Məhkəmə qərarları › İş №2(102)-795/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-795/2025

07.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-795/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “ümumi istifadədə olan yolun açılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə gedən yoldan istifadəyə olan maneənin aradan qaldırılması, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2024-cü il tarixli, 2(104)1007/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Ağdam rayon Aqrar İslahat Komissiyasının 19 iyun 2009-cu il tarixli qərarı ilə İddiaçı fərdi yaşayış evin tikintisi üçün Ağdam rayonu Təzəkənd kəndində 799,08 kv.m torpaq sahəsi verilmiş və adına 26 may 2010-cu il tarixdə Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu Təzəkənd kəndi ərazisində yerləşən və istifadəsində olan həyətinə gedən yolun cavabdeh tərəfindən açılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının evinə gedən yolu zəbt etdiyindən, yalnız dar cığırla keçid mümkündür. Dəfələrlə cavabdehə xəbərdarlıq etsə də, sonuncu yolu açmaqdan imtina etmişdir.

4. Ağdam Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(013)-88/2024 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən iddiaçıya iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, “Avtomobil yolları haqqında” Qanunun 7-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 360 maddələri ilə əsa slandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikintitexniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2024-cü il tarixli rəyindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilən 25 iyul 2024-cü il tarixli rəyin məlumatlarına istinad olunaraq Ağdam rayonu Təzəkənd kənd yaşayış mən təqəsinin xüsusi mülkiyyət, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların planına əsasən JN-10A nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. İddiaçı və cavabdehin iştirakı ilə mübahisələndirilən yolun koordinatları naturada təyin edilərək Ağdam rayon Təzəkənd kənd yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların planı layihəsi ilə müqayisələndirildiyi göstərilmişdir. Məlum olmuşdur ki, Cavabdeh tərəfindən mübahisələndirilən gediş-gəliş yolunun 295 kv.m hissəsi tutulmuşdur.

9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2024-cü il tarixli, 2(104)-1007/2024 nömrəli qətnaməsi ilə (hakim R.Ş.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Mehtiyevdə n və M.Ə.Mustafayevdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Ağdam Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(013)-88/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan Ağdam rayonu, Təzəkənd kəndində yerləşən 799,08 kv.m torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun Cavabdeh tərəfindən tutulmuş 295 kv.m hissəsinin onun tərəfindən açılması və həmin yoldan istifadəyə mane aradan qaldırılması, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı veril məsini qət etmişdir.

10. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi Torpaq Məcəlləsinin 18.2, 47, 49, 111.1, 111.2-ci maddələrini tətbiq etməklə və ekspertizanın nəticələrinə istinad etməklə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yol nəzərdə tutulmuş və həmin yolun 295 kv.m hissəsini Cavabdeh heç bir hüquqi əsas olmadan zəbt etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

11. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2024-cü il tarixli, 2(104)-1007/2024 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılm ışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü, “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsi, “İnsan hüquqları haqqında” BMT Ümumi Bəyannaməsinin 18-ci, Mülki Prosessual Məcəllənin 88, 106, 218.3-cü maddələrinin pozulması ilə qəbul edilmişdir.

13. Belə ki, tərəflər arasında çəkişmə və bərabərlik prinsipi pozulmuş, işə baxılmasının yeri və vaxtı barədə cavabdehə heç bir rəsmi məlumat verilməmişdir. İddiaçının evinə digər tərəfdə yol var və uzun illərdir, oradan istifadə edirlər. Belə ki, iş üzrə ekspertiza təyin edilsə də, yaşadığı əraziyə hansı ekspert gəlməmiş və onun iştirakı təmin edilməmişdir. Həmçinin İddiaçı yolu digər tərəf də olduğundan, onun yolunun harada olmasını müəyyən etmək üçün yerində baxış keçirilmədiyindən qətnamə ləğv edilməlidir.

14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

15. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüqu qi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

17. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qoru nan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keç irən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsi nə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkə məsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

22. Kassasiya şikayətinin ilk dəlili cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması ilə bağlıdır. İş materiallarından müəyyən olunur ki, cavabdeh apellyasiya instansiyası məhkəməsindəki məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, 06 may 2024-cü il tarixli iclasda şəxsən iştirak etmiş, iş üzrə ekspertiza keçirildikdən sonra 07 oktyabr 2024-cü il tarixli iclasında isə iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya inst ansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini düzgün tətbiq etməklə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

23. Kassasiya şikayətinin digər dəlili isə ekspert rəyinin qanunsuz olmasıdır ki, cavabdehin bu dəlili hər hansı bir sübutla əsaslandırmamışdır.

24. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə r iayət etmişdir.

25. Xüsusən qeyd olunmalıdır ki, cavabdeh iddianın rədd olunmasını tələb etsə də, mübahisəli torpaq sahəsinə hüquqlarının olmasını təsdiq edən hər hansı sənədə istinad etməmiş və işin faktiki hallarını araşdıran məhkəmələrə belə sübutu təqdim etməmişdir.

26. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2024-cü il tarixli, 2(104)-1007/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar