Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7863/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakı ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10136/2019 nömrəli iş üzrə 31 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Pərviz Hüseynov) 15 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı 30.10.2014-cü il tarixli, LD ********** nömrəli və 30.10.2014-cü il tarixli, LD ********** nömrəli depozit müqavilələri üzrə kompensasiya edilməmiş ümumilikdə 125082,49 ABŞ dolları məbləğində pul vəsaitlərinin qorunan əmanət qismində tanınması və cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunmasına dair iddia tələbi rədd edilmiuşdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Zaur Əliyev - sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Fuad Talışinski) 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İd diaçı cavabdeh QSC «Bank Standard» KB-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.10.2014-cü il tarixli LD********** nömrəli və 30.10.2014-cü il tarixli LD********** nömrəli depozit müqavilələri üzrə kompensasiya edilməmiş ümumilikdə 125082,49 ABŞ dolları məbləğində pul vəsaitlərinin qorunan əmanət qismində tanınması və cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı cavabdeh qismində QSC «Bank Standard» KB-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunu gös tərməklə, iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 29.10.2014-cü il tarixli LD********** nömrəli və 30.10.2014-cü il tarixli LD********** nömrəli depozit müqavilələri üzrə kompensasiya edilməmiş ümumilikdə 125082,49 ABŞ dolları məbləğində pul vəsaitlərinin qorunan əmanət qismində tanınması və cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona kompensasiya olunması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 29.10.2014-cü il tarixli LD********** nömrəli depozit müqaviləsi üzrə 50000 ABŞ dolları və 30.10.2014-cü il tarixli LD********** nömrəli depozit müqaviləsi üzrə 50000 ABŞ dolları olmaqla, ümumilikdə 100000 ABŞ dolları məbləğində vəsaiti QSC «Bank Standard» KB-də əmanət olaraq yerləşdirmişdir. Əmanətlər yerləşdirilən vaxt əmanətlər “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 30000 manat ekvivalentində olan həddədək sığortalanmışlar. Daha sonra iddiaçı Azərbaycanda olan iş fəaliyyətini yekunlaşdırdığından 31.10.2014-cü il tarixində ölkə ərazisini tərk etmişdir. 19.01.2016-cı ildə “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması barədə iddiaçıya bank tərəfindən məlumat verilməmiş, həmçinin bu Qanunun 4.1-ci maddəsinin verdiyi şərtlərdən yararlanaraq, bankda yerləşdirilmiş əmanətləri tam olaraq sığortalamaq hüququ və bundan faydalanmaq imkanı barədə bank tərəfindən heç bir məlumat verilməmiş və nəticədə iddiaçının qorunan əmanətçi olaraq əmanətinin tam sığortalanması hüququ məhdudlaşdırılmışdır. Bundan sonra, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən bankın lisenziyası 01 oktyabr 2016-cı ildən etibarən ləğv edilmiş, 04 oktyabr 2016-cı il tarixində isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə bank müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu 04.10.2016-cı il tarixdən qeyd edilən bankın Ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Müflis elan edilmiş banka qarşı tələblər məhkəmə qərarının dərcindən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən qeydiyyata alınmış və 12 dekabr 2016-cı il tarixdə bitmişdir. Qeyd olunan hər iki halda iddiaçının əlaqə ü nvanı və e-mail ünvanının banka məlum olmasına baxmayaraq, heç bir əlaqə vasitəsindən istifadə edilərək məlumat verilmədiyindən və iddiaçı bu müddət ərzində Azərbaycan Respublikası ərazisində olmadığından sözügedən hadisələrdən xəbərsiz olmuşdur. Beləliklə, iddiaçının qorunan əmanətçi və kreditor olaraq hüquqları süni olaraq məhdudlaşdırılmışdır. İddiaçının hüquqlarının göstərilən qaydada süni olaraq məhdudlaşdırılması mülki hüququn tərəflərin bərabərliyi prinsipinin açıq aydın pozulması halı kimi dəyərləndirilməlidir. Belə ki, tərəflər arasında imzalanmış depozit müqavilələrinin 8-ci bəndlərinə əsasən bankın cəlb etdiyi əmanətlər qanunvericiliyin və bankın reqlamentinin tələblərinə müvafiq sığortalanır. Sığorta haqlarının və kompensasiyaların ödənilməsi qanunvericiliyin və bankın reqlamen tinin tələblərinə uyğun həyata keçirilir. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış illik faiz dərəcəsi Fond tərəfindən müəyyən edilmiş faizdən çox olmayan əmanətin 100 faizi həcmində, lakin 30000 manatdan çox olmamaq şərti ilə kompensasiya edilir. Fond tərəfindən qorunan və qorunmayan əmanətlərlə bağlı bütün məlumatlar və normativ sənədlər, qorunmayan əmanətçi, sığorta hadisəsi və kompensasiya ödənilməsi qaydası ilə bağlı bütün məlumatlar www.adif.az internet saytından əldə edilə bilər. Fondun fəaliyyəti və kompensasiyaların ödənilməsi barədə məlumatlar “Azərbaycan”, “Xalq” və “Respublika” qazetlərində və müqavilələrdə adları sadalanan digər kütləvi informasiya vasitələrində dərc olunduqda rəsmi hesab olunur. Müqavilədə göstərilən bütün məlumatlandırma vasitələri Azərbaycan R esublikası ərazisində və Azərbaycan dilində dərc olduğundan, həmin məlumatlardan iddiaçının istifadə imkanları mövcud olmamışdır. Hesab edir ki, ölkə daxilində olan əmanətçilərə əmanətlərin sığorta edilməsi qaydalarında edilmiş dəyişikliklərə əsasən əmanətlərinin tam sığorta edilməsi üçün zəruri məlumatları əldə etmək imkanları yaradılmasına baxmayaraq, mülki münasibətin subyekti kimi tanınan xarici vətəndaşlara da müvafiq imkanların yaradılmaması ayrı-seçkilik hesab edilməklə yanaşı tərəflərin bərabərlik və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsipinin pozulması halı kimi dəyərləndirilməlidir. Belə ki, yuxarıda qeyd olunan kütləvi informasiya vasitələrinin heç birində məlumatların, ən azından ingilis dilində olan mətni yerləşdirilməmişdir. İddiaçı 10.01.201 7-ci il tarixində Azərbaycan Respublikasına gəldikdən sonra onun müraciəti əsasında 16.01.2017-ci il tarixində əmanətlərin birinin qorunan hissəsi üzrə 18590 ABŞ dolları məbləğində kompensasiya ödənilmişdir. Əmanətlərin və ona hesablanan faizlərin kompensasiya olunmayan hissəsi isə 125082,49 ABŞ dolları təşkil edir. Məhkəməyə qədər pretenziya qaydasına əməl edərək hesablanmış faizlərin kompensasiya olunmamış hissəsinin qaytarılmasını xahiş etmiş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyini bildirmişdir. Qeyd olunan depozit müqavilələrinin 9-cu bəndində göstərilən tələblər bank və Fond tərəfindən pozularaq iddiaçıya əmanətlərin tam sığortalanması haqqında Azərbaycan Respublikasının qanunu ilə 19.01.2016-cı il tarixindən etibarə n depozit hesablarında olan pul vəsaitlərinin tam sığorta edilməsi üzrə qanunvericiliklə verilən imkanlar barədə heç bir məlumat verilməmiş və iddiaçının həmin məlumatları əldə etmək imkanları məhdudlaşdırılmışdır. Nəticədə mülki hüququn tərəflərinin bərabərlik prinsipi kobud şəkildə pozulmuş və iddiaçıya külli miqdarda zərər vurulmuşdur. Hesab edir ki, 29.10.2014-cü il tarixli LD********** nömrəli və 30.10.2014-cü il tarixli LD********** nömrəli depozit müqavilələri üzrə kompensasiya edilməmiş ümumilikdə 125082,49 ABŞ dolları məbləğində pul vəsaiti sığorta edilmiş hesab edilməli və iddiaçıya kompensasiya şəklində ödənilməlidir. Buna görə də iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə əmanətlərin və onlara hesablanmış faizlərin kompensasiya olunmamış hissəsinin qaytarılması tə ləbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı xarici vətəndaşdır. Azərbaycan Respublikası ərazisində yaşamaması səbəbindən “Əmanətlərin tam sığortalanması haqqında” 19.01.2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunundan və Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 01 mart 2016-cı il tarixli qə rarından xəbəri olmamışdır. Bundan sonra bankın lisenziyası ləğv edilmiş və ləğvedici fəaliyyətə başlamışdır. Cavabdeh qeyd edilənlərlə bağlı iddiaçını əlaqə və “e-mail” ünvanları vasitəsilə məlumatlandırmamışdır. Halbuki müqavilələrin 8.2-ci bəndinə uyğun olaraq qorunmayan əmanətçi, sığorta hadisəsi və kompensasiya ödənilməsi qaydaları ilə bağlı məlumatların ingilis dilində olan mətni www.adif.az internet saytında yerləşdirilməli idi. İddiaçı Azərbaycan dilini bilmədiyindən, habelə bank və Fond tərəfindən məlumatlandırılmadığından ölkə vətəndaşlarının malik olduqları hüquqlardan istifadə edə bilməmişdir. Bunlar iddiaçının mülki hüquqlarının süni şəkildə məhdudlaşdırılması, tərəflərin bərabərliyi prinsipinin pozulması kimi dəyərləndirilməlidir. Məhkəmə işə baxarkən sübutlara hüquqi qiymət verərkən iddiaçının əcnəbi olmasını və ölkə ərazisində yaşamamasını nəzərə almamış, tərəflər arasındakı depozit müqaviləsinin 8.2-ci bəndinin tələblərini diqqətdən qaçırmışdır. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İtaliya Respublikasının vətəndaşı İddiaçı ilə QSC “Bank Standart” KB arasında bağlanmış 29 oktyabr 2014-ci il tarixli, LD ********** nömrəli və 30 oktyabr 2014-ci il tarixli, LD ********** nömrəli depozit müqavilələrinə əsasən bank, əmanətçidən müvafiq olaraq 50000 ABŞ dolları və 50000 ABŞ dolları məbləğində pul vəsaitini hesablara qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 13 və 10,50 dərəcələr ilə faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanətlər 36 ay müddətinə banka qoyulmuşdur. Eyni zamanda, müqavilələrdə əmanətlərin qismən sığortalanması, yəni sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş faizdən çox olmayan əmanətin 100 faiz həcmində, lakin 30000 manatdan çox olmamaq şərti ilə əmanətçiyə kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Sonradan QSC “Bank Standart” KB-nin ləğv prosesinə başlanılmasına görə, ləğvedici Əma nətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya qismən kompensasiya verilmiş, əmanətin qalan hissəsi iflas proseduruna uyğun ödənilməsi üçün kreditor tələbi kimi qeydə alınmışdır. 19.01.2016-cı il tarixdə “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 01 mart 2016-cı il tarixli qərarı əsasında həmin tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz olan əmanətlər tam sığortalanan əmanətlər hesab edilmişdir. İddiaçı hazırkı tələbində 29.10.2019-cu il və 30.10.2014-cü il tarixli depozit müqavilələri üzrə kompensasiya edilməmiş ümumilikdə 125082,49 ABŞ dolları məbləğində pul vəsaitlərinin qorunan əmanət qismində tanınması və cavabdeh Azə rbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona kompensasiya olunmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xarici valyutada qoyulan əmanətin qorunan əmanət sayılması üçün onun illik faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi həddən çox olmamalıdır. Bu həddən yuxarı olan əmanət isə müqavləyə müvafiq dəyişikliklər edildikdən sonra tam sığortalanmış sayılır. Qanunda müqavilənin dəyişdirilməsi haqqında razılaşmanın müqavilənin özü ilə eyni formada bağlanması qaydası nəzərdə tutulmuşdur. Bank əmanəti müqaviləsi isə yazılı formada bağlanır. Yazılı formada bağlanması nəzərdə tutulan müqavilənin bağlanmış sayılması üçün müqavilə tərəflərinin iştirakı ilə sənəd tərtib olunmalı və həmin sənəddə onların əmələ gətirmək istədikləri hüquqi nəticə (mühüm şərtlər) barədə iradələri bəyan və təsdiq edilməlidir. O cümlədən, bank əmanəti müqaviləsinin dəyişdirilməsi də yazılı sənəd tərtib olunmaqla həyata keçirilməli, orada razılaşdırılan mühüm şərt (o cümlədən faizin hansısa həddə endirilməsi) qeyd olunmalıdır. Bu qaydalara əməl olunmadığı halda müqavilə dəyişdirilmiş sayılmır. Baxılan işdə İddiaçı 2014-ci ilin oktyabr ayının 29-da və 30-da banka xarici valyutada qoyduğu əmanətlərin illik faiz dərəcəsi müvafiq olaraq 13 və 10,50 həddində, yəni tam sığortalanmayan əmanət olmuşdur. İddiaçı, əmanətlərinin X2 01 mart 2016-cı il tarixli qərarına uyğun illik 3 faizə salınmaqla tam sığortalanmasına nail olmaq məqsədilə müqavilələrin dəyişdirilməsi üçün bank a müraciət etməmişdir. Belə olan halda iddiaçının əmanətləri tam sığortalanmış hesab edilə bilməz. Məhkəmənin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, İddiaçı əcnəbi olsa da, mülki hüquq münasibətlərində cavabdehlər və digər şəxslər kimi bərabər hüquqlara və vəzifələrə malikdir. Əmanətlərin qismən və ya tam qorunan olması barədə Azərbaycan Respublikasının Qanunları və onlardan irəli gələn normativ xarakterli dəyişikliklər rəsmi dövri mətbuatda dərc edilməklə, digər kütləvi informasiya və ya başqa mümkün kommunikasiya vasitələrinin köməyi ilə rəsmi yayılmaqla açıqlanır və qanuni qüvvəsini alır. Tərəflərin bağladıqları müqavilələrin 8.2-ci bəndinə əsasən, əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti, o cümlədən kompensasiyaların ödənilm əsi barədə məlumatlar “Azərbaycan”, “Xalq” və “Respublika” qəzetləri, AzTV və İTV teleradio şirkətləri, Azərtac və APA informasiya agentliklərində verildikdə rəsmi hesab olunur. Azərbaycan Respublikasında “Əmanətlərin tam sığortalanması haqqında” Qanununun və Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 01 mart 2016-cı il tarixli qərarının qeyd olunan kütləvi informasiya vasitələrində açıqlanması və qüvvəyə minməsi mübahisəsiz haldır. Ona görə də həmin qaydalar digər şəxslər kimi iddiaçıya da şamil olunur. Müqavilələrin 8.2-ci bəndindəki müvafiq məlumatların www.adif.az internet saytından əldə edilə bilməsinə dair müddəa, əmanətçinin sözügedən məsələlər barədə məlumatlanmaq imkanını təmin edən vasitələrdən biri kimi nəzərdə tutulmuşdur. Odur ki, qorunmayan əmanətçi, sığorta ha disəsi və kompensasiya ödənilməsi qaydaları ilə bağlı məlumatların ingilis dilində olan mətinin cavabdeh tərəfindən www.adif.az internet saytında yerləşdirilməməsi, kütləvi informasiya vasitələrində dərc olunmuş normativ dəyişikliyin İddiaçı şamil edilməməsinə və ona üstünlük verilməməsinə görə əmanətlərinin tam sığortalanmış sayılmasına əsas ola bilməz. Belə ki, İddiaçı əcnəbi olması, Azərbaycan dilini bilməməsi və ya Azərbaycanda yaşamaması onu depozit qoyduğu ölkənin əmanətlərlə bağlı mətbuatda, o cümlədən elektron kütələvi informasiya vasitələrində açıqlanan qaydaları (bildiyi dildə, yaxud digər şəxslərin köməyindən istifadə etməklə) izləmək imkanından məhrum etmir. İddiaçı bu məsələlərə vaxtında lazımi diqqət göstərməmiş, yeni sığorta qaydalarını təqib və əmanətlərini tam təminatlı etmək üçün müqavilələrdəki faiz dərəcələrini dəyişdirmək məqsədilə banka yazılı müraciət etməmişdir. Bu hallar, İddiaçı risk dairəsinə aid olduğu üçün onların nəticələrinə iddiaçının qatlanması daha ədalətlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 946.1-ci maddəsinə əsasən bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. Mülki Məcəllənin 950.1-ci maddəsinə əsasən banklar fiziki şəxsləri n əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin əlli faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılmasına, bundan əlavə, əmanətçinin banka qarşı tələbləri üzrə onların bu Məcəllənin 453-cü maddəsində nəzərdə tutulmuş qaydada subsidiar məsuliyyəti ilə qarantiya verilir. Məcəllənin 950.3-cü maddəsinin tələbinə görə bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçıya bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin qanunun 5.1-ci maddəsinin tələbinə görə Əmanətlərin Sığortalanması Fo ndunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X2 01.03.2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara (protokol nömrə 66) əsasən 01.03.2016cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxa rı həddi 3 faiz, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz müəyyən edilmişdir. 02.03.2016-cı il tarixdən etibarən banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3 faizdən və milli valyutada isə 12 faizdən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Qorunan əmanətçilərin 02.03.2016-cı il tarixə bank fəailəyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qəbul etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişikliklər edilməklə tam sı ğortalanır. Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. İşə baxan məhkəmələr iddia tələbini rədd edərkən ona istinad etmişlər ki, 19.01.2016cı il tarixdə “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 01 mart 2016-cı il tarixli qərarı əsasında həmin tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3 faiz olan əmanətlər tam sığortalanan əmanətlər hesab edilmişdir. İddiaçı isə bu dəyişiklikdən sonra həmin qərardan yararlanmaq üçün əmanət müqavilələri üzrə faiz dərəcələrinin dəyişdirilməsi üç ün 3 ay müddətində banka müraciət etməmişdir. İddiaçı iddia tələbinin faktiki əsası kimi həmin dəyişiklər barədə məlumatının olmamasını, qeyd edilən dəyişikliklərin və qərarlarına www.adif.az saytında ingilis dilində yerləşdirilməməsini və ona bu barədə heç bir məlumat verilməməsini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hala qiymət verərək hesab etmişdir ki, İddiaçı əcnəbi olması, Azərbaycan dilini bilməməsi və ya Azərbaycanda yaşamaması onu depozit qoyduğu ölkənin əmanətlərlə bağlı mətbu, o cümlədən elektron kütləvi informasiya vasitələrində açıqlanan qaydaları (bildiyi dildə, yaxud digər şəxslərin köməyindən istifadə etməklə) izləmək imkanından məhrum etmir. Bu hallar İddiaçı risk dairəsinə aid olduğu üçün onların nəticələrinə iddiaçının qatlanması daha ədalətlidir. Lakin m əhkəmə nəzərə almamışdır ki, tərəflər arasında müqavilə bağlanaraq öhdəlik münasibətləri yaranmışdır. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndində qeyd edilmişdir ki, Bankın cəlb etdiyi əmanətlər Azərbaycan Respublikası qanunvericiliyi və Bankın reqlamentinin tələblərinə müvafiq sığortalanır. Sığorta haqları və kompensasiyaların ödənilməsi Azərbaycan Respublikası qanunvericiliyi və Bankın reqlamentinin tələblərinə uyğun həyata keçirilir. Bu məqsədlə Əmanətlə ri Sığortalanması Fondu tərəfindən sığortalanmış əmanət üzrə kompensasiya ödənilir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan və qorunmayan əmanətlərlə bağlı bütün məlumatlar və normativ sənədlər, qorunmayan əmanətçi, sığorta hadisəsi və kompensasiya ödənilməsi qaydası ilə bağlı məlumatlar www.adif.az saytından əldə edilə bilər. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Cavabdeh bankın ləğvedicisi baş verən dəyişiklikdən və Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 01 mart 2016-cı il tarixli qərarı əsasında həmin tarixdən etibarən xarici valyutada qorunan əmanət lər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3 faiz olan əmanətlər tam sığortalanan əmanətlər hesab edilməsindən əcnəbi vətəndaş olan iddiaçının məlumatının əldə edə bilməməsi ehtimalını nəzərə almamış, müqavilə tərəfi olan iddiaçıya bu barədə hər hansı bir məlumat verilməmiş, müqavilə tərəfi olan əcnəbi vətəndaşın baş vermiş dəyişikliklər barədə məlumat əldə etməsi məqsədi ilə həmin dəyişiklər barədə www.adif.az saytında ingilis dilində məumat yerləşdirməmiş, nəticədə mülki qanunvericiliyin yuxarıda qeyd oluna normalarından prinsiplərinə zidd olaraq vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegi yasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti qismə n təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10136/2019 nömrəli iş üzrə 31 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7863/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7863/2019
09.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver