Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-785/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili X5 oğlunun iştirakı ilə, İddiaçı və vəkili X5 oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2019-cu il tarixli, 2(103)-10898/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2825/2018 saylı, 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hak im N.T.Tağıyeva) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh2 İddiaçı xeyrinə 6700 manat məbləğində pulun tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2019-cu il tarixli, 2(103)-10898/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi F.Ş.Talışinski, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) Cavabdeh2 şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2825/2018 saylı işi üzrə 12 iyun 2018-cu il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi və İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı "pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8000 (səkkiz min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Nəsimi rayonu ərazisində telefon mağazası işlədir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 artıq 3 ilə yaxındır ki, tanıyır və onlar vaxtaşırı ondan nisyə telefon almış, hissə-hissə pulunu qaytarmışdır. Sonuncu dəfə Cavabdeh2 2017-ci ilin fevral ayının 8-də ona zəng edərək Cavabdeh1lə birlikdə 2 ədəd “Vertu” markalı telefon almaq istədiyini bildirmiş, müqabilində ümumilikdə 8000 (səkkiz min) manat pul ödənilməsi barədə öz aralarında razılığa gəlmişlər. Nərmin pulun 2000 (iki min) manatını 3 gün müddətində, Cavabdeh1 isə 600 (altı yüz) manatını 4 gün müddətində qaytarmalı imiş. Qalan 5400 manat pulu tez bir zamanda(telefon satılan kimi) qaytarmalı imişlər. Müəyyən müddət sonra o, cavabdehlərdən hər dəfə ya pulu, ya telefonları qaytarmağı tələb etdikdə onlar müxtəlif bəhanələr gətirərək pulu qaytaracaqlarını bildirmişlər. Bununla bağlı o, Nəsimi RPİ-nin 19 –cu PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı Cavabdeh2 telefon götürdüyünü etiraf etmiş, lakin pulu ödəməmişdir. Birinci instansiya məhkəməsində İddiaçı Ələsgər oğlu ərizə ilə müraciət edərək, Cavabdeh1 qarşı iddiadan imtina etdiyini və Cavabdeh2 6700 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh Cavabdeh1 iddiaçı ilə ar alarında razılaşdığını bildirərək ona aid hissədə iddiaya xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2825/2018 saylı, 12 iyun 2018-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər oğlu və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə iddiaçının imtina etməsi ilə əlaqədar Cavabdeh1 oğluna aid hissədə xitam verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili X5 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X5 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Məhkəmə kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili X5 oğlunun izahatını dinləyib, iş materiallarını və İddiaçı kassasiya şikayətinin dəllilərini araşdıraraq aşağıdakı göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İddianın təmin edilməli olmamasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır: “...Məhkəmə kollegiyasının iclasında 09.09.2019-cu il tarixdə iştirak edən cavabdehin nümayəndəsi, vəkil X1 apellyasiya şikayətini müdafiə edərək, Nəsimi Rayon Məhkəməsinin cinayət işinin başlanılmasının rəddi haqqında qərardan mülki işin mübahisələndirilməsi zamanı xəbər tutduqlarını, həmin qərardan şikayət verdiklərini, qərarda Cavabdeh2 haqqında yazılanların yalan olduğunu, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən “Vertu” markalı telefonların alınması ilə bağlı razılıq və ya sifarişin olmadığını, Nəsimi Rayon Məhkəməsində əks olunmuş etirafın Cavabdeh2 məxsus olmadığını, iddiaçının telefonu Sənan adlı şəxsə satmasını bildirsə də, cavabdehlər qismində onu deyil, Cavabdeh2 və taksi sürücüsü Cavabdeh1 cəlb etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında 09.09.2019-cu il tarixdə işti rak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, Cavabdeh2 ilə müxtəlif vaxtlarda alqı-satqı münasibətlərinə daxil olduqlarını, Cavabdeh1 taksi sürücüsü olduğunu, “Vertu” markalı 2 ədəd telefonun Cavabdeh2 tanış etdiyi Sənan adlı şəxsə taksi vasitəsilə göndərdiyini, Sənan adlı şəxsi tanımadığını, onları Cavabdeh2 tanış etdiyini, Nərminin razılığı nəticəsində telefonları göndərdiyini, yazılı sübutunun olmadığını, ancaq taksi sürücüsünün şahid oldunu bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası MM-nin 324, 567, 614-625-ci maddələrinə və MPM-nin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan apel lyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi olmamış, əşyalar başqa şəxsə satılmış, cavabdeh isə zamin kimi təminat verməmişdir. Ona görə mülki münasibətlərin hazırki göstəriciləri cavabdehə aid mülki məsuliyyətin əsaslarını müəyyən etmir...”. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Nəsimi RPİ-nin 19-cu PB-nin 08 may 2017-ci il tarixli qərarının Nəsimi rayon prokurorluğu tərəfindən ləğv olunmasına əsaslansa da, nəzərə almamışdır ki, həmin qərar ləğv olunmaqla qeyd olunan material əlavə araşdırılması üçün Nəsimi RPİ-nin 19-cu PŞ-nə qaytarılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan material üzrə əlavə ar aşdırmanın nəticəsini öyrənməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin aşağıdakı dəlillərini əsaslı hesab edir. “Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi polisdə araşdırmanın nəticəsi olaraq 07.09.2019-cu il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsini nəzərə almamışdır. Belə ki, həmin qərarda Cavabdeh2 həqiqətən İddiaçı 7400 manat dəyərində 2 ədəd Vertu markalı mobil telefon alması təsdiqini tapmışdır. Hətta qərarda qeyd olunur ki, Cavabdeh2 ilkin izahatını danaraq ərizəsində belə göstərməsi, yəni telefonların ona deyil, Sənan adlı şəxsə satılmasını göstərməsi Cavabdeh2 İddiaçı olan əmlak və pul borcunu ödəməkdən boyun qaçırmaq məqsədi güdmüşdür. Hətta 07.09.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda izahatları alınmış 2 nəfər şahid, X3 və X4 izahatlarında telefonların Cavabdeh2 verildiyini bildirmişlər. Məhkəməyə həmin şahidlərin dəvət edilərək dindirilməsini xahiş etsəm də, apellyasiya instansiyası məhkəməsi vəsatətimə münasibət bildirmədən tələsik qərar çıxarmışdır. Bununla da prosessual pozuntuya yol vermişdir ”. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəfl ərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2019-cu il tarixli, 2(103)-10898/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-785/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-785/2020
18.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver