Məhkəmə qərarları › İş №2(102)-7937/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7937/2019

24.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7937/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli 2(103)9796/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim S.Ədilova) 16.04.2019-cu il tarixli 2(005)-1184/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və “Taleh A.T” müəssisəsinə “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qismən təmin edilərək, Cavabdeh1 İddiaçı xeyrinə mənəvi zərərə görə 1000 manat pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) 21.08.2019-cu il tarixli 2(103)-9796/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16.04.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və “Taleh A.T” müəssisəsinə “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 16.01.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və “Taleh A.T” müəssisəsindən cinayət nəticəsində dəymiş maddi zərərə görə 18050 manatın və mənəvi ziyana görə 50000 manatın, ümumilikdə 68050 manat pul vəsaitinin müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, hamıya bəllidir ki, rayon yer ində yas mərasimini keçirmək həm maddi, həm də mənəvi cəhətdən çox ağırdır. Cavadehlər iddiaçının yeganə qız övladının faciəli surətdə ölümündən sonra yas mərasiminə gəlməmiş, iddiaçının dərdinə şərik olmamış və heç bir maddi və mənəvi yardım etməmişlər. İddiaçı mərhum qızının dəfn olunmasına və məzar daşına cəmi 6700 manat, yas mərasiminə dəfn günü, üçü, yeddisi, cümə axşamları və qırxına isə cəmi 11350 manat, ümumilikdə 18050 manat pul xərcləmişdir. Həmçinin ailənin yeganə qız övladının faciəvi şəkildə itirilməsi ilə əlaqədar ailənin gərgin iztirab keçirməsi nəticəsində onun ailəsinə sağalmaz və yaddaşlardan silinməyən ağır mənəvi zərər vurulmuşdur. Hadisə günündən bu günədək onlar dərin mənəvi sarsıntılar keçirdikləri üçün psixoloji xəstəliyə düçar olmuşlar və bununla əlaqədar olaraq id diaçı ona dəymiş mənəvi ziyanı 50000 manat dəyərində qiymətləndirmişdir. Məhkəmə isə qeyd edilənlərə tənqidi yanaşmış və düzgün hüquqi qiymət verməmişdir. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli 2(103)-9796/2019 saylı qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı, vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və “Taleh A.T” müəssisəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyə n şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məh kəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya kollegiyası tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Dəllər-Cəyir kənd bələdiyyəsinin 13.11.2018-ci il tarixli arayışdan görünür ki, X1 vəfat edən zaman dəf xərcini İddiaçı ödəmişdir. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmiş və qə naətini onunla əsaslandırmışdır ki, Nərmin Sadıqovanın ölümü ilə əlaqədar İddiaçı maddi ziyanın dəyməsi sübutlarla təsdiq olunmur. Belə ki, iddiaçının dəfn xərcləri və yas mərasimi üçün təqdim etdiyi sənədlərin mötəbər dəlillər kimi qiymətləndirilməsi mümkün deyil. Habelə, baş verən qəza ilə bağlı bütün məsuliyyət Cavabdeh1 üzərində olmuş, bu zaman baş verəcək hər hansı bədbəxt hadisə ilə bağlı Cavabdeh2 üzərinə öhdəlik götürməmişdir. Yol hərəkət qaydalarının pozuntusu məhz Cavabdeh1 tərəfindən törədilmişdir və o, bu əməlinə görə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1(005)- 235/2018 saylı, 31.07.2018-ci il tarixli hökmü ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin hallar yenidən mübahisələndirilmir və sübuta yetirilmir. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddi a tələbini mənəvi ziyanın tutulması hissəsini qismən əsaslı hesab etməsini və işin hallarını nəzərə alaraq iddianın həmin hissədə qismən təmin etməklə, Cavabdeh1 iddiaçının xeyrinə vurulmuş mənəvi ziyana görə ağlabatan məbləğdə - 1000 manat ödənilməsi barədə gəldiyi hüquqi nəticəni əsaslı hesab etmişdir. Kassasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, apellyasiya kollegiyası qeyd edilən mübahisəni mahiyəti üzrə həll edərkən iddia tələbinin maddi zərərin əvəzinin tutulması hissəsində düzgün hüquqi mövqedə olsa da, mənəvi zərərin əvəzinin tutulması hissəsində tətbiq etmiş olduğu maddi hüquq normalarını məğzinə uyğun tətbiq etməmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir: “Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi ha qqında” 3 noyabr 2008ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amil lər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Qeyd edilən normaların məzmunundan da aydın olur ki, mənəvi zərərin məbləğinin həddinin müəyyən edilməsində əsas səlahiyyət məhkəmələrə verilmiş və məhkəmələrə mənəvi zərər məbləğinin həddini müəyyən edərkən şəxsin mənəvi sarsınti və iztirablar keçirməsinin özünü hansı formada biruzə verməsinin formaları izah edilmişdir. Apellyasiya kollegiyası qeyd edilmiş normaları qəbul etdiyi qətnamədə göstərmiş olsa da, iddia tələbini mənəvi zərər məbləğlə bağlı hissədə dəyişdirmədən saxlayarkən, iddiaçının mənəvi zərər çəkməsini qəbul etmiş olduğunu göstərsə də, təmin edilmiş mənəvi zərər məbləğinin yeganə övladını itirmiş valideynin keçirmiş olduğu mənəvi iztirabın hansı həcmdə təmin edə biləcəyinə, həmin mənəvi iztirabla mənəvi zərər məbləğinin balans təşkil edib-etmədiyinə toxunmamış, təmin edilmiş mənəvi zərər məbləğinin ədalətli olmasına münasibət göstərə bilməmiş və yalnız həmin məbləği ağlabatan hesab etdiyini vurğulamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1ci maddəsinə ə sasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiz iki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası MPM-in 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin mənəvi zərərlə bağlı dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, kassasiya şikayətinin mənəvi zərərlə bağlı dəlilləri əsasında apel lyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə mənəvi zərər hissəsində dəyişdirilməli və mənəvi zərər məbləğin 3000 manat dəyərində müəyyən edilməlidir. Kassasiya şikayətinin maddi zərərlə bağlı dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçının vurğuladığı kimi yas mərasimi ilə əlaqədar maddi xərclər tələb olunur. Lakin nəzərə almaq lazımdır ki, iddia tələbi yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında tam və ya qismən təmin edilə bilər. İddiaçının isə maddi ziyanla bağlı iş materiallarına hər hansı sübut əlavə etmədiyi və ya məhkəməyə təqdim etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli 2(103)-9796/2019 nömrəli qətnaməsi iddia tələbinin mənəvi zərərlə bağlı hissəsində dəyişdirilsin. Cavabdeh1 3000 manat məbləğ ində mənəvi zərərə görə pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli 2(103)9796/2019 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar