Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-795/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayətinin qeyri-mümkünlüyü, şikayətin elektron qaydada verilməməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2578/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh kassasiya şikayətinə 19 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 21000 manat əsas borcun, 153 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Goranboy Rayon Məhkəməsinin 2(045)-792/2023 nömrəli iş üzrə 7 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 21000 manat borc və 153 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. (hakim Taleh Mustafayev)
3. Cavabdeh 02 iyul 2023-cü il tarixdə qətnamənin surətini qəbzə imza etməklə almış və 28 iyul 2023-cü il tarixdə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnam əsinin ləğv barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2578/2023 nömrəli, mülki iş üzrə 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesаb edilmişdir. (hakimlər Aygül İskəndərova (sədrlik edən və məruzəçi), Azər Bayramov və Rəşad Mamedov)
5. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbinə uyğun, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin 10-1.1, 10-1.3, 363.1.5, 363.4 və 366-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Şikayət belə əsaslandırılmışdır ki, Goranboy Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2023-cü il tarixdə qəbul olunub, cavabdeh isə qətnaməni poçt vasitəsi ilə xx.xx.2023cü il tarixdə rəsmi qaydada alıb. Cavabdeh apellyasiya şikayətini Goranboy Rayon Məhkəməsinin dəftərxanasına xx.xx.2023-cü il tarixdə birbaşa təqdim edib və şikayəti verən zaman dəftərxana işçisindən soruşduqda əl ilə də qəbul edilməsinin mümkün olduğu bildir ilib. Dəftərxana şikayəti qəbul edib və şikayətin cavabdehdə qalan surətinə ştamp və imza atıb ki, qəbul edildi. xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti birinci instansiya məhkəməsinə verilib, məhkəmə isə prosessual pozuntu edərək, çox gec apellyasiya məhkəməsinə göndərib. Dəfələrlə cavabdeh tərəfindən məhkəmədən tələb edilməsinə baxmayaraq şikayət gec göndərilib. Apellyasiya şikayəti verilən zaman yəni xx.xx.2023-cü il tarixdə Goranboy Rayon Məhkəməsi cavabdehə heç nə bildirmədən dəftərxana vasitəsi ilə şikayəti qəbul etmişdir, bu, prosessual qaydalara uyğun deyildisə, məhkəmə bunu qəbul etməzdi və bildirərdi ki, şikayət elektron qayda da göndərilsin. Apellyasiya məhkəməsi isə şikayətin birinci instansiya məhkəməsinə daxil olduğu tarixə baxmadan, dəqiqləşdirmə aparmadan işin geri qa ytarılması haqda qərardad qəbul etmişdir. “Elektron Məhkəmə” sisteminin tətbiq olunduğu məhkəmələrdə, eləcə də Goranboy Rayon Məhkəməsində elektron sistem tam tətbiq edilsə də, şikayət verilən zaman, həm də dəftərxana vasitəsilə işlər qəbul edilirdi. Birinci instansiya məhkəməsində şikayətin uzun müddət apellyasiya məhkəməsinə göndərilməməsi məqsədyönlü olub ki, işə baxılmasın və qeyd olunan səbəblə geri qaytarılsın. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd olunan prosessual qanunun pozuntuların diqqət yetirməmiş və qanunsuz qərardad çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasi ya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apell yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
10. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
11. Apellyasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qərardadının ləğvini tələb et mişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
12. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
14. Prosessual qanunvericiliyin tələbinə görə şikayətin apel lyasiya mümkünlüyü üçün prosessual əsasların olması zəruridir, əks halda şikayət mümkün sayılmamalıdır.
15. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, cavabdeh apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim etməyib.
16. MPM-nin 10-1.3-cü maddəsinin tələbindən göründüyü kimi, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayəti bu qaydaya riayət olunmadan verilmiş, şikayət elektron kabinet vasitəsilə təqdim edilməmişdir.
17. Belə olan halda da, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyri-mümkün sayılması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticəni prosessual qanunvericiliyə uyğun sayır.
18. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – şikayətin birinci instansiya məhkəməsinin dəftərxanasına verilməsi, həmin vaxt cavabdehə heç nə bildirilmədən dəftərxana vasitəsi ilə şikayətin qəbul edilməsi, bunun prosessual qaydalara uyğun deyildisə, məhkəmənin şikayəti qəbul etməli olmaması – əsasız sayır. Çünki qeyd edilən dəlillər şikayətin elektron qaydada verilməsini istisna etmək üçün əsas sayıla bilməz.
19. Bu baxımdan, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2578/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.