Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-796/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “maneənin götürülməsi və su yolunun açılması” tələbi) (Mülki mübahisənin kateqoriyası: Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maneənin götürülməsi və su yolunun açılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2286/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə tam hissədə İddiaçı xüsusi mülkiyyətindədir.
2. İddiaçı (bundan sonra mətndə iddiaçı) və Cavabdeh (bundan sonra mətndə cavabdeh) qonşudurlar. Onlara məxsus olan ayrı-ayrı torpaq sahələrinə ümumi istifadədə olan su arxından su axımı vardır ki, həmin sudan onların hər biri öz həyətyanı sahələrini suvarmaq üçün istifadə edir.
3. Samux Rayonu Alıuşağı Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, kəndin sakini İddiaçı məxsus olan həyətyanı torpağının Bələdiyyə torpağına çıxışını Cavabdeh zəbt etmişdir.
4. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 may 2023-cü il tarixli 10/1651 nömrəli rəyindən görünür ki, küçədən keçən, ümumi istifadədə olan su arxından İddiaçı öz mülkiyyətində olan torpaq sahəsinə çəkmək istədiyi su yolunun üzərində Cavabdeh tərəfindən metal tor çəkildiyi müəyyən edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən çəkilmiş və su arxının onun həyətyanı sahəsinə gedən hissəsində maneçilik törədən torun həmin hissədən sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Samux rayonu, Alıuşağı kəndində 0.08 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Lakin cavabdeh, qonşusu – Cavabdeh ona ümumi yoldan keçən su arxını tor setka ilə çəpərləyib ona məxsus həyətə gələn suyun qarşısını alaraq ona həmin arxdan istifadə etməyə mane olur. Əkdiyi ağacları həmin arxdan suvara bilmir. Cavabdehlə aralarında bununla bağlı dəfələrlə mübahisə yaranmış, onun bu hərəkətləri barədə aidiyyatı orqanlara müraciət etsə də, heç bir nəticəsi olm amışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.
5. İddiaçı iddia əizəsi ilə eyni məzmunlu izahat verərək həmçinin bildirmişdir ki, ekspert rəyi ilə razıdır, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
6. Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, ekspert rəyi ilə razı deyil, iddia əsassızdır. Sözügedən tor arxın qarşısını kəsmir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Samux Rayon Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 5 iyul 2023-cü il tarixli, 2(058)-23/2023 nömrəli qətnaməsi (hakim X1) ilə, iddia təmin edilmişdir və iddiaçının mülkiyyətində olan Samux rayonu Alıuşağı kəndində yerləşən torpaq sahəsinə ümumi istifadədə olan su arxından gedən su axımının qarşısına cavabdeh tə rəfindən qurulmuş bəndin (metal tor) sökülməsi və su axımının qarşısının açılması, 100 manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan Samux rayonu Alıuşağı Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, kəndin sakini İddiaçı məxsus olan həyətyanı torpağının Bələdiyyə torpağına çıxışını Cavabdeh zəbt etmişdir.
9. İş materiallarında olan iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 may 2023-cü il tarixli 10/1651 nömrəli rəyindən görünür ki, küçədən keçən, ümumi istifadədə olan su arxından İddiaçı öz mülkiyyətində olan torpaq sahəsinə çəkmək istədiyi su yolunun üzərində Cavabdeh tərəfindən metal tor çəkildiyi müəyyən edilmişdir.
10. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və cavabdeh qonşudurlar. Onlara məxsus olan ayrı-ayrı torpaq sahələrinə ümumi istifadədə olan su arxından su axımı vardır ki, həmin sudan onların hər biri öz həyətyanı sahələrini suvarmaq üçün istifadə edir. Hazırda iddiaçı iddia edir ki, cavabdeh tərəfindən ümumi istifadədə olan su arxının üzərində onun həmin arxdan istifadə etməsinə maneçilik törədən və suyun axımını kəsən bənd (metal tor) çəkilmişdir, ona görə də həmin torun sökülməsini tələb edir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən ümumi istifadədə olan su arxının qarşısını kəsən bəndin (metal torun) çəkilməsi iddiaçıya həyətyanı sahəsini suvarmaq üçün zəruri olan sudan istifadə etməsinə m aneə yaratdığından iddiaçının hüquqlarının pozulmasına səbəb olur, ona görə də o, hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən inşa edilmiş bənd (metal tor) sökülməli və iddiaçının həyətyanı sahəsinə gedən su arxının qarşısı açılmaldır
12. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 170.3, 170.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b.) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 5 iyul 2023-cü il tarixli, 2(0 58)-23/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, işə baxan məhkəmə iddianı təmin edərkən işin faktiki halına tam, hərtərəfli, obyektiv araşdırmadan, mübahisəli su arxının keçdiyi yerə baxış keçirilmədən ekspert rəyinə istinad etməklə iddianı təmin etmiş, bununla da düzgün nəticəyə gəlməmişdir. Halbuki, ekspert rəyi məhkəmə üçün məcburi qüvvəyə malik deyil. Rəy işdə olan sübutlardan biri kimi digər sübutlarla bərabər qiymətləndirilmədən sair sübut kimi qəbul edilə bilər. İşə baxan məhkəmə buna su arxının keçdiyi yer ə yerli baxış keçirmədən iddianı təmin etmişdir. Bu da məhkəmənin iddianı təmin edərkən düzgün nəticəyə gəlmədiyini sübut edir. Onu da xatırladıb ki, onun setkası artıq heç kimə maneçilik törətmir. Çünki, o setkanı götürmüşdür. O, suyu 2 ədəd su borusu ilə aparır. Yəni, onun həyətinə su axması ilə bağlı heç bir maneə yoxdur.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2286/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- F. Ə. Mehtiyev (sədrlik edən və məruzəçi), R. Ş. Muradov, İ. T. Həsənov), apellyasiya şikayəti təmin edilməmişdir və birinci instansiya məhkəməsinin 5 iyul 2023-cü il tarixli, 2(058)-23/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövgeyini belə əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı və cavabdeh qonşudurlar. Onlara məxsus olan ayrı-ayrı torpaq sahələrinə ümumi istifadədə olan su arxından su axımı vardır ki, həmin sudan onların hər biri öz həyətyanı sahələrini suvarmaq üçün istifadə edir. Cavabdeh tərəfindən isə ümumi istifadədə olan su arxının üzərində onun həmin arxdan istifadə etməsinə maneçilik törədən və suyun axımını kəsən bənd (metal tor) çəkilmişdir.
17. Nəzərə alınmalıdır ki, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidir lər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. (Mülki Məcəllənin 170.1 və 170.2-ci maddələri).
18. Mülki Məcəllənin 170.3-cü maddəsində göstərilmişdir ki, heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.
19. İş üzrə obyektiv nəticəyə gəlinməsi üçün birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki sahə üzrə ekspertiza keçirilmiş və ekspertin 30 may 2023-cü il tarixli 10/1651 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, küçədən keçən, ümumi istifadədə olan su arxından İddiaçı öz mülkiyyətində olan torpaq sahəsinə çəkmək istədiyi su yolunun üzərində Cavabdeh tərəfindən metal tor çəkildiyi müəyyən edilmişdir.
20. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən, həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən, ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
21. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə ə sasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
22. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəylərdə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman elektron baza məlumatları və ortofoto materiallardan istifadə edilmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən ümumi istifadədə olan su arxının qarşısını kəsən bəndin (metal torun) çəkilməsi iddiaçıya həyətyanı sahəsini suvarmaq üçün zəruri olan sudan istifadə etməsinə maneə yaratdığından iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Ona görə də birinci instansiya məh kəməsi iddianı təmin etməklə düzgün və əsaslı nəticəyə gəlmişdir.
24. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ və İİİ hissələrinə, 60, 72-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1, 152.2., 152.5, 157.4, 170.2, 170.3, 170.4-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 77.1. 88, 218.1, 218.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri:
24. Cavabdeh (və onun vəkili Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini əsassız olduğu ü çün ləğv edib işin yeni məhkəmə baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə onun iddiasını rədd edərkən düzgün olmayaraq maddi hüquq norması kimi 157.4, 170.1, 170.2 və 170.3-cü maddəsinə istinad etmişdir. Belə ki, o iddiaçının su arxına heç bir mane törətmir. İşə baxan məhkəmə mübahisəli su arxını keçdiyi yerə baxmadan iddianı təmin etmişdir. Halbuki, iddiaçıya su arxı ilə rahat su gedir. Suyun heç kimə mane törətməməsi üçün 2 ədəd su trubası ilə su axır. Belə olan halda iddianın təmin edilməsi və setkanın sökülüb götürülməsi ilə bağlı 1-ci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması məhkəmənin maddi hüquq normasına düzgün istinad etmədiyini sübut edir. İddiaçı həyət yanı torpaq s ahəsinə su aparır və onun iddia etdiyi setka sökülüb götürülmüşdür. Bu onu sübut edir ki, məhəmə mənim apellyasiya şikayətimi rədd edərkən düzgün nəticəyə gəlməmişdir. 26.İşə baxan məhkəmə iddiaçıya suyun getməsi üçün arxın olmasına və setkanın götürülməsinə düzgün hüquqi qiymət verməmiş bununla da MPM-in 88-ci maddəsinin tələbini pozmuşdur.
27. İşə baxan məhkəmə işə onun iştirakı olmadan baxmış bununla da MPM-in 77.1ci maddəsində nəzərdə tutulmuş hüququ məndudlaşdırılmışdır. 28.Kassator kassasiya şikayyətinin dəlillərini Mülki Məcəllənin 157.4, 170.1, 170.2, 170.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Kassasiya şikayətinə iddiaçı etiraz versə də həmin etiraz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyinə görə nəzərə alınmır.Belə ki, Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 30.Maddə
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 31.Maddə
29. İ. Hər kəsin mülkiyyət hüqu qu vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
32. Maddə
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 33.Maddə
72. İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respub likasının Mülki Məcəlləsi: 34.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 35.Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 36.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hü quqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 37.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 38.Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakterist ikasına görə qanunsuz təsirləri qadağandır. 39.Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 40.Maddə 170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 41.Maddə 84. 1- ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 42.Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 43.Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 44.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 45.Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan k eçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 46.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 47.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 49.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 50.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 51.İddia üzrə cavabdeh (və onun vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin işə baxan məhkəmənin işə onun iştirakı olmadan baxdığı, bununla da MPM-in 77.1-ci maddəsində nəzərdə tutulmuş hüququnun məndudlaşdırıldığı barədə dəlili ilə əlaqədar qeyd edir ki,həmin dəlil əsassızdır.Belə ki, iş materialları ilə təsdiq edilir ki, cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirak etmiş, apellyasiya instansiyası məhkəməsində 04 oktyabr 2023-cü il tarixə saat 10:30-a təyin edilmiş məhkəmə iclası bardə isə SMS xəbərdarlıq göndərilərə k xəbərdar edilmiş, lakin cavabdeh 04 oktyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasına üzrlü səbəb göstərmədən gəlmədiyinə görə işin baxılmasının cavabdehin iştirakı olmadan davam etdirilməsi qərara alınmışdır.
54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 57.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2023-cü il tarixli 2(104)-2286/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.