Məhkəmə qərarları › İş №2(102)-7910/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7910/2019

09.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7910/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı1 vəkili Vəkil, İddiaçı2, cavabdeh Bakı şəhəri 2 saylı Klinik Psixatriya Xəstəxanasının nümayəndəsi X3 və vəkili X9 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 və vəkili Vəkilin kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2, Nəsimi rayon məhkəməsi ndə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini üçüncü şəxs qismində cəlb etməklə, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia qaldıraraq, onlara dəymiş ziyanın pulla kompensasiyası kimi 10.000 manat maddi ziyan, 70.000 manat mənəvi zərər olmaqla, cəmi 80.000 manat pulun və 30 manat dövlət rüsumunun Maliyyə Nazirliyindən tutulmaqla onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar 10.12.2018-ci il tarixdə Nəsimi rayon məhkəməsinə təqdim etdikləri yeni iddia ərizəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsini və 2 nömrəli Klinik Psixatriya Xəstəxanasını cavabdehlər kimi göstərərək, onlara dəymiş ziyanın pulla kompensasiyası kimi 10.000 manat maddi ziyan, 70.000 manat mənəvi zərər ol maqla, cəmi 80.000 manat pulun və 30 manat dövlət rüsumunun onlardan tutulması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçıların cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi Z.Əliyev, hakimlər F.Talışinski və R.Eyvazov, İş № 2(103)-8572/2019) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnamə sinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinə və Bakı şəhəri 2 saylı Klinik Psixatriya Xəstəxanasına qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair dair iddiaların rədd edilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası işə mahiyyəti üzrə baxarkən qanunvericiliyin tələblərinə riayət etməmiş, apellyasiya baxışında cavabdeh qismində yeni cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi və Bakı şəhəri 2 saylı Klinik Psixatriya Xəstəxanası cəlb edilsə də, məhkəmə kollegiyası işdə iştirak etməli olan şəxsləri çağırıb dindirmədən işə baxmış, işin tam, hərtərəfli və obyektiv tədqiqinə nail olmaq üçün lazımi şərait yaratmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, işə cəlb edilmiş yeni cavabdehlərin iddiaya münasibətlərini, cavabdehlərin hansı səbəbdən məhkəmə iclaslına gəlməməsini aydınlaşdırmamış, işə baxılmasını təxirə salmamış, iddiaçının sübutlarını obyektiv qiymətləndirməmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 31 iyul 2019-cu il tarixli 2(103)-8572/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiy a instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 iyul 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini, cavabdeh Bakı şəhəri 2 saylı Klinik Psixatriya Xəstəxanasının nümayəndəsi X8 və vəkili X13 iddiaçı tərəfin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlm əmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-061/2018 saylı, 01.06.2018-ci il tarixli qərar, Müdafiə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən verilmiş 7 47 saylı, 02.04.2018-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsi və digər sənədlər əsasında müəyyən etmişdir ki, İddiaçı1 25.04.2017-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmətdə olarkən növbətçi əsgər X6 ilə aralarında münaqişə yaranmış və ona yüngül dərəcəli xəsarət yetirdiyinə görə Gəncə Hərbi Prokurorluğu tərəfindən barəsində Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə cinayət işi başlanmış, həmin maddə ilə ona ittiham elan edilmiş, barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. Gəncə Hərbi Məhkəməsinin 1-1(095)061/2018 saylı, 01.06.2018-ci il tarixli qərarı ilə İddiaçı1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, dövlət ittihamçısı məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittihamın müdafiəsindən imtina etdiyinə görə İddiaçı1 barəsində həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 02 aprel 2018-ci il tarixli 747 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə görə, əsgər İddiaçı1 02 aprel 2018-ci il tarixdə hospitalın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin edilmiş «Ənsə sümüyünün içəri basılmış köhnə sınığı» diaqnozuna görə «Xəstəliklər cədvəlinin» 23c maddəsinin İİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə ya rarsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 15 may 2018-ci il tarixli 2178 nömrəli məktubuna görə, əsgər İddiaçı1 25 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən hərbi xidmətə çağırılarkən uşaq yaşlarında yıxılaraq ənsə nahiyəsində basılmış sınığın olmasına baxmayaraq hərbi xidmətə yararlı sayılmışdır. Onda təyin edilmiş «Ənsə sümüyünün içəri basılmış köhnə sınığı» diaqnozuna görə «Xəstəliklər cədvəlinin» 23c maddəsinin İİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Hərbi xidmətə yararsızlığa səbəb olan olan «Ənsə sümüyünün içəri basılmış köhnə sınığı » diaqnozlu xəstəliyin hərbi xidmətlə heç bir əlaqəsi yoxdur. N nömrəli hərbi hissə komandirinin 20 aprel 2018-ci il tarixli, 114 saylı əmrinə əsasən, İddiaçı1 “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə müvafiq olaraq, Silahlı Qüvvələrin Baş Klinik Hospital Rəisinin 02 aprel 2018-ci il tarixli 747 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” olduğuna görə 20 aprel 2018-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı2 ünvanladığı 12.06.2018-ci il tarixli məktubuna əsasən 2017-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar 1995-ci il təvəllüdlü İddiaçı1 Xidmətin Binəqədi rayon idarəsinin hərbi həkim Komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, səhhəti ilə əlaqədar aidiyyəti üzrə tibb müəssisəsinə əlavə müayinəyə göndərilmiş və nəticədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilərək, sərəncamla təyin olunduğu N saylı hərbi hissəyə 25.04.2017-ci il tarixdə təhvil verilmişdir. İddiaçı1 vaxtından əvvəl tərxis olunmasına səbəb xidmət etdiyi hərbi hissədə nizam-intizam qaydala rını pozaraq istintaqa cəlb olunduğundan, təzminat ödənişinin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı2 ünvanladığı 13.08.2018-ci il tarixli məktubuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də səhhəti ilə əlaqədar şikayət bildirməyən vətəndaşlara kəllə-beyin nahiyyəsinin rentgenoloji müayinəsinin aparılması (məcburi) nəzərdə tutulmamışdır. Ənsə sümüyü sınığının aşkarlanması rentgen müayinəsi zamanı mümkün olması, həmçinin həqiqi hərbi xidmətə çağırılarkən bu barədə hər hansı bir şikayət bildirilmədiyinə və dövlət tibb müəssisələrində qeydiyyatda olunmaması üçün hərbi xidmə tə yararlı hesab edilmişdir. Barəsində verilən qərara etirazın olmadığını və həqiqi hərbi xidmətə getməyə hazır olduğunu “Çağırışçının qeydiyyat kartası”nda imzası ilə təsdiq etmişdir. Müdafiə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən verilmiş 747 saylı, 02.04.2018-ci il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı1 sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1100-cü maddələrinə istinadən iş materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçılar cavabdehlərin onlara qarşı hüquqazidd əmələ yol verdiklərini və iddia olunan zərərlə cavabdehlərin hərəkətləri arasında uyğun səbəbli əlaqə olmasını təsdiqləyən (İddiaçı1 tibbi müayinədən keçirilərkən səhhəti ilə əlaqədar şikayət etməsi, hərbi xidmətə aparılmasına mane olan xəsarət barədə aidiyyəti orqanlara müvafiq məlumat verməsi, tibbi sənədlər təqdim etməsi, belə məlumat olmadığı halda kəllə-beyin nahiyyəsinin rentgenoloji müayinəsinin aparılması məcburiyyəti və s. barədə) mötbər sübutları məhkəməyə təqdim etməmişlər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçılar Mülki Məcəllənin 1096-cı madəsinin bütün dispozisiya şərtlərini subuta yetirə bilmədikləri üçün iddia rədd edilməlidir. İddiaçı hazırki iddia tələbinin əsası kimi göstərmişdir ki, hərbi xidmətə çağırılan vaxt hərbi həkim komissiyası onun hərbi xidmətə yararlı olub-olmamasını lazımi qaydada yoxlamamış, hərbi xidmətə yararsız olsa da qanunsuz olaraq hərbi xidmətə göndərilməklə maddi və mənəvi zərər ə məruz qaldığından ona dəymiş ziyan cavabdehlər tərəfindən pul kompensassiya kimi ödənilməlidir. Göründüyü kimi iddiaçıların tələbi səlahiyyətli inzibati orqanın faktiki xarakterli hərəkətinə qarşı yönəlmiş, fiziki şəxslərə qarşı konkret hər hansı mülki-hüquqi tələb irəli sürülməmiş, əşya hüquqları ilə bağlı hər hansı əqd mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar qeyd edilən inzibati orqanlara qarşı ümumi məhkəmədə iddia tələbi irəli sürməklə məhkəmə aidiyyatını pozmuş, birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi həmin iddia tələbinin mahiyyətini dəqiq müəyyən etmədən yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, iddiaçılar inzibati-iqtisadi məhkəmədə müvafiq iddia qaldırmaq əvəzinə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə hazırki inzibati x arakterli iddia ilə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair” 4 aprel 2012-ci il; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarları). Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, e ləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifata əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun yerli idarə, şöbə və bölmələri inzibati orqan hesab edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyr i bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasi bətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N15-ci il tarixli, 10 nömrəli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əs asən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin aidiyyət qaydalarını pozulmaqla işə mahiyyəti üzrə baxaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, yeni qətnamə qəbul edərək iddia tələbini rədd etməklə, maddi və prosessual qanun pozuntularına yol verdiyindən və d üzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 31 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar