Məhkəmə qərarları › İş №2(102)-7928/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7928/2019

20.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7928/2019 20.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı və onun vəkili Rəhimova Ofelya Oqtay qızının, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili X1 və nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “intizam tənbehlərinin ləğv edilməsi, istifadə etməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ü.Şükürova, iş 2(009)-175/2019) iddia qismən təmin edilmiş, İddiaçı məzuniyyət hüququnun pozulduğu iş illəri üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada hesablanmış məbləğdə konpensasiyanın ödənilməsi, idd ianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli(sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Xəlilov, iş № 2(103)-7939/2019) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Rəhimova Ofelya Oqtay qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili X3 izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Hü quqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X9 tərəfindən verilmiş 19.04.2018-ci il tarixli 64 nömrəli əmrə əsasən daşıma bölməsinin avtomobil sürücüsü ekspeditor mülki işçi İddiaçı 08.02.2018-ci ildə Maz 544 005 P 304 QQ dövlət qeydiyyat nişanlı yük avtomobili ilə ərzaq təminatı üçün Gəncə bölməsinə ezam olunmuş, yol vərəqəsi əsasında 370 km əvəzinə 418 km yol qət edərək, 48 km artıq yol qət etməsi aşkarlanmış, dövlətə vurulmuş ziyan hesabla naraq, İddiaçı əmək haqqından tutulması əmr edilmişdir. X9 tərəfindən verilmiş 02.04.2018-ci il tarixli 58 nömrəli əmrlə daşıma bölməsinin avtomobil sürücüsü ekspeditoru mülki işçi İddiaçı 13.03.2018-ci il tarixdən 16.03.2018-ci il tarixədək üzrsüz səbəbdən işə çıxmamış, izahatında işə çıxmamasının səbəbini real işlə təmin olunmaması ilə izah etmiş, mülki işçi İddiaçı “töhmət” elan olunmuşdur. İddiaçı 08.02.2018-ci ildə Maz 544 005 P 304 QQ dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 73 nömrəli yol vərəqəsi əsasında ərzaq təminatı üçün Gəncə bölməsinə ezam olunmuşdur. Ezamiyyətdən geri qayıdarkən yol vərəqəsi yoxlanılmış və qanun pozuntusu aşkar edilmişdir. Belə ki, müdafiə nazirinin əmri ilə avtomobil və YSM xidmətinin X7 vəzifəli şəxsləri ilə birlikdə təyin olunmuş yol marşrutu 370 km təsdiq olunmuşdur. Qeyd olunan sürücü isə həmin marşrutda 48 km artıq yol qət etmişdir. Araşdırma zamanı İddiaçı izahat verməkdən imtina etmiş və bu barədə akt tərtib edilmiş, evinə bildiriş göndərilsə də, bir daha izahat verməkdən imtina etmişdir. Yol vərəqəsində qeyd etməklə də bildirmişdir ki, o, Gəncə bölməsində olarkən yükün çəkilməsi məqsədilə avtotərəziyə getdiyi üçün əlavə yol qət etmişdir. Bu səbəbdən qeyd olunan çatışmazlıq yaranmışdır. Bu barədə heç bir təsdiqedici sənəd təqdim etməmişdir. X9 uçot əməliyyat bölməsinin rəisi tərəfindən təqdim olunmuş qaimə-fakturada və X7 Gəncə bölməsinin rəisi tərəfindən verilmiş izahatda qeyd olunduğu kimi malların dəqiq çəkisi göstərildiyi üçün əlavə çəkiyə ehtiyac yaranmamışdır. Buna görə də sürücü İddiaçı idarə etdiyi avtomobil heç kim tərəf indən avtotərəziyə göndərilməmişdir. Belə halların təkrarlanmaması məqsədi ilə dövlətə dəymiş ziyan hesablanaraq, günahkar şəxsin maaşından tutulması təklif edilmişdir. X7 daşıma bölməsinin avtomobil sürücüsü ekspeditoru İddiaçı mart ayında bir neçə gün işə çıxmadığına görə işə davamiyyət tabeli əsasında 64,58 manat əmək haqqından tutulmuşdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrini tətbiq etmişdir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad edilmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məh kəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə ba xıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar