Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-785/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma, həyata keçirilməmiş əsas Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)- 145/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin in zibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 30 saylı notariat ofisində rəsmiləşdirilmiş 4Ə-24 reyestr nömrəli, 3 mart 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanılması müqaviləsi”nə əsasən Zeynalova (Mustafayeva) Nəzakət Məmməd qızı ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilini qardaşı İddiaçı (bundan sonra – iddiaçı) bağışlamışdır. 2. 07 iyun 2021-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi ilə iddiaçı həmin mənzili 55.500 manata X1, satıcı mənzili almaq üçün ödəməli olduğu 55.500 manat pulu 50 saylı Notariat Ofisi vasitəsi ilə “Kapitalbank”ın hesabına ödəmiş, iddiaçının həmin tarixli ərizəsinə əsasən göstərilən məbləğ depozitdə saxlanılmışdır. Qeyd olunan pul vəsaiti iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə notariusun depo zit hesabından götürülmüşdür. 3. 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə X3 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 14 saylı evin 9 saylı mənzilini (bundan sonra – mübahisəli mənzil) 75.000 manata Cavabdeh (bundan sonra – cavabdeh) satmış, həmin tarixli 14-39 saylı qəbzə əsasən cavabdeh mənzili almaq üçün 75.000 manat pulu 50 saylı Notariat Ofisi vasitəsi ilə “Kapitalbank”ın hesabına ödəmişdir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-200/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının hazırkı iş üzrə cavabdehə qarşı xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı satqı” müqaviləsində dəyişiklik edərək, ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın ləğv olunması, mübahisəli mənzil üzrə faktiki ödədiyi pulun mütənasibliyin ə uyğun olaraq əmlakın ¾ hissəsinə onun mülkiyyət hüququnun, ¼ hissəsinə isə cavabdehin mülkiyyət hüququnun tanınması, müəyyənləşdirilmiş paylarına uyğun olaraq yeni çıxarışın verilməsi barədə iddiası təmin edilməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzilin alınması zamanı pulun ödənilməsində iştirak etməsi halı sübut ediləcəyi təqdirdə həmin hal başqa bir iddia tələbinin əsasını təşkil edə bilər. Qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mübahisəli mənzilin alınmasına xərclədiyi 66.400 manat pulun, mənzilin alınmasına beh olaraq verdiyi 500 manat məbləğində pulun və cavabdehin kredit öhdəliyinə görə 22 iyu l 2021-ci il tarixdə ödənilmiş 292 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə rəsmi nikah bağlamaqla evlənmək qərarına gəlmiş, bu məqsədlə 23 iyul 2021-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” X4 ilkin ərizə ilə müraciət etmişlər. Nikahın rəsmi qeydiyyat tarixi isə xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Nikahdan özünə məxsus 1 otaqlı evi olmuş, cavabdeh özünün iki qız uşağının olduğunu, ailə qurduqdan sonra dörd nəfər olacaqlarını, 1 otaqlı mənzildə yaşamalarının mümkün olmayacağını, evin darısqal olacağını və həmin 1 otaqlı mənzilin satılmasını, əvəzində 2 və ya 3 otaqlı mənzil almasını iddiaçıya təklif etmiş, iddiaçı gələcəkdə ailə quracaqlarını və uğurlu nikahlarının olac ağını düşünərək cavabdehlə razılaşmış, özünə məxsus 1 otaqlı mənzili xx.xx.2021-ci il tarixində 56.000 manata satmış, əldə etdiyi həmin məbləğdən 55.500 manatı alqı-satqı müqaviləsini bağladığı 50 saylı Notariat Ofisinin depozit hesabında saxlamışdır. Satdığı mənzili tərk etməsi üçün alıcı ilə razılaşaraq 1 ay vaxt istəmiş və həmin evdə yaşamış, bu müddətdə 2 otaqlı evin axtarılması üçün mənzil alqı-satqısı ilə məşğul olan şəxslərə müraciət etmişdir. Alqı-satqıdan öncə 500 manat beh vermiş, nəticədə, hər ikisi Bakı şəhəri 50 saylı Notariat Ofisinə getmişlər. Əvvəlcədən tədarük etdiyi 76.000 manat pulu özü ilə gətirmiş, alqı-satqı müqaviləsi bağlanmışdır. Notariat ofisinə cavabdehlə birlikdə getmiş, ofisin qarşısında cavabdeh telefonla danışdığından özü notariusa daxil olmuş, cavabdeh ond an 1-2 dəqiqə sonra notariusa daxil olmuş, özü notariusa daxil olan zaman Şahid3 və satıcının nümayəndəsi notariusda olmuşlar. Mənzilin alınmasına cavabdeh 10.800 manat pul xərcləmişdir. Bildiyinə görə "xxxx" ASC-dən iyul ayında 6.300 manat pul götürmüş, 4.500 manat isə başqa şəxsdən borc almışdır. Mənzilin ümumi dəyəri 76.000 manat olmuş, ümumilikdə mənzilin alınması üçün 77.200 manat pul xərclənmişdir. 75.820 manat mənzilin sahibinə vermiş, su qızdırıcısının alınması üçün 100 manat xərcləmiş, 52 manat istilik pulu, 20 manat kommunal borca ödəmiş, ümumi hesabdan 180 manat çıxılmışdır. Mənzil əldə olunduqdan sonra, mənzili əşyalarla təchiz etmişdir. Hətta cavabdeh onu gələcəkdə münasibətlərinin möhkəm olacağına inandırmaq üçün əldə etdikləri mənzilə daimi pasport qeydiyyatına düşməsinə man e olmamışdır. Cavabdehə nikaha daxil olmağı əvvəlcədən bildirmiş, cavabdeh nikaha yalnız mənzilin alqı-satqı müqaviləsindən sonra daxil olacaqlarını bildirmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə qeydiyyat şöbəsinə tək getmiş, cavabdehin də gələcəyini düşünmüş, lakin cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə gəlməmiş, onu orada təklikdə bir neçə saat gözləmiş, anlamışdır ki, cavabdehin ona qurduğu tələyə düşmüşdür. Cavabdehə dəfələrlə zəng etmiş, lakin o zənglərinə cavab verməmişdir. Pulunu cavabdeh vicdansızlıqla əlindən almışdır. Cavabdehin barəsində ərizə ilə Nizami Rayon Polis İdarəsinin 24 PB-yə müraciət etmiş, araşdırma aparılmış, “Cinayət işinin başlanılmasının rədd olunması haqqında” qərar qəbul olunmuş, mülki məhkəməyə müraciət etməsi bildirilmişdir. Ömrünün demək olar ki, son hissəsində bütün var dövlətindən, pulundan, eləcə də rahat yaşamaq imkanından məhrum edilmişdir. Pozulan hüquqları bərpa olunmalı və ünvan 3 ünvanında yerləşən mənzilin cavabdehin adına alınması üçün xərclədiyi 66400 manat məbləğində pul cavabdehdən alınaraq ona qaytarılmalıdır. Cavabdeh tərəfindən ”Kapital Bank” ASC-nin Culfa filialından götürülmüş kredit məbləğindən bir aylıq kredit borcu, 225 manat onun tərəfindən xx.xx.2021-ci il tarixində (**********565003AZN nömrəli bank hesabı) ödənilmiş, həmin məbləğ cavabdehdən alınmalı və ona verilməlidir. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödədiyi 291 manat cavabdehdən alınmalı və ona verilməlidir. İddia ərizəsində cavabdehdən alınması üçün qeyd edilmiş 500 manat səhvən qeyd edilmişdir, belə ki, 500 manat 66.400 manata daxildir.
7. Birinc i instansiya məhkəməsindəki icraatda cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçı ilə Culfa şəhər Bələdiyyəsində qarşılaşmış, iddiaçının onunla ailə qurmaq barədə fikri olmuş, bu barədə fikrini ona çatdırmışdır. İddiaçı ilə ailə qurmaq fikri olmamış, lakin iddiaçı ona çox vədlər vermiş, onu inandırmışdır. Mənzilin alınması üçün 6.300 manat kredit götürmüş, Bakı şəhərinə gedən zaman üzərində özünə məxsus 15.000 manat pul olmuşdur. İddiaçı Bakı şəhərində ona mənzil almaq üçün söz vermişdir. Naxçıvandan gələn zaman üzərində olan pulun bir hissəsi manat, bir hissəsi dollar olmuşdur. Bankdan götürdüyü 6.300 manat pulu iddiaçı ödəməli idi. İddiaçı bir aylıq ödəniş etmiş, qalan aylar üçün ödənişləri özü etmişdir. Bakı şəhərinə gedən zaman hava limanında onu iddiaçı qarşılam ış, bir otaqlı evinə aparmışdır. İddiaçının ona alacağı evə əvvəlcədən baxmamış, sadəcə şəkillərdə görmüş, evin dəyərinin 76.000 manat olmasını bilməmiş, notariat ofisinə getmək üçün hazırlaşan zaman iddiaçı ev almaları üçün 60.000 manatın çatmadığını, qardaşından almasını bildirmişdir. Bakı şəhərində evin alınması üçün notariat ofisinə iddiaçı ilə birlikdə getmiş, 75.000 manatı notariusun depozitinə iddiaçı qoymuşdur. Evi iddiaçı tapmış, beh vermiş, evin tapılması üçün vasitəçiyə də pulu iddiaçı vermişdir. Evin alınmasından sonra iddiaçı əşyalarını yeni alınmış evə gətirmiş, sonra isə özü ilə aparmışdır. İddiaçı ilə münasibətlərinin korlanmasına səbəb Bakı şəhərinə böyük qızı ilə getməsi olmuşdur. İddiaçıdan ayrıldıqdan sonra iddiaçının səs yazılarını, whatsapp yazışmalarını silmişdir. Ba kı şəhərində evi onun adına alacağını iddiaçıya əvvəlcədən bildirmişdir. Ona görə evin öz adına alınmasını istəmişdir ki, iddiaçı əvvəlki həyat yoldaşları kimi onu tərk etməsin. Evin alınması üçün 60.000 manatı qardaşı Şahid5 borc almışdır. İddiaçının bir otaqlı mənzili satması barədə məlumatı olmamış, özü 29 iyun 2021ci il tarixdə Bakı şəhərinə getdikdən sonra iddiaçı bir otaqlı evini sata bilmədiyini bildirmişdir. İddiaçı qardaşının maddi imkanın yaxşı olmasını əvvəlcədən bilmiş, bu barədə söhbət əsnasında özü ona demişdir. İddiaçı utandığını, qardaşı Rasimdən borc istəyə bilmədiyini, qardaşından 60.000 manat borc almasını ona demişdir. Qardaşı ilə danışmış, iddiaçıya məxsus bir otaqlı evdən çıxmış, yaxınlıqda olan metroya getmiş, Rasim gəlmiş, 60.000 manatı ona vermiş və getmiş, özü e və qayıtmış, birlikdə notariat ofisinə getmişlər. İddiaçı pul almaq üçün onunla birlikdə getməmiş, utandığını demişdir. İddiaçı söz vermişdir ki, bir otaqlı evini satacaq qardaşına olan borcu qaytaracaq. Qardaşının Bakı şəhərində evi, obyektləri var. Qardaşının ona 60.000 manat borc verməyə maddi imkanı var. Qardaşı Rasimdən Bakı şəhərində ev alması üçün 60.000 manat borc almasını təsdiq edən hər hansi bir sübutu yoxdur. Qardaşının mülkiyyətində evi, nəqliyyat vasitələri var, mülkiyyətində nəqliyyat vasitələrinin olması barədə sübutları (etibarnamələri) məhkəməyə təqdim etmişdir. Hazırda borc məsələsinə görə qardaşı ilə aralarında münasibət pozulmuşdur. Mübahisəli mənzilin alınmasından sonra iddiaçı ona mesaj yazmış, bildirmişdir ki, “evi mənə bağışla, yoxsa səni süründürəcəyəm, səni biabı r edəcəyəm, zaksa aparmayacağam”. İddiaçının məqsədi, əgər ayrılsaq, mənzildən ona pay əldə etmək olmuşdur. Bakı şəhərində olduğu qısa müddətdə iddiaçı onu istirahət üçün harasa aparmamış, onunla davamlı mübahisə etmiş, ona “kim sənə Bakıda ev alar” demiş, iddiaçıya “kim mənə evə alarsa, mən də ona ərə gedərəm” demişdir. Notariat ofisinə gedən zaman aralarında mübahisə olmamış, hər bir halda evin onun adına alınacağı barədə razılaşmışlar. Notariat ofisinə iddiaçı ilə birlikdə daxil olmuş, iddiaçıdan bir neçə dəqiqə sonra notariat ofisinə daxil olmamış, notariat ofisinə daxil olan zaman şahid Nuriyev və başqa iki şəxs orada olmuş, onlar iddiaçı ilə salamlaşmışlar. İddiaçı onu nikahın qeydiyyata alınması üçün aparmadığından, qeydiyyat şöbəsinə getməmişdir.
8. Birinci instansiya məhkəməsindək i icraatda cavabdehin təklifi ilə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, cavabdeh bacısıdır. Bakı şəhərində yaşayır. Yaşamağa mənzili yoxdur, 4 ay əvvəl mənzilini satmışdır. “Toyota Prius” markalı avtomobili var, başqasına məxsus çay evini işlədir, mülkiyyətçi ilə aralarında müqavilə yoxdur, aylıq gəliri 1.800-2.500 manat olur. X6 Bakı şəhərində 76.000 manata mənzil almasını bilir, həmin məbləğin 60.000 manatını özü bacısına borc vermişdir. Cavabdehə 60.000 manat borc verməsini təsdiq edən heç nə yoxdur. Evin alınmasından iki gün əvvəl bacısı ona Nizami ilə ev almaq istədiklərini, 60.000 manat pulun çatmadığını, ona borc olaraq 60.000 manat pul verməsini xahiş etmiş, qısa müddətdə özü pulu qaytaracağını bildirmişdir. “Neftçilər” metrosunun yaxınlığında cavabdeh ilə görüşmüş, metronun hansı tərəfində görüşdüklərini xatırlamır. Bacısına 60.000 manat pul vermiş, iddiaçı orada olmamışdır. Cavabdeh iddiaçının nəyi isə olduğunu, satıb pulu qaytaracaqlarını demişdir. 60.000 manat özünə və qardaşı İsmayıla məxsus pul olmuşdur. Bacısına məxsus olan mənzilin alınmasında iştirak etməmişdir.
9. Culfa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(089)-180/2023 nömrəli iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehrab Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdehdən mübahisəli mənzilin alınmasına iddiaçı tərəfindən xərclənmiş 66.400 manat, cavabdehin adına olan kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş 225 manat, ümumilikdə 66.625 manat pulun alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia çı tərəfindən ödənilmiş 291 manat dövlət rüsumunun 288.85 manat hissəsinin cavabdehdən alınıb iddiaçıya verilməsi, 2.15 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilin dəyəri 76.000 manata razılaşdırılmış, mənzilin alınması üçün iddiaçı tərəfindən satıcıya əvvəlcədən 500 manat beh verilmiş, 500 manat satıcıya nağd olaraq verilmiş, 700 manat maklerə verilmiş, 500 manat sənədlərin hazırlanmasına xərclənmiş və alqı-satqı zamanı dövlət rüsumu ödənilmiş, 75.000 manat notariusun depozitinə qoyulmuşdur. Cavabdeh iddiaçı tərəfindən 500 manat beh verilməsini, 500 manat satıcıya nağd olaraq verilməsini, 700 manat maklerə verilməsini, 500 manat sənədlərin hazırlanmasına xərclənməsini və alqı-satqı zamanı dövlət rüsumu ödənilməsini etiraf etmiş dir. Mənzilin alınmasına 10.800 manatın cavabdeh tərəfindən ödənilməsi iddiaçı tərəfindən etiraf edilir, lakin mənzilin alınması üçün cavabdehin qardaşı Rasim Mustafayevdən 60.000 manat borc alınmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçı 07 iyun 2021-ci il tarixdə mülkiyyətində olan bir otaqlı mənzili 55.500 manata satmış, həmin məbləği notariusun depozitinə qoymuş və 25 iyun 2021-ci il tarixdə, yəni mübahisəli mənzilin alınmasından 4 gün əvvəl notariusun depozitindən götürmüşdür. Mübahisəli mənzilin alınmasına xərclənmiş ümumilikdə 77.200 manatın 66.400 manatının iddiaçı tərəfindən xərclənməsi sübut olunur. 75.000 manat məbləğində pulun notariusun depozitinə iddiaçı tərəf indən qoyulması məhkəmə araşdırması zamanı izlənilmiş xarici yaddaş qurğusunda olan video görüntülərlə də öz təsdiqini tapmışdır.
11. Cavabdehin qardaşı Şahid5 mülkiyyətində nəqliyyat vasitələrinin olması barədə məhkəməyə təqdim etdiyi etibarnamələrlə bağlı məhkəmə bildirmişdir ki, etibarnamə şəxsin mülkiyyətində hər hansı bir əmlakın olmasını təsdiq edən sənəd deyil. 19 aprel 2020-ci il tarxdə verilmiş etibarnamədə etibar edən Şahid5 nəqliyyat vasitəsindən istifadə etmək hüququ, 21 oktyabr 2021-ci il tarixdə verilmiş etibarnamədə etibar edən Şahid5 nəqliyyat vasitəsindən istifadə etmək hüququ, 16 noyabr 2021-ci il tarixli etibarnamədə etibar edən Şahid5 nəqliyyat vasitəsindən istifadə etmək hüququ, 23 sentyabr 2022-ci il tarixli etibarnamədə etibar edən Şahid5 nəqliyyat vasitəsindən istif adə etmək hüququ, 04 fevral 2023-cü il tarixli etibarnamədə isə etibar edən Şahid5 onun adından torpaq sahəsini sənədləşdirmək, özəlləşdirmək, tikinti işləri aparmaq, tikinti ilə birlikdə torpağı özəlləşdirmək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, ipotekanı qəbul etmək və digər hüquqları həyata keçirməyi etibar etmişdir. Təqdim edilmiş etibarnamələrin verilmə tarixlərinə diqqət etdikdə isə müəyyən olunur ki, etibarnamələrin əksəriyyəti 2021-ci ilin iyul ayından sonra verilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, cavabdehin və qardaşının bir-birinə zidd olan izahatları da belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh qardaşından 60.000 manat borc pul almamışdır. Həmçinin bunu təsdiq edəcək mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
13. Məhkəmə tərəflərin verdiyi izahatları, şahidlərin ifadələrini, digər sübutları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən evin alqısatqısı zamanı 66.400 manat pul xərclənməsi öz təsdiqini tapır. Cavabdeh iddiaçının pul vəsaitindən heç bir hüquqi əsas olmadan yararlanaraq əsassız varlanmış və öz adına əmlak əldə etmişdir
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
16. Naxçıvan Muxt ar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(108)-145/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Mehman Allahverdiyev (sədrlik edən və məruzəçi), Əli Allahverdiyev və Səxavət Bəylərli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, cavabdehin verdiyi izahatlarında mübahisəli mənzilin alınması ilə bağlı xərclərin onun tərəfindən qarşılandığını, bu məbləğdən 15.000 manat hissəsinin özünə məxsus olduğunu, qalan 60.000 manat hissəsinin isə qardaşı Şahid5 tərəfindən ona borc v erildiyini bildirməsi işin araşdırılmış halları ilə ümumiyyətlə təsdiqini tapmır.
18. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-200/2022 saylı qətnaməsi ilə sözü gedən hazırki mübahisəyə (2(007)-1546/2022 saylı mülki işə) fikir bildirilərək hüquqi qiymət verildiyinə və iddia tələbinin rədd edildiyinə, əgər məhkəmə tərəfindən həqiqətən də pul vəsaitinin iddiaçı tərəfindən verilməsi, mənzilin onun maddi hesabına əldə edilməsi faktı təsdiq edilmiş olsaydı, iddiaçının həmin iddia tələbinin təmin olunacağına, mülkiyyət hüququnun tanınacağına, göründüyü kimi, Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-200/2022 saylı mülki iş zamanı iddiaçının iddiasının əsassız hesab edildiyinə, iddiaçının maddi vəs aiti hesabına ona mənzil alması iddiasının öz təsdiqini tapmadığına, məhz bu səbəbdən də hazırkı mübahisə zamanı məhkəmənin bundan öncə baxılmış mülki iş materiallarına nəzər yetirməli olduğuna, bu halda ədalətin bərqərar ediləcəyinə, iddiaçının yalnız tələbin adını dəyişərək yenidən mübahisələndirdiyinə” dair dəlilləri əsassız hesab etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sözügedən qətnaməsinin məzmunundan da aydın olur ki, həmin iş üzrə iddia tələbinin predmeti tamamilə fərqli olmuş, iddianın rədd olunmuş hissəsində rəddin əsaslarını iddiaçının qeyd etdiyi faktlar deyil, başqa əsaslar təşkil etmiş, eyni zamanda həmin qətnamədə iddiaçı mübahisəli mənzilin alınması zamanı pulun ödənilməsində iştirak etməsi halı sübut ediləcəyi təqdirdə başqa bir iddia qaldıra biləcəyi hüququ izah olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sözügedən 2(007)-200/2022 saylı qətnaməsində hazırkı mülki işin nəticəsinə təsir edəcək hər hansı preyudisial əhəmiyyət kəsb edən hallar müəyyən olunmamışdır
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş, yanlış qənaətə gəlmişdir. Belə ki, sözü gedən pul vəsaitinin cavabdehin qardaşı tərəfindən verilən sellofan torbada olması açıq-aş kar video görüntüdə əks olunduğundan həmin video görüntünün məhkəmə baxışı zamanı qiymətləndirilməsi məqsədilə cavabdeh tərəfindən vəsatət verilmiş, bu vəsatət məhkəmə tərəfindən təmin olunmuş, sözügedən video görüntülər məhkəmə baxış iclası zamanı izlənilmişdir. Lakin həmin görüntülərin izlənildiyi zaman ona müvafiq dəyişikliklərin edildiyi, kəsilərək iddiaçının xeyrinə redaktə olunması aşkar olmuş, baş vermiş bu qanunsuzluğa apellyasiya instansiyasında cavabdeh və vəkili tərəfindən etirazlar daxil olmuşdur. Belə ki, videogörüntünün kəsilmə səbəbi isə iddiaçı və şahidin verdiyi ifadələrlə mövcud video-görüntü arasındakı ziddiyyətin aradan qaldırılması məqsədi daşımışdır. Lakin məhkəmə bu halların üzərindən səthi keçmiş, qət etdiyi yekun aktda iddiaçı və şahidin həqiqətə uyğun olmayan ifad ələrinə əsaslanıb, qərəzli mövqe nümayiş etdirərək, həmin pul vəsaitinin çiyindən asılmış çantada olduğunu qeyd etmiş, işin hallarına obyektiv yanaşmamışdır. Cavabdehin borcla bağlı ASAN xidmət mərkəzində fəaliyyət göstərən hüquqi yardım xidmətindən istifadə etməsi iddiaçı tərəfindən etiraf edildiyindən hazırkı mübahisə predmeti olan əmlakın borc alınaraq əldə edilməsinin bariz nümunəsidir. Məhkəmə isə bu faktı nəzərə almamış, sadəcə iclas protokolunda qeyd etməklə kifayətlənmişdir. Məhkəmə iddiaçının xeyrinə qətnamə qəbul edilməsi üçün çalışmış, iddiaçının iddia tələbinin təmin edilməsi üçün mümkün sübutlara düzgün hüquqi qiymət verməkdən yayınmışdır. Məhkəmə gedişatı zamanı cavabdehin qardaşı Şahid5 şahid qismində dindirilmiş, bacısına borc verdiyini təsdiq etmişdir. Məhkəmə isə nədənsə həmin şahid ifadəsinə hüquqi qiymət verməkdən yayınmış, yalnız iddiaçı tərəfdən öyrədilmiş digər şahid ifadələrinə əsaslanmışdır. Beləliklə, məhkəmə hazırkı işdə öz tərəfli mövqeyini nümayiş etdirərək, cavabdehə borcun verilməsini təsdiq edən şahid ifadəsini gözardı etmiş, yekun akt qəbul edən zaman bu fakta istinad etməmişdir. Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində cavabdehin qanunla qorunan, hüquqları kobud surətdə pozulmuş, ədalətsiz yekun akt tərtib olunmuşdur. Belə ki, işin halları tam, müfəssəl, obyektiv araşdırılmamış, səthi yanaşılmış, düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə ədalət mühakiməsini həyata keçirərkən tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyini nəzərə almamış, cavabdehin pozulmuş hüquqlarının bərpası üçün şərait yaratmamışdır. Belə ki, c avabdeh birinci instansiya məhkəməsinin prosesinin izlənməsi barədə apellyasiya instansiyası məhkəməsinə vəsatət vermiş, lakin vəsatəti təmin olunmamışdır. Halbuki cavabdehin vəsatəti təmin olsa idi, birinci instansiya məhkəməsində baş verən hüquqazidd hərəkətlər aşkara çıxardı. Sözü gedən prosesdə hakimin qərəzli mövqeyi, iddiaçını yanına dəvət edərək sakit səs tonu ilə “Səriyyə zapast” ifadəsini oxutması, iddiaçının səhvən yüksək tonla bu ifadəni səsləndirməsi kimi baş verən hallar öz təsdiqini tapardı. Lakin məhkəmə bu vəsatətini təmin etməməklə cavabdehin öz mülahizələrini sübut etməyinə süni əngəl yaratmışdır. Cavabdehə sonradan məlum olmuşdur ki, sözü gedən material birinci instansiya məhkəməsi tərəfindən iş materiallarından götürülmüş, daha sonra apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bütün bunlar birinci instansiya məhkəməsinin qərəzli mövqeyinin bariz sübutudur. Ancaq cavabdeh tərəfindən bunlar apellyasiya instansiya məhkəməsinin diqqətinə çatdırılsa da, məhkəmə buna diqqət yetirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, cavabdeh tərəfindən kassasiya şikayətində qeyd olunan dəlillər tamamilə əsassızdır. Cavabdeh sadəcə şifahi mülahizələrə əsaslanaraq, öz təxəyyülündə qurduğu ssenarilərə özünü inandıraraq, kassasiya şikayətini hazırlamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
24. Maddə 1091.2. Əsassız varlanma yalnı z o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
26. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.
1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
40. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həm də o zaman baş verir ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
41. Baxılan iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə evlənməyə razı olduğundan iddiaçı özünə məxsus mənzili sataraq, əldə olunmuş məbləği cavabdehin adına əldə edilən mübahisəli mənzilin alqı-satqısına sərf etmiş, lakin sonradan tərəflərin ailə qurmaq niyyətləri həyata keçməmişdir. Bu baxımdan işə baxmış məhkəmələr iddiaçının mübahisəli mənzilin dəyəri üçün ödədiyi məbləğin həyata keçirilməmiş əsasa söykəndiyi və ona görə də əsassız varlanma qaydalarına əsasən geri qaytarılmalı olduğu barədə qanuni nəticəyə gəlmişdir.
42. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-200/2022 saylı, xx.xx.2022-ci il ta rixli qətnaməsində hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan hər hansı halın müəyyən edilmədiyi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət də MPM-in 82.3-cü maddəsinə uyğun olmuşdur. Belə ki, həmin iş üzrə iddiaçının mübahisəli mənzil üzərində payının tanınması barədə iddianı təmin etməyən məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzilin alınması zamanı pulun ödənilməsində iştirak etməsi halı sübut ediləcəyi təqdirdə həmin hal başqa bir iddia tələbinin əsasını təşkil edə bilər.
43. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və ya yalnız ehtimallara əsaslanır. Hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət veri lmir.
44. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-145/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.