Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-788/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək kitabçasına düzəliş edilməsi, kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək kitabçasına düzəliş edilməsi və kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5865/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmə nin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşəgötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətsiz əmək müqaviləsindən müəyyən olunur ki, işçi aylıq əmək haqqı 260 manat olmaqla tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir.
2. İddiaçı xx.xx.2020-ci il tarixdə Smile by Dr.Bakhtiyar” MMC-nin xx.xx.2020-ci il tarixli personal üçün daxili qaydaları ilə tanış olaraq imzası ilə təsdiq etmişdir. Qaydaların 1-ci bəndinə görə tibb bacıları klinikanın tibbi sahəsində, yəni 1-ci və 2-ci mərtəbələrdə kalpak (baş örtüsü), uniformada tam olması, pasientlə iş aparılan zaman maska, əlcək və kaskanın olması şərtdir. 3. "xxxx" MMC-nin personal üçün daxili qaydalarının 3-cü bəndinə görə kliniki sahədə, yəni 1-ci və 2-ci mərtəbələrdə tibb bacılarına şəxsi mobil telefonlardan istifadə etmək qadağandır. 4. "xxxx" MMC-nin mühasibi X3, həkimləri X4, X1, X5 və X6 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda göstərilir ki, klinikanın tibb bacısı İddiaçı iş vaxtı ona verilən vəzifə öhdəliyini düzgün yerinə yetirməmiş, bundan əlavə pasientlə işlədiyi zaman maska və kaskadan düzgün istifadə etməyərək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini kobud şəkildə pozmuşdur.
5. İddiaçı "xxxx" klinikasının direktoru Nümayəndə yazdığı izahatında bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 1-ci otaqda kondisioner işləmədiyi üçün isti olduğundan kaska taxmamışdır. 6. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 1T saylı əmri ilə xx.xx.2021-ci il tarixdə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini kobud şəkildə pozduğuna görə klinikanın tibb bacısı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.
7. İddiaçı "xxxx" klinikasının direktoru Nümayəndə yazdığı xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə soyunma otağına ehtiyacı olan əşyanı götürmək üçün enmişdir.
8. İddiaçı "xxxx" klinikasının direktoru Nümayəndə yazdığı xx.xx.2021-ci il tarixli izahatdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə xəstə ilə işləyib alətləri götürərək sterilizasiya otağında düşmüş, cədvələ baxmadığından növbədə xəstənin olduğunu bilməmiş, otağı təmiz vəziyyətdə qoyub sterilizasiya otağına düşmüşdür. 9. "xxxx" MMC-nin mühasibi X3, həkimi Nümayən də, qeydiyyatçısı X7 və tibb bacısı X8 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd olunur ki, klinikanın tibb bacısı İddiaçı xx.xx.2021-ci il tarixdə iş vaxtı ona verilən vəzifə öhdəliyini düzgün yerinə yetirməmiş, heç bir məlumat vermədən və yerinə əvəzedici tibb bacısı qoymadan iş yerini tərk etmişdir. 10. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 2T saylı əmri ilə xx.xx.2021-ci il tarixdə heç bir məlumat vermədən və yerinə əvəzedici tibb bacısı qoymadan əsassız olaraq iş yerini tərk etdiyinə görə klinikanın tibb bacısı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən, töhmət verilmişdir. 11. "xxxx" MMC-nin mühasibi X3, həkimləri X4, X1, X5 və X6 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, klinikanın tibb bacıları İddiaçı, Fatimə Quliyeva, Aygün Cəfərova və Zemfira İbrahimova direktor Nümayəndə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri ilə əlaqədar personalın və pasientlərin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar xx.xx.2021-ci ildə tərtib etdiyi daxili nizam-intizam qaydalarını pozmuşlar. 12. "xxxx" MMC-nin mühasibi X3, həkimləri Nümayəndə, X4, tibb bacıları X8 və X2 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, klinikanın tibb bacısı İddiaçı iş vaxtı ona verilən vəzifə öhdəliyini düzgün yerinə yetirməmiş və klinikaya aid telefondan öz şəxsi işləri üçün istifadə etmişdir. 13. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 3T saylı əmrindən müəyyən olunur ki, xx.xx.2021ci il tarixində iş vaxtı klinikaya aid telefo ndan öz şəxsi işləri üçün istifadə etdiyinə görə Smile by Dr.Bakhtiyar klinikasının tibb bacısı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən, töhmət verilmişdir. 14. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 12/X saylı əmri ilə klinikanın tibb bacısı İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara yol verdiyi üçün onunla bağlanan əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə ləğv edilmiş, İddiaçı istifadə etmədiyi 17 məzuniyyət gününə görə pul əvəzinin və son haqq-hesabının ödənilməsi qərara alınmışdır. 15. "xxxx" MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı xx.xx.2021-ci il t arixli 6 saylı məktubda göstərilir ki, işəgötürən "xxxx" klinikasının işçisi İddiaçı son zamanlar ona verilən tapşırıqları düzgün və vaxtında yerinə yetirməyə etiraz etdiyi üçün dəfələrlə ona şifahi xəbərdarlıq etməsini, şifahi xəbərdarlıq nəticəsində işçi ərizə yazıb işdən çıxmaq istədiyini bildirmiş və ərizə yazmaq istəyirsə bununla bağlı heç bir etirazın olmayacağı ona bildirilmiş, daha sonra işçi yaxınlaşaraq ərizə yazmaq istəmədiyini, kollektivdən və işindən razı olduğunu, işini düzgün və vaxtında yerinə yetirəcəyini bildirmişdir. Lakin işçi 23 iyul tarixdən başlayaraq işinə qeyri-ciddi yanaşaraq müəyyən səhvlərə yol vermişdir. Bu səhvlərindən sonra işçi ƏM-nin 186-cı maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən 2 dəfə, 186-cı maddənin 1ci hissəsinin “b” bəndinə əsasən 1 dəfə intizam tənbehi almışdır. İşçinin intizam tənbehi almasının əsas səbəbləri pandemiya qaydasını pozaraq pasientlə iş zamanı qoruyucu vasitədən (üzü qoruyan kaskadan) istifadə etməməsi, işlədiyi yeri heç bir məlumat vermədən tərk etməsi və sonuncu dəfə sterilizasiyada alətlərin şəkillərini çəkmək üçün istifadə olunan klinikaya məxsus telefondan öz şəxsi işləri üçün istifadə etməsi olmuşdur. Klinika daxili qaydalara əsasən tibb bacıları tibbi sahədə, klinikanın 1-ci və 2-ci mərtəbəsində öz şəxsi telefonlarından istifadə edə bilməzlər. İddiaçı bu qaydanı bildiyi üçün öz şəxsi instagram və whatsapp hesabını sterilizasiyada alətlərin şəkillərini çəkmək üçün istifadə olunan iş telefonunda aktivləşdirərək istifadə etmişdir. İşçi İddiaçı ilə birlikdə digər işçi A.F.Cəfərova da eyni səhvi etdiyi üçün töhmə t almışdır. xx.xx.2021-ci il tarixdə tibb bacılarının iclası zamanı həftəlik iş gedişatının nəzarətinə baxış üçün kamera sistemi açıldıqda, işçinin sterilzasiya otağında telefon ilə nəsə yazdığı görünmüş və bununla əlaqədar direktor telefonun ona gətirilməsini tələb etmişdir. Direktor Nümayəndə telefona baxmaq üçün açdıqda, işçiyə Kamran adlı şəxsdən ard-arda zəng və mesajlar gəlməyə başlamışdır. Klinika daxilində işçinin belə bir hərəkəti yolverilməzdir və klinikanın nizam-intizam qaydalarına tamamilə ziddir. Səhvlərinin dəfələrlə güzəştə gedilməsinə baxmayaraq işçinin son davranışı nəticəsində onunla xx.xx.2020-ci il tarixində bağlamış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşçi işlədiyi dövr üçün 15 gün əmək məzuniyyətindən istifadə etmiş, istifadə etmədiyi 17 məzuniyyət gününün ödənişi son-haqq hesabı zamanı ona ödənmişdir.
16. İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli MN № ******* saylı qərarla "xxxx" MMC tərəfindən İddiaçı əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyinə görə Nümayəndə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat cərimə olunmuşdur.
17. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı "xxxx" MMC-də aylıq əmək haqqı 350 manat olmaqla kiçik tibb bacısı vəzifəsində işləyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
18. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə m əhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 12 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, bu barədə onun əmək kitabçasında qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxmaya görə 7 ay x 450 =3150 manat əmək haqqının, hüquqi xidmətə görə 120 manatın, dövlət rüsumuna görə 100 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" klinikasında xx.xx.2019-cu il tarixdə əmək fəaliyyətinə başlamış və bu klinikada iş saatının çox olması və əmək haqqının az olması səbəbindən öz ərizəsi ilə işdən azad olunmuşdur. Bir müddət fasilə verdikdən sonra həmin klinikadan ona zəng edib yenidən işə dəvət edilərək əmək haqqında nisbətən artım olduğunu demiş və o, təklifi qə bul edərək işə başlamışdır. Bir il bir ay qarşılıqlı hörmət və heç bir problem olmadan həmin müəssisədə çalışmışdır. Lakin rəhbərlik tərəfindən iş vaxtından əlavə 1 saat da işləməli olduğu ona bildirilmişdir. O isə Nümayəndə 8 saatdan artıq işlədiyini, əlavə 1 saat işləməsinin onun hüquqlarını pozduğunu, deyib əlavə 1 saat işləməkdən imtina etmişdir. Bundan sonra MMC-nin direktoru onu otağından qovmuş, o da öz şəxsi əşyasını götürmək üçün qarderoba düşərkən bundan istifadə edən rəhbərlik guya onun həmin saatda işdə olmadığını, iş rejiminə əməl etmədiyini səbəb gətirərək ona eyni gündə xəbərdarlıq etmədən həm töhmət vermiş, həm də onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir.
20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3018/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia rədd edilmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanan əmək müqaviləsinə əsasən, işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələri və əmək müqaviləsi ilə müəyyən edilən əmək funksiyalarını vaxtında, keyfiyyətlə yerinə yetirməyi, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli personal üçün müəyyən olunan daxili qaydalarına əməl etməyi öhdəsinə götürsə də, 2021-ci ilin iyul-sentyabr aylarını əhatə edən dövr ərzində iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarına, müəssisədaxili intizam qaydalarına əməl etmədiyindən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğundan "xxxx" MMC- nin İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 12/X saylı əmri qanuni və əsaslıdır, ona görə də iddia tələbləri təmin edilə bilməz.
22. Məhkəmə iddiaçının bir gündə barəsində bir neçə əmrin qəbul edilməsi dəlilinə münasibət bildirib qeyd etmişdir ki, əmək qanunvericiliyinin yuxarıda istinad olunan normalarına əsasən, işçiyə bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə bilər. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər və intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Cavabdehin əmrlərindən müəyyən olunur ki, əmrlərin hər biri ayrı-ayrı tarixlərdə baş vermiş intizam xətasına görə işçinin izahatı alınaraq verilmişdir. Əvvəllər baş vermiş intizam xətasına görə intizam tənbehinin verilməsi müddəti keçmədən eyni gündə bir neçə əmrin qəbul edilməsi qanunla qadağan edilən hal olmadığından iddiaçının bu dəlili də əsassızdır, məhkəmə tərəfindən qəbul edilmir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə və tutduğu mövqe əsassız və qanunsuzdur. Belə ki, o, intizam tənbehi ilə tanış olmadığından, tətbiq edilən intizam tənbeh tədbiri əsassız olmuşdur.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının 2(103)-5865/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı işəgötürənin xx.xx.2021-ci il tarixli 12/X saylı əmrində qeyd olunan əsasın mövcud olmadığını sübuta yetirə bilməmişdir. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli 12/X saylı əmr qəbul edənədək cavabdehin iddiaçı barədə qəbul etdiyi və qüvvədə olan intizam tənbehinin verilməsinə dair daha üç əmri vardır. Bu əmrlər iddiaçı tərəfindən mübahisələndirilməmi ş, iddiaçı həmin əmrlərin verilməsinə əsas olan halların baş verməsini izahatında təsdiq etmiş, bu əmrlər verilərkən işəgötürənə öz izahatını yazıb vermiş, iddiaçının izahatı ilə yanaşı cavabdehin digər işçilərinin tərtib etdikləri aktlarla da həmin əmrlərdə qeyd olunan işçinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara yol verməsi öz təsdiqini tapmışdır. Belə ki, Smile by Dr.Bakhtiyar MMC xx.xx.2021-ci il tarixli 1T saylı əmri ilə xx.xx.2021-ci il tarixdə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini kobud şəkildə pozduğuna görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən, intizam tənbehi olaraq töhmət vermiş, daha sonra xx.xx.2021-ci il tarixli 2T saylı əmrlə xx.xx.2021-ci il tarix də heç bir məlumat vermədən və yerinə əvəzedici tibb bacısı qoymadan əsassız olaraq iş yerini tərk etdiyinə görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən, intizam tənbehi olaraq ikinci dəfə töhmət verilmiş, daha sonra xx.xx.2021-ci il tarixli 3T saylı əmrlə xx.xx.2021-ci il tarixdə iş vaxtı klinikaya aid telefondan öz şəxsi işləri üçün istifadə etdiyinə görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən, intizam tənbehi olaraq töhmət verilmişdir.
26. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanan əmək müqaviləsinə əsasən, işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələri və əmək müqaviləsi ilə müəyyən edilən əmək funksiyalarını vaxtında, keyfiyy ətlə yerinə yetirməyi, Smile by Dr.Bakhtiyar MMC-nin xx.xx.2020-ci il tarixli personal üçün müəyyən olunan daxili qaydalarına əməl etməyi öhdəsinə götürsə də, 2021-ci ilin iyul-sentyabr aylarını əhatə edən dövr ərzində iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarına, müəssisədaxili intizam qaydalarına əməl etmədiyindən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğundan Smile by Dr.Bakhtiyar MMC-nin İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 12/X saylı əmri qanuni və əsaslıdır.
27. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb lərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı əmrin qanunsuz olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir.
28. Beləliklə, iddiaçı apellyasiya şikayətinin dəlili ilə bağlı hər hansı sübut təqdim etmədiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün qiymətləndirmiş, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
30. İddiaçı kassasiya şikayətinı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla əsaslandırılmış və ə lavə olaraq bildirilmişdir ki, müqaviləyə əsassız və qanunsuz olaraq xitam verilmişdir. İntizam tənbehi, intizam xətasına görə verilə bilər. İntizam xətası işçi tərəfindən əmək funksiyasının funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsiilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: İntizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsidir (Müəssisə daxili intizam qaydalarını və ya vəzifə təlimatlarını). İşçidən asılı olmayan səbəblərdən əmək funksiyasının yerinə yetirilməməsi intizam xətası sayıla bilməz.
31. İddiaçı nümayəndəsi Elşad Bayramov xx.xx.2022-ci il tarixdə işlə-yəni protokolla tanış olmağa gedib yalnız işin içərisində xx.xx.2022-ci il tarixli protokoldan başqa heç bir protokol aşkar etməmişdir. xx.xx.2022-ci il tarixdə qətnamə qət edilib, xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə qətnamə onlara çatmış, lakin xx.xx.2022-ci il tarixə kimi protokollar hazır olmamışdır. Beləliklə, E.Bayramov protokollarla tanış ola bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 33. 10-cü maddə. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədax ili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək;... f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 34. 12-ci maddə. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;... 35. 70-ci maddə “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. 36. 71-ci maddənin 2-ci hissəsi. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinası zlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 37. 71-ci maddənin 3-cü hissəsi. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 38. 72-ci maddə. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqoll u içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. 39. 300-cü maddə, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı öd ənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edil miş qüvvəsi yoxdur.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxla nılmalıdır.
46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdu r.
51. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunan işin hallarına görə, xx.xx.2021-ci il tarixli 12/X saylı əmr qəbul edənədək cavabdehin iddiaçı barədə qəbul etdiyi və qüvvədə olan intizam tənbehinin verilməsinə dair daha üç əmri vardır. Bu əmrlər iddiaçı tərəfindən mübahisələndirilməmiş, iddiaçı həmin əmrlərin verilməsinə əsas olan halların baş verməsini izahatında təsdiq etmiş, bu əmrlər verilərkən işəgötürənə öz izahatını yazıb vermiş, iddiaçının izahatı ilə yanaşı cavabdehin digər işçilərinin tərtib etdikləri aktlarla da həmin əmrlərdə qeyd olunan işçinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara yol verməsi öz təsdiqini tapmışdır.
52. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2021-ci ilin iyul-sentyabr aylarını əhatə edən dövr ərzində iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarına, müəssisədaxili intizam qaydalarına əməl etmədiyindən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğundan, onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 12/X saylı əmri qanuni və əsaslıdır.
53. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və əsaslandırması ilə razılaşır. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin ə) bəndində, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan biri kimi - əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması müəyyən edilmişdir.
54. Bu intizam xətasının törədilməsi, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi rəjhbər tutulmaqla işçi ilə olan əmək müqaviləsinə xitam verilməsi üşün əsasdır.
55. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməməsi barədə iddiaçının dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, bu dəlil əsassızdır. Çünki iş materiallarından göründüyü kimi iddiaçının nümayəndəsinə elektron kabinet vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir (səh. 181).
56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
57. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5865/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.