, 63/ü saylı əmrlə dayandırılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə, dövlət ətraf mühitin qorunmasına, vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait yaradılmasına, eləcə də tibbi sanitariya və tibbi sosial yardıma təminat verir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinə əsasən, ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların-sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq; ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyət orqanlarına və təşkilatlarına müraciət etmək; insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdir ilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək; ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq və sair hüquqları vardır; 41-ci maddəsinin tələbinə görə, müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə lahiyədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir; 59-cu maddəsinin 2-ci bəndinə əsasən, ətra f mühitə zərərli təsir göstərən fəlaiyyətlə bağlı olan vəzifəli şəxslər məcburi qaydada lazımı ekoloji hazırlığa və ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin əsaslarına dair biliklərə malik olmalıdırlar. "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi; yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi və sair hallar yerin təki istifadəçisinin vəzifəsi sayılır; 11-ci maddəsinə əsasən, əgər yaşayış məntəqələrinin, şəhər ətrafı zonaların, sənaye, nəqliyyat və rabitə obyektlərinin ərazilərində yerin təkindən istifadə insanların həyat və sağlamlığına təhlükə törədərsə, təsərrüfat obyektlərinə və ya ətraf mühitə zərər vurarsa, o, qismən v ə ya tamamilə qadağan edilə bilər; 18-ci maddəsinə əsasən, xüsusi razılığın və ya icazənin qüvvədə olma müddəti qurtardıqda; xüsusi razılıq və ya icazə hüququndan məhrum edən faktlar meydana çıxdıqda yerin təkindən istifadə hüququna xitam verilir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin iş üzrə 27.06.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə xitam verilməsinin əsası kimi aşağıdakılara istinad etmişdir: 1) iddiaçılar dəfələrlə rəsmi qaydada Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 09 sentyabr 2014-cü il tarixdə cavabdeh, yəni Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş “Dağ-mədən ayırması” aktının fəaliyyətinin dayandırılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş, müraciətləri cavabsız q aldığına görə həmin iddia ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh-nin fəaliyyətinin dayandırılması məsələsi bu fəaliyyətə icazə vermiş inzibati orqanın qərarı ilə həll oluna bilər. Əgər iddiaçılar müraciətlərinə cavab verilməməsindən narazı qalmışlarsa, müvafiq məhkəməyə həmin orqana qarşı müvafiq iddia ilə müraciət edə bilərdilər. 2) Cavabdeh sovet dövründə əhəngdaşı yatağı kimi qeydə alınmış, dövlət orqanı tərəfindən daş istehsalı məqsədi ilə “Dağ-mədən ayırması” aktı əsasında müəssisəyə ayrılmış ərazidə fəaliyyət göstərir. İstifadələrinə verilmiş ərazi 34.5 hektar sahədə eyrləşməklə sənaye təyinatlı torpaq sahəsidir və dövlətin mülkiyyətindədir. 3) Apelyasiya instansiyası məhkəməsi qətnaməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 03 may 2019-cu il tarix li məktubuna istinad edərək 09.07.2018-ci il tarixli monitoring nəticələrinə əsasən belə qənaətə gəlmişdir ki, daş istehsalı ilə əlaqədar səs küy və tozun qatılıq həddi yol verilən normadan yüksəkdir. Apelyasiya instansiyası məhkəməsi həmin sənədə istinad etsə də yoxlamanın qanuniliyini araşdırmamış, yoxlamada İqtisadiyyat Nazirliyinin və müəssisənin əməkdaşlarının iştirakının təmin olunmamsını nəzərə almamışdır. 4) Apelyasiya instansiyası məhkəməsi həmçinin ona istinad etmişdir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən cavabdeh təşkilata verilmiş lisenziyanın müddəti 28 noyabr 2018-ci il tarixdə başa çatmışdır. Halbuki Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 saylı fərmanının 5.1-ci bəndi ilə qeyd edilən lisenziyalar müddətsiz hesab edilmişdir. 5) Ekologiya v ə Təbii Sərvətlər Nazirliyi tərəfindən cavabdeh təşkilatın adına verilmiş 09 sentyabr 2014-cü il tarixli 00879 nömrəli “Dağ-mədən ayırması” aktının qüvvədə olma müddəti 14 dekabr 2018-ci il tarixli 63/ü saylı əmrlə dayandırılmışdır. Cavabdeh tərəfindən həmin əmr məhkəmə qaydasında mübahisələndirilir. 6) Ali Məhkəmənin qərarında istinad olunan “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun istinad edilən normalarına əsasən qeyd edilmişdir ki, yerin təkindən istifadə hüququnun məhdudlaşdırılması və ya ona vaxtından əvvəl xitam verilməsi xüsusi razılıq və ya icazə verən orqan tərəfindən həyata keçirilməlidir. Bu barədə məhkəmə qərarının 6-cı səhifəsinin 4-cü abzasında qeyd edilmişdir. Yəni Ali Məhkəmə dolayısı ilə bu məsələnin inzibati icraat qaydasında həll edilməli olduğunu vurğulamı şdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia tələbi “cavabdeh təşkilatın Nardaran qəsəbəsi yaşayış məntəqəsinin çox yaxınlığında texniki göstərişlərə cavab verməyən ətraf mühit və yaşayış məntəqələrini daş tozuna qərq etməklə fəaliyyət göstərməsi, dəfələrlə rəsmi qaydada Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Ayırma Aktı”nın ləğv edilməsi və həmin karxana təsərrüfatının insan həyatı üçün təhlükəli fəaliyyətinin dayandırılması barədə müraciət edilməsinə baxmayaraq heç bir tədbirlərin görülməməsi” ilə əsaslanıdırlmışdır. İddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququna malik olması, o cümlədə n Konstitusiyanın 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığının qorunması, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 10-cu maddəsinə əsasən dövlətin ətraf mühitin qorunmasına təminat verməsi, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən vətəndaşların sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq, insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini tələb etmək hüququ, həmin qanunun 41-ci maddəsinin tələbinə görə müəssislərin, qurğuların və başqa obyektlərin istismara ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilm əsi şərti ilə həyata keçirilməsi, o cümlədən “Yerin təki haqqında” Qanunun 9, 11, 18, 21, 22-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, sağlam ətraf mühitdə yaşamaq hüququ konstitusiya ilə təminat verilən hüquq olmaqla önəm kəsb edir, təkcə hazırkı dövrdə yaşayanların deyil, həm də gələcək nəslin sağlam inkişafı üçün olduqca böyük əhəmiyyətə malikdir. Ətraf mühitin korlanması, ona zərər yetirilməsinə, ekoloji tarazlığın pozulmasına yönəlmiş hər bir hərəkətin qarşısı alınmalı, sağlam ekoloji mühit qorunmalı, insanların sağlamlığı və təbiətin mühafizəsi üstün müdafiə ilə təmin olunmalıdır. Bu cəhətdən iddiaçıların sağlam ətraf mühitdə yaşamaq hüququ, ekoloji mühitin qorunması baxımından əsaslandırılan iddiaları diqqəti cəlb edir. Cavabdeh-nin Sabunçu rayonu, Ləh iş bağ massivində daş istehsalı ilə bağlı fəaliyyətinin dayandırılması barədə iddia tələbi həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti ya da qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir müddəalarının nəzərə alınmasını şərtləndirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müəyyən etdiyi təcrübəyə müvafiq olaraq lisenziya əsasında fəaliyyətin dayandırılması “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Pr otokolun birinci maddəsində, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbitini tapmış mülkiyyət hüququna da müdaxiləni təşkil edə bilər. Məsələn İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, biznes fəaliyyətinin aparılması üçün lisenziya mülkiyyət təşkil edir; onun geri alınması 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqa müdaxilədir (“Megadat.com SRL” Moldovaya qarşı, “Bimer S.A.” Moldovaya qarşı qərarlar) Geri alınması avtomatik olaraq bankın məcburi qaydada ləğv edilməsinə səbəb olan bank lisenziyası “mülkiyyət” hesab edilir (“Kapital Bank AD” Bolqarıstana qarşı qərar). Bundan başqa, yayım tezlikləri ayırmadan ümummilli yerüstü teleyayım üçün verilən lisenziya öz mahiyyətindən məhrum olunmuş sayılır (“Çentro Europa 7 S.R.L.” və di Stefano İta liyaya qarşı qərar). Analoji olaraq, ərizəçinin adi kənd təsərrüfatı biznesi ilə əlaqədar olan midi (molyusk) ovu icazəsi “mülkiyyət” hesab edilir və midi ovunun müvəqqəti qadağan olunması həmin icazəyə məhdudiyyət tətbiq edilməli sayılır (“O`X15 Development Ltd” İrlandiyaya qarşı qərar). Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibəti hüquqi cəhətdən dəyərləndirilərkən, sağlam ətraf mühitdə yaşamaq hüququ, mülkiyyət hüququ, azad sahibkarlıq hüququ, həmçinin hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüquqları arasında tarazlıq müəyyən edilməsinə nail olunmalıdır. İddiaçı Bakı şəhəri Sabunçu rayon məhkəməsinə ünvanlandığı iddia ərizəsində “İşin halları” bölməsində tələbinin faktiki halı k imi Cavabdeh-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 09 sentyabr 2014-cü il tarixli 00879 saylı Ayırma Aktına əsasən fəaliyyət göstərməsinə əsaslanmış, müvafiq maddi hüquq normalarına istinad edərək Cavabdehnin daş istehsalı ilə bağlı fəaliyyətinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edildiyi kimi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, hazırki iddia tələbi inzibati-iqtisadi məhkəməyə aid olduğu halda ümumi məhkəməyə (Bakı şəhəri Sabunçu rayon məhkəməsi) verilmiş və həmin məhkəmədə baxılmaqla tərəfin işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ pozulmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətini cavablandırmaq, yəni tərəfin ədalətli məhkəmə baxışına olan hüququnu təmin etmək baxımından hə min məsələni dəyərləndirmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası vətəndaşları məhkəmə qarşısında bərabər hüquqlara malikdirlər. Ona görə də hər kəs mülki- hüquqi mübahisə yarandığı təqdirdə hüquq və vəzifələrinin yaranmasının məhkəmə tərəfindən yoxlanılması hüququna malikdir. Bu hüququn həyata keçirilməsi şərtlərindən biri də məhkəmə aidiyyəti ilə bağlı qanunvericilik müddəalarına riayət edilməsidir. Məhkəmə aidiyyəti müəyyən kateqoriya işlərə baxılıb həll edilməsi ilə bağlı məhkəmə səlahiyyətlərinin fərqləndirilməsi, aidiyyəti isə məhz qanun əsasında yaradılmış hansı məhkəmədə baxılmasını ehtiva edir. Konstitusiyanın qanuni məhkəmə hüququnu müəyyən etməsi vətəndaşın qanun və məhkəmə qarşısında bərabərlik prinsipinə əsaslanan, qanuni qaydada yaradılmış, məhz həmin işlərə baxılması üçü n səlahiyyətləndirilmiş, lazımi tələblərə cavab verən hakimlərdən ibarət tərkibdə işə baxılmasını ehtiva edir. Bu prinsipin realizasiyasının əsas şərti ondan ibarətdir ki, hər kəs mülki hüquq və vəzifələrinin müəyyən edilməsi ilə bağlı işi məhkəməyə verilərkən işinə hansı məhkəmədə baxılacağını bilmiş olsun. Cavabdeh-nin daş istehsalı ilə bağlı fəaliyyəti yerin təkindən istifadə ilə bağlı olduğuna görə yerin təkindən istifadə münasibətlərinə aiddir. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununu Preambulasında qeyd olunur ki, Bu Qanun Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində yer təkinin öyrənilməsi (axtarış, kəşfiyyat), onun səmərəli istifadəsi, mühafizəsi və görülən işlərin təhlükəsizliyi ilə əlaqədar müna sibətləri tənzimləyir, yerin təkindən istifadədə dövlətin, yer təki istifadəçilərinin və vətəndaşların mənafelərinin qorunmasını təmin edir. Həmin qanunun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. Yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. Cavabdeh yerin təkindən istifadə üçün icazələr almış və onların yerin təkindən istifadə hüququ yaranmışdır. Qanunun 10-cu maddəsi müəyyən edilir ki, yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağmədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Dağ-mədən ayırmasının ilkin hüdudları dağ-mədən ayırması statusu verilərkən müəyyən edilir. Qanunun 13-cü maddəsinə əsasən, yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Mülki işin materialları ilə müəyyən edilir ki, Cavabdeh-yə yerin təkindən istifadəyə icazəni qanunla müəyyən edən orqanlar vermişdir. Mə hkəmə kollegiyası qeyd edir ki, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunu istifadə hüququnun xitamı və məhdudlaşdırılması (dayandırılması və ləğvi) əsasları və qaydasını müəyyən edən 18 və 19-cu maddələrinə 2019-cu ilin 22 oktyabrında dəyişiklik edilmiş, ona görə də qanunu həm hüquqi münasibətlərin ilkin olaraq yarandığı vaxtın, həm də hazırkı normaların məzmununa istinad olunacaqdır. Qanun əvvəlki variantda 18 və 19-cu maddələri aşağıdakıları nəzərdə tuturdu. Maddə

18. Yerin təkindən istifadə hüququnun xitamının və məhdudlaşdırılmasının əsasları. Yerin təkindən istifadə hüququna aşağıdakı hallarda xitam verilir: 1) xüsusi razılığın və ya icazənin qüvvədə olma müddəti qurtardıqda; 2) xüsusi razılıq və ya icazə sahibi yerin təkindən istifadə hüququndan imtina etdikdə; 3) xüsusi razılıq və ya icazə hüququndan məhrum edən faktlar meydana çıxdıqda. Xüsusi razılıq və ya icazə verən orqan aşağıdakı hallarda yerin təkindən istifadə hüququnu məhdudlaşdıra və ya ona vaxtından əvvəl xitam verə bilər: 1) yerin təkindən istifadə ilə əlaqədar işlər aparılan sahələrdə yaşayan və işləyən əhalinin həyat və sağlamlığına qarşı bilavasitə təhlükə yaranarsa; 2) yer təkinin istifadəçisi xüsusi razılığın şərtlərini pozarsa; 3) yer təkinin istifadəçisi yerin təkindən istifadə qaydasını müntəzəm surətdə pozarsa; 4) fors-major vəziyyəti (təbii fəlakətlər, hərbi əməliyyatlar və sairə) yaranarsa; 5) yer təkinin istifadəçisi xüsusi razılıqda icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa; 6) yerin təkindən istifadə hüququ verilmiş subyekt ləğv edil ərsə; 7) xüsusi razılıq və ya icazə sahibinin təşəbbüsü ilə. Maddə

19. Yerin təkindən istifadə hüququnun xitamı və məhdudlaşdırılması qaydası. Xüsusi razılıq və ya icazə sahibi yerin təkindən istifadədən imtina etdikdə xüsusi razılığı vermiş müvafiq icra hakimiyyəti orqanını azı 6 ay əvvəl rəsmən xəbərdar etməlidir. Xüsusi razılıq və ya icazə sahibi yerin təkindən istifadə hüququndan xüsusi razılıqda göstərilmiş vaxtdan əvvəl imtina etdikdə, xüsusi razılığı verən müvafiq icra hakimiyyəti orqanına dəymiş zərəri ödəməlidir. Yer təki istifadəçisinin rəsmi xəbərdarlığından sonra bu Qanunun 18-ci maddəsinin ikinci hissəsinin 1 və 4-cü bəndlərində nəzərdə tutulmuş hallarda səlahiyyətli orqanların qərarı ilə yerin təkindən istifadə dayandırılır. Bu halda müəssisənin təqsiri yoxdursa, onun konserv asiyasına və ya ləğvinə çəkilən xərclər dövlət tərəfindən ödənilir. Əgər yerin təkindən istifadə 18-ci maddənin ikinci hissəsinin 1-ci (müəssisənin təqsiri olduğu halda), 2-ci və 3-cü bəndlərində göstərilmiş səbəblərə görə və ya yer təki istifadəçisinin təşəbbüsü ilə dayandırılarsa, müəssisənin konservasiyasına və ya ləğvinə çəkilən xərclər yer təkinin istifadəçisi tərəfindən ödənilir. Bu Qanunun 18-ci maddəsinin ikinci hissəsinin 2-ci, 3-cü, 5-ci bəndlərində göstərilən hallar baş verərsə və xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun xitamı və ya məhdudlaşdırılması haqqında qərar qəbul edilir. Yerin təkindən istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olan hallar və şərtlər aradan qaldırıldığı təqdirdə, bu hü quq tam bərpa oluna bilər. Yerin təkindən istifadə hüququnun dayandırılması müddəti, yer təki istifadəçisinin təqsiri olmadığı halda, xüsusi razılığın və ya icazənin ümumi müddətinə daxil edilmir. Yerin təkindən istifadə hüququna vaxtından əvvəl xitam verilmiş və ya bu hüququ məhdudlaşdırılmış fiziki və hüquqi şəxs bununla razı olmadıqda məhkəməyə müraciət edə bilər. Beləliklə qanun yerin təkindən istifadə hüququna xitamın və bu hüququn məhdudlaşdırılmasının (dayandırma) həm əsaslarını, həm qaydasını müəyyən etmişdir. Qanuna müvafiq olaraq məhz xüsusi razılıq və ya icazə verən orqan bir sıra hallarda, o cümlədən yerin təkindən istifadə ilə əlaqədar işlər aparılan sahələrdə yaşayan və işləyən əhalinin həyat və sağlamlığına qarşı bilavasitə təhlükə yarandıqda, yerin təkinin istifadəçisi xüsu si razılığın şərtlərini pozduqda və s. yerin təkindən istifadə hüququnu məhdudlaşdıra (məsələn dayandıra) bilər. Bu məhdudlaşdırma Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilməli idi. Həmin maddə istifadə hüququnun dayandırılmasının xüsusi qaydasını nəzərdə tutur. Bu qaydaya müvafiq olaraq dayandırmanı dövlət orqanı həyata keçirməlidir. İddiaçılar həmin orqana müraciətdən sonra onun qəbul etdiyi qərardan razı qalmadıqda isə inzibati-iqtisadi məhkəməsinə müraciət etməyə haqlıdırlar. Məhkəmə kollegiyası iddia ərizəsində ifadə olunmuş bir fikirə – yəni, iddiaçıların Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq heç bir tədbirin görülməməsinə də münasibət bildirməyi zəruri hesab edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qa nununun 20-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Qanunun 28-ci maddəsi müəyyən edir ki, fiziki və hüquqi şəxsin ərizəsi inzibati icraatın başlaması üçün əsasdır. Qanunun 67-ci maddəsi nəzərdə tutur ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzib ati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunun 71-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəsl in qaydalarına uyğun olaraq şikayət verilə bilər. Yalnız aşağıdakı hallarla bağlı aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana (bundan sonra - şikayət instansiyası) şikayət verilə bilər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi ilə inzibati mübahisələrin məhkəmə aidiyyəti məsələsi tənzimlənir. Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), həmçinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulma sına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibatiiqtisadi məhkəmələri tərəfindən həyata keçirilir. Hazırda “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunu aşağıdakıları müəyyən edir: Maddə

18. Yerin təkindən istifadə hüququnun dayandırılmasının və ləğvinin əsasları. Yerin təkindən istifadə hüququ aşağıdakı hallarda dayandırılır: 1) bu Qanunun 21-ci maddəsinin tələbləri pozulduqda; 2) yer təkinin istifadəçisi yerin təkindən istifadə qaydasını təqvim ili ərzində pozarsa; 3) fors-major vəziyyəti (təbii fəlakətlər, hərbi əməliyyatlar və sairə) yaranarsa; 4) yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa; 5) “Lisenziyalar və icazələr haqqında” Azərba ycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda. Yerin təkindən istifadə hüququ “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ləğv edilir. Maddə

19. Yerin təkindən istifadə hüququnun dayandırılması, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydası Yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Yerin təkindən istifadə bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallarda dayandırıldıqda, yer təki sahəsinin konservasiyasına və ya ləğvinə çəkilən xərclər hüquqi və fiziki şəxslərin təqsiri olmadığı hallarda dövlət tərəfindən ödənilir. Əgər yerin təkindən istifadə bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci (hüquqi və fiziki şəxsin təqsiri olduğu halda) və 2-ci bəndlərində, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilmiş səbəblərə görə və ya yer təki istifadəçisinin təşəbbüsü ilə dayandırılarsa, yer təki sahəsinin konservasiyasına və ya ləğvinə çəkilən xərclər yer təkinin istifadəçisi tərəfindən ödənilir. İcazə sahibi yerin təkindən istifadədən imtina etdikdə, icazəni vermiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) azı 6 ay əvvəl rəsmən xəbərdar etməlidir. Yerin təkindən istifadə hüququnun dayandırılmasına səbəb olan hallar aradan qaldırıldığı təqdirdə, bu hüquq “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bərpa olunur. Yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. Yerin təkindən istifadə hüququnun yenidən rəsmiləşdirilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Maddə

20. Yerin təkindən istifadə hüququ verən icazən in qüvvəsi Yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi icazə sahibinin təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərə, habelə icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. Hazırda yerin təklindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında ” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirlir: Maddə

25. Lisenziyanın və icazənin dayandırılması 25.1. Lisenziya və icazə aşağıdakı hallarda dayandırılır: 25.1.1. lisenziya (icazə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 25.1.2. lisenziyanın (icaz ənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə; 25.1.3. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. 25.2. Lisenziya və icazə lisenziya və icazə verən orqanın inzibati aktı ilə dayandırılır. Həmin inzibati aktda dayandırılmaya əsas verən hallar və lisenziyanın və icazənin dayandırıldığı müddət göstərilməlidir. Bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən əsaslar üzrə lisenziyanın və icazənin dayandırılması haqqında inzibati aktda həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və lisenziyanın və icazənin dayandırıldığı müddətdə həmin halların aradan qaldırıl mamasının nəticəsi göstərilməlidir. 25.3. Ümumi lisenziyada göstərilən fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququnun dayandırılması həmin lisenziyada göstərilən fəaliyyət növünün digər alt növlərinin həyata keçirilməsinə mane olmur. 25.4. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin dayandırıldığı müddət bitənədək bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən halları aradan qaldırmalı və nəticəsi barədə 3 iş günü müddətində lisenziya və icazə verən orqana yazılı məlumat verməlidir. 25.5. Bu Qanunun 25.1.1-ci maddəsində göstərilən əsas üzrə dayandırılmış lisenziya və icazə lisenziya (icazə) sahibinin müvafiq ərizəsinə, bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən hallarda dayandırılmış lisenziya və icazə isə həmin halların arad an qaldırılması barədə lisenziya (icazə) sahibinin təqdim etdiyi yazılı məlumata əsasən lisenziya və icazə verən orqanın inzibati aktı ilə bərpa olunur. 25.6. Lisenziyanın və icazənin dayandırılması və bərpa olunması haqqında inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. 25.7. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin dayandırılması haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Həmçinin qeyd olunmalıdır ki, lisenziyanın və icazənin ləğvi üçün Qanunun 26.1.5-ci maddəsinə müvafiq olaraq “məhkəmənin müvafiq qərarı” əsas təşkil etdiyi halda, lisenziya və icazənin dayandırılması üçün Qanunun 25-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı əsas kimi nəzərdə tutulmur. Bu əslində istifadə hüququnun dayandırılması ilə xitam və ya ləğvinin mahiyyətindən irəli gəlir. Belə ki, dayandırma müvəqqəti xarakterə malik olduğu halda, xitam və ya ləğv müvəqqəti xarakter daşımır. Dayandırmanın müvəqqəti xarakterli tədbir olması hüququn bütün sahələri üçün xarakteriktir. Məsələn “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin köhnə variantında qeyd olunurdu ki, “yerin təkindən istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olan hallar və şərtlər aradan qaldırıldığı təqdirdə, bu hüquq tam bərpa oluna bilər. Yerin təkindən istifadə hüququnun dayandırılması müddəti, yer təki istifadəçisinin təqsiri olmadığı halda, xüsusi razılığın və ya icazənin müddətinə daxil edilmir. Yerin təkindən istifadə hüququ məhdudlaşdırılmış fiziki və hüquqi şəxs bununla razı olmadıqda məhkəməyə müraciət edə bilər. Göründüyü kimi qanun dayandırmanın müvəqqəti xarakterini nəzərə alıb onun müddət, hal və ya şərtlərlə əlaqələndirir, həmçinin istifadəçi bundan narazıdırsa onun məhkəməyə müraciət etmək hüququ vardır. "Yerin təki haqqında” Qanunun 19cu maddəsinin yeni variantında qeyd olunur ki, “yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir”. Yuxarıda həmin maddənin mətni verilmişdir. Bir daha xatırlanılır ki, Qanunun 25.2-ci maddəsinə əsasən “lisenziya və icazə lisenziya və icazə verən orqanın inzibati aktı ilə dayandırılır. Həmin inzibati aktda dayandırılmaya əsas verən hallar və lisenziyanın və icazənin dayandırıldığı müddət göstərilməlidir. Qanun yeni variantda dayandırmanın müəyyən müddətlə bağlı olmasını birbaşa nəzərdə tutmuş və dayandırmanın müvəqqəti xarakterini əks etdirmişdir. Həmin maddədə həmçinin istifadə hüququnun dayandırılmasının inzibati orqanın səlahiyyətinə aid olması və bu zaman inzibati aktın tərtib olunması da qanunda nəzərdə tutulmuşdur. Dayandırmanın müvəqqəti xarakter daşıması və ya müəyyən hal və ya şərtlərlə şərtlənməsinə qanunvericilikdə çoxsaylı misallar göstərilə bilər. Məsələn Mülki Məcəllənin 379-cu maddəsi iddia müddətinin axımının dayandırılması məsələlərini tənzimləyir. Həmin normada müxtəlif əsaslar sadalandıqdan sonra 379.2-ci maddə də qeyd olunur ki, fiziki şəxslərin həyatına və ya sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi haqqında iddialar üzrə iddia müddətinin axımı həmçinin fiziki şəxsin müvafiq orqana pensiya və müavinət təyin edilməsi haqqında müraciəti ilə əlaqədar olaraq pensiya və ya müavinət təyin edilənədək və ya təyin etməkdən imtina olunanadək dayandırılır. 379.6-cı maddəsi isə nəzərdə tutur ki, əgər tələbi qanuni təmsilçisi olmayan məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxs irəli sürürsə, iddia müddəti həmin şəxs tam fəaliyyət qabiliyyətli olanadək və ya onun üçün təmsilçi təyin edilənədək dayandırılmış sayılır. Yaxud Mülki Məcəllənin 1280-ci maddəsi müəyyən edir ki,miras şərikləri razılığa gələ bilərlər ki, mirasın bölüşdürülməsi müəyyən müddətə dayandırılsın. Mülki Prosessual Məcəlləsinin 131-ci maddəsinə əsasən, iş üzrə icraat dayandırıldıqda qurtarmayan bütün pro sessual müddətlərin axımı dayandırılır. İcraat təzələndiyi gündən prosessual müddətlərin axımı davam edir. Həmin Məcəllənin 157.2-ci maddəsində qeyd olunur ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məcəllənin 158.1.4-cü maddəsində “əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq” kimi müvəqqəti xarakter daşıyan iddianın təmini tədbiri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsində də tikintinin dayandırılması əsasları və qaydası öz əksini tapmış və həmin maddədə də dayandırmanın müvəqqəti xarakter daşıması öz əksini tapmışdır. “Ətraf mühitin mühafizəsi h aqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, fiziki və hüquqi şəxslərin fəaliyyətinin müvəqqəti dayandırılmasını tələb etmək hüququ vardır. Qanunvericiliyin müxtəlif sahələrində dayandırmanın müvəqqəti xarakter daşıması ilə bağlı çoxsaylı nümunələr gətirilə bilər. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası qeyd edir ki əvvəla Cavabdeh-nin daş istehsalı ilə bağlı fəaliyyətinin dayandırılması məhkəmənin deyil, inzibati orqanın səlahiyyətinə aid olmuş, məhkəmə bu fəaliyyəti dayandırdığı halda isə dayandırmanın müəyyən müddət və hal və şərt ilə şərtləndirməli idi. Apelyasiya instansiyası məhkəməsi heç bir müddət, hal və ya şərt ilə əlaqələndirmədən Cavabdeh-nin fəaliyyətini dayandırmaqla səhvə yol vermişdir. Bunun real göst əricisi onda təcəssüm edir ki, hazırda İnzibati orqanın Cavabdeh-nin fəaliyyətini dayandırması barədə inzibati aktı inzibati-iqtisadi məhkəməsində mübahislələndirilir. Hazırki işdə mübahisələndirilən qətnamənin gələcəkdə inzibati-iqtisadi məhkəmədə qəbul oluna biləcək məhkəmə aktı ilə ziddiyyət təşkil etməsi ehtimalı istisna olunmur. Ona görə Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi Cavabdeh-nin daş istehsalı ilə bağlı fəaliyyətini heç bir müddət və şərt ilə əlaqələndirmədən dayandırmaqla səhvə yol vermişdir. Ümumiyyətlə iddiaçıların Cavabdeh-nin daş istehsalı ilə bağlı fəaliyyətinin dayandırılması ilə bağlı tələbi özünün müvəqqəti xarakterinə görə uğurlu tələb hesab oluna bilməz. İş üzrə dəyərləndirilməli olan məsələlərdən biri də apelyasiya instansiy ası məhkəməsi tərəfindən iddia tələbinin təmin olunması ilə əlaqədar əsaslardır. Apelyasiya instansiyası məhkəməsinin iddianı təmin edərkən əsaslandığı əsaslardan biri ondan ibarətdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq departament tərəfindən 09.07.2018-ci il tarixdə sözügedən karxanada və karxana ətrafında yerləşən yaşayış məntəqəsində monitorinq işləri həyata keçirilmiş və müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə normadan artıq təsir göstərildiyi müəyyənləşdirilmişdir. Monitorinq nəticələrinə əsasən, XXX MMC ərazisində kombaynın yaxınlığında toz 8.7 mq/m3, səs küy 84.8 dBA, yaşayış binasının qarşısında toz 6.8 mq/m3, səs küy 68.3 dBA olmuşdur. Yaşayış məntəqələrində yol verilən qatılıq həddi, toz üçün 0.5 mq/m3, səs küy üçün 60.0 dBA olduğundan kombaynın yanında toz 17.4 dəfə, səs-küy 1.4 dəfə, yaşayış binasının qarşısında isə toz 13.6 dəfə, səs-küy 1.1 dəfə yol verilən qatılıq həddindən yüksək olmuşdur. Həmin xüsusatla əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Cavabdeh-nin istehsalat fəaliyyəti ilə əlaqədar ekoloji qaydaları pozub pozmamasının müəyyən edilməsi məqsədi ilə 27.03.2019-cu il tarixli qərardadla məhkəməekoloji ekspertizası təyin etmiş, lakin ekspertizanın keçirilməsinə nail olunmamış və sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 03 may 2019-cu il tarixli məktubunda göstərilənlərə istinad edərək Cavabdeh-nin istehsalat fəaliyyəti nəticəsinə ekoloji tarazlığın pozulması qənaətinə gəlmişdir. Mülki işin materialları ilə müəyyən edilir ki, 09.07. 2018ci il tarixli monitorinqin nəticələri Cavabdeh tərəfindən məhkəmədə mübahisələndirilir. Bundan əlavə monitorinq keçirilərkən cavabdehlərin iştirakı təmin olunmamışdır. Nəhayət Məhkəmə kollegiyası qeyd edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi haqqında əsasnaməyə müvafiq olaraq idarə ekoloji ekspertiza keçirərkən, onun nəticələrini analiz edir, ümumiləşdirir, mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olaraq idarə, müəssisə və təşkilatlara bu sahədə müvafiq rəylər verir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə obyektiv nəticənin alınmasına nail olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsində və ya onların əməkdaşlarının iştirakı ilə ekoloji ekspertizanın keçirilməsi mümkün olduğu halda buna əməl olunmamışdır. Ona görə də Məhkəmə kollegiyası qeyd olunan əsası qənaətbəxş hesab etmir. Apelyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən əsaslandığı əsaslardan biri də ondan ibarətdir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən “dağ-mədən işləri, dağ və buruq qazmaları”nın aparılması üçün cavabdeh təşkilatın adına verilmiş lisenziyanın müddəti 28 noyabr 2018-ci il tarixdə artıq bitmişdir. Cavabdeh həmin əsasla bağlı müraciətlərində Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanına istinad etsə də, apelyasiya instansiyası məhkəməsi həmin dəlili dəyərləndirməmişdir. Fərmanın 5.1-ci maddəsinə əsasən həmin Fərman qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi xüsusatı iddia tələbinin təmini üçün əsas hesab etmir. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən istinad etdiyi əsaslardan biri də ondan ibarətdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cavabdeh təşkilatın adına verilmiş 09 sentyabr 2014-cü il tarixli, 00879 nömrəli “Dağ-mədən ayırması” aktının qüvvədə olma müddəti isə cavabdeh təşkilat tərəfindən yerin təkindən istifadəyə dair qanunvericiliyin tələblərinin pozulması aşkar edildiyindən 14 dekabr 2018-ci il tarixli, 63/ü saylı əmrlə dayandırılmışdır. Məhkəmə kollegiyası həmin xüsusatla bağlı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 14 dekabr 2018-ci il tarixli 63/ü saylı əmrinə istinad etsə də, mülki işin materiallarına belə bir əmr və ya onun lazımi qayd ada təsdiq olunmuş surəti əlavə olunmamışdır. MPM-nin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bundan əalvə 14 dekabr 2018-ci il tarixdən sonra keçirilən məhkəmə proseslərinin heç birində apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi 14 dekabr 2018-ci il tarixli əmr araşdırılmamış, sübut kimi qiymətləndirilməmiş və sübut kimi tanınmamışdır. MPM-nin 93-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tə rəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. MPM-nin 14.2-ci maddəsi isə müəyyən edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan əlavə mülki işə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 14 dekabr 2018-ci ildən sonra Bakı Apelyasiya Məhkəməsinə ünvanlanmış iki – 22/1270 saylı, 03 may 2019-cu il tarixli və 22/1369 saylı, 15 may 2019-cu il tarixli (bax iş vərəqə 209 və 216, İİİ cild) məktubları əlavə olunmuş və həmin məktubların heç birində 14 dekabr 2018-ci il tarixli əmrin mövcudluğuna, Cavabdeh-nin fəaliyyətinin dayandırılmasına istinad olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasında araşdırılmamış, mülki işə əlavə olunmamış, mövcudluğu heç bir mötəbər sübutla təsdiq olunmayan fakta istinad olunması əsaslı hesab oluna bilməz. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, tətbiq etdiyi maddi hüquq normalarını düzgün şərh etməmişdir. Məhkəmənin yol verdiyi prosessual pozuntular iş üzrə düzgün olmayan məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası həmçinin iş üzrə toqquşan maraqları, sağlam ətraf mühitdə yaşamaq, azad sahibkarlıq hüququ, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılmaq hüququ arasında tarazlığın təmin olunması baxımından dəyərləndirərək belə qənaətə gəlir ki, sağlam ətraf mühitdə yaşamaq hüququnun önəmli olması nəzərə alınmaqla, həmin hüquqlarla arasında tarazlığa nail olunması üçün mülki hüquqi mübahisəyə qanunla müəyyən edilmiş qaydada və prosedurlara riayət olunmaqla qanun əsasında müəyyən edilmiş səlahiyyətli məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyası iş üzrə yeni qərar qəbul edilməsini məqsədə müvafiq hesab etmir, ona görə də apelyasiya instansiyası məhkəməsinin iş üzrə 27 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş yeni apelyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti iş üzrə yeni qərar qəbul edilməsi hissəsində təmin olunmamalıdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası iş üzrə yeni qərar qəbul edilməsini məqs ədəmüvafiq hesab etmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş yeni apelyasiya baxışına qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar