Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-797/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kassasiyanın yolverilməzliyi, kassasiyanın baxışdan çıxarılması) Hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın natural qaydada bölünməsi, bu, mümkün olmadıqda əmlakın açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2(104)1 695/2023 saylı qərardadından Cavabdeh3 kassasiya şikayəti üzrə MÜƏYYƏNETDİ:
1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1li mənzilinin və “Nissan Teana” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin aralarında natural qaydada bölünməsi, bu, mümkün olmadığı təqdirdə həmin əmlakların açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunmuş pulun paylara mütənasib formada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(125)-1477/2023 nömrəli qərardadı ilə iddiaçının “ünvan 1li mənzilinin natural qaydada bölünməsi və bu mümkün olmadığı təqdirdə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunmuş pulun paylara m ütənasib formada bölünməsi” tələbinə dair iddia ərizəsinin Cavabdeh3 aid hissəsi üzrə icraata xitam verilməsi, iddiaçının “ünvan 1li mənzilinin natural qaydada bölünməsi və bu mümkün olmadığı təqdirdə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunmuş pulun paylara mütənasib formada bölünməsi” tələbinə dair iddia ərizəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissədə baxılmamış saxlanılması, iddiaçının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsinin “Nissan Teana” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin natural qaydada bölünməsi və bu, mümkün olmadığı təqdirdə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunmuş pulun paylara mütənasib formada bölünməsi” tələbinə dair hissədə baxılmamış saxlanılması qərara alınmışdır. (hakim Fuad Fərhadov)
3. İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir.
4. Gəncə Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(125)-1477/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2023-cü il tarixli, 2(104)-1695/2023 nömrəli qərardadı ilə İddiaçı şikayət qismən təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(125)-1477/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 30 may 2023-cü il tarixli 2(125)-1477/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə qaytarılmış, qərardadın sonunda “Qərardaddan yalnız iddia ərizəsinin icraata xitam verilməsi hissəsindən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər” sözləri yazılmışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2(104)-1695/2023 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2023-cü il tarixli 2(104)-1695/2023 nömrəli qərardadının nəticə hissəsinin 3-cü abzasındakı yanlışlıq düzəldilərək, “Qərardaddan yalnız iddia ərizəsinin icraata xitam verilməsi hissəsindən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.” sözlərinin “Qərardaddan kassasiya şikayəti verilə bilməz.” sözləri kimi oxunması qərara alınmışdır.
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2023-cü il tarixli, 2(104)-1695/2023 nömrəli qərardadından Cavabdeh3 kassasiya şikayəti, eləcə də kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə vermişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ilə 07 noyabr 2023-cü il tarixli, 2(104)-1695/2023 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2023-cü il tarixli 2(104)-1695/2023 nömrəli qərardadından Cavabdeh3 kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi ona əlavə edilmiş kassasiya şikayəti və digər sənədlərlə birlikdə geri qaytarılmışdır. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə, Loğman Süleymanov)
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının – apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisn a olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2023-cü il tarixli 2(104)-1695/2023 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin bir hissədə iş üzrə icraata xitam verilməsi, digər hissədə isə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadı ləğv edilərək iş mahiyyəti üzrə araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bu səbəbdən də mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həmin qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
11. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, kassasiya şikayəti geri qaytarılmalı və qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması da yolverilməzdir.
12. Cavabdeh3 (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin ilə 07 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş dir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-797/2024 saylı, 22 yanvar 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməli, şikayət kassasiya baxışından çıxarılmalı, iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
15. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2023-cü il tarixli, 2(104)-1695/2023 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi və işin baxılmamış saxlanması barədə qərardadı ləğv edilmiş, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
16. Mülki Prose ssual Məcəllənin 395.1.1 və 395.1.2-ci maddələrinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər.
17. Mülki Prosessual Məcəllənin 395.2-ci maddəsinə görə birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.
18. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə görə isə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
19. Göründüyü kimi, mülki-prosessual qanunvericilik hansı qərardadlardan, ümumiyyətlə, şikayət verilməməsini, eləcə də hansı hallarda qərardadlardan kassasiya şikayəti verilməsini müəyyən etmişdir. Qanuna əsasən birinci instansiya məhkəmələrinin qərardadlarından o halda şikayət verilir ki, ya həmin qərardadlardan şikayət verilməsi qaydası Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş olsun, ya da qərardad işin sonrakı hərəkətinə mane olmuş olsun.
20. Hazırki halda barəsində şikayət verilən qərardad kassasiya şikayətinin qaytarılması barədə olsa da, lakin qaytarılan həmin kassasiya şikayəti iş üzrə icraata xitam verilməsi və işin baxılmamış saxlanmasına dair birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, başqa sözlə, icraata xitam verilməməsi və işə baxılmalı olması barədə qərardaddır.
21. Mülki Prosessual Məcəllənin 260.6 və 262.5-ci m addələrinə görə isə iddianın baxılmamış saxlanması və iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
22. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə icraata xitam verilməməsi və işə baxılmalı olması barədə qərardad işin sonrakı hərəkətinə mane olmur, eyni zamanda belə qərardadlardan şikayət verilməsi Mülki Prosessual Məcəllənin 260.6 və 262.5-ci maddələrində də nəzərdə tutulmayıb.
23. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməməsi və işə baxılmalı olması barədə qərardaddan şikayət verilməsi Mülki Prosessual Məcəllədə nəzərdə tutulmadığından, həm də bu cür qərardad işin sonrakı hərəkətinə mane olmadığından belə qərardadlardan şikayət verilə bilməz. Belə olan halda, həmin qərardadlardan verilən kassasiya şikay ətinin geri qaytarılması barədə qərardaddan da kassasiya şikayəti verilməsi istisna edilir.
24. Buna görə də məhkəmə kollegiyası şərh edilənlərə əsasən hesab edir ki, cavabdehin apellyasiya instansiyası məhkəməsinin adı çəkilən qərardadından kassasiya şikayəti vermək hüququ yoxdur. Buna baxmayaraq, onun kassasiya şikayəti icraata qəbul edilmişdir.
25. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
26. Bu baxımdan, məhkəmə kollegiyası belə nət icəyə gəlir ki, Cavabdeh3 kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-797/2024 saylı, 22 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilməli, kassasiya şikayəti baxışdan çıxarılmalı, iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
27. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-797/2024 saylı, 22 yanvar 2024cü il tarixli qərardadı ləğv edilsin, Cavabdeh3 kassasiya şikayəti baxışdan çıxarılsın. İş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.