Məhkəmə qərarları › İş №2(102)-7952/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7952/2019

26.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7952/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, İddiaçı, iddiaçının vəkili X5, cavabdehin nümayəndəsi X4, cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna qarşı “imtina məktubunun qanunsuz sayılması və iddiaçının məktubuna mahiyyəti üzrə rəsmi cavab verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 avqust 2019-cu il tarixli qətnaməsindənİddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna qarşı “imtina məktubunnun qanunsuz sayılması və iddiaçının məktubuna mahiyyəti üzrə rəsmi cavab verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseyn, hakimlər Q.Nəbiyev və R.Əliddin) iddiaçı tərəfdən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 may 2019 -cu il tarixli qətnaməsi deyişdirilmədən saxlanılmişdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 avqust 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı İmran oğlu cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna qa rşı “cavabdehin imtina məktubunun qanunsuz sayılması və onun məktubuna mahiyyəti üzrə rəsmi cavab verilməsi” tələbinə dair iddia ərizəsi ilə 08.04.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun verdiyi 12.09.2018-ci il tarixli 308/5 nömrəli imtina məktubunun qanunsuz hesab edilməsi və onun məktubuna mahiyyəti üzrə rəsmi cavabın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə iddiaçının oğlu, 1993-cü il təvəllüdlü X1 sağ çiyin nahiyəsində olan ağrılarla bağlı 30.10.2017-ci ildə Bakı şəhəri 3 saylı şəhər klinik xəstəxanasına müraciət etmişdir. 31.10.2017-ci il tarixdə saat 16:30-da X1 həmin xəstəxanada v əfat etmişdir.X1nın ölümü ilə əlaqədar iddiaçı 7 sualla Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu 12.09.2018-ci il tarixli məktubla iddiaçıya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq ekspert komissiyası tərəfindən cavab verildiyini qeyd etmişdir. İddiaçı bildirir ki, 27.10.2017-ci il tarixdə onun oğlu 1993-cü il təvəllüdlü X1i sağ qolunun çiyin nahiyəsindən arı sancmışdır. Hadisədən 3 gün keçəndən sonra oğlu X1 şişin tez çəkilməsi üçün Bakı şəhəri 3 saylı Kliniki Tibbi Mərkəzin Qəbul Şöbəsinə müraciət etmişdir. Xəstəxananın qəbul şöbəsinin göstərişi əsasında X1 cərrahiyyə şöbə sinə yerləşdirilmiş və həkim Tağı Əliyev şiş olan nahiyəyə iynə batıraraq çirkin olub-olmadığını yoxlamış, çirkin olmaması səbəbi ilə ertəsi gün evə buraxacağını demişdir. Lakin X1 bir gün orada qalmış, növbəti günü isə iddiaçının arvadı oğlunu çıxarmaq məqsədilə xəstəxanaya getmişdir. Həkimlər xəstəni evə buraxmamış və onun təcili əməliyyat olunması barədə məlumat vermişlər. X1in anası buna etiraz bildirsə də, həkim əməliyyatına təkid edərək, xəstənin qanqrena olacağını bildirmişdir. Həkimlər iddiaçının yoldaşının sonrakı etirazlarına məhəl qoymamışlar. O, əməliyyat otağının qabağında durub oğlunun əməliyyata gətiriləcəyini gözləmişdir. Lakin, oğlu əməliyyat otağında deyil, kifayət qədər xəstəsi olan palatada gizli şəkildə əməliyyat edilmişdir. Sonradan onlara məlum olmuşdur ki, X1 31.10. 2017-ci il tarixdə saat 16:30 radələrində vəfat etmişdir. Məhkəmə tibbi ekspertizasının 31.10.2017-ci il tarixli aktında X1in ölümünə səbəb sağ bazunun irinli iltihabı (absesləşmiş fleqmonası) və orqanizmin ümumi intoksikasiyası olması göstərilmişdir. Bundan sonra 26.04.2018-ci il tarixli komission məhkəmə tibbi ekspertizası keçirilərək rəy verilmişdir. Aparılmış araşdırma nəticəsində X1in ölümündə həkim səhvinin olmaması müəyyən olunmuşdur. İddiaçı hesab edir ki, oğlu X1 həkimlərin səhlənkarlığı nəticəsində ölmüş və bunun səbəblərini şəxsən araşdırmaq istəmişdir. Buna görə də o, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna müvafiq suallarla müraciət etmiş və həmin suallara peşəkar cavabların verilməsini istəmiş dir. Lakin cavabdeh onun müraciətinə mahiyyəti üzrə cavab verməmiş, qeyri- peşəkar, məzmunsuz bir məktub göndərmişdir. Belə ki, cavabdeh 12.09.2018-ci il tarixli məktubunda onun müraciətində göstərdiyi suallara Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq ekspert komissiyası tərəfindən cavab verildiyini qeyd etmişdir. O, öz konstitusion hüququndan istifadə edərək, dövlət orqanında müraciət etmişdir, institut isə ona verilmiş səlahiyyətlərindən istifadə edərək, qanunvericiliklə üzərinə qoyulmuş vəzifəsinin icra etməmiş, onun müraciətinə mahiyyəti üzrə cavab verməmişdir. Cavabdehin nümayəndəsi X6 bildirir ki, İddiaçı 31.10.2017-ci il tarixdə oğlu X1in ölümündən sonra Həkimləri Təkmilləşdirmə institutuna müraciət edərək, bir sıra suallara elmi cəhətdən cavab verilməsini xahiş etmişd ir. Bu suallardan bəziləri ümumi xarakter daşıyır və birmənalı cavaba malik deyildir, digərləri isə müəyyən konkret sahədə xüsusi elmi tədqiqatların aparılmasını tələb edir. Bu tip sualların cavablandırılması üçün məhkəmə tibbi ekspertizası mövcüddur və məsələ ilə bağlı araşdırmalar artıq aparılmış, müvafiq məlumatlar İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim olunmuşdur. İnstitutut bu sahədə kompetent ekspert komissiyası tərəfindən iddiaçının qeyd etdiyi sualları cavab verildiyinə görə, institutun administrasiyası onun nəticələrini yenidən sadalamamış və 12.09.2018-ci il tarixli məktubla iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, iddiaçının məktubunda göstərilmiş suallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq ekspert komissiyası tərəfind ən cavab verilmişdir. Hesab edir ki, iddiaçının qoyduğu suallara Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ekspert Komissiyası və ya Məhkəmə Tibbi Ekspertizası cavab vermək səlahiyyətinə malikdir, iddiaçı suallarına digər məzmunlu məktubla cavab verilməsini institutdan tələb edə bilməz. Hesab edir ki, iddia əsassızdır. Ona görə də, iddianın rədd edilməsini xahiş edir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin məktubunun məzmununun iddiaçını qane etməməsi halı iddiaçının müraciətinə cavab verilməməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kass asiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İşin halları ilə müəyyən edilir ki, iddiaçının oğlu 1993-cü il təvəllüdlü X1i çiyin nahiyəsindən 27.10.2017-ci il tarixdə arı sancmışdır. Hadisədən üç gün keçəndən sonra X7 Bakı şəhəri 3 saylı Kliniki Tibbi Mərkəzə müraciət etmişdir. X7 31.10.2017-ci il 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsində ölmüşdür. İddiaçı prokurorluğa şikayət edərək oğlunun ölümünün həkimlərin səhvi nəticəsində baş verdiyini qeyd etmişdir. İlkin olaraq Sab unçu rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilmiş, iddiaçının şikayəti əsasında həmin qərar məhkəmə tərəfindən ləğv edilmiş, yenidən cinayət işinin başlanılması rədd edilmiş, iddiaçı həmin qərardan yenidən şikayət vermiş, Bakı şəhər prokurorunun müavininin qərarı ilə Sabunçu rayon Prokurorluğunun qərarı ləğv edilmiş, əlavə araşdırma aparılması Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinə həvalə olunmuşdur. Bakı şəhər Prokurorluğunun qərarı ilə cinayət işinin başlanması yenidən rədd edilmiş və iddiaçı həmin qərardan Səbail Rayon Məhkəməsinə şikayət vermiş və sonuncunun qərarı ilə Bakı şəhər Prokurorluğunun qərarı ləğv edilmişdir. Bundan başqa o da mübahisə olunmur ki, iddiaçı oğlu X1in ölümü ilə bağlı onu maraqlandıran aşağıdakı 7 suala cavab verilməsi üçün ərizə il ə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna müraciət etmişdir. Bir arının sancmasından 3 gün keçdikdən sonra 25-26 yaşında olan cavan adam aneflatik şok keçirə bilərmi? Sağ qolun çiyin nahiyyəsində əzələdən bir arının sancması 3 gün ərzində fleqmona yarada bilərmi? Ümumiyyətlə arı sancmış adamda fleqmona ola bilərmi? Arı sancmış şəxsin qol nahiyyəsində yaranan şişi punksiya edərlərmi? Arı sancmış şəxsin qol nahiyyəsində yaranan şişi punksiya etmək üçün ümumi bədənə narkoz verilərmi? Əgər sözügedən əlamətli xəstəyə narkoz verilərsə hansı növ-hansı qaydada və hansı miqdarda (dozada) verilməli idi? Narkoz verilən xəstəni əməliyyat otağında deyil, reanimasiya palatasında xeyli xəstənin yanında əməliyyat etmək olardımı? Hə mçinin işin mübahisə olunmayan digər halı ondan ibarətdir ki, iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna müraciətinə cavab olaraq 12 sentyabr 2018-ci il tarixli məktubla “ burada qaldırılan bütün suallar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq ekspert komissiyası tərəfindən cavablandırılmışdır” məzmununda cavab verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Re spublikasının Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Həmin Qanunun 7.7-ci maddəsinə əsasən vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən iddiaçının müraciətinə cavabdeh tərəfindən əsaslandırılmış cavab verilməli və ya həmin suallar cavabdehin səlahiyyətinə aid deyilsə iddiaçının aidiyyəti üzrə müraciət etməli olduğu subyekt göstərilməli idi. Lakin cavabdeh müraciətdə nəzərdə tutulmuş bütün sualların Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq ekspert komissiyası tərəfindən cavablandırıldığını əsas gə tirərək sualları cavablandırmamışdır. Digər tərəfdən qey olunmalıdır ki, cavabdeh öz cavab məktubunda iddaçının müraciətindəki sualların Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq ekspert komissiyası tərəfindən cavablandırıldığını vurğulasa da iş materiallarından görünür ki, həmin komissiya tərəfindən verilmiş rəydə iddiaçının müraciətindəki suallara cavab verilməmiş, yalnız ölüm faktı ilə aparılmnış müalicə arasında səbəbli əlaqənin olubolmaması müəyyənləşdirilmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıkassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar