Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-794/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X5 qarşı iş üzrə Qərardadı (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, müddətin bərpası barədə vəsatət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-391/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərardadından cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üz rə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında cavabdeh X5 məxsus torpaq sahəsi ilə ona məxsus torpaq sahəsini biri-birindən ayıran daş hasarın ətrafına cavabdeh tərəfindən yığılmış tikinti-inşaat materiallarının (torpaq və s.) cavabdeh tərəfindən yığışdırılmaqla təmizlənməsi, sərhəd daş hasarın əyriliyinin və çat vəziyyətinin cavabdehin vəsaiti hesabına bərpa edilməklə əvvəlki sağlam vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Həmçinin X1 Fərhad Əhməd oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 1490 manat məbləğində pulun tutu lması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2022-cü il 07 iyul tarixli, 2(001)237/2022 nömrəli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) ilkin iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən torpaq sahələrini bir birindən ayıran daş hasarına tərəf cavabdeh X7 tərəfindən tökülmüş torpaq qatının və hasarın ətrafına yığılmış tikinti-inşaat materiallarının yığışdırılması öhdəliyinin cavabdeh X4 üzərinə qoyulması, İddiaçı ilə X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən torpaq sahələrini birbirindən ayıran daş hasar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müəyyən etdiyi qaydalara riayət edilməklə (hasarın hündürlüyü 2 met r 20 santimetrdən çox olmamaq şərtilə) cavabdeh X7 tərəfindən bərpa edilməsi və təhlükəsiz vəziyyətə gətirilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, iddiaçı X4 cavabdeh İddiaçı qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 20 iyul tarixli, 2(103)-391/2023 nömrəli qətnaməsi ilə (hakimlər - Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Fərid Əyyubov) cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qətnamədən cavabdeh X7 elektron məhkəmə sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti vermiş və ka ssasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2023cü il tarixli, 2(102)-4653/2023 nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayəti icraata qəbul edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 20 iyul tarixli, 2(103)-391/2023 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilərək,kassasiya şikayəti geri qaytarılmışdır.
7. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyri-mümkün sayılması barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2(103)-391/2023 saylı qətnaməsi cavabdehin nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini verdikdə nəzərdə tutulan prossesual müddəti ötürmüş və prossesual müddətin ötürülməsinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Cavabdeh qətnaməni rəsmi poçt vasitəsi ilə xx.xx.2023-ci il tarixdə alsa da, nümayəndəsi elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə aldığından qətnamədən kassasiya şikayəti verilməsi müddəti xx.xx.2023-cü il tarixdən hesablanmaqla buraxılmışdır.
8. Bundan sonra cavabdeh və vəkili (Vəkil) prossesual müddətin ötürülməsinin bərpa edilməsinə dair xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən kassasiya şikayətinin veri lməsi üçün vəkillə xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmış və order verilmişdir. Apellyasiya şikayəti tərtib olunduqdan sonra xx.xx.2023-cü il tarixdə elektron poçt vasitəsi ilə aidiyyəti üzrə verilməsi təmin olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Respublika hüdudlarından kənarda - Polşada olmuşdur. Məhkəmə qətnaməsini almadığından cavabdeh məhkəməyə müraciət etməklə qətnaməni rəsmi qaydada xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə qəbzə imza etməklə almışdır. Cavabdehin kassasiya şikayətinin verilməsi barədə vəkilə tapşırığı olmamış, kassasiya şikayətinin verilməsi ilə bağlı aralarında müqavilə olmamış, ancaq xx.xx.2023-cü ildə müqavilə bağladıqdan sonra kassasiya şikayəti tərtib edərək göndərilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 2(103)-391/2023 saylı,14 dekabr 2023-cü il tarixli qərardadı ilə cavabdeh X7 (nümayəndəsi, həmçinin vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-391/2023 saylı, 20 iyul 2023cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixində cavabdehin nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh kassasiya şikayətini verərkən qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 2 aylıq müddəti üzürsüz səbəbdən ötürmüşdür.
12. Qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1,133.1,-cı maddələri ilə əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-391/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilib prosessual müddətin ötürülməsini üzrlü hesab edərək buraxılmış müddətin bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa olunması barədə ərizənin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Respublika hüdudlarından kənarda - Polşada olmuşdur və bu səbəbdən və nümayəndə kimi kassasiya şikayətinin verilməsi barədə tap şırığı qabaqcadan olmadığından, dövlət rusumu və vəkillə müqaviləsi (vəkil orderi) olmadığından göndərilməsi mümkün deyildir. Apelyasiya instansiyası məhkəməsi müddətin üzürlü sayılması üçün əhəmiyyətli olan bu halları nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən e dilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
19. Maddə 135.1. Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
20. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdı rılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
21. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, at asının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
22. Maddə 135.5. Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
23. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
24. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
25. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.... “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı 26....Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüq uqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın... "X3 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarı 27.... Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402- 421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir... Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmaması və kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
29. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əh atə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
30. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qayda da verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
31. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
32. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, məhkəmənin 20 iyul 2023-cü il tarixli, 2(103)-391/2023 saylı qətnaməsi 04 avqust 2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkiliVəkil elektron kabinetində yerləşdirilmişdir.
33. Lakin iddiaçının kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə elektron qaydada verilmişdir.
34. Göründüyü kimi cavabdeh kassasiya şikayəti verərkən qanunla müəyyən olunmuş müddət ötürülmüşdü. Apelyasiya instansiyası məhkəməsi cavabdehin qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etmədiyinə görə müddətin bərpasından imtina etmişdir.
35. İddiaçının kassasiya şikayəti vemək üçün müddətin axımının qətnamənin elektron kabinetdə yerləşdirilməsi tarixindən deyil, ona poçt vasitəsilə çatdırıldığı tarixdən hesablanbmalı olduğu barədə dəlili əsassızdır.
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki Konstitusiya Məhkəməsinin “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Mə hkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ il ə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
37. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.
38. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin pros essual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.
39. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.
40. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 133cü maddəsinə istinad etməklə iddiaçının proses sual müddətin bərpasına dair vəsatətini təmin etməmiş, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-391/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.