Məhkəmə qərarları › İş №2(102)-794/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-794/2020

11.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-794/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov) iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseyn, hakimlər E.Nəbiyev, R.Qurbanov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən b ütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli mikro-kredit müqaviləsinin, o cümlədən həmin müqavilənin təmini üsulu kimi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2015ci il tarixli mikro-kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə və 1 №-li kredit ödəniş cədvəlinə əsasən Cavabdeh ASC İddiaçı 36 ay müddətinə illik 6% dərəcəsi ilə 15.000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilə yə əsasən Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli mikro-kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 6,04125 kv.m olan torpaq sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və digər” tələbinə dair iddiası qismən təmin edilmiş, 14924,94 manat məbləğində əsas borc, 1083,94 manat məbləğində faiz borcu, 300 manat məbləğində cərimə olmaqla, cəmi 16308,88 manat məbləğində kredit borcu, bildirişin qeydə alınması ü çün ödənilmiş 30 manat məbləğində xidmət haqqı, həmçinin dövlət rüsumu və iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ASC-yə ödənilməsi, tutmanın İddiaçı məxsus ünvan 1ində yerləşən 6.04125 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 1ində yerləşən 6,04125 ha torpaq sahəsinin ilkin satış qiymətinin 18000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən cəmi 16308,88 manat məbləğində kredit borcu, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində xidmət haqqı, həmçinin dövlət rüsumu və iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməmə si, ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə xx.xx.2018-ci il tarixində müraciət etmişdir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, cavabdeh iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Həmin Məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslə r azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirməəqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. İddiaçı kassasiya şikayətinin dəlillərində ödəmələr ilə bağlı qrafikin düzgün tərtib edilmədiyini, kredit müqaviləsinin düzgün tərtib edilmədiyini, üzərinə qoyulan öhdəliklərin realizə edilməsinin qaydasının kredit müqaviləsində düzgün göstərilmədiyini, onun hüquq və azadlıqlarını məhdudlaşdıran şərtlərin kredit müqaviləsinə əlavə edildiyini, kredit müqaviləsinin şərtlərinin qanuna uyğun olmadığını, müqavilələrin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığını, müqavilələr bağlanarkən cavabdeh tərəfindən əqd bağlanması məqsədilə aldadıldığını bildirsə də, qeyd olunanlarla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı onun cavabdeh tərəfindən aldadılmasının konkret olaraq nədə ifadə olunmasını göstərə və əsaslandıra bilməmişdir. Eyni zamanda mübahisələndirilən kredit və ipoteka müqavilələrindən də görünür ki, kredit məbləği, onun qaytarılması qaydası və digər şərtləri, habelə ipoteka müqaviləsinin şərtlərini tərəflər aralarında razılaşdırmışlar. Ümumiyyətlə, iddiaçı tərəflər arasında imzalanmış mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsini tələb etsə də, mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir və məhkəmə araşdırması zamanı da belə bir əsasın mövcud olması öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb id dia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyəsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin eti barsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İş materiallarından göründüyü kimi mübahisələndirilən müqavilələr xx xxxxxx 2015ci il tarixdə imzalanmışdır. İddiaçı tərəfindən isə hazırki iddia ərizəsi ilə məhkəməyə iki il on aydan artıq müddət keçdikdən sonra xx.xx.2018-ci il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməlidir Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar