Məhkəmə qərarları › İş №2(102)-797/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-797/2019

07.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-797/2019 07.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, iddiaçıların iştirakları ilə, İddiaçı4 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5811/2018 saylı 23 may 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə, iş № 2(011)-7315/2018) iddia tələbi qismən təmin edilmiş, x1 mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı3, 1000 (min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı4, 500 (beş yüz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı5 Faxrəddin qızına və 500 (beş yüz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı2 ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli qərardadı ilə (hakim N.Ə.Misirzadə, iş № 2(011)-7315/2018) iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Faxrəddin qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «x1nə qarşıcavabdehdən iddiaçıların hər birinə ayrılıqda dəymiş maddi zərər əvəzi 10000 manat, mənəvi zərərin əvəzi 50000 manat məbləğində pul vəsaitinin tutulması ba rədə iddiasına dair iş üzrə icraata iddiaçılardan İddiaçı1 dəymiş maddi zərər əvəzi olaraq 10000 manat pul tələbinin "6800 manatı" hissəsində, mənəvi zərərin əvəzi olaraq 50000 manat pul tələbinə isə "tam" hissədə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ş.Vəliyev (sədrlik edən və məruzəçi), H.Ü.Həmidov və E.M.Həsənov, iş № 2(103)5811/2018) iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Faxrəddin qızı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7315/2017 saylı iş üzrə 14 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən İddiaçı4 kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddi açı3, İddiaçı4 və İddiaçı5 cavabdeh x1 qarşı - cavabdehdən iddiaçıların hər birinə ayrılıqda dəymiş maddi zərər əvəzi 10000 manat, mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27.12.2014-cü ildə saat 10:00-da ünvan 1i, Qara Qarayev küçəsində yerləşən İddiaçı1 məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş vermiş, ev tamamilə yararsız vəziyyətə düşmüşdür, hazırda da həmin vəziyyətdədir, yaşayış yoxdur. Partlayış nəticəsində İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı5 və Məhəmməd adlı uşaq müxtəlif dərəcəli həyat üçün təhlükəli və yüngül olan bədən xəsarətləri almışlar. Faktla əlaqədar olaraq Abşeron qaz istismar sahəsinin çilingəri X9 haqqında Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 187.3-cü maddəsi ilə 1(012)-106/2016 saylı iş üzrə 27.09.2016-cı il tarixdə hökm çıxarılmışdır. Həmin hökmlə mülki iddiaçı qismində Kərimovlar ailəsindən yalnız bir nəfərə İddiaçı1 zərərin əvəzi qismində 269.950 manat, mənəvi zərərin əvəzi qismində 10.000 manat ödənilməsi də göstərilmişdir. Ailənin digər üzvləri hazıra qədər x1 dəymiş maddi və mənəvi zərərə görə heç nə almamışlar. Hadisədən sonra ailənin bir qismi - İddiaçı1, İddiaçı2, İddiaçı3 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Natavan küçəsi, ev 7-də 280 manata kirayədə, digər iddiaçılar İddiaçı4, İddiaçı5 və Fatimə, Məhəmməd adlı uşaqları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, ev 98-də 350 manata kirayədə qalırlar. Hadisədən sonra İddiaçı1 istisna olmaq la bütün iddiaçılar müxtəlif bədən xəsarətlərinə görə tibbi müalicə almışlar. İddiaçı4 yanıq şoku ilə müşayiət olunan, ümumi bədən səthinin 46 faizini əhatə edən üzün, boyunun, qulaq seyvanlarının, hər iki əlin, gövdənin arxa səthinin, hər iki aşağı ətrafların 2-3 dərəcəli texniki yanığı ilə həyat üçün təhlükəli, İddiaçı3 travmatik şokla müşayiət olunan, sol bud sümüyünün yuxarı 1/3-nin açıq qəlpəli yerdəyişmiş sınığı, İİİ bel fəqərəsinin qəlpəli yerdəyişən sınığı, sağ və sol qasıq sümüyünün ikili yerdəyişən sınığı ilə nəticələnən həyat üçün təhlükəli, İddiaçı2 sağ diz oynağının yaralanması, İddiaçı5 sağ dirsək oynağı və sağ baldırın yaraları, 2 il 5 aylıq uşağı Məhəmməd isə sağ əlinin ovuc səthinin kəsilmiş yarası ilə nəticələnən bədən xəsarətləri almışlar. İddiaçı Kərimovlar ailəsi 27.12.2014-cü ildən zəhmətləri hesabına əldə etdikləri əmlakı, yaşayış evi yararsız hala düşəndən bu günə qədər kirayələrdə qalırlar, evlərini yenidən inşa etmək üçün vaxt və səbirə ehtiyacı vardır, ailənin çəkdiyi mənəvi zərərin hesablanması isə qeyri-mümkündür. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı4 və onun vəkili Cavadov Arzu Güləhməd oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin tam təmin edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıların hüquqları pozulmuş, iş üzrə bütün hallar və faktlar nəzərə alınmamışdır. Kassasiya şikayətinə görə hadisədən bi r ay sonra, yəni 01.02.2015-ci ildən hazırki vaxtadək 11900 manat kirayə pulu verilibdir.. Prosessual məsələlər: İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı5 Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikləri üçün işin kassasiya baxışında iştirak etməmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmuş normaya əsasən, kassasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qətnaməni təqdim olunmuş kassasiya şikayəti həddində, irəli sürülmüş iddianın tələblərindən çıxış edərək yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci ma ddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1 adına qeydiyyata alınmışdır. Abşeron Rayon Məhkəməsinin 1(012)-106/2016 saylı 27.09.2016-cı il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 2 il müddətinə dövlət və yerli özünüidarə orqahlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə hər ay qazancının 20 faizi məblğində pulun dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri növündə cəza təyin edilməsi, X6 islah işləri cəzasını iş yeri üzrə çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin X5 dövlət nəflnə ilk tutulmanın aparıldığı gündə n hesablanması, X6 barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, icrasının X6 yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə həvalə edilməsi, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 623,04 manat pul vəsaitinin məhkəmə məsrəfi kimi X5 tutulub dövlət nəfınə keçirilməsi, İddiaçı1 mülki iddiasının qismən təmin edilməsi, İddiaçı1 dəymiş maddi zərərin əvəzi qismində 269950 manat, mənəvi zərərin əvəzi qismində 10000 manat, cəmi 279950 manat məbləğində pul vəsaitinin x1 tutulub İddiaçı1 ödənilməsi hökm edilmişdir. Hökmdən görünür ki, X13 Sahəsinin 7 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarınm istismarı və təmi ri üzrə çilingəri vəzifəsində işləyən X2 rayonu Fatmayı kəndi Qara Qarayev küçəsində yerləşən İddiaçı1 məxsus fərdi yaşayış evinə çəkilmiş qaz xəttində təxminən 2014-cü ildə qaz sızması ilə əlaqədar təmir işləri apararaq, 32 mm ölçüdə polietilen boruların birləşməsi üçün ağ rəngli mufta (qaynar, çalarlar) qoymaqla və boruların birləşməsi məqsədi ilə kipliyini sınamaq üçün və eləcə də 27.12.2014-cü il tarixdə saat 10 radələrində həmin ünvanda kanalizasiya xətlərindən qaz iyinin gəlməsi barədə Kərimovlar ailəsinin müraciəti üzrə müvafiq tədbirlər görmədiyinə görə binanm qeyri-yaşayış sahəsində, qarajda təbii qazın sızması zamanı, orada olan avtomobilin mühərrikinin işə salınmasında əmələ gəlmiş elektrik qığılcımının təsirindən partlayış baş vermiş, bununla da onun ehtiyatsızlığı üzündən Azər baycan Respublikasının "X3" 1.2, 1.9, "X8" 3.1.6 və AzDTN 2.31-1, "Qaz təchizatı Layihələşdirmə normalarmm" 6.84 bəndlərinin tələbləri pozulmuş, nəticədə vəzifəsinə cinayətkarcasma etinasızlıq göstərməsi üzündən İddiaçı4 yanıq şoku ilə müşayiət olunan, ümumi bədən səthinin 46 faizini əhatə edən üzün, boyunun, qulaq seyvanlarının, hər iki saidin, əllərinin, gövdənin arxa səthinin, hər iki aşağı ətraflarm 2-3-cü dərəcəli termiki yanığı, İddiaçı3 travmatik şokla müşayiət olunan, sol bud sümüyünün yuxarı 1/3-nin açıq qəlpəli yerdəyişmiş sınığı, 3-cü bel fəqərəsinin köndələn çıxıntısının qəlpəli yerdəyişən sınığı, sağ və sol qasıq sümüyünün ikili yerdəyişən sınığı, sol oturaq sümüyünün yerdəyişməyən sınığı ilə nəticələnən hər iki şəxsə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, X1 ə linin ovuc səthinin kəsilmiş yarast ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, İddiaçı5 sağ dirsək oynağının və sağ baldırının yaraları, İddiaçı2 oynağının yarası kimi sağlamlığa zərər vurmayan, dərəcələri təyin olunmayan zərər| vurmuş, eyni zamanda hadisə ilə əlaqədar İddiaçı1 “VAZ-2104” markalı Az ** UV *** dövlət qeydiyyat nişanlı avtomobil yanması nəticəsində 94200 manat, tikintinin məhv edilməsi nəticəsində 175750 manat məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Həmin hokmdən həmçinin görünür ki, İddiaçı1 məhkəmə istintaqı başlanana qədər cavabdehlər “Azəriqaz” İB və ARDNŞ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hadisə nəticəsində ona məxus yaşayış evinin yarasız hala düşməsi nəticəsində vurulmuş zərərin əvəzi kimi 250000 manat, mənzildə olan əşyaların yararsız hala düşməsi nəticəsində vurulmuş zərərin əvəzi kimi 154700 manat, ailə üzvlərinin sağlamlığına vurulmuş zərərin əvəzi kimi15000 manat, hadisədən sonra kirayə evlərdə qaldıqlarına görə ödədikləri 6800 manat və mənəvi zərərin əvəzi kimi 100000 manat, cəmi 526500 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qərar verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(105)-88 saylı, 05.01.2017-ci il tarixli qərarı ilə AR CM-nin 187.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 2 il müddətinə dövlət və yerli özünüidarə orqahlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə hər ay qazancının 20 faizi m əblğində pulun dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri növündə cəza təyin edilməsi, X6 islah işləri cəzasını iş yeri üzrə çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin X5 dövlət nəflnə ilk tutulmanın aparıldığı gündən hesablanması, X6 barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, icrasının X6 yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə həvalə edilməsi, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 623,04 manat pul vəsaitinin məhkəmə məsrəfi kimi X5 tutulub dövlət nəfınə keçirilməsi, İddiaçı1 mülki iddiasının qismən təmin edilməsi, İddiaçı1 dəymiş maddi zərərin əvəzi qismində 269950 manat, mənəvi zərərin əvəzi qismində 10000 manat, cəmi 279950 manat məbləğində pul vəsai tinin x1 tutulub İddiaçı1 ödənilməsi,27.09.2016-cı il tarixli hökmünün dəyişdirilmədən, mülki cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədən saxlanılması qərara alınmışdır. “Debet haqqında bildiriş”-lərin surətindən görünür ki, məhkəmə qərarına əsasən “Azəriqaz” İB tərəfindən İddiaçı1 279966 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM- in 81, 88 və 217.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.2ci maddəsi). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublika sı Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfındən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün qeyd etmişdir ki, iddiaçılar iddialarının əsası kimi kirayədə qalmalarına və buna görə kirayə haqqı ödəmələrinə istinad etmiş olsalar da, bu faktı təsdiq edəcək hər hansı bir mötəbər sübutu nə birinci instansiya məhkəməsi zamanı, nə də apellyasiya baxışı zamanı təqdim edə bilməmişlər. Buna görə də iddia tələbi həmin hissədə təmin oluna bilməz. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehdən iddiaçıların (İddiaçı1 istisna olmaqla) hər birinə ayrılıqda mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi qismən əsaslıdır. Belə ki, cavabdehin işçisinin təqsiri üzündən partlayışın baş verməsi nəticəsində iddiaçılar mənəvi və fıziki iztirablar keçirdiklərindən və bununla da, onlara mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfındən iddiaçılara (İddiaçı1 istisna olmaqla) ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərə görə iddiaçılar İddiaçı5 və İddiaçı2 sağlamlığa zərər vurmayan xəsarət yetirildiyi üçün onların hər birinə ayrılıqda 500 manat, iddiaçılar İddiaçı4 və Uğur Kərimova isə hər birinə ayrılıqda 1000 manat məbləğində pulun tutulması barədə məhkəmələrin gəldiyi qənaət işin hallarına uyğun və ağlabatandır. Hadisədən sonra 11900 manat məbləğində kirayə haqqı ödənilməsi barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bu barədə birinci və apellyasiya instansiyası məhkəməsinə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5811/2018 saylı 23 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar