Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7927/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı1, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Məcidov Meybulla Həbi oğlunun, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(103)8026/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddi açı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərə görə Cavabdeh1 3975 manat maddi zərərin və 100000 manat mənəvi zərərin 1/2 hissəsinin, yəni maddi zərərə görə 1972,50 manat və mənəvi zərərə görə 50000 manatın; Cavabdeh2 onlara vurulmuş maddi və mənəvi zərərin 1\2 hissəsinin, yəni maddi zərərə görə 1972,50 manat, yetirilmiş mənəvi zərərə görə 50000 manatın alınaraq onlara ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü il dekabr ayının ortalarından 2014cü ilin iyun ayının 6-dək qonşuluqda yaşayan X1 Kərimovanın 14 yaşlı qızı İddiaçı2 qarşı zor tətbiq edərək, onun köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. O, həmin hərəkətlərin təfsilatını araşdırmaq üçün bir neçə müalicə müəssisəsinə müraciət edərək, qızının vəziyyətini aydınlaşdırmaq istəmişdir. O cümldən, onu 05.11.2014-cü il tarixdə "Azərsutikinti" xəstəxanasının ginekoloq-həkimi Cavabdeh2 və 19.11.2014-cü il tarixdə X8 klinikasının doğum şöbəsinin müdiri Cavabdeh1 yanında konsultasiyadan keçirmişdir. Cavabdeh2 qızının qızlıq pərdəsinin natamam pozulması barədə, Cavabdeh1 isə qızlıq pərdəsinin pozulması və pozulma müddətinin müəyyən edilməməsi barədə rəy vermişlər. Həmin həkimlərin rəylərinin əksinə olaraq, dəfələrlə keçirilmiş məhkəmə-tibbi ekspertizaların rəylərində qızlıq pərdəsinin pozulmadığı göstərilmişdir. Cavabdeh2 və Cavabdeh1 rəylərinin əksinə olaraq, rəsmi ekspert rəylərində qızlıq pərdəsinin pozulmadığı barədə rəylər verildikcə iddiaçı hesab etmişdir ki, yəqi n ekspertləri rüşvətlə satın alıblar, ona görə də onlar yanlış və saxta rəylər verirlər. 2013-cü ildə qızını 5 dəfə,17.06.2014-cü il tarixdə, 03.07.2014-cü il tarixdə, 22.08.2014-cü il tarixdə, 27.08.2014-cü il tarixdə və 21.10.2014-cü il tarixdə ekspertizadan keçirmiş və müvafiq rəylər verilmişdir. Həmin rəylərin hamısında qızlıq pərdəsinin pozulmadığı ggstərilmişdir. Hətta bu rəylərdən sonra da Cavabdeh1 həm istintaqa, həm də məhkəməyə verdiyi ifadələrində qızı İddiaçı2 qızlıq pərdəsinin pozulduğunu birmənalı şəkildə təsdiq etmişdir. Cavabdeh1 bu yanlış rəyi və ifadələri bir tərəfdən qızına atılmış iftira olmaqla, digər tərəfdən onun daxilində əsassız şübhələri möhkəmlətməklə daim onun daxilini didib- parçalamış, onu əsassız şikayətlər etməyə, hamıdan şübhəli olmağa vadar etmişdir. Cav abdeh1 və Cavabdeh2 yanlış rəyləri onu şübhələr içərisində boğmuş, haqq-ədalət axtarışında ekspertlərə, müstəntiqlərə və hakimlərə qarşı haqsız və lüzumsuz şikayətlər etməyə sövq etmişdir. Nəticədə, təxminən 1 il 6 aya tamamlana biləcək istintaq və məhkəmə araşdırmalarının uzanaraq 3 il 7 ay davam etməsinə səbəb olmuşdur. Ən başlıcası isə odur ki, 2016-cı ilin sentyabr oktyabr aylarında keçirilmiş ekspertiza komissiyasının tərkibinə daxil olmaqla, Cavabdeh1 qızlıq pərdəsinin pozulmadığı barədə rəyə imza etmiş və heç nə olmamış kimi əvvəlki rəylərinin yanlışlığını bildirmişdir. Bu müddət ərzində iddiaçı öz işindən-gücündən olmuş, bütün vaxtını polis, prokurorluq, məhkəmə orqanlarına şikayətlər yazmağa, hüquq-mühafizə orqanlarının rəhbərlərinin qəbullarında olmağa sərf etmişdir. Cavabdeh1 və Cavabdeh2 yanlış rəyləri istintaq və məhkəmə işlərinin ən azı 2 ildən artıq davam etməsinə səbəb olmuş və onun vaxtını almış, əsəblərini gərginləşdirmişdir. O, psixi tarazlığını itirmiş, sarsıntılar və izrirablar keçirmiş, nəticədə ona mənəvi zərər vurulmuş və i iş vaxtını itirməklə, nəqliyyat xərcləri, poçt xərcləri ilə əlaqədar, habelə sağlamlığının « pozulması ilə əlaqədar müayinə və müalicə xərclərinə görə isə ona maddi zərərlər yetirilmişdir. Maddi zərərləri bunlardan ibarətdir: istintaq və məhkəmələrdə işin baxılmasının cavabdehlərin yanlış rəyləri nəticəsində əsassız olaraq 2 ildən artıq uzanması səbəbindən vaxt itkisinə görə, Respublikada minimal əmək haqqı hər ay 130 manat olmaqla 24 ay üçün 3120 manat, iş üzrə istintaq 2014-cü ilin iyun ayında başlamış, Ali məhkəmənin qərarı ilə 2018-ci ilin yanvar ayının 16-da bitmişdir. Əgər əsassız şikayətlər olmasaydı bu işlər ən çoxu 1 il 6 ay müddətinə bitə bilərdi. Hüquq-mühafizə orqanlarına və digər dövlət orqanlarına göndərilmiş məktublar üçün poçt xərcləri 45 manat, teleqrammalar üçün poçt xərcləri 149 manat olmaqla, cəmi 194 manat. Müxtəlif dövlət orqanlarına, ekspertizalara, istintaq və məhkəmə orqanlarına artıq gəliş-gedişə görə 2 il üçün hər ay 20 manat olmaqla, 24 ay x 20 manat = 480 manat. Hazırki iş üzrə məhkəmə xərcləri (dövlət rüsumu, vəkil xidmətinə görə xərclər) 31 manat + 150 manat = 181 manat. Beləliklə onlara vurulmuş maddi zərərlər ümumilikdə 3120 manat +194 manat +480 manat+ 181 manat = 3975 manat təşkil edir. Gələcəkdə xərclər dəqiqləşdirilərək yekun məbləğ müəyyən ediləcəkdir. Qeyd olunanlar nəzərə alı nmaqla, cavabdehlər maddi zərərlə bərabər, onlara vurulmuş mənəvi zərəri də ödəməlidirlər. Əslində, bu zərəri pulla kompensasiya etmək mümkün olmasa da, həmin zərəri 100000 (yüz min) manat məbləğində dəyərləndirmişdir. Bu məsələ ilə əlaqədar aparılmış cinayət işində cavabdehlərin rəyləri vardır, həmin rəylərin yanlış olması təsdiq olunmuşdur. Ona görə də, cavabdehlər verdikləri yanlış rəylərə görə məsuliyyət daşımalıdırlar. Cavabdehlərin cinayət işində olmuş rəylərinin və ifadələrinin həm də yekun ekspert rəyinin təsdiqlənmiş surətləri hazırki iddiaya əlavə olunur. Onlara vurulmuş maddi və mənəvi zərərin 1/2 hissəsi Cavabdeh1 tərəfindən, 1/2 hissəsi isə Cavabdeh2 tərəfindən ödənilməlidir.Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş edilmişdir. Bakı şəhəri Xətai Ray on Məhkəməsinin 2(011)-2484/2019 saylı 19 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim L.E.Rəhimli) iddia tələbi qismən təmin edilərək,mənəvi zərərin kompensasiyası kimi 2000 (iki min) manat, hüquqi yardıma görə 75 (yetmiş beş) manat, habelə ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 15,20 (on beş manat iyirmi qəpik) manat olmaqla, cəmi 2090,20 (iki min doxsan manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh1; mənəvi zərərin kompensasiyası kimi 2000 (iki min) manat, hüquqi yardıma görə 75 (yetmiş beş) manat, habelə ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 15,20 (on beş manat iyirmi qəpik) manat olmaqla, cəmi 2090,20 (iki min doxsan manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq, İddiaçı1 və İddiaçı2 xeyrinə ödənil məsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 onların vəkili Meybulla Məcidovapellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsini xahiş etmişlər. İddiaçılar şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən tətbiq edilməli olan qanun norrmaları tətbiq edilməmiş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən Cavabdeh1 səlahiyyətli nümayəndə si-Vəkil apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmuş hissədə ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(103)8026/2019 nömrəli qətnaməsi ilə (hakimlər T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) iddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili və Cavabdeh1 səlahiyyətli nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə 19 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(103)8026/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 kassasiya şikayətləri vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(103)-8026/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddianın təmin edilməmiş hissəsini məhkəmə belə əsaslandırmışdır ki, xərcləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, Bakı şəhərində ictimai nəqliyyatdan istifadəyə görə qəbz, çek və ya hər hansı digər sənəd verilmir. Belə sənədin verilmədiyi halda məhkəməyə təqdim edilməsi də qeyri-mümkündür. Bundan əlavə, iddiaçı R. Kərimova rəsmi olaraq muzdlu işlə məşğul olmasa da, fərdi sifariş əsasında öz evində şirniyyat məhsullarının hazırlanması ilə məşğuldur. Lakin 43 ay ərzində heç bir işləyə bilmədiyinə görə, hər ay 250-300 manat qazanc itirmiş, bunun əvəzində isə hər ay üçün 130 manat minimal əmək haqqını tələb etmişdir. Bundan əlavə, mənəvi zərərin kiçik məbləğdə müəyyən edilməsi məhkəmə tərəfindən cəmiyyətə edilmiş hörmətsizlik kimi qiymətləndirilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(103)-8026/2019 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də rədd edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddia tələbi ilk növbədə maddi zərərlə və ondan irəli gələn mənəvi zərərlə bağlıdır. İşə baxan məhkəmə haqlı olaraq maddi zərərlə bağlı iddia tələbinin sübuta yetirilmədiyi qənaətinə gəlsə də, nədənsə mənəvi zərərin vurulması qənaətinə gəlmişdir. Cavabdehlər tərəfindən hər hansı hüquq pozuntusuna yol verilmədiyindən iddiaçıların subyektiv hüququ olmamışdır. Həmçinin, cavabdehlər tərəfindən hər hansı hüquq pozuntusuna yol verilmədiyindən iddiaçılara maddi zərər dəyməmiş və bundan irəli gəln mənəvi zərər də dəyməmişdir. İddiaçılara mənəvi zərər dəymişsə, bu ancaq cinayət işi üzrə t əqsirləndirilən şəxs tərəfindən dəymişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı1, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Məcidov Meybulla Həbi oğlu kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə 19 mart 2019-cu il tarixli qətnaməsini iddianın təmin edilməmiş və Cavabdeh1 aid təmin edilmiş hissədə dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “Azərsutikinti” xəstəxanasında İddiaçı2 adına verilmiş ambulator xəstənin tibbi kartasının surətindən görünür ki, 05.11.2014-cü il tarixdə İddiaçı2 vizual müayinə olunmuş, həmin müayinə zaman ı qızlıq pərdəsinin natamam pozulması aşkar olunmuşdur. “X9” tərəfindən 19.11.2014-cü il tarixli İddiaçı2 adına verilmiş arayışın surətindən görünür ki, İddiaçı2 müayinə zamanı qızlıq pərdəsinin tamlığının pozulması aşkar edilmişdir. 140106063 nömrəli cinayət işi üzrə 02.04.2015-ci il tarixli şahidin dindirilməsi protokolunun surətindən görünür ki, Cavabdeh2 İddiaçı2m müayinə etməsi və qızlıq pərdəsinin tamlığının pozulmaması barədə ifadə vermişdir. 140106063 nömrəli cinayət işi üzrə 22.11.2014-cü il tarixli şahidin dindirilməsi barədə protokolun surətindən görünür ki, Cavabdeh1 İddiaçı2m müayinə etməsi və qızlıq pərdəsinin tamlığının tam pozulması barədə ifadə vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və pataloji anatomiya elmi-təcrübi və tədris birliyi nin 368 saylı 02.09.20016-cı il tarixli ekspert rəyinin surətindən görünür ki, İddiaçı2 qızlıq pərdəsinin tamlığı pozulmaması, onun qızlıq pərdəsinin anatomik-fizioloji quruluşu onun tamlığı pozulmadan cinsi əlaqədə olmağa imkan verməməsi və İddiaçı2 ilə qeyritəbii yolla (arxa keçəcəkdən) mütəmadi cinsi əlaqədə olma əlamətlərinin aşkar olunmaması, lakin arxa keçəcəkdə qeyri-təbii yolla tək-tək olunmuş cinsi əlaqə zamanı yarana bilən bəzi xəsarətlərin (qansızma, qançır, sıyrıq, səthi eroziya) sağaldıqdan sonra iz qoymadığından uzun müddət keçdikdən sonra onları məhkəmə-tibbi yolla aşkar edə bilinməməsi müəyyən edilmişdir. Qeyd edilən ekspert rəyini digər ekspertlərlə yanaşı, mama-ginekoloq Cavabdeh1 öz imzası ilə təsdiq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101 )-62/2017 saylı 17.0 5.2017-ci il tarixli hökmünün surətindən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)- 1162/2017 saylı 24.07.2017-ci il tarixli qərarının surətindən görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.05.2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)25-18 saylı 16.01.2018-ci il tarixli qərarının surətindən görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 24.07.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, apellyasiya instanisyası hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı2m müayinə edərək əvvəlcə xəstənin qızlıq pərdəsinin tamlığının pozulması barədə yazılı arayış versələr də, lakin sonradan cinayət təqibi zamanı fərqli ifadələr verərək, sonunda öz keçirdikləri müayinələrin nəticələrini təkzib etmişlər. Nəticədə, onlar tərəfindən verilmiş xəstə barəsində yalnış diaqnozlar həm İddiaçı2, həm də onun anası İddiaçı1m əsassız şübhə altında yaşamağa və bu günə qədər mənəvi cəhətdən psixoloji sarsıntılar keçirmələrinə səbəb olmuşdur. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41 -ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçüe əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23 -cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətə ndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçıların iddia ərizəsingən göründüyü kimi, iddiaçılar onlara dəymiş maddi ziyanı yalnış rəylərin verilməsi nəticəsində ibtidai istintaq müddətinin uzadılması və bunu n nəticəsində İddiaçı1 işləyərək əldə edə biləcəyi 3120 manat məbləğində əmək haqqının itirilməsi, müxtəlif orqanlara müraciət etmələri nəticəsində yaranmış 194 manat məbləğində poçt və 480 manat məbləğində nəqliyyat xərcləri ilə və hazırkı mülki iş üzrə məhkəmə xərcləri, yəni vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 manat və 31 manat dövlət rüsumunun ödənilməsi ilə əsaslandırmışlar. İiddia tələbinin “maddi ziyanın ödənilməsi” barədə hissəsi yalnız hüquqi yardıma görə iddiaçılar tərəfindən ödənilmiş 150 manat pul vəsaiti və dövlət rüsumunun 30,40 manat məbləğində ödənilməsi tam sübuta yetirilmişdir. Bu səbəbdən həmin hissədə iddia tələbi qismən təmin edilərək, cavabdehlərdən iddiaçıların xeyrinə 180,40 manat məbləğində pul vəsaiti tutulmasını qət etməklə işə baxan məhkəmə haqlı olmuşdur. Eyni zamanda, iddiaçı tərəfindən verilmiş iddia tələbində cavabdehlərin hərəkətləri nəticəsində iddiaçılar mənəvi sarsıntılar və iztirablar keçirdiklərindən və buna görə də, onlar pul kompensasiyası tələb etmək hüququna malik olduqlarından, iddia tələbinin cavabdehlərdən mənəvi zərərin əvəzinin tutulması hissəsini də qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi və fiziki iztirabların xarakterini və dərəcəsini, cavabdehlərin təqsirini və digər mühüm hallarını nəzərə alaraq, mənəvi zərəri 4000 manat məbləğində qiymətləndirməklə, cavabdehlərdən iddiaçıların xeyrinə həmin məbləğin tutulmasını əsaslı hesab edir. Kassasiya kollegiyası, apellyasiya instansiyası mə hkəməsinin iddianın təmin edilməmiş və Cavabdeh1 aid təmin edilmiş hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, iddianın rədd edilmiş hissəsi ilə bağlı kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, iddiaçı maddi zərərə məruz qalması ilə bağlı istinad etdiyi halları üzrə üzər inə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Cavabdehin kassasiya şikayətinə münasibətdə isə kollegiya qeyd edir ki, onun verdiyi rəyin iddiaçının mənəvi zərərə məruz qoyması müəyyən edildiyindən aşağı instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(103 )8026/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7927/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7927/2019
16.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver