Məhkəmə qərarları › İş №2(102)-7938/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7938/2019

18.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7938/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli 2(103)9348/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev, iş № 2(009)-1067/2019) İddiaçı cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ər azi İdarəsinə qarşı Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və payların düzgün müəyyən olunması tələbinə dair iddiası təmin edilərək N-də yerləşən 39,0 kv.metr qeyri-yaşayış sahəsinə dair RX №0178606 seriyalı Çıxarışın etibarsız hesab edilməsi, həmin sahənin payçıları barədə reyestr kitabında aparılmış qeydiyyatın düzgün hesab edilməməsi və orada İddiaçı payının 5/6 hissə, Cavabdeh payının 1/12 hissə, X4 payının 1/12 hissə olmasına dair düzəlişin edilməsi, həmin düzəlişlərə əsasən paylı mülkiyyətçilərin adlarına yeni çıxarışların verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və İ. Ə.Kərimli) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: X2 03 avqust 2004-cü il tarixdə baş vermiş vəfatı ilə əlaqədar ona məxsus qeyriyaşayış sahəsinə miras açılmış və Bakı şəhəri 32 saylı Dövlət notariat kontoru tərəfindən onun arvadı X5 əmlakın ½ hissəsinə, digər ½ hissəyə isə X7, X8 və İddiaçı adlarına 11 fevral 2005-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən qeyri-yaşayış sahəsinin 4/6 hissəsinə X3, 1/6 hissəsinə X6 və 1/6 hissəsinə İddiaçı payları müəyyən olunmuşdur. 20 oktyabr 2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən X7 ona məxsus 4/6 hissədə payı İddiaçı bağışlamış, 30 sentybar 2012-ci il tari xdə X8 vəfat etmişdir. Fuad Həsənovun vəfatından sonra mübahisəli obyektin ½ hissəsinə onun arvadı Cavabdeh və X4 payı müəyyən olunaraq (hər birinin ¼ hissədə) onların adlarına Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2019-cu ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Fuad Həsənovun vəfatından sonra ona məxsus 1/6 payın arvadı və oğlu arasında bölünməli olduğu halda obyektin yarısına Cavabdeh (1/4 hissə) və Fikrət Həsənovun (1/4 hissə) payları müəyyən olunmaqla onların adlarına 18 may 2013-cü il tarixdə çıxarış verilməsini əsas göstərməklə həmin çıxarışın etibarsız hesab edilməklə qeyri-yaşayış sahəsinin 5/6 hissəsinə onun, hər birinin payı 1/12 hissə olmaqla qalan hissəyə Cavabdeh və Fikrət Həsənovun payının müəyyən olunmasına dair Dövlət Reyestrindən Çıxarış ın verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh nümayəndəsi kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilib işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehləri n iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mərhum Nun ümumi əmlakdan payı 1/6 hissə təşkil etdiyi üçün həmin hissə onun arvadı və oğlu arasında bölünməli olduğu halda miras əmlak N və İddiaçı birgə mülkiyyəti hesab edilərək səhvən Nun vərəsələri arası nda bölünməklə Dövlət Reyestrindən Çıxarışa daxil edilmişdir. Halbuki miras əmlakdan İddiaçı payı 5/6 hissə, cavabdehlərin isə hər birinin payı 1/12 hissə müəyyən olunmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (1151.1) Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. (1151.2) Fuad Həsənovun öldüyü məqamda ümumi əmlakdakı payı 1/6 hissə təşkil etdiyindən məhz həmin hissəyə onun vərəsələrinin pay hüququ müəyyən olunmalı idi. Lakin işdən göründüyü kimi onun vərəsələrinin payı iddiaçının payının azaldılması hesabına səhvən artırılmışdır. “Daşı nmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Kollegiya hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və məhkəmə düzgün olaraq mübahisələndirilən çıxarışı etibarsız sayaraq tərəflərin ümumi əmlakdan payını qanunun tələbinə uyğun olaraq müəyyən etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya qətnaməni qanuni və əsaslı sayır və hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 08 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar