Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-791/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh “xxxx” Bank ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-791/21 (Açar sözlər: maddi və mənəvi ziyan ) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Məmmədov Məmməd Əzi oğlunun, cavabdeh xxxxBank ASC-nin nümayəndəsi X1 iştitakı ilə, İddiaçı cavabdeh “xxxx Bank” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-2768/2020 nömrəli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə 31 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh İKB ASC-nin 8 saylı filialı arasında xx xxxx 2016-cı il tarixli müddətli əmanət müqaviləsi bağlanmışdır.
2. Əmanət müqaviləsi əsasında İddiaçı banka 700000 (yedi yüz min) ABŞ dolları məbləğində depozitə pul qoymuşdur. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh “xxxx Bank” ASC-yə qarşı Nəsimi rayon məhkəməsində iddia qaldıraraq cavabdehdən 700000 ABŞ dolları məbləğində depozitdə olan pulunun, 20000 ABŞ dolları məbləğində dəymiş maddi zərərin, 5000 manat məbləğində mənəvi zə rərin, eyni zamanda 600 manat məbləğində dövlət rüsumunun, yol xərclərinin, Asan xidmətə edilən ödənişlərinin, cəmi 720000 ABŞ dolları və 5600 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Bankdan depozitdə olan 700000 ABŞ dolları məbləğində puluna Mərkəzi Bankın uçot dərəcəsinə uyğun illik 8 faiz hesablanmaqla 18666 ABŞ dolları (iyul, avqust, sentyabr və oktyabr aylarına hesablanaraq) əldən çıxmış gəlirin, 5000 manat məbləğində mənəvi zərərin, eyni zamanda 600 manat məbləğində dövlət rüsumunun, yol xərclərinin, Asan xidmətə edilən ödənişlərinin, cəmi 728666 ABŞ dolları və 5600 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılıb ki, xx xxxxx 2017-ci il tarixində iddiaçı öz qohumu Sabir Məmmədova Azərbaycan Respublikasında yerləşən bütün banklarda onun adına olan hesablara sərəncam vermək hüququ da daxil olmaqla etibarnamə vermişdir. Etibarnaməyə əsasən hesaba nağd pul vəsaitini mədaxil etmək, pul vəsaitlərini digər hesaba keçirmək, hesabdan pul çıxarmaq və bütün digər bank əməliyyatlarını həyata keçirmək səlahiyyəti də verilmişdir. Etibarnamə 3 illik vermiş və xx xxxxx 2020-cı ilədək qüvvədədir.
6. Etibarnamənin hazırda qüvvədə olması Elektron notariat sistemində öz əksini tapmışdır.
7. Cavabdeh bank hər dəfə depozitin faizlərini etibarnamə əsasında iddiaçının nümayəndəsinə verən zaman sistemi yoxlamışdır.
8. İddiaçının adından xx xxxx 2006-cı ildə banka 700000 ABŞ dollarını etibarnamə əsasınd a iddiaçının nümayəndəsi Sabir Məmmədov depozit qoyub və hər ay depozit faizlərini də etibarnamə vasitəsilə nümayəndə almışdır.
9. Depozitin müddəti 2017-ci ilin 30 iyununda avtomatik uzadılıb. Bu depozitin müddətinin bitmə tarixi xx xxxx 2019-cu ildə olmalı idi. Lakin iddiaçının nümayəndəsi bu günə kimi sözügedən etibarnamə əsasında depozitdə olan 700000 ABŞ dolları məbləğində olan pulu çıxara bilmir.
10. Cavabdeh bankın hüquq departamenti həmin etibarnamə ilə əsas vəsaitin depozitdən çıxarmasına şifahi etiraz etdiyi üçün iddiaçının nümayəndəsi xx xxxx 2019-cu il tarixində banka yazılı formada müraciət edib. Lakin bu günə kimi, yəni etdiyi müraciətdən 30 gün keçməsinə baxmayaraq heç bir cavab almamışdır.
11. Cavabdeh bankın hərəkətləri iddiaçının biznes fəaliyyətinə zərər yetirmişdir. İdd iaçı həmin pulları əldə edə bilmədiyinə görə Gürcüstanda almalı olduğu mülkiyyəti əldə edə bilmədi. Eyni zamanda əmlak alınması üçün öncədən verilən 20000 ABŞ dolları behi də batmışdır.
12. Cavabdeh bank onun 700000 ABŞ dollarını faizlə kreditə buraxaraq özünə külli miqdarda gəlir əldə etmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 449, 966 və 1096-cı maddələrinə istinad etmişdir.
14. İddiaçı sonradan ərizə verib, xx xxxxxx 2019-cu il tarixində depozitdə olan 700000 ABŞ dolları əsas məbləği aldığını bildirib, bu səbəbdən həmin hissənin iddia tələbindən çıxarılmasını xahiş etmiş, digər tələblərini isə müdafiə etdiyini göstərmişdir.,
15. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, göstərib ki, etibarnamə üzrə iradə ifadəsini müəyyən etmək çətin olduğu üçün nümayəndənin müraciəti təmin edilməyib. Depozitin verilməsindən imtinanın əsas səbəbi təmsil edənin adından öz xeyrinə müqavilə bağlaya bilməməsi olub.
16. Nəsimi rayon Məhkəməsinin 2(006)-6368/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Natavan Tağıyeva)
17. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, iddiaçı xx xxxx 2006-cı ildə özünün adına Cavabdeh Bankın 8 saylı filialına 700000 ABŞ dollarını depozit şəklində 3-cü şəxs kimi özü bu pulu bu banka depozitə qoymuş və hər ay depozit faizlərini bu bankın filialından etibarnamə vasitəsilə almışdır. Depozitin müddəti 2017-ci ilin 30 iyununda avtomatik uzadılıb. Bu depozitin müddətin in bitmə tarixi xx xxxx 2019-cu ildir. Lakin depozitdə olan 700000 ABŞ dolları məbləğində olan pulu çıxara bilməmişdir. Yalnız müqavilə müddətinin bitdiyi tarixdən altı ay keçdikdən sonra, xx.xx.2019-cu il tarixdə iddiaçı depozitin əsas məbləğini 700000 ABŞ dolları bankdan almışdır.
18. Birinci instansiya məhkəməsi iddiaçının maddi ziyan üçün Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq illik 8 faizlə hesablanmaqla 18666 ABŞ dolları (iyul, avqust, sentyabr və oktyabr aylarına hesablanaraq) əldən çıxmış gəlirin tutulması tələbi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı öz iddiasının əsasını, yəni cavabdehin hansı məbləğdə maddi zərər vurması və həmin zərərin nədə ifadə olunmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
19. Birinci instansiya məhkəməsi həmçinin hesab et mişdir ki, 5000 manat məbləğində mənəvi zərərin, eyni zamanda 600 manat məbləğində dövlət rüsumunun, yol xərclərinin cavabdehdən tutulması tələbi də rədd edilməlidir.
20. Məhkəmə mövqeyini Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb. Əlavə olaraq göstərilib ki, birinci instansiya məhkəməsi işi tam araşdırmadan qətnamə qəbul etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(103)-2768/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6368/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova, Xəyal Sarıyev)
24. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və onun hüquqi əsaslandırılması ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı banka yerləşdirdiyi depozit vəsaitinin ona gec qaytarılması nəticəsində bankın bundan faydalandığını, iddiaçıya əldən çıxmış fayda şəklində maddi zərər, həmçinin mənəvi ziyan dəyməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
25. Apellyasiya məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 21, 22, 449.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkili Məmmədov Məmməd Əzi oğlu ) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti id dia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, həmçinin qeyd etmişdir ki, məhkəmə depozitdə olan pulun gecikdirildiyini mübahisələndirmir. Belə olan halda da gecikdirilmiş altı aylıq müddət müddət üçün faizlər bank uçot dərəcəsinə uyğun hesablanaraq iddiaçıya ödənilməlidir.
28. Məhkəmələr iddianı yalnız o əsasla rədd ediblər ki, bankın faydalandığını iddiaçı sübut edə bilməyib. Bununla bağlı apelyasiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli Qərarını düzgün şərh etməyib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
29. Kassasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır. c) Kassasiya i craatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Məmmədov Məmməd Əzi oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
31. Cavabdeh “xxxx Bank ASC-nin nümayəndəsi X2 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Maddə 449.1. Özgəsinin pul vəsa itini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Banklar haqqında” Qanun Maddə 1.0.1. Bank – fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını mə cmu halda həyata keçirən hüquqi şəxsdir. Maddə 1.0.9. Bank krediti (bundan sonra kredit) – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Maddə 1.0.10. Depozit- müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya ba şqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir; Maddə 32.1.1 və 32.1.2. Tələbli və müddətli depozitlərin (əmanətlərin) və digərqaytarılan vəsaitlərin cəlb edilməsi; kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növlərini həyata keçirmək bankların fəaliyyət növlərindən biridir. Maddə 36.6. Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qayd alarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kas sasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxl ayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
35. Belə ki, apellyasiya məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən ona istinad edib ki, banka yerləşdirdiyi depozit vəsaitinin gec qaytarılması nəticəsində bankın bundan faydalanmasını, əldən çıxmış fayda şəklində maddi zərərə düşməsini, həmçinin mənəvi ziyan dəyməsini təsdiq edən hər hansı mötəbər sübut iddiaçı tərəfindən təqdim edilməmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx xxxx 2006-cı ildə Cavabdeh Bankın 8 saylı filialına 700000 ABŞ dollarını depozit qoyması, depozit müddətinin 2017-ci ilin 30 iyununda avtomatik uzadılması, depozitin müddətinin bitmə tarixinin xx xxxx 2019cu olması, müddətin xx xxxx 2019-cu bitməsinə baxmayaraq, depozit məbləğinin xx.xx.2019-cu il tarixədək ödənilməməsi işin mübahisə edilməyən halı kimi müəyyən edilib. 37. “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən normalarına görə digər fəaliyyət növləri ilə yanaşı, bankların müştərilərdən əmanət qəbul etmək və verdiyi kreditə görə müştəridən faiz almaq kimi fəaliyyət növləri vardır.
38. Ümumiyyətlə, bankelə bir təsisatdır ki, fiziki vəhüquqişəxslərdən və ya digər mənbələrdən vəsaitləri depozit kimi cəlb edib, həmin vəsaitləri buna ehtiyacı olanlara müəyyən faizlərlə kredit kimi verir. Başqa sözlə, cəlb etdiyi depoziti kredit verməklə gəlir əldə etməsi bankın mahiyyətini təşkil edən fəaliyyət növüdür.
40. Belə olan halda, kredit təşkilatı kimi bankın iddiaçıdan qəbul etdiyi pul vəsaitini (depoziti) müddətdən artıq özündə saxlaması nəticəsində faydalanması halını sübut etmək yükünü iddiaçı daşıya bilməz. Əksinə, bu halda iddiaçıdan qəbul etdiyi pul vəsaitini müddətdən artıq özündə saxlamaqla faydalanmaması halını cavabdeh sübut etməlidir.
41. Birinci instansiya məhkəməsi isə hazırki tələb üzrə sübut etmə yükünü iddiaçının üzərinə qoymaqla düzgün nəticəyə gəlməmiş, apellyasiya məhkəməsi də eyni səhvi təkrarlamışdır. Bu isə MPM-in 77.1-ci maddəsinin tələblərinə olmamışdır.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntu ları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-2768/2020 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.