Məhkəmə qərarları › İş №2(102)-80/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-80/2025

10.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-80/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (X7 Xidmətinin X2, "xxxx" Sığorta Şirkəti ASC üçünçü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Kateqoriya: Əmək münasibətlərindən irəli gələn mübahisələr, istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sağla mlığın pozulması nəticəsində itirilmiş qazancla bağlı zərər tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1048/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh "xxxx" ASC-də kəsim sexində fəhlə işləyən zaman istehsalat qəzası nəticəsində xəsarət almış, hazırda cavabdehdən sağlamlığın pozulması nəticəsində itirilmiş qazancla bağlı zərəri tələb edir.

2. Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 3(022)-379/2023 saylı qərarı ilə cavabdeh Biləsuvar-Quşçuluq” Açıq Səhmdar Cəmiyyətinin müdiri X8 təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə 20 00 manat cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən sağlamlığına vurulmuş zərərə görə 10000 manat, dövlət rüsumuna görə ödədiyi 20 manat və vəkilə ödədiyi 100 manat pulun əvəzinin alınıb ona verilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-də kəsim sexində fəhlə işləmiş, Fabrikdə işlədiyi sexdə avadanlıqlar köhnə, təhlükəli olmuş, dəfələrlə rəhbərlikdən təhlükəli avadanlıqları təmir etmələrini tələb etmişdir. Lakin rəhbərlik onun bu tələblərinə məhəl qoymamışdır. 7 noyabr 2022-ci il tarixdə işdə olarkən sağ əli kəsim aparatının qoruyucusu olmadığından həmin aparata keçmiş, orada olan işçilərin köməkliyi i lə əli aparatdan çox çətinliklə çıxarılmışdır. Lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışdır. İddiaçı qeyd etmişdir ki, hazırda sağ əli demək olar ki, işləmir. Təyin olunmnuş ekspertizanın rəyinə görə ümumi əmək qabiliyyətinin 30 faizini itirməklə şikəst olmuşdur. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılmış və cavabdeh təşkilatın sədri İXM-nin 198.3-cü maddəsi ilə məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmədə onun təqsirli olması sübuta yetmiş və Biləsuvar rayon məhkəməsinin qərarı ilə cərimə edilmişdir. O, qeyd etmişdir ki, ASC-də 320 manat əmək haqqı almışdır. Hazırda əmək qabiliyyətinin 30 faizini itirdiyindən o, heç bir yerdə iş tapa bilmir. Dəfələrlə cavabdeh təşkilatdan onların təqsiri nəticəsində ona dəyən zə rərlə bağlı maddi yardım edilməsi üçün müraciət etsə də, müəssisə ona yardım etməkdən imtina etmişdir.

3. Biləsuvar Rayon Məhkəməsinin (hakim Nüsrət Mirzəyev) 5 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

4. Birinci instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 30 dekabr 2016-cı il tarixli, TQS № 027 nömrəli Epikrizdən İddiaçı X3 və Ortopediya institunda müalicə alması məlum olur.

5. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materialında olan “Məhkəmə-Tibb və X4” publik hüquqi şəxsi tərəfindən verilmiş № T 238/2023 saylı ekspertiza rəyində göstərilmişdir ki, «1976-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara u yğun komissiya nəticəyə gəlir: İddiaçı hal-hazırda “Sağ əlin arxa səthinin əzilib kəzilmiş yarası, İİ, İİİ, İV və V barmaqların açıcı vətərinin zədələnməsinin cərrahi əməliyyatla bərpasından sonrakı vəziyyət; İİ, İİİ, İV və V barmaqların açıcı-bükücü kontrakturası, barmaqların tutma qabiliyyətinin pozulması, bükmə defisiti 90°. Sağ said əzələlərinin cüzi atrofıyası. Sağ saidin yuxarı 1/3-nin en dairəsinin uzunluğu 23 sm, sağlam sol saidin həmin səviyyədə en dairəsinin uzunluğu 24 sm. İİ, İİİ, İV və V daraq-falanqa oynaqlarının açıcı kontrakturası; Əsas falanqaların bükmə defisiti, sağ əlin funksiyasının və əmək qabiliyyətinin pozulmasından əziyyət çəkir və zaman keçdikcə bərpa oluna bilən fuksianal dəyişikliklərdir. Qeyd edilən xəsarətlər iti kənarlı alətin (alətlərin) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni ”xx.xx.2022-ci il tarixdə yarana bilərdi, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla (30%) əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İddiaçı aşkar edilən patofunksional dəyişikliklər təcili cərrahi müdaxilə tələb etmir və reabilitasion müalicə metodları ilə aradan qaldırıla bilər.

6. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 3(022)-379/2023 saylı qərarı ilə cavabdeh Biləsuvar-Quşçuluq” Açıq Səhmdar Cəmiyyətinin müdiri X8 təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə 2000 manat cərimə edilmişdir.

7. Müəyyən edilmişdir ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından «icbari sığorta müqaviləsi»nin illik qoşmasına AH **********/3 Əlavəyə əsasən, Atəşgah Həyat Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx/xx/2022-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından «icbari sığorta müqaviləsinə əsasən həmin Əlavənin 9cu sırasında İddiaçı adı qeyd edilməklə aylıq ödənilməli olan sığorta haqqı 25,64 manat göstərilmişdir.

8. Beləliklə, məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarına əsaslanaraq hesab etmişdir ki, İddiaçı iddiası əsassızdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117, 1118, 1118.1, 1118.2, 1119, 1119.1, 1119.2, 1119.3-cü, Əmək Məcəlləsinin 239-cu maddəsinin 1, 5-ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Biləsuvar-Quşçuluq" ASC-də kəsim sexində fəhlə işlədiyi sexdə avadanlıqlar köhnə olmuşdur. 07 noyabr 2022-ci il tarixdə işdə olarkən sağ əli kəsim aparatının qoruyucusu olmadığından həmin aparata keçmiş, işçilərinin köməkliyi ilə əli aparatdan güclə çıxarılmışdır. Lakin aparat əlinin 2-3 barmaqlarının açıcı vətərlərini, sağ biləyinin mil açıcılarını zədələməklə, sağ əlinin arxasının çapığı, kəsilmiş yara, sağ əlin şişkinliyi və funksional pozğunluğu xəsarəti almaqla, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışdır. Hazırda sağ əli demək olar ki, işləmir. Təyin olunmuş ekspertizanın rəyinə görə ümumi əmək qabiliyyətinin 30 faizini itirməklə şikəst olmuşdur. Hazırkı fakt rayon prokurorluğunda araşdırılmış və cavabdeh təşkilatın sədri İXM-nin 198.3-cü maddəsi ilə məhkəmə məsuluyyətinə verilmişdir. Məhkəmədə onun təqsirli olması sübuta yetmiş və Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərarı ilə cərimə edilmişdir. Hazırda o, əmək qabilliyətinin 30 faizini itirməklə şikəst olmuşdur. Xəstəliyin müalicəsinə, bu da mümkündürsə, uzun illər lazım olmaqla maddi vəsait tələb olunur. Dəfələrlə cavabdeh təşkilatdan o nların təqsiri nəticəsində ona dəyən zərərlə bağlı maddi yardım edilməsi təklif olunsa da bundan imtina etmişlər.

12. Apellyasiya baxışında X7 Xidmətinin X2 və "xxxx" Sığorta Şirkəti ASC üçüncü şəxs qismində cəlb edilmişlər.

13. Apellyasiya məhkəməsi cavabdehin iddiaya etirazının məzmununu qətnaməsində əks etdirərək qeyd etmişdir ki, cavabdeh etirazını onunla əsaslandırmışdır ki, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, T238/2023 saylı rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıda əmək qabiliyyətinin pozulması aşkar edilsə də bu, zaman keçdikcə bərpa olunan funksional dəyişikliklərdir, İddiaçı aşkar edilən patofunksional dəyişikliklər təcili cərrahi müdaxilə tələb etmir və reabilitasion müalicə metodları ilə aradan qaldırıla bilər. İddiaçı iddia etdiyi kimi şikəst olmamış, onun əmək qabiliyyəti azalmamışdır. Bundan başqa, İddiaçı müalicəsinin tam olaraq aparılması üçün ASC tərəfindən -1500 manat və ona son 6 ayda ASC-yə təqdim etdiyi xəstəlik vərəqələrinə əsasən -536.07 manat, eyni zamanda 276.50 manat əmək haqqı, kart hesabına köçürütməklə 297 manat "GROSS" mükafat məbləği təyin edilərək ödənilmişdir. Beləliklə, İddiaçı ümumilikdə 2312.57 manat pul verilmişdir. Cavabdeh qeyd etmişdir ki, onun müalicəsi tam olaraq şirkət tərəfindən qarşılanmış, təqdim etdiyi xəstəlik vərəqələrinə əsasən müavinət müəssisə tərəfindən tam ödənilmişdir (mükafat da nəzərə alınmaqla). Onun əmək qabiliyyəti azalsa da, bu müvəqqəti xarakter daşıyır və əmək qabiliyyətindən məhrum olunma kimi qiymətləndirilə bilməz.

14. Üçüncü şəxs "xxxx" Sığorta Şirkəti iddiaya dair münasibətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə "xxxx" Sığorta Şirkəti arasında AH000001435 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmışdır. Göstərilən müqavilə və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci bəndinə əsasən, sığorta hadisəsi müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və istehsalatda bədbəxt hadisə haqqında akt əsasında müəyyən olunur.İddiaçı peşə əmək qabiliyyətinin itirilmə dərəcəsini təsdiq edən qərar "xx xx" Sığorta Şirkətinə təqdim olunmadığından, həmçinin, barəsində "Tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi"ndə əlillik və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsində imtina edildiyindən sığorta hadisəsi müəyyən edilməmişdir. Peşə əmək qabiliyyətinin itirilməsi faktı müəyyən edilmədiyindən həmin hadisə sığorta hadisəsi sayılmır və sığortaçının sığorta ödənişini vermək öhdəliyi yaranmır.Ona görə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinin tələblərini nəzərə alaraq, "xxxx" Sığorta Şirkəti sığorta ödənişinin verilməsindən imtina etmişdir.

15. Üçüncü şəxs X7 Xidmətinin X1 nümayəndəsi X6 iddianı əsassız saydığını qeyd etməklə izahatında bildirmişdir ki, hadisə baş verən gün saat 17:30 radələrində İddiaçı quş asqı xəttindəki asılqandan kəsilmiş quş ları əli ilə götürməyə çalışan zaman sağ əlindəki əlcəyin qolu dəmir zəncirə ilişmiş və sağ əli zədələnmişdir. İddiaçının müraciəti ilə bağlı araşdırma aparılmış, İZ aktı tərtib edilmiş, prokurorluğa məlumat verilmişdir. "xxxx" ASCnin rəhbəri İXM-nin müvafiq maddəsi ilə cərimə edilmişdir. Belə ki, araşdırma nəticəsində ASC-nin rəhbərinin təqsir müəyyən edilmişdir.Bununla yanaşı, iddiaçının əlilliyi müəyyən edilməmişdir. O qeyd etmişdir ki, iddiaçı sağlamlığına vurulmuş ziyanı iki qaydada tələb edə bilər: əmək qabiliyyətini itirdiyi halda, əmək qabiliyyətinin itirilmə dərəcəsinə görə. Lakin onun əlilliyi müəyyən edilməmişdir. Ona görə onun əmək qabiliyyətinin itirilmə dərəcəsini müəyyən etmək də mümkün deyil. Bundan başqa, iddiaçı xəsarət alması ilə əlaqədar ona vurulmuş ziyanla bağlı müali cəyə çəkilən xərcləri (pulsuz müalicənin mümkün olmadığı halda) tələb edə bilər. Lakin bu halda sübut təqdim edilməmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1048/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: İlham Əsədov sədrlik edən və məruzəçi, Samir Mayılov və Tale Kərimov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından müəyyən edilmişdir ki, xx.xx.2022-ci ildə İddiaçı "xxxx" ASC-nin kəsim sexində işdə olan vaxt sağ əlindən xəsarət almışdır. Hadisə belə baş vermişdir ki, iş yerində saat 17:30 radələrində İddiaçı quş asqı xəttindəki asılqandan kəsi lmiş quşları əli ilə götürməyə çalışan zaman sağ əlindəki əlcəyin qolu dəmir zəncirə ilişmiş və sağ əli zədələnmişdir.

18. Müəyyən edilir ki, istehsalatda baş verən bədbəxt hadisənin təhqiqi aparılmış, “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” 1/2023 saylı İZ formalı akt tərtib edilmişdir.

19. Bundan başqa, müəyyən edilir ki, Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2023cü il tarixli, 3(022)-379/2023 saylı qərarı ilə Biləsuvar-Quşçuluq” Açıq Səhmdar Cəmiyyətinin müdiri X8 təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə 2000 manat cərimə edir.

20. Hazırki tələbində iddiaçı cavabdehdən sağlamlığına vurulmuş zərərə görə kompensasiya tələb etmişdir.

21. İddiaçı tələbində ziyanın ödənilməsini onunla əsaslandırmışdır ki, o, əmək qabiliyyətinin 30 faizini itirmişdir. B undan başqa, aldığı xəsarətlə bağlı uzun müddətli müalicə tələb olunur.

22. İddia tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və aşağıdakılara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir.

23. İddiaçının tələbinin bir hissəsi onunla əsaslandırılmışdır ki, o, əmək qabiliyyətinin 30 faizini itirmişdir.Kollegiya hesab etmişdirdir ki, bu hissədə iddia əsassızdır.

24. Əvvəla, iddiaçının əlilliyi müəyyən edilmir.

25. İş materialında olan “Məhkəmə-Tibb və X4” publik hüquqi şəxsi tərəfindən verilmiş № T 238/2023 saylı ekspertiza rəyində göstərilmişdir ki, «1976-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticə yə gəlir: İddiaçı hal-hazırda “Sağ əlin arxa səthinin əzilib kəsilmiş yarası, İİ, İİİ, İV və V barmaqların açıcı vətərinin zədələnməsinin cərrahi əməliyyatla bərpasından sonrakı vəziyyət; İİ, İİİ, İV və V barmaqların açıcı-bükücü kontrakturası, barmaqların tutma qabiliyyətinin pozulması, bükmə defisiti 90°. Sağ said əzələlərinin cüzi atrofıyası. Sağ saidin yuxarı 1/3-nin en dairəsinin uzunluğu 23 sm, sağlam sol saidin həmin səviyyədə en dairəsinin uzunluğu 24 sm. İİ, İİİ, İV və V daraqfalanqa oynaqlarının açıcı kontrakturası; Əsas falanqaların bükmə defisiti, sağ əlin funksiyasının və əmək qabiliyyətinin pozulmasından əziyyət çəkir və zaman keçdikcə bərpa oluna bilən fuksional dəyişikliklərdir. Qeyd edilən xəsarətlər iti kənarlı alətin (alətlərin) təsirindən törənmiş, qərarda göstərilən va xtda, yəni ”xx.xx.2022-ci il tarixdə yarana bilərdi, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla (30%) əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İddiaçı aşkar edilən patofunksional dəyişikliklər təcili cərrahi müdaxilə tələb etmir və reabilitasion müalicə metodları ilə aradan qaldırıla bilər.

26. Bundan başqa, müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə "xxxx" Sığorta Şirkəti arasında AH000001435 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmışdır.

27. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş "xxxx" Sığorta Şirkəti ilə bağlanmış (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itiri lməsi hallarından) «İcbari sığorta müqaviləsi»nin illik qoşmasına AH **********/3 Əlavədən görünür ki, "xxxx" Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx/xx/2022-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından «icbari sığorta müqaviləsinə əsasən həmin Əlavənin 9-cu sırasında İddiaçı adı qeyd edilmişdir.

28. Bundan başqa, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci bəndinə əsasən sığorta hadisəsi müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin iti rilməsi dərəcəsini təsdiq edən qərarı və istehsalatda bədbəxt hadisə haqqında akt əsasında müəyyən olunur.

29. İşin hallarından görünür ki, istehsalatda bədbəxt hadisə haqqında akt tərtib olunmuşdur. Lakin həmin Qanunun 2.0.12-ci bəndinə əsasən, sığorta hadisəsi icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal başa düşülür.

30. İddiaçı Ü.l.Əsgərovanın peşə əmək qabiliyyətinin itirilməsi faktı, əmək qabiliyyətinin itirilmə dərəcəsi müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi hadisə sığorta hadisəsi sayılmamışdır, bu baxımdan sığortaçının sığorta ödənişini verm ək öhdəliyi də yaranmamışdır. Ona görə də Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən "xxxx" Sığorta Şirkəti hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina etmişdir.

31. Hər bir halda, bu hissədə iddiaçının tələbi üzrə cavabdeh ASC məsuliyyət daşımır.

32. Bundan başqa, iddiaçı tələbində onun 2-ci və 3-cü barmaqlarının açıcı vətərlərinin, sağ biləyinin mil açıcılarının zədələnməsi nəticəsində demək olar ki, sağ əlini işlədə bilmədiyini, həmin xəsarətin müalicəsinə maddi vəsait tələb olunduğunu da qeyd etmişdir.

33. Cavabdeh tərəfin bildirdiyinə görə, İddiaçı müalicəsinin tam olaraq aparılması üçün ASC tərəfindən ~1500 (bir min beş yüz) manat və ona son 6 ayda ASC-yə təqdim etdiyi xəstəlik vərəqələrinə əsasən -536.07 (beş yüz otuz altı tam, 07) manat, eyni zamanda 276.50 (iki yüz yetmiş altı tam, 50) manat əmək haqqı kart hesabına köçürütməklə 297 (iki yüz doxsan yeddi) manat "GROSS" mükafat məbləği təyin edilərək ödənilmişdir. Beləliklə, İddiaçı ümumilikdə 2312.57 (iki min üç yüz on iki tam, 57) manat pul verilmişdir.

34. Təqdim edilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqələrinə görə, İddiaçı olan ödənişlərlə və digər xərclərə dair iddiaçı hər-hansı etiraz bildirməmişdir.

35. İddiaçı xəsarət alması ilə əlaqədar ona vurulmuş ziyanla bağlı müalicəyə çəkilən xərcləri (pulsuz müalicənin mümkün olmadığı halda) barədə hər-hansı sübut təqdim etməmişdir. İddiaçı bu halı sübuta yetirə bilməmişdir.

36. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir.

37. Beləliklə, Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil.

38. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 6-cı hissəsinə, Əmək Məcəlləsinin 191, 239, Mülki Məcəllənin 1118.1, 1118.2, 1119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (vəkil Qanuni nümayəndə) kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2(106)-1048/2024 saylı qətnaməsinin ləğv edilərək, iddiasının təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən onun Konstitusiyanın ilə təminat verilmiş hüququ pozulmuşdur. Məhkəmə tərəfindən şikayəti ədalətli araşdırılmamış, kobud qanun pozuntularına yol verilmişdir. Məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməməklə Mülki Məcəllənin 1117-ci maddəsinin tələbi pozulmuşdur. Çox təəssüflər olsun ki, məhkəmə tərəfindən onun iddiası ümumiyyətlə araşdırılmamış, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinin tələbini də kobud surətdə pozmaqla ədalətli araşdırma aparmamışdır. Əksinə, məhkəmə qətnamədə bu normanın axrıncı cümləsi olan ", bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin" qara hərflərlə göstərmişdir. Halbuki orqanizminin 30 faizi cavabdeh təşkilatın təqsiri üzündən fəaliyyətini itirmişdir. Hansı sübutu gətirməlidir ki, yardıma və qulluğa ehtiyacı var? Məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.2-ci maddəsinin tələbi pozulmuşdur. X10 Haqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.5ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.Məhkəmə isə Mülki Məcəlləni deyil Əmək Məcəlləsini əsas tutaraq qətnamə qəbul etmişdir.Hesab edir ki, məhkəmə Konstitusiya Qanunun tələbini də pozmuşdur. Apelyasiya şikayətində məhkəmə tərəfindən məhz bu normanın pozulduğunu göstərsə də nədənsə məhkəmə tərəfindən buna qiymət verilməmiş və yenidən bu normanın pozul ması təsbit edilmişdir.Birinci instansiyada olduğu kimi Apelyasiya instansiyasında da bu norma pozulmuşdur.

41. Məhkəmə onun sağlamlığının cavabdeh təşkilatın təqsiri üzündən pozulmasını təkzib etmiş, qulluğa və yardıma ehtiyacı olmaması qənaətinə gəlmiş, qətnaməyə görə özü özünə xəsarət yetirməyi qənaətinə gəlmişdir.

42. Hazırda əmək qabilliyətinin 30 faizini itirməklə şikəst olmuşdur. Orta təhsilli olmaqla ixtisası yoxdur. Ancaq fəhlə işləməklə dolanırdı. Həmin cəmiyyətdə 320 manat əmək haqqı alırdı. Hazırda əmək qabilliyətinin 30 faizini itirdiyindən iş də tapa bilmir. Ümumiyyətlə şikəsti işə götürən də yoxdur. 2 və 3-cü barmaqlarının açıcı vətərləri, sağ biləyinin mil açıcılarının zədələnməsi nəticəsində demək olar ki, sağ əlini işlədə bilmir. Həmin xəstəliyin müalicəsinə, bu da mümkü ndürsə, uzun illər lazım olmaqla maddi vəsait tələb olunur. Dəfələrlə cavabdeh təşkilatdan onların təqsiri nəticəsində dəyən zərərlə bağlı maddi yardım edilməsi təklif olunsa da bundan imtina etmişlər.Məhkəmə göstərdiyi faktı təsdiq etsə də əsassız olaraq iddianı rədd etmişdir. 2-cisi, məhkəmə tərəfindən Mülki Məcəllənin tələbinin əsaslılığı ilə əlaqədar normaları göstərilmiş və məhkəmə tərəfindən də həmin normalar qətnamədə öz əksini tapmışdır. Lakin məhkəmə qətnamənin sonuncu olan 4-cü vərəqəsində Əmək Məcəlləsinin 239.1-ci maddəsinə istinad edir və qənaətə gəlir ki, iddia əsassızdır.

43. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 60.1, 71.1-ci maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsin in 1-ci bəndi, Mülki Məcəllənin 1117, 1118.1, 1118.2-ci maddələrinə, X10 Haqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci bəndinə, Azərbaycan Respublikasının MPM-in 8.1, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək, şikayətin təmin edilməməsini, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

45. Maddə 35 (hissə 6). Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Bu konstitusion hüquq işəgötürən tərəfindən əməyin təhlükəsiz liyinin, işçilərin həyatının, sağlamlığının və əməyinin mühafizəsinin təmin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

46. Maddə

191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti:

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq X10da göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməli n nəticəsi arasında səbəbli əlaqə olduqda.

47. Maddə 239.Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət: 1.İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2.İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 3.İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 5.Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 1118.1. Fziki şəxsə xəsarət yetirilərkən və ya o nun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

49. Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.

50. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olunmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı 51. 1.1(1-3-cü abzaslar). Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, ş ərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmü ş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin “X10 haqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.5-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tətbiq edildiyi, məhkəmənin isə Mülki Məcəlləni deyil Əmək Məcəlləsini əsas tutaraq qətnamə qəbul etdiyi, məhkəmənin Konstitusiya Qanunun tələbini də pozduğu barədə dəlili ilə razılaşmır.

63. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 iyun 2023-cü il qərarında qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, “X10 haqqında” Konstitusiya Qanunu 17 fevral 2011-ci il tarixindən qüvvəyə minmiş və Konstitusiya Qanununda onun geriyə qüvvəsi nəzərdə tutulmamışdır. Buna görə 17 fevral 2011-ci il tarixinə qədər qüvvəyə minmiş hüquq normaları arasında yaranan kolliziyalar bu Konstitusiya Qanununda nəzərdə tutulan qaydalar əsasında deyil, 26 noyabr 1999-cu il tarixində qəbul edilmiş və 17 fevral 2011-ci il tarixinədək qüvvədə olmuş “X10 haqqında” Qanunun 7-ci maddəsinə uyğun həll edilməlidir.

64. Qeyd olunmalıdır ki, bu yanaşma Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarında da ifadə olunmuşdur.

65. Yuxarıda göstərildiyi kimi, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi və 75-ci maddəsinin 2-ci hissəsində, həm də Mülki Məcəllənin 719.1 və 719.4-cü maddələrində nəzərdə tutulan normalar 17 fevral 2011-ci il tarixindən əvvəl qüvvəyə minmişdir. Bu səbədən, “X10 haqqında” Konstitusiya Qanununun 2.5-ci maddəsi həmin normalar arasında olan kolliziyanın aradan qaldırılmasında tətbiq edilə bilməz.

66. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə göstərilən kolliziyanın aradan qaldırılma sı Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsində təsbit olunmuş xüsusi kollizion normanın tətbiqi ilə həyata keçirilməlidir. Həmin maddəyə əsasən, torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Mülki Məcəllə ilə müəyyən edilir.

67. İlk növbədə qeyd olunmalıdır ki, bu maddə Mülki Məcəllənin qüvvəyə minməsindən sonra, yəni 23 aprel 2002-ci il tarixli Qanunla Torpaq Məcəlləsinə əlavə edilmişdir. Digər tərəfdən Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi birmənalı şəkildə, icarə hüququ da daxil olmaqla, torpaq üzərindəki bütün sahiblik və istifadə hüquqlarının xitamı qaydalarına dair Torpaq Məcəlləsinin normalarının Mülki Məcəllənin müvafiq normalarına münasibətdə üstün hüquqi qüvvəyə malik olmasını təsbit edir. Eyni zamanda Mülki Məcəllənin ö zündə də, göstərilənin əksini bildirən norma təsbit olunmamışdır. Həmin Məcəllənin 2.3-cü maddəsində isə eyni qaydada qeyd olunan münasibətlərin tənzimlənməsində üstünlüyü torpaq qanunvericiliyinə vermişdir.

68. Araşdırılan məsələyə 17 fevral 2011-ci il tarixinədək qüvvədə olmuş “X10 haqqında” Qanunun 7-ci maddəsinin tətbiq edilməsi zərurəti ilə bağlı isə qeyd etmək lazımdır ki, Qanunun həmin maddəsi ümumi səciyyə daşıyır və konkret münasibətləri nizamlayan normativ aktlarda kolliziyanın həllinə dair müddəalar olmadıqda tətbiq oluna bilərdi. Torpaq üzərində hüquqlara xitam verilmə qaydalarına dair kolliziyanı həll edən konkret normanın Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsində əks olunduğuna və onun tətbiqi vasitəsilə müvafiq kolliziya aradan qaldırıldığına görə, burada “X10 haq qında” Qanunun 7-ci maddəsinin tətbiqinə ehtiyac yaranmır.

69. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarındakı hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, hazırkı işdə də Mülki Məcəllənin 1118-ci maddəsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın rəddinin hüquqi əsası kimi göstərdiyi Əmək Məcəlləsinin 239-cu maddəsinin 5-ci hissəsi 17 fevral 2011-ci il tarixindən əvvəl qüvvəyə minmişdir. Bu səbədən, “X10 haqqında” Konstitusiya Qanununun 2.5-ci maddəsi həmin normalar arasında olan kolliziyanın aradan qaldırılmasında tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, ə gər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

70. Göründüyü kimi Mülki Məcəllənin 2.3-cü maddəsində eyni qaydada qeyd olunan münasibətlərin tənzimlənməsində üstünlüyü əmək qanunvericiliyinə vermişdir.

71. Belə olan təqdirdə məhkəmələr tərəfindən Əmək Məcəlləsinin 239-cu maddəsinə (o cümlədən 239-cu maddəsinin 5-ci hissəsinə) istinad edilərkən maddi hüquq normalarının tələbləri pozulmamışdır.

72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

74. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli 2(106)-1048/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar