Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-792/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X5, X6 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpası 15.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-613/2020 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Bi rinci və apellyasiya instansiyası məhkəməsində icraat
1. İddiaçı cavabdehlər X5, X12 oğluna və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X8, X12 oğlu və X2 onun mülkiyyətində olan və Lənkəran rayonu, Seydəkəran kəndində yerləşən 0.05 ha torpaq sahəsindən iradəsinə zidd istifadə etmələrinə son qoyulması və mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hasara alınmasına törətdikləri maneələrə və qanunsuz hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Lənkəran Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Mütəllim İsayev) iddia təmin edilərək, cavabdehlər X8, X12 oğlu və X10 qızının İddiaçı mülkiyyətində olan, Lənkəran rayonu, Seydəkəran kəndində yerləşən 0.05 ha torpaq sahəsindən iddiaçının iradəsinə zidd is tifadə etmələrinə, həmçinin İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hasara alınmasına törətdikləri maneələrə və qanunsuz hərəkətlərə son qoyulması, cavabdehlər X8, X12 oğlu və X10 qızından 10 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, cavabdehlər X8, X12 oğlu və X1 50 manat ekspertiza xərcinin müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.
3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2(106)-613/2020 saylı qətnaməsi ilə (hakimlər F.N.Abbasov (sədrlik edən və məruzəçi), T.X.Heydərov və T.S.Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-163/2019 saylı iş üzrə 06 noyabr 2019-cu il tarixli qətnaməsi X3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh2 Şirv an Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)613/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və kassasiya şikayətinə kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair vəsatət əlavə etmişdir. Kassasiya şikayəti və vəsatət 12 oktyabr 2021-ci il tariхdə Şirvan Apellyasiya Məhkəməsinə daхil оlmuşdur.
5. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-613/2020 saylı, 01 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər S.İ.Mayılov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və N.F.Mirzəyev) Cavabdeh2 Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-613/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraхılmış prоsessual müddətin bərpasına dair vəsatət inin rədd edilməsi və verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-613/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsinin surəti Cavabdeh2 08 aprel 2020-ci il tarixdə rəsmi təqdim оlunduğu halda sоnuncu kassasiya şikayətini 12 oktyabr 2021-ci il tariхdə verməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddəti buraхmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə qətnaməsi 1 ildən artıq müddət keçdikdən sonra Cavabdeh2 başqa işlə bağlı apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılması zamanı xəbər tutması və həmin müddət ərzində qətnamədən məlumat sız olması inandırıcı deyildir. Nəzərə almaq lazımdır ki, hazırkı iş mübahisələndirilən qətnamədən apellyasiya şikayətini məhz Cavabdeh2 özü vermişdir. Bu isə onun öz hüquqlarına və prosessual normalara münasibətdə səhlənkarlığa yol verdiyini göstərir.
8. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadını ləğv edərək, buraxılmış müddətin üzürlü hesab edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2(106)-613/2020 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin edib işin kassasiya qaydasında baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Mülki Prosessual Məcəllənin müvafiq maddələrinin tələblərini pozaraq, işin faktiki hallarını düzgün araşdırmamış, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, cavabdehin ədalətli məhkəmə baxışına olan hüququnu, eləcdə də birbaşa qanunla müdafiə olunan mülkiyyət hüquqlarını pozmuş, bilərəkdən məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Kassasiya baxışının hədləri
11. M PM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
12. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
13. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir.
14. İş üzrə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133-cü maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə veri lmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə vermə lidir. 135.4-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
17. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Az ərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir
18. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
19. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyy ən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
20. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-613/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsinin surəti Cavabdeh2 08 aprel 2020-ci il tarixdə rəsmi təqdim оlunduğu halda sоnuncu kassasiya şikayətini 12 oktyabr 2021-ci il tariхdə verməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddəti buraхmışdır.
21. Müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərə görə buraxılmışsa, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir.
22. X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məh dudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qətnaməsi 1 ildən artıq müddət keçdikdən sonra Cavabdeh2 başqa işlə bağlı apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılması zamanı xəbər tutması və həmin müddət ərzində qətnamədən məlumatsız olması inandırıcı deyildir. Nəzərə almaq lazımdır ki, hazırkı iş mübahisələndirilən qətnamədən apellyasiya şikayətini məhz Cavabdeh2 özü vermişdir. Bu isə onun öz hüquqlarına və prosessual normalara münasibətdə səhlənkarlığa yol verdiyini göstərir.
24. Məhkəmə daha sonra qeyd etmişdir ki, hüquqi müəyyənlik” prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, MPM-in apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilmədiyi halda, rəsmi qaydada verildiyi andan 2 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzibedilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən bir sıra maddələrini də aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktına illərlə hesablanan müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasındakı tarazlığı pozur.
25. Kassasiya kollegi yası kassatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.
26. Azərbaycan Respublikası MPM-nə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
27. Buna görə də kassatorun «məhkəmə tərəfindən işin faktiki hallarının düzgün araşdırılmaması, işin faktiki halları üzrə səhv nəticəyə gəlinməsi, işdə olan sübutlara düzgün hüquqi qiymət verməməsi» barədə dəlilləri araşdırılmır.
28. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 1 33cü maddəsinə istinad edərək cavabdehin prosessual müddətin bərpasına dair vəsatətini təmin etməyərək, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-613/2020 saylı, 01 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.